Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə32/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   28   29   30   31   32   33   34   35   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
78 
diyyətli  hissləri,  təbəddülatları  da  anlayırdı.  Bu  mənəvi-psixoloji  proses 
poetik  gəncliyin  ilk  lirikasında  incə  təfərrüatlarına  qədər  əks  edilmişdir. 
Səməd  Vurğunun  öz  ürək  dostu  və  qələm  qardaşı  Mikayıl  Müşfiqə  həsr 
etdiyi “Şairin səsi” şeirində həmin könül həyəcanlarını yaxından duyuruq: 
“Axşamdan bəridir könlümdə yenə Hirsli fırtınalar, qasırğalar var. Çox da 
uymayıram  könlüm  deyənə,  Gözlərim  hər  şeydə  bir  hikmət  arar.  İçim 
dalğalanır  sanki  bir  dəniz,  Mən  bu  dalğalarla  qucaqlaşıram.  Nələr 
düşünürəm, duya bilsəniz! Sanki varlığımdan uzaqlaşıram!..” [5, s. 100]. 
Təbii ki, günbəgün öz “varlığından uzaqlaşan” və başqalaşan:  
 
Bütün arzularım gülür yarına, 
Xəyaldan ilhamlar almamaq üçün – 
 
 
deyən lirik “mən”in qəlbindən çıxan sevgi təranələri də öz xəyali, səmavi 
mənşəyindən  uzaq  olmalı,  əsl  yer  duyğularından  su  içməli  idi.  Şair 
“Sevgi” şeirində yazırdı:  
 
“Yenə də ruhumu gəzdi bir duyğu...  
Götür albomunu, mən deyim, sən yaz!  
Bizim dünyamızda günah deyil bu –  
Səninlə üz-üzə danışaq bir az,  
Götür albomunu, mən deyim, sən yaz!  
Gecələr yalnızam mən yatağımda,  
Bilirəm, yalnızsan hələlik sən də.  
Xəyalım dağılır yellər əsəndə,  
Dalıb düşünürkən öz otağımda,  
Gecələr yalnızam mən yatağımda” [5, s. 144]. 
 
Yeni  varlığın  – sovet-sosialist  gerçəkliyinin təsiri  və tələbi  ilə for-
malaşdırılan  yeni  lirik  qəhrəmanda  ənənəvi  idealist-platonik  dünyagörü-
şünün  itməsi  və  adi  həyati  duyğuların  qabarıq  nəzərə  çarpması  poetik 
“biz”  mənəviyyatının  şeiriyyətdə  aparıcı  mövqeyə  çıxmasının  əsas  gös-
təricilərindən biri idi. Eyni zamanda, “optimist inikas üsulu”nun – şən və 
nəşəli ovqatın, cazibədar vüsal anlarının, həyat sevinclərinin tipik əhvali-
ruhiyyəyə  çevrilməsi,  hicran  və  həsrətin,  qəm  və  kədərin,  miskinlik  və 
məzlumluğun  keçmişi  andıran  hissiyyatlar,  əski  və  köhnə  həyat  tərzinin 
qalıqları  kimi  mənalandırılması  da  yeni  zamanın  poeziyadakı  əks-sədası 
tək dəyərləndirilməlidir. Nakam Müşfiqin məşhur və ürəkdən sevdiyimiz 
“Yenə o bağ olaydı” optimist elegiyası da əslində lirik “mən”dən çox lirik 
“biz”in emosiyalarını ifadə edirdi:  
 
Yenə o bağ olaydı, yenə yığışaraq siz, 
 
 
O bağa köçəydiniz. 


______________________________________________________ Poetika.izm 
  
 
79 
Biz də muradımızca fələkdən kam alaydıq, 
 
 
Sizə qonşu olaydıq... [2, s. 175] 
 
Bu  yöndəki  təhlil  və  araşdırmaları  poeziyanın  mühüm  mövzu  və 
motivləri müstəvisində davam etdirmək, genişləndirmək olar. Amma dü-
şünürük ki, poetik “biz” kultunun lirikada əmələ gətirdiyi deformasiyaları 
və  dəyişiklikləri  ümumiləşdirmək,  təsnif  etmək  daha  faydalı  və  maraq-
lıdır. 
Müşfiqin,  Vurğunun  məhəbbət  misralarında  olduğu  kimi,  Rəsul 
Rzanın  aşağıdakı  sevgi  sətirlərində  də  lirik  “mən”in  dəruni  duyğuları 
poetik “biz”in ovqatını aydın şəkildə göstərir: “Mən verdim ulduzları sə-
nin ixtiyarına Bəyən, oxşa, əzizlə, sev – bizimdir, sevgilim! Bu mavi, bu 
ləkəsiz göy bizimdir, sevgilim!”. 
Mikayıl Müşfiqin məşhur “Şeirim” (1936) adlı poetik manifestində 
də  zamanın  tipik  müqayisə  və  estetik  ölçü  vahidləri  ilə  üz-üzə  gəlirik. 
Gənc  şair  öz  təzə  şeirini  cəsarətlə  ən  böyük  meyarlarla  yanaşı  qoyur  və 
yeni lirikanı kainata bənzədir:  
 
Sən varlığın eynisən, buna sözmü var?  
Ürəyisən, beynisən, buna sözmü var?  
Gecələr ay sənindir, gündüzlər günəş kainat kimi!  
Hər şey gözəlləşmədə, sən də gözəlləş  
Bu həyat kimi” [2, s. 141]. 
 
30-cu  illərin  lirik  qəhrəmanının  özünəməxsusluğunu  yaxşı  dərk  et-
mək  üçün  onu  sələflərlə  qarşılaşdırmaq  məsələni  anlamağa  nə  qədər  kö-
mək edirsə, xələflərlə müqayisə də o dərəcədə məqsədəmüvafiqdir. Hətta 
hər iki mətndə bənzər məzmun və eyni məna tutumlu obrazlar olsa da:  
 
Qayıt, yerinə qoy Ayı, Günəşi – 
Yenə olduğu tək görüm həyatı. 
Qayıt, gözüm nuru, könlüm atəşi
Qayıt, sahmana sal bu kainatı! [7, s. 295] 
 
Burada  biz  sanki  iki  böyük  poetik  epoxanı  qarşı-qarşıya  gətiririk; 
Rəsul  Rzanın  lirik  qəhrəmanı  Ayı,  Günəşi,  ulduzları,  bütün  kainatı  öz 
sevgilisinə  hədiyyə  verir!  Əli  Kərimin  lirik  “mən”i  isə  öz  sevgilisindən 
Ayı,  Günəşi  yerinə  qoymağı,  kainatı  və  həyatı  sahmana  salmağı  xahiş 
edir! Müqayisə etdiyimiz lirik mətnlər bəlkə də poeziya tarixinin ən dərin 
və ən gözəl təzadlarıdır. Və bir də ustad R.Rzanın gənclik eşqilə  yoğrul-
muş “Qürur nəğməsi”ni oxuyuruq:  
 


______________________________________________________ Poetika.izm 
  
 
80 
“Təyyarənin qanadı buludları yararsa,  
Coşğun nəğmə səsləri boşluqları sararsa;  
bu bəxtiyar həyatda könül açan nə varsa, 
bizimkidir nəğmə də, təyyarə də, sevgilim!  
Göylər pərisi ay da, Səyyarə də, sevgilim!” [4, s. 25]
 
 
Elmi  həqiqət  burada  özgə  cür  düşünməyi  tələb  edir.  Amma  mən 
ürəyimin  səsini  eşitmək  istəyirəm;  düzü,  əvvəllər  ayrı  cür  fikirləşirdim. 
Mən gənclik çağlarımda bu şeirləri müqayisə edərkən Əli Kərimin duyğu-
larına üstünlük  verirdim.  İndi  isə tam  əksinə düşünürəm.  “Qürur nəğmə-
si”ndəki o yenilməz inam və qüdrət duyğuları üçün çox darıxmışam. Us-
tad  Rəsul  Rzanın  əzəmətli  lirik  qəhrəmanının,  o  əfsanəvi  və  məğrur  ya-
şantıların  həsrətini  çəkirəm.  O  illərin  fövqəl  poeziyası  –  Səməd  Vurğu-
nun, Mikayıl Müşfiqin, Rəsul  Rzanın  böyük insanlar və nəsillər haqqın-
dakı atəşin nəğmələri məni o illərə qaytarır və mən də bunun mümkün ol-
mayacağını  bilsəm  də,  həmişəlik  o  zamanlara,  o  illərə  qayıtmaq  istəyi-
rəm!..  
 
ƏDƏBİYYAT 
 
1.
 
Salmanov Şamil. Ön söz. Bax: Süleyman Rüstəm. Seçilmiş əsərləri. Üç cilddə, 
I cild. Bakı, “Şərq-Qərb”, 2005.  
2.
 
Mikayıl Müşfiq. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2004. 
3.
 
Süleyman Rüstəm. Mənim günəşim. Şeirlər və poemalar. “Yazıçı”, 1980.  
4.
 
Rəsul  Rza.  Seçilmiş  əsərləri.  4  cilddə,  I  cild.  Bakı,  Azərbaycan  Dövlət  nəş-
riyyatı, 1967. 
5.
 
Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə, I cild. Bakı, “Şərq-Qərb”, 2005.  
6.
 
Ğafur Ğulom. Mukammal asarlar toplami. On ikki tomlik, birinçi tom. Toşkent, 
“Fan” naşrityoti, 1983.  
7.
 
Əli Kərim. Seçilmiş əsərləri. İki cilddə, I cild. Bakı, “Azərnəşr”, 1974.  
 
Yaşar Qasımbəyli 
 
LİRİKA VƏ POETİK “BİZ” KULTU 
 
XÜLASƏ 
 
“Lirika  və  poetik  “biz”  kultu”  məqaləsi  XX  əsr  Azərbaycan  poeziyasında  lirik 
obrazlar  sisteminin  dəyişmə  prosesinin  tədqiqinə  həsr  edilib.  Tədqiqatda  20-ci  illərin 
ortalarından etibarən Azərbaycan və sabiq İttifaq xalqları poeziyasında geniş vüsət  alan 
estetik məzmunun və ifadə vasitələrinin dəyişikliyə məruz qalması prosesinin təhlili lirik 
obrazların mahiyyəti və xarakterindəki yenilənmənin araşdırılması yönündə reallaşdırılır. 
Bu məqsədlə otuzuncular poetik nəslinin ən görkəmli nümayəndələrinin  yaradıcılığının 
başlanğıc  mərhələsi  müqayisəli  araşdırma  müstəvisində  nəzərdən  keçirilir.  Xüsusən 
Süleyman  Rüstəmin,  Mikayıl  Müşfiqin,  Səməd  Vurğunun,  Qafur  Qulamın  və  Rəsul 
Rzanın  poetik  proqram,  bədii  manifest  yönlü  məşhur  əsərləri  elmi-nəzəri  kontekstdə 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə