Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə43/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   39   40   41   42   43   44   45   46   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
103 
çömbəlmiş  qoca  canavara  heybəsindəki  çörəkdən  yedizdirirdi.  Canavarı 
yedizdirib,  özü  də  bir  qismət  yeyib,  soyuqdan  və  qorxudan  əsə-əsə 
uzaqdakı küləyin uğultusunu dinləyə-dinləyə, zülmət və rütubətli gecənin 
ulduzları iriləşib-iriləşib alma boyda olduğu vədəsində yuxuya getdi” [6, 
s.  59].  Doğrudur,  burada  mifik  obrazın  ilkin  mənasından  kifayət  qədər 
böyük  fərqlərin  və  transformasiyaların  olduğunu  görürük  ki,  bunlardan 
birincisi “gavur qızı” məsələsindədir. Canavarı öz kökündəki əzəmətdən, 
“bozqurdluqdan” uzaqlaşdırıb, “qoturlaşdıran” müəllifin Türk mifoarxaik 
düşüncəsinin  əsas  fiqurlarından  biri  olan  Umay  Ananı  deformasiyaya 
uğratması  təbii  qarşılanmalıdır.  Arxeoloji  qazıntılar  zamanı  Altaylarda 
tapılmış keramik əşyalar üzərində üç buynuzlu Umay Ana şəkillərinə rast 
gəlinmişdir. Orta Asiyada əldə edilmiş tapıntılarda Umay Ana motivi, bə-
yaz saçlı və bəyaz geyimli, insan formalı təsvir olunmuşdur. Altay türkləri 
onu  göylərdən  enmiş  gümüş  rəngli  saçları,  gözəl  sifətli  bir  qadın  kimi 
düşünmüşlər. Yusif Səmədoğlu yaratdığı gavur qızı obrazını da bəyaz saçlı 
təsvir  edir.  Gavur  qızının  bəyaz  rəngi,  canavarı  yedizdirməsi,  ən  başlıcası 
ağacla  bağlılığı  kimi  cəhətləri  onun  Umay  Ana  mifo-arxaik  obrazı  ilə 
səsləşməsinə, bənzəməsinə şərait  yaradır. Qoca canavarın  yuxuda sarı-sarı 
yarpaqlar  görməsinin  özünün  mifoloji  inanc  sistemlərində  maraqlı  izahı 
var. Mifoloji inama görə, o biri dünyada bir ağac var ki, onun hər yarpağı 
bu  dünyadakı  bir  adamındı  və  həmin  yarpaq  saralıb  yerə  düşən  zaman  o 
adam ölür” [7, s. 18]. 
Ümumiyyətlə, romandakı ağac motivi ilə bağlı məqamların şərhin-
dən  aydın  olur  ki,  roman  mətni  arxaik-epos  yaddaşının  təzahür  forması 
kimi  çıxış  edir.  “Kitabi-Dədə  Qorqud”,  “Oğuz  Xaqan”  dastanlarında  və 
dolayısı ilə də qədim Şumer-Akkad mətnlərində yaradılış aktı, sakral baş-
lanğıc,  müqəddəs  himayədar  kimi  funksionallıq  daşıyan  ağac  obrazı  ilə 
sələf-xələf münasibətləri yaradır. “Oğuz Xaqan”dakı ağacın sakral mahiy-
yəti  ilə  bağlı  F.Bayat  yazır:  “Türk  mifologiyasında  Göy  Tanrıdan  qopub 
ayrılmış ağac bir sıra etnoqonik miflərdə ilk ana kimi xatırlanır. Mifə görə 
dağın üstündə bitən ağaca göydən işıq düşmüş, bu ağac gövdəsi şişmişdir. 
Bir müddətdən sonra gövdə yarılmış, oradan beş uşaq çıxmışdır. Onların 
ən  kiçiyi  olan  Buğu  Təkin  sonradan  bir  çox  xalqları  özünə  tabe  edərək 
böyük dövlət yaratmışdır” [8, s. 123]. 
Yusif Səmədoğlunun  yaradıcılığına xüsusi rəng qatan  əlamətlərdən 
biri də müəllifin yaşadığı dövrün tarixinin öz yaddaşındakı inikasını bədii 
mətnə ötürmək qabiliyyəti ilə bağlıdır. Müəllifin roman və hekayələrində 
yazıçının  uşaqlıq  və  gənclik  dövrlərinin  koloritinin  yaddaşdan  süzülüb 
mətnə axması səciyyəvi haldır. Y.Səmədoğlunun öz şəxsi yaddaşı əsərlə-
rindən hadisələrin zaman və məkan seçimində xüsusi rol oynayır. Zama-
nın və məkanın yaddaşı, daha aydın desək, müəyyən zaman mərhələsinin 
və hər hansısa məkanın özündə ehtiva etdiyi yaddaşın bədii mətndə oxucu 


______________________________________________________ Poetika.izm 
  
 
104 
tərəfindən  aşkarlanması  birbaşa  müəllif  ideyasının  gerçəkləşməsi,  müəl-
lifin  öz  məqsədinə  nail  olmasıdır.  Yusif  Səmədoğlunun  “İncə  dərəsində 
yaz çağı” hekayəsində xronotopun bədii-estetik funksiyasını ortaya çıxar-
maq birbaşa mətnin ümumi məna və məğzini, daşıdığı sosial-fəlsəfi infor-
masiyanı aşkarlamaq deməkdir.  
Yazıçı  hələ  sosializm  cəmiyyətinin,  avtoritar  rejimin  ən  şiddətli 
çağlarında  sovet  ideologiyasının  prinsiplərinə  zidd  olan  əsərləri  ilə  seçi-
lirdi.  Yazıçının  əsərləri  azərbaycançılıq  ideyası  əsasında  qurulduğundan 
hər  dövr  üçün  aktuallığını  qoruyur.  Bu  aspektdən  yanaşdıqda  “İncə 
dərəsində  yaz  çağı”  hekayəsinin  zaman  və  məkan  koordinatlarını  xrono-
loji olaraq 1960-70-ci illər və hələ də öz statusunu qorumaqda olan sovet 
cəmiyyəti  təşkil  edirdi.  Müəllifin  bədiiləşdirdiyi  hadisələr  də  təxminən 
eyni  dövrü  əhatə  edir.  Hekayədə  yazıçı  bunu  birbaşa  rəqəmlərlə  gös-
tərməsə  də,  müəyyən  göndərmələrlə  öz  oxucusunu  hadisələrin  zama-
nından agah edir (“katib”, “vertolyot”, 70  yaşını ötürmüş Çərkəz kişinin 
cavan yaşlarında “Hökümət” adamı olması və s.). “Zaman, ictimai mühit 
bədii  əsərin  mövzusuna,  ideya,  məzmununa,  bədii  formasına,  qəhrəman-
ların fəaliyyətinə və mübarizəsinə, onların mənəvi dünyasına, xarakterinə, 
psixologiyasına  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Hər  hansı  bir  bədii 
obrazı  hərtərəfli  təhlil  etsək,  onun  yarandığı  dövrü  göstərməsək  belə,  o 
dəqiqə  görünəcək  ki,  bu  xarakterli  insan  hansı  dövrün,  epoxanın  qəhrə-
manı ola bilər” [9, s. 18]. “İncə dərəsində yaz çağı” hekayəsində hadisələ-
rin  tarixi  zamanı  hekayənin  təhkiyəsinə  daxil  olan  personajların  ümumi 
təsvirində,  mətnin  bədii  koloritində,  nəzərə  çarpmayan  kiçik  detallar  da 
gizlidir. Hekayənin bədii zaman və məkan modelinə gəlincə, mətnin əsas 
hadisəsinin bədii təsviri bir gün  ərzində, səhər alatorandan axşam  çağına 
qədər  konkret  məkanda  İncə  dərəsində,  kənd  feldşerliyi,  Çərkəz  kişinin 
evi  və  bu  iki  məkanarası  yolda  baş  verir.  Lakin  ümumilikdə  əsas  məkan 
İncə dərəsidir. “İncə dərəsində  yaz çağı” hekayəsi ona görə ”Qətl günü” 
romanı  ilə  sələf-xələf  münasibətləri  daşıyır  ki,  buradakı  “Mahmud  öz 
ixtisasına bələdlik dərəcəsi və səmimiyyəti ilə ”Qətl günü”ndəki Mahmu-
dun eynidir və  hətta ölüm  yatağında olan Çərkəzlə  onun arasındakı  ”tib-
bi” söhbət də eynilə Zülfüqar kişinin Mahmudla ”kardiaminus cartes”ini 
xatırladır  və  buradakı  Sayalı  arvad  oradakı  Salatının,  buradakı  Salahov 
oradakı  Salahovun  ilk  nümunəsidir”  [10].  Bu  münasibətlərin  əsasında 
hekayə  və  romanın  mahiyyətini  təşkil  edən  əsas  fikir  və  həmin  fikrin 
yazıçı  mövqeyində  təqdimatı  arasında  bağlantı  dayanır.  Ömrü  boyu 
xalqının,  elinin  səadəti  yolunda  can  qoymuş  Çərkəz  qorxunc  xərçəngin 
caynağına keçmişdir. Lakin vertolyot ”ölü dirildən” həkimi böyük vəzifə 
sahibi  Salahovun  eyş-işrətdən  öz  maşınında  aşırılıb  əzilmiş  baldızını 
sağaltmaq  üçün  gətirmişdir  və  bu  həkimin  Çərkəz  adlı  adama  gözünün 
ucu  ilə  baxması  bu  cəmiyyətdə  heç  kəsin  ağlına  belə  gəlmir.  Bu  cəhət 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə