Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə48/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   44   45   46   47   48   49   50   51   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
113 
həllinə  yönəlmişdi.  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  M.Əmin,  C.Məmmədqu-
luzadə,  H.Cavid  (adıçəkilən  son  iki  şəxsiyyət  yazıçı  olduqları  qədər  də 
böyük ideoloqlar idilər) kimi ideoloqların görüşlərinin intellektual mühitə 
təsiri, Ə.Haqverdiyev, N.Vəzirov, S.S.Axundov, Ü.Hacıbəyli kimi böyük 
sənətkarların yaradıcılıq konsepsiyaları dövrün ümumi  ədəbi ab-havasına 
olduğu kimi, maarifçi realizmin yeni mərhələsinə də əsaslı keyfiyyət də-
yişikliyi  gətirmişdi.  Bütün  intellektual  mühitin  maarifçilik  hərəkatında 
müasirləri  milli  maarifçilik  hərəkatının  yaradıcıları  və  fəal  iştirakçıları 
kimi çıxış etmişlər” [6, s. 107]. Maarifçi realizmdə yenə də əvvəlki başlı-
ca prinsip, onun əsas kriteriyası – rasionallıq və ağlauyğun cəmiyyət, xoş-
bəxtlik və azadlıq konsepsiyası davam etməkdə idi. Lakin ağlın seçim və 
görüm  istiqaməti,  bir  ideal  kimi  azadlıq  və  xoşbəxtliyin  kriteriyaları  in-
kişaf edərək hədəfini daha da dəqiqləşdirmişdi. Maarifçilər, xüsusən XIX 
əsrin  son  onilliklərinin maarifçiləri  vətən  və  millət  şüurunun  inkişafında 
mühüm rol oynadılar. Bu da öz növbəsində XX əsr maarifçiliyində  yeni 
bir  keyfiyyəti  inkişaf  etdirdi;  xoşbəxtlik  və  azadlıq  probleminin  həllində 
millət  və  vətən  məsələsi  başlıca  amillərdən  birinə  çevrildi.  Bir  sıra  qərb 
tədqiqatçıları  maarifçiliyi  xarakterizə  edərkən  onun  əsas  kriteriyaları  sı-
rasına  kosmopolitizmi  də  daxil  edirlər;  daha  doğrusu,  kosmopolitizmi 
maarifçilik vasitəsilə yaymağa çalışırlar. Bu, ideologiyadan bəzi Şərq zi-
yalıları  da  təsirlənərək,  onu  müsbət  ideal  kimi  tərənnüm  edirlər.  Türk 
poeziyasında  “Sərvəti-fünun”  ədəbi  məktəbinin  görkəmli  nümayəndəsi 
Tevfiq Fikrət həmin ideologiyanın təsirilə, zaman-zaman birmənalı qarşı-
lanmayan “Halukun amentusu” şeirini yazır. Şeirdə deyir: 
 
Toprak vatanım, nev-ibeşer milletim, insan 
İnsan olur ancak buna iz'anla inandım [7].
 
 
Kosmopolitizm Azərbaycan maarifçiliyi üçün bir o qədər də xarak-
terik  olmamışdır;  xüsusən  də  XX  əsrdə  milli  mübarizənin  kəskinləşdiyi, 
dünyanın  yenidən  bölünməsi  planlarının  olduğu  bir  dövrdə.  XX  əsr 
Azərbaycan intellektual mühitində kosmopolitizmdən daha artıq millət və 
vətən şüuru inkişaf etdiyindən, təbii ki, maarifçilikdə də bu, öz münasibət 
və ifadəsini tapmalı idi. Sovet dövründə yaradıcılıq metodları, xüsusən də 
realizm  araşdırılarkən  marksizm-leninizm  dünyagörüşü  əsas  olduğundan 
realizmin  mərhələ  təsnifatının  prinsipləri  müəyyənləşdirilərkən  bu  cəhət 
nəzərə alınmamışdır. Ümumiyyətlə, XX əsrin başlanğıcı Azərbaycan ədə-
biyyatı hansı yaradıcılıq metodu ilə yaranmasından asılı olmayaraq, milli 
mübarizə və oyanış ruhu öndə gəlirdi. 
Maarifçi  müəllif  kütlənin,  xalqın  şüurunu  hədəf  alaraq  onu  daha 
sadə  və  görünən üsulla  dəyişmək istədiyindən milliyyətçilik  məsələsində 
də  açıq  ünsiyyətə  üstünlük  verirdi.  Maraqlıdır  ki,  o  dövrün  dramaturgi-


______________________________________________________ Poetika.izm 
  
 
114 
yasında ən açıq milli mübarizə ruhu ifadə olunmuş əsər də maarifçi realist 
dramaturgiyaya  –  N.Vəzirovun  “Keçmişdə  qaçaqlar”  (1912)  əsərinə  aid-
dir [8, s. 205-235]. 
“Keçmişdə  qaçaqlar”  əsərində  qarşı-qarşıya  duran,  üz-üzə  gələn 
qüvvələr  köhnəliyin  cahil  tərəfdarları  ilə  yenilikçi  gənclər  deyil.  Burada 
İvanov  özündən  əvvəlki  İvanovun  iş  üsulunu  davam  etdirərək  yerli  sat-
qınlardan  öz  ətrafına  toplayır  və  xalq  arasında  var-dövləti,  nüfuzu  ilə 
seçilən insanları sıradan çıxarmağa çalışır. Qarşı tərəfi, yəni İvanov qrupu 
ilə üz-üzə gələnləri xalqın bütün təbəqəsindən olanların birliyi təmsil edir 
– onların içərisində bəy, tacir, nökər, qadın, qız və hətta dövlətdən üz çe-
virmiş məmur da var. Yazıçı hadisələri qaçaq dastanlarından gəlmə mo-
tivlərlə  təqdim  edərək  dramaturgiyanı  milli  poetika  elementləri  ilə  zən-
ginləşdirir,  eyni  zamanda,  dramatik  epos  ənənəsini  də  inkişaf  etdirir.  Bu 
isə özlüyündə, poetika ilə də milliliyə xidmət etmənin bir nümunəsidir. 
Maarifçilik  köhnə  hesab  olunanlardan  insanları  ağılla  uzaqlaşdır-
maq missiyasını yerinə yetirdiyindən, həm də ənənəvi ədəbiyyata qarşı çı-
xır.  Əsasən  yeninin  gəlməsi  tərəfdarı  olmaqla  bərabər,  həm  də  əksinin, 
ənənəvinin təshihi ilə məşğul olur, ondan özünə faydalı olanı götürür. Bu 
qarşıçıxma halı ilə daha çox XIX əsrin maarifçi realizmində qarşılaşırıq. 
XX  əsrdə  isə  digər  ədəbi  cərəyanlar  kimi,  maarifçilikdə  də  bir  sintezləş-
dirmə cəhdinin şahidi oluruq. S.S.Axundovun “Qorxulu nağıllar”ında na-
ğıl və hekayə, N.Vəzirovun “Keçmişdə qaçaqlar” dramında qaçaq dastan-
ları  və dramaturgiya, Ü.Hacıbəyovun musiqili  tamaşalarında xalq  oyunu 
və  komediya  elementlərinin  sintezləşməsi  hadisəsi  ilə  rastlaşırıq.  Eyni 
vəziyyət digər cərəyanlarda da müşahidə olunur. Məsələn, H.Cavidin ya-
radıcılığında  sufizm  və  yeni  fəlsəfi  təlimlərin  romantizm  müstəvisində 
sintezi  hadisəsi  ilə  rastlaşırıq.  Başqa  bir  istiqamətdə  klassik  Şərq  poezi-
yasının çoxqatlılıq ənənəsindən C.Məmmədquluzadə modelləşdirmədə is-
tifadə edərək yeni çoxqatlılq nümunəsi yaradır. 
Müşahidə olunan paralelizmlər XX əsr maarifçiliyinin gecikmiş bir 
hərəkat  olmadığını,  əksinə  dövrün  sosial  sifarişlərini  mənimsəyərək  xal-
qın  şüurunda  zamanın  tələblərinə  uyğun  təbəddülat  oyatmaq  istəyən  bir 
hərəkat kimi gerçəkləşdiyini göstərir. Bu mənada maarifçilik dayanmayan 
və inkişafda olan bir prosesdir ki, (o özü də yaranışından hərəkətliliyə və 
inkişafa önəm verirdi) bu gün də onun funksiya və texnologiyasından isti-
fadəyə xüsusi ehtiyac var. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Иммануил  Кант.  Ответ  на  вопрос:  Что  такое  просвещение?  Эссе.  Имма-
нуил Кант. Immanuel Kant. Ответ на вопрос: Что... 
samlib.ru/w/...m_g/kant_aufklaerung.shtml 
2.
 
Masonluğun əmələ gəlməsi və inkişafı | Masonluq, onun... 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə