Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə44/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   40   41   42   43   44   45   46   47   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
105 
hekayədə  güclü  istehza  ilə  təsvir  edilmişdir.  Sayalı  arvada  ərini  diril-
dəcəyini  güman  etdiyi  bir-iki  morfi  iynəsi  almaq  belə  müyəssər  olmur, 
vertolyotun  göyə  qalxdığını  görən  arvad  daha  yazıq  vəziyyətə  düşür. 
Sayalı arvadın göylərə üz tutub dediyi sözlər kimlərin qurub yaratdığını, 
lakin kimlərin kef çəkdiyini son dərəcə acı və kədərli bir dil ilə ifadə edir: 
”Əylə,  başına  dönüm,  əylə,  ay  doxtur!  İncəli  Çərkəz  ölüm  ayağındadı. 
Başına  dönüm,  ay  doxtur!  O  da  hökumət  adamıdı,  kolxoz  qurub,  bandit 
tutub!  Əylə!.”  [11].  Sayalı  arvadın  bu  çağırışında  təkcə  “hökümət  ada-
mının” sosial-mənəvi faciəsinin deyil, bütövlükdə Azərbaycanın tarixi fa-
ciəsinin  səsi  eşidilir.  Milli-mənəvi  dəyərlərimizin  sosializm  ideologiya-
sının yalançı işıqlarında boğulmasının nəticəsi kimi milli təfəkkürün, milli 
ruhun  özünəqayıdış  müstəvisində  öz  faciəsini  dərk  etməsi  bu  hekayənin 
məzmun mahiyyətini təşkil edir. Məhz bu məqamda aydın olur ki, yazıçı 
“İncə  dərəni”  məkan  olaraq  təsadüfi  seçməyib.  “İncə  dərəsi”  hadisələrin 
baş  verməsi  üçün  fiziki  və  coğrafi  dəqiqliyi  olan  bəsit  bir  məkan  deyil. 
“İncə  dərəsi”nin  daşıdığı  simvolik  yük  daha  qabarıqdır  və  oxucu  bədii 
qənaətinin  formalaşmasında  əsas  amildir.  “Qazax  mahalında  "İncəli", 
yaxud "İncə dərəsi" deyilən, həm vurub-tutan igidləri, həm böyük təfək-
kür  –  mənəviyyat  (ruh)  xadimləri,  həm  də  istedadlı  saz-söz  adamları  – 
aşıqları, şairləri ilə kifayət qədər məşhur bir məskən var ki, onun tarixilə 
maraqlananda  istər-istəməz  elə  bir  mistik  qədimliyə  gedib  çıxırsan  ki, 
zamanın hərəkətinin hər hansı xronologiyasını təsəvvürdə hətta ən ümumi 
konturları ilə belə bərpa etmək mümkün olmur” [12]. Özündə keçmişlə bu 
günün  qəribə  bir  məntiqlə  vəhdətini  qoruyan,  etno-mədəni  məskənin 
hekayədə simvolik yükü bütövlükdə milli kimliyin, milli təfəkkürün, mə-
dəni və etnik dünyagörüşün məkanı kimi şərh oluna bilər. İncə dərəsi bu 
hekayədə  bütöv  Azərbaycanı  simvollaşdırır.  Bəs  Yaz  çağı?  Niyə  məhz 
Yaz  çağı?  Hekayədə  baş  verən  hadisələrin  yaz  çağında  baş  verməsini 
təsbit edən məqamlar olduqca azdır. Çünki müəllifin məqsədi hadisələrin 
baş verdiyi zamanın sərhədlərini böyütməkdir. Hekayənin adından aldığı 
informasiyanın,  yəni  hadisələrin  yazda  baş  verməsinin  doğru  olduğunu 
oxucu mətndə yalnız bir məqamda təsbit edir.  
Bu  kiçik  dialoq  mətn  xronotopunun  bədii  estetik  funksiyasının 
dərkinə  bizi  biraz  da  yaxınlaşdırır.  İncə  dərəsinə  gələn  yaz,  təbiətin  ən 
gözəl  fəslidir.  Torpağın  oyanışı,  təbiətin  qış  yuxusundan  sonra  günəşin 
ilıq  şüalarında  isinməsini  xarakterizə  edən  yaz  ilə  soyuq  qışın  əlaməti 
olan  qarın  bədii  təzadını  yaratmaqla,  Y.Səmədoğlu  müəllif  ideyasının, 
müəllif mövqeyinin oxucu tərəfindən aşkarlanmasına nail olur. Azərbay-
can  tarixindən  az-çox  məlumatı  olan  oxucu  hekayədə  nəql  olunan  hadi-
sənin baş verdiyi zamanı müəyyənləşdirməklə kifayətlənmir, yazıçının bu 
zaman  kəsimini  “yaz  çağı”  ilə  simvollaşdırmasının  arxasında  dayanan 
məqamları da görə bilir. Belə ki, milli özünüdərk, milli özünəqayıdışın ilk 


______________________________________________________ Poetika.izm 
  
 
106 
rüşeymlərinin formalaşdığı 1960-70-ci illərdə sovet hakimiyyətinin sütun-
ları sarsılırdı. Artıq uzun və soyuq qışdan çıxmaq üçün ilk addımlar atı-
lırdı.  Hekayədə  Sayalı  arvadın  hələ  sözə  düzülməmiş  düşüncələrindəki 
sualları buna  əyani  nümunədir. Sayalı arvad “Allahın zülmü” ilə cəmiy-
yətin sürüklədiyi zülmləri ayırd etməyə çalışır, Çərkəzin və keçmiş ispol-
komun cəmiyyətdəki gerçək mövqeyini sezəcək qədər qabağa gedir. İnsan 
bütün  faciəvi  durumlarda  ümidə  bel  bağlayır.  Ümid  varsa,  gələcək  var. 
Sayalı arvad öz ümidini, gələcəyini, yaz çağını itirmək istəmir. 
Ədəbiyyatımızın  hekayə  janrının  təkamül  tarixində  xüsusi  çəkisi 
olan “İncə dərəsində yaz çağı” hekayəsində xronotopun müəyyənləşməsi 
mətnin  bədii-estetik  kamilliyinin  birbaşa  üzə  çıxmasına  şərait  yaradır. 
Xronotopun mətnin bədii modelində gizlənən simvolik yükünün aşkarlan-
ması hekayənin bədii məzmununun, mövzu dərinliyinin, bədii problema-
tikasının doğru şərh olunmasına səbəb olur.  
Yaddaş yazıçının ən böyük sərvəti hesab olunur. Yazıçı yaddaşında 
yalnız  öz  şəxsi  xatirələri  yer  tutmur.  Milli  yaddaş,  ədəbi  yaddaş,  tarixi 
yaddaş  müəllif  yaddaşının  ayrı-ayrı  qatlarını  təşkil  edə  bilir.  Həmin  xa-
tirələr,  yadasalmalar  yazıçı  üçün  bir  növ  yanacaq  rolunu  oynayır.  Yazıçı 
yazmağa,  öz  yaddaşında  yığılanları  oxucuya  ötürməyə  can  atır.  Bədii 
sözün  gücündən  ustalıqla  istifadə  etməyi  bacaran  yazıçı  öz  yaddaşını 
uğurla  bədii  əsərə  gətirə  bilir.  Xalq  yazıçısı  Yusif  Səmədoğlu  XX  əsr 
Azərbaycan ziyalılığının yüksək keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, 
mənsub olduğu nəsli təmsil edən bir insan olmuşdur. O, həm ədəbi, həm 
də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durmuş, azad-
lıq,  demokratiya,  müstəqillik  duyğusu  ilə  yaşamışdır.  Y.Səmədoğlu  XX 
əsr  Azərbaycan  ədəbiyyatı  tarixində  özünəməxsus  yer  tutaraq,  həyata, 
gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilmişdir. Millilik, milli-
mənəvi  dəyərlərimizin  qorunub  saxlanılması,  milli  mədəniyyətin,  milli 
əxlaqın  gənc  nəslə  çatdırılması  baxımından  onun  əsərlərinin  dəyəri  və 
ibrət dərsləri güclüdür. Yusif Səmədoğlunun yaradıcılığı bütövlükdə milli 
yaddaş salnaməmizdir. 
Azərbaycançılıq ideyası əsasında qurulduğundan hər dövr üçün ak-
tual olan bu  əsərlərin milli xüsusiyyətlərin, milli keyfiyyətlərin, milli  ru-
hun, adət-ənənələrin yaşanmasında böyük rolu vardır. Bu baxımdan Y.Sə-
mədoğlunun əsərlərində milli ideyanın təlqin və təbliği güclüdür. O, hələ 
sosializm  cəmiyyətinin,  avtoritar  rejimin  ən  şiddətli  çağlarında,  1959-cu 
ildə  "Yaddan  çıxmış  sözlər"  novellasında  və  "Xəzri"  hekayəsində  cəsa-
rətlə millətimiz üçün faciəvi mahiyyəti olan mühüm tarixi hadisəni qələ-
mə  alaraq,  "Türkmənçay  –  1828-ci  il"  müqaviləsini  yada  salmış,  oxucu-
larını  bu  hadisəni  unutmamağa,  bu  barədə  düşünməyə  çağırmış,  torpaq-
larımızın iki yerə parçalanması dərdi-acısı ilə Təbriz harayı qaldırmışdır. 
Y.Səmədoğlunu  həmişə  xalqın  taleyi,  mənəviyyatı  düşündürdüyündən, 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə