Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə36/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   32   33   34   35   36   37   38   39   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
88 
yuxularında  əsl  Şah  İsmayıl  onu  öz  yanına  çağırır  və  Taclı  xanımın  bu 
yuxularından xəbər tutan Xızır narahat olur. İllər sonra əsirlikdən dönən 
Hüseyn Lələ bəy taxtın sahibini əsl Şah İsmayıl olmadığını anlayır və onu 
xəyanətdə ittiham edərək qətlə yetirir.  
Xızır Şah İsmayılı  əvəz  edərək Şah mərtəbəsinə  yüksəlsə də,  yenə 
öz fərqliliyini qoruyur, özünəməxsusluğu ilə seçilir. O, əsl şah olmadığını 
daim xatırlayır və müəyyən narahatlıq keçirir. Düzdür, bəzi məqamlarda 
onda da hakimiyyətə sevgi, bu hökmranlıqdan məhrum olma qorxusu hiss 
olunur. Bu onun Taclı xanımın Şah İsmayılla bağlı yuxularından narahat-
lığında  da  öz  əksini  tapır.  Lakin  bu,  Terensidəki  kimi  çılğın  hakimiyyət 
ehtirası deyil. Xızır özünü daha çox taleyinə boyun əymiş insan kimi apa-
rır.  Sirrin  açılmasından  qorxmasının  səbəblərindən  biri  də  Şah  İsmayıla 
verdiyi  sözdür, ona “Mən sənə  bu boyda məmləkət  qoyub  gedirəm.  Ha-
mıdan  gizli.  Bir  şəxs  bunu  bilməyəcəkdir”  –  deyən  Şah  İsmayılın  tap-
şırığını yerinə yetirmək məsuliyyətidir.  
Terensi  isə  öz  taleyindən  hədsiz  razı  qalır.  Hətta  imperatorun 
oyuncağı olmaq belə onun üçün xoşbəxtlik olur. İmperatorun ölümündən 
sonra o, daim keçmiş günləri yadına salıb kədərlənir, həsrət çəkir. İkinci 
dəfə Neron olmaq şansı ona həyatının zirvə nöqtəsi kimi təsir bağışlayır. 
Xızırdan fərqli olaraq, Terensinin hərəkətləri necə deyərlər “Allah dəvəyə 
qanad  versəydi”  məsəlinə  uyğun  gəlir.  O,  sıxışdırılmış  kölgədir,  hər 
vəchlə  məngənədən  çıxıb  əl  –  qol  açmağa  çalışır.  Ona  nəhayət,  meydan 
verildikdə  özünü  bütün  “çılpaqlığı”  ilə  nümayiş  etdirir.  L.Feyxtvangerin 
“Yalançı  Neron”  əsərində  Terensi  Varron  və  Artaban  çarı  tərəfindən 
istifadə edildikdən sonra onu Roma əsgərlərinə təhvil verirlər və o, yalan-
çı Neron kimi qətlə yetirilir. “Sübh açılanda Maksimus Terensi – milyon-
larla insan üçün uzun illər Neron olmuş şəxs öldü” [10, s. 183]. 
Fikrimizcə, hər iki oxşarın – Xızırın və Terensinin ölümü arasındakı 
fərq onların oxşar (kölgə) rolunu oynadıqları zaman həm də daxillərindəki 
kölgələri  ilə  apardıqları  mübarizənin  yekunu  kimi  qiymətləndirilə  bilər. 
Qeyd  etmək  lazımdır  ki,  Xızırın  varlığı  yalnız  Hüseyn  bəy  Lələyə  və 
vəzirə  məlum  olduğundan  onun  ölümü  Şah  İsmayılın  ölümü  kimi  qəbul 
olunur. Xızır xəyanətdə ittiham olunub qətlə yetirilsə də, şah kimi şərəflə 
və  hörmətlə  dəfn  olunur.  Terensi  yalançı  Neron  kimi  rüsvayçılıqla  dar 
ağacından  asılır.  O,  kölgə  rolunu  oynayarkən  öz  kölgəsinə  məğlub  oldu 
və bu səbəbdən oxucu onun ölümünü mənliyindən imtina etmiş kuklanın 
səhnədən  çıxması  kimi  qarşılayır.  Hüseyn  Lələ  bəy  Xızırı  xəyanətdə 
günahlandırsa  da  o,  sadəcə  Şah  İsmayıla  verdiyi  vədi  yerinə  yetirmişdi. 
Terensidən fərqli olaraq, ucuz şöhrətə görə şəxsiyyətini alçaltmamışdı və 
bu  səbəbdən  ölümü  onu  oxucunun  gözündən  salmır,  hətta  Hüseyn  Lələ 
bəyə etirazını bildirmək istəyi oyadır.  
Beləliklə, müxtəlif dövrlərdə yazılmış və müxtəlif xalqların ədəbiy-


______________________________________________________ Poetika.izm 
  
 
89 
yatına aid bu iki əsərdə oxşar obrazının əksini araşdıraraq kölgə arxetipin 
modifikasiyasını və təzahür incəliklərini göstərməyə çalışdıq.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Hacılı A. Kamal Abdulla: seçimin morfologiyası. Bakı, “Mütərcim”, 2010. 
2.
 
Большаков  А.  Человек  и  его  Двойник.  Изобразительность  и  мировоззре-
ние в Египте Среднего царства. СПб., 2001. 
3.
 
Юнг К.Г. Психология бессознательного. – М.: Канон +, 2003. 
4.
 
Нечаев С. Тайна двойников Наполеона  
http://www.sovsekretno.ru/articles/id/4211/ 
5.
 
Эфендиев O. Азербайджанское государство Сефевидов в XVI веке. Изда-
тельство "Элм", 1981. 
6.
 
Abdulla K. Yarımçıq «əlyazma». Bakı, XXI–YNE, 2004. 
7.
 
Kərimzadə F. Çaldıran döyüşü. Bakı, “Yazıçı”, 1988. 
8.
 
Нерон http://cyclowiki.org/wiki/Нерон 
9.
 
Гай  Светоний  Транквилл.  Жизнь  двенадцати  цезарей.  Москва,  Издатель-
ство «Наука», 1993. 
10.
 
Фейхтвангер Л. «Лже-Нерон»: Проминь; Днепропетровск, 1989. 
 
Elnarə Qaragözova 
 
KAMAL ABDULLANIN VƏ LİON FEYXTVANGERİN 
YARADICILIĞINDA “KÖLGƏ” ARXETİPİ 
 
XÜLASƏ 
 
Daim azadlığa  can atan  və  persona  arxetipi ilə  tarazlıqda  olan kölgə  arxetipinin 
təzahürləri  ədəbiyyatda  müxtəlif  formalarda  əks olunmuşdur.  Yunqun  kölgə arxetipinin 
təzahür  forması  olan  «oxşar»  arxetipi  bir  tərəfdən  fərdi,  digər  tərəfdən  də  kollektiv 
şüursuzluğa söykənir. Bu baxımdan Azərbaycan ədəbiyyatında K.Abdullanın “Yarımçıq 
əlyazma”  və  L.Feyxtvangerin  “Yalançı  Neron”  əsərlərinin  müqayisəli  təhlili  olduqca 
maraqlıdır.  L.Feyxtvangerin  “Yalançı  Neron”  əsərində  imperator  Neronun  oxşarı  olan 
dulusçu  Terensi  öz-özünü  inkar  edir  və  kölgəyə  tabe  olur.  Personanı  rədd  edərək  köl-
gənin  istədiyi  şəklə  –  imperator  Neron  obrazına  bürünür.  K.Abdullanın  “Yarımçıq  əl-
yazma” əsərində isə Xızır Şah İsmayılın yalnız xarici oxşarı olmaqla kifayətlənir. Xızır-
da Şah İsmayıla qarşı heyranlıq və məhəbbət olsa da, heç zaman tamamilə Şah İsmayılın 
tam  oxşarı,  surəti  olmaq  istəmir.  Məqalədə  müxtəlif  dövrlərdə  yazılmış  və  müxtəlif 
xalqların ədəbiyyatına aid bu iki əsərdə oxşar obrazının əksini araşdıraraq eyni arxetipin 
modifikasiyasını və təzahür incəliklərini göstərməyə çalışmışıq. 
 
Elnara Garagozova 
THE ARCHETYPE OF “SHADOW” IN KAMAL ABDULLA’S 
AND LEON FEUCHTWANGER’S FICTIONS 
 
SUMMARY 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə