Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə33/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
81 
dəyərləndirilir. 20-30-cu illərin kəskin və mürəkkəb ədəbi-siyasi mübarizələri və çarpış-
maları  mühitində  ənənəvi  və  milli  lirik  “mən”in  poetik  “biz”ə  çevrilməsi  prosesini 
müəllif parlaq bədii nümunələr əsasında ümumiləşdirməyə çalışır.  
 
Yashar Gasımbaylı 
 
LYRICS AND POETIC "WE" CULT 
 
SUMMARY 
 
The article “Lyrics and poetic "we" cult” is denoted to the research of the change 
process  of  lyric  characters  in  Azerbaijan  poetry  in  the  XX  century.In  the  research  the 
anlysis  of  changing  process  of  the  aesthetic  contents  and  expression  means  that  are 
widespread in the poetry of Azerbaijan and the former Soviet Union since the middle of 
20th  years  are  realized  in  the  research  of  investigation  of  the  lyric  characters  features. 
For  this  purpose,  the  initial  phase  of  creative  of  the  most  prominent  represantatives  of 
poetic  generation  that  is  in  the  30
th
  years  are  reviewed  in  the  light  of  comparable 
research. In particularly, famous works towards the poetic program artistic manifesto of 
Samad Vurgun, Suleyman Rustam, Mikayil Mushfig, Gaphur Gulam and Rasul Rza are 
considered in the theoretical context.The author tries to generalize the changing process 
of  traditional  and  national  lyrics  "I"  to  the  poetic  "WE"  in  the  conditions  of  acute  and 
complex  literary-political  struggles  and  fights  of  20-30
th
  years  in  the  different  bases  of 
interesting artistic samples. 


______________________________________________________ Poetika.izm 
  
 
82 
 
Elnarə QARAGÖZOVA 
Nizami adına Ədəbiyyat İnstitutu 
 
KAMAL ABDULLANIN VƏ LİON FEYXTVANGERİN 
YARADICILIĞINDA “KÖLGƏ” ARXETİPİ 
 
Açar sözlər: oxşar, arxetip, kölgə, hökmdar, tarix 
Key words: similar, archetype, shadow, ruler, history 
 
İnsan özünü dərk etdiyi qədim zamanlardan bəri öz oxşarının möv-
cudluğuna  inanmışdır.  Bir  çox  mədəniyyətlərdə  insan  və  heyvanların 
oxşarlarının mövcudluğuna inam özünü göstərir. Oxşar obrazın yaranması 
qədim  mifoloji  köklərə  dayanır.  Lakin  oxşar  obrazı  çox  zaman  insanın 
mənfi  səciyyəli  əkizi,  faciəli  mövzusu  ilə  bağlıdır.  Məsələn,  alman  folk-
lorunda  belə  bir  obraz  doppelganger  (hərfi  tərcüməsi  phantom  əkiz)  ad-
lanır.  Bəzi  inanclara  görə,  doppelganger  xəstəlik  və  ya  təhlükə  ehtimalı 
olduqda  insanın  dostlarına  və  ya  qohumlarına  görünür.  Şotlandiya  folk-
lorunda da oxşar doppelganger kimi təzahür edir. Norveç mifologiyasında 
bu «vardøger» adlı sirli kabus kimi meydana çıxır. 
Ədəbiyyatda  bu  motiv  xüsusilə  XIX-XX  əsrlərdə  inkişaf  etmişdi. 
Bir çox bədii nümunələrdə oxşar əsasən şeytani əkiz kimi meydana çıxır. 
Onun  görünməsi  bəzən  qəhrəmanın tezliklə öləcəyini xəbər verir. Oxşar 
çox zaman insanın «qaranlıq tərəfi», alter ego, düşmən kimi səciyyələnir. 
Doppelgangerlərə  Hofmanın  əsərlərində,  Puşkinin  “Vasilyevski 
adasında  tənha  ev”,  Odoyevskinin  “Silfida”,  Qoqolun  “Şinel”,  Dosto-
yevskinin  “Oxşar”,  C.Hoqqun  “Bağışlanmış  günahkarın  tövbəsi”,  Edqar 
Ponun  “Vilyam  Vilson”,  “Qara  pişik”,  R.L.Stivensonun  “Sahibkar  Bal-
latre” əsərlərində rast gəlinir.  
“Dualist mifologiyada Dünyanın ən arxaik strukturu bir-birinə qarşı 
duran cüt kosmik simvol və ya əlamətlər (günəş – ay, kişi – qadın, sağ – 
sol)  vasitəsilə  təsvir  olunur.  Demək  olar  ki,  bütün  folklor  və  mifoloji 
sistemlərdə, əkizlərin, ikiliyin olması aydın görünür. İnkişafın erkən mər-
hələlərində  olan  cəmiyyətlərdə  oxşar  motivi  çox  zaman  ölümdən  sonra 
həyat fikirləri və dəfn ritualları ilə bağlı olur” [1, s. 141]. 
İnsanın qeyri-maddi oxşarı olan "Ka" haqqında Misir konsepsiyası 
da  maraqlıdır.  “Lakin  Avropalı  həmkarından  fərqli  olaraq  misirli  Ka 
qeyri-adi, çox yönlü bir fenomen deyil, kifayət qədər təbii qəbul edilir və 
heç bir mistik dəhşəti özündə ehtiva etmir” [2, s. 213]. 
Maraqlıdır ki, Kafkanın “Qəsr” romanında da baş qəhrəmanın adı K 
(Ka) kimi qeyd olunur. Bir çox tədqiqatçıların fikrincə, K məhz Kafkanın 


______________________________________________________ Poetika.izm 
  
 
83 
özünün prototipidir.  
Fikrimizcə,  «oxşar»  arxetipi  Yunqun  kölgə  arxetipinin 
təzahür 
formasıdır. Kölgə insan həyatının qaranlıq tərəfi ilə eyniləşdirilir 
və  buna  görə  də  Freydin  orta  cins  –  "o"  ilə  ifadə  etdiyi  anlayışa  uyğun 
gəlir.  Kölgə  arxetipi  bir  tərəfdən  fərdi,  digər  tərəfdən  də  kollektiv 
şüursuzluğa  söykənir.  Yunqun  fikrincə,  “Şeytan  Kölgə  arxetipinin 
variantıdır, yəni insanın etiraf edilməyən, qaranlıq, təhlükəli yarısıdır” [3, 
s. 101]. 
Kölgə daim azadlığa can atır. Lakin  persona arxetipi – insanın so-
sial  maskası  onun  qarşısını  alır.  Kölgə  və  persona  daim  tarazlıqda  ol-
malıdır. Kölgəni sıxışdırmaq, personanın daha kəskin formada təzahürünə 
yol  vermək  olmaz.  Əks  halda  bu  antaqonizmə  və  nevroza  gətirib  çıxara 
bilər.  
Fikrimizcə,  Azərbaycan  və  dünya  ədəbiyyatında  rast  gəlinən  kölgə 
arxetipinin  təzahür  formalarından  biri  olan  siyasi  oxşarların  ədəbiyyatda 
əksinin araşdırılması olduqca maraqlı məqamların üzə çıxmasına kömək 
edəcəkdir.  
Hesab  edilir  ki,  qədim  dövrlərdən  başlayaraq  hakimiyyətdə  olan 
şəxslərin  daima  gizli  saxlanılan  oxşarları  olmuşdur.  Bu  oxşarlar  çox  za-
man  müxtəlif  mərasimlərdə,  görüşlərdə,  yaxud  siyasi  liderin  həyatına 
təhlükə yarana biləcək məqamlarda onu əvəz edirdilər. Hətta Napoleonun 
bir deyil, bir neçə oxşarının olduğu haqqında versiyalar mövcuddur. “Bəzi 
əfsanələrə görə, Müqəddəs Yelena adasında 1821-ci ilin 5 mayında vəfat 
edən Napoleon deyil, onun oxşarı olan Napoleon ordusunun kapralı Robo 
olmuşdur.  İmperatorun  özü  isə  ömrünün  qalan  hissəsini  İtaliyada  keçir-
mişdir” [4]. 
Siyasi oxşarlar dünya ədəbiyyatında da geniş şəkildə əksini tapmış-
dır. B.Prusun “Firon”  əsərində  XIII Ramses öz oxşarı olan  yunan  Likon 
ilə  qarşılaşır.  Kahinlər  Ramsesin  yerinə  Likonu  hakimiyyətə  gətirmək 
istəyirlər.  Lakin  Likon  Ramsesə  sui-qəsd  edərkən  Ramses  onu  boğaraq 
öldürür,  Likon  son  nəfəsdə  Ramsesi  qarnından  yaralayır.  Ramses  əsgər-
lərin qollarında keçinir.  
Robert Xaynlaynın “Oxşar” adlı romanında istedadlı aktyor Loren-
so  Smitə  keçici  müddətə  müxalif  partiya  tərəfindən  oğurlanmış  siyasətçi 
Con  Cozef  Bonfordun  yerinə  keçməyi  təklif  edirlər.  Lorenso  məxfi 
şəkildə  Bonfordun  yerinə  mərasimlərdə  iştirak  edir,  mətbuat  konfransı 
keçirir,  rəsmi  mərasimlərdə  çıxış  edir.  Lorenso  öz  rolunu  çox  məharətlə 
ifa etdiyindən imperatordan başqa heç kəs onun Bonford olmadığını hiss 
etmir.  Lorenso  Bonfordun  yerinə  çıxışlar  hazırlayarkən,  onun  üslubunda 
nitq  yazmağı  mükəmməl  şəkildə  öyrənir,  hətta  onu  üstələyir.  Nəhayət, 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə