Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə46/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   42   43   44   45   46   47   48   49   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
109 
 
İZM 
 
Tahirə MƏMMƏD 
Filologiya üzrə elmlər doktoru, professor 
Nizami adına Ədəbiyyat İnstitutu 
tahire.mammed@yahoo.com
 
 
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında 
Elmin  İnkişafı  Fondunun  maliyyə  yardımı  ilə  yerinə 
yetirilmişdir. Qrant № EİF-2013-9 (15)-46/35/5) 
 
MAARİFÇİLİK VƏ ONUN XX ƏSR AZƏRBAYCAN 
ƏDƏBİYYATINDA TƏZAHÜR XÜSUSİYYƏTLƏRİ 
 
Açar sözlər: maarifçilik, intellektual mühit, yaradıcılıq metodu, maarifçi realizm, 
maarifçi romantizm, Azərbaycan ədəbiyyatı, ədəbi cərəyan 
Key  words:  enlightenment,  intellectual  environment,  the  method  of  creativity, 
enlightened realism, enlightened romanticism, Azerbaijani literature, literary movement 
 
Realizm  istər  Qərbdə,  istərsə  də  Şərqdə  poetika  ilə  izmin  üz-üzə 
gəldiyi,  qarşılaşdığı  məkandır.  Klassizm  maarifçi  realizmdən  daha  əvvəl 
gəlsə  də,  əsasında  estetik  meyarlar  durur,  onu  da  əsasən  poetika  prob-
lemləri düşündürür. Sözsüz ki, hər hansı cərəyan kimi, realizmin də poeti-
kası var, lakin onun probleminin mahiyyətində başlıca yeri məhdudiyyət-
lər  qoyan  poetika  tutmur;  özü  izahı  lazım  olan  yeni  bir  poetika  forma-
laşdırır.  Artıq  burada  strukturda  mütləqləşən  poetika  ilə  yox,  mexanizm 
və strukturdan törəyən, aşkarlanmasına ehtiyac yaranan poetika ilə üz-üzə 
qalırıq.  Maarifçiliyin  texnologiya  və  strukturunda  toplumun,  kütlənin 
şüuruna  təsiretmə  modeli  əsas  olduğu  halda,  tənqidi  realizmdə  poetika 
sosiallığa və tarixiliyə, tipikliyə xidmət edərək daha kəskin və çoxölçülü 
modellər formalaşdırır.  
Realizmin  mahiyyətinin  aydınlaşması  üçün  öncə  maarifçilikdən 
başlamaq lazımdır. Maarifçiliyin açar nöqtəsi ağıldır. İ.Kant cəmiyyəti və 
fərdləri hər şeyi ağıl süzgəcindən keçirməyə dəvət edir: “Öz ağlından isti-
fadəetmə cəsarəti göstər”, – [1] deyir. 
Ənənəvi olan hər bir şeyə ağılla yanaşıb, onu dəyişdirməyə və ağlın 
normalarına uyğunlaşdırmağa çalışan maarifçilik yaratdığı cəbhələşmə ilə 
ədəbi-fəlsəfi  olduğu  qədər  də  ideoloji  cərəyandır.  Maarifçilik  sənətin 
estetik və sosial müstəvisi arasında keçid rolu oynayır. İlk baxışdan xalqa 


______________________________________________________ Poetika.izm 
  
 
110 
ünvanlandığı, ağlı, rasional düşüncəni önə çəkdiyi üçün maarifçilikdə so-
sial  planın  əsas  olması  qənaətini  formalaşdırır.  Lakin  qarşılaşdırmada, 
gerçəkliklə üz-üzə  gətirmədə maarifçiliyin  həyatın  özündən çox  yeni  bir 
planda  sənətli  proqramlaşma  olması  təsəvvürü  yaranır.  Ağlı,  gerçəkliyi, 
ədalət  və  səadəti  əsas  hesab  edən,  götürən,  bilən  maarifçilik  insanla  nə 
dərəcədə  səmimidir,  onun  ağlında,  ənənəvi  alışqanlığında  dəyişmələr  et-
məkdə haqlıdırmı? İnsana iradə azadlığı, səadət aşılamaq istəyən bu ədə-
biyyat  bəzən  bilərəkdən  və  bilməyərəkdən  aldadıcılıq  sərgiləyir.  Burada 
məqsəd və  amal  ağlauyğunluq  prinsipi ilə planlaşdırılır. Ancaq onun nə-
ticəsi həmişə səadət gətirirmi? Və yaxud insanın rasional düşüncəsini qa-
bardan  və  onu  mütləqləşdirməyə  yönələn  bu  ədəbiyyat  insanın  içindəki 
daxili bir meylin, mistifikasiyanın qarşısını almırmı? Belə olduqda o, in-
san  təbiətinə  hansı  səviyyədə  uyğundur  və  nə  dərəcədə  realdır.  Deməli, 
maarifçi  realizm  insanın  mahiyyətinin  reallığını  göstərməkdən  çox,  onu 
ağlın  xeyrinə  dəyişdirməyi  hədəf  alıb.  Buradan  da,  maarifçiliyin  mexa-
nizmi, yəni insanı yönləndirmə mexanizmi bütün ideologiyalar və metod-
lar üçün bu və ya digər səviyyədə səciyyəvidir. Hətta maarifçiliyə tənqidi 
yanaşan postmodernizm özü belə, qabartmaq və beyinə yerləşdirmək istə-
dikləri, beyni qurdalamaq “oyunları” ilə bu mexanizmdən uzaqlaşa bilmir. 
İ.Kantın “öz ağlından istifadəetmə  cəsarəti  göstər” prinsipi,  tarixin 
düzəni  dəyişdikcə,  yeni  dərketmə  və  davranma  şəraiti  formalaşdırdı.  Bu 
isə öz növbəsində maarifçilikdə tarixilik və millilik kimi keyfiyyətlərin də 
inkişafına  yol  açdı.  Maarifçilik,  adət  etdiyimiz  qaydada  təkcə  realizmin 
bir mərhələsi olmaqla məhdudlaşmadı, eyni zamanda, onun özünün mər-
hələləri və təmayülləri meydana gəldi. 
Maarifçiliyə görə, ədəbiyyatın əsas sosial vəzifəsi ağlauyğun cəmiy-
yətdə  insan  hüquqlarının  təmini  ilə  bağlıdır.  Maarifçilər  müxtəlif  üsul-
larla,  bədii  əsərlərlə  (əsasən  nəsr  və  dramaturgiya),  teatrla,  mətbuatla, 
yenitipli  məktəblərlə  insanları  yeni  cəmiyyətə  hazırlayırlar.  XX  əsrin 
başlanğıcı intellektual mühitində Azərbaycan üçün ziyalının və ideoloqun 
düşündüyü  ağlauyğun  cəmiyyət  necə  ola  bilərdi?  Bu  sualın  cavabında 
istər-istəməz  hakim,  güclü  dövlətin  maarifçisi  ilə  onun  asılılığında  olan 
millətin  maarifçisinin  görüşlərində  fərq  ortaya  çıxır.  Belə  ki,  XX  əsrin 
Rusiyasında  haqqı  pozulan,  ağlauyğun  gəlməyən  şərtlər  içərisində  ya-
şayan fəhlə və təhkimçilikdən hələ də tam  yaxa qurtara bilməyən kəndli 
idisə,  Azərbaycanda  bu,  öncə  iradəsini  təmsil  edə  bilməyən  bütöv  millət 
və  alt  sistemdə  onun  hüquqsuz  təbəqələri  idi.  Sovet  nəzəriyyələrində 
maarifçilik daha çox təhkimçiliyə qarşı  yaradılan bir hərəkat kimi dəyər-
ləndirilir. Lakin bu, Rusiya gerçəkləri üçün doğru ola bilərdi. Ona görə də 
təhkimçilik və kəndliliyi maarifçiliyin dəyişməz predmeti kimi mütləqləş-
dirmək  özünü  doğrultmur.  Bu  yanaşma  sosialist  ideologiyasından  irəli 
gəlir və maarifçiliyi sinfiləşdirir. Belə ki, türk ədəbiyyatına nəzər saldıqda 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə