Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   43   44   45   46   47   48   49   50   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
111 
maarifçilik heç də təhkimlilər problemi ilə məşğul olmur. Orada əhalinin 
hüquqsuz təbəqəsi kimi daha çox qadınların hüququ gündəmə gəlir, ancaq 
bütövlükdə  maarifçiliyin  problemi  isə  millət  və  dövlətlə  bağlıdır,  gerili-
yin, cəhalətin səbəblərini aradan qaldırmaq, mütləqiyyətdən uzaqlaşmaqla 
əlaqəlidir.  Azərbaycanda  da  maarifçilik  əsasən  bu  istiqamətdə  inkişaf 
edir; milləti inkişaf etdirmək və irəliləyən Qərblə ayaqlaşdırmaq. Məqsəd 
Qərblə ayaqlaşdırmaq olanda istər-istəməz Qərbin yönləndirmək məqsədi 
də dövriyyəyə daxil olur, maraqlı qüvvələr nüfuzu genişlənən bir hərəkat-
dan  faydalanmaq  istəyir.  Bundan  başqa,  istənilən  bir  təlim  də  inkişaf  et-
mək  və  uğur  qazanmaq  üçün  təcrübəli  təlimlərin  texnologiyasından  fay-
dalanır. Maarifçiliklə yaxın zamanda yeni bir səviyyədə yayılmağa başla-
yan, qanun və konstitusiyaların hazırlanmasına, dövlət quruculuğuna təsir 
göstərən  masonçuluq  maarifçiliyin  inkişaf  və  genişlənmə  hərəkatında 
onun içərisində özünə əlverişli hərəkət zolağı tapır. Bir vaxtlar yayılmaq 
üçün inşaat işlərindən və səlib yürüşlərindən istifadə edən “əməli mason-
lar” [2] sözsüz ki, dünya miqyasında nüfuz qazanan fəlsəfi və ədəbi cərə-
yanlara  laqeyd  qala  bilməzdilər.  Maraqlıdır  ki,  masonçuluğun  bir  çox 
prinsip  və  texnologiyası  maarifçiliklə  uyğun  gəlir.  Bu  isə  bəzi  hallarda 
maarifçi və masonu bir-birindən ayırmağa çətinlik törədir. Təsadüfi deyil 
ki,  bir  çox  maarifçilərin  adları  əlaqələri  olub-olmamasına  baxmayaraq 
masonçuluqda  hallandırılır  [3].  Dini  fanatizm  və  dinin  sərt  prinsiplərinə 
qarşı  olmaq  masonçuluqla  maarifçiliyi  yaxınlaşdıran  başlıca  cəhətdir. 
Bundan  başqa,  masonluğun  “Azadlıq,  bərabərlik,  qardaşıq”  [2]  şüarı  da 
hüququ  tapdanmış  insanları  oyatmaq  baxımından  maarifçiliyin  fəaliy-
yətinə yaxındır. Rusiyada çarizm əleyhinə hərəkatı dəstəklədiyi üçün ma-
sonçuluq istər-istəməz işğal olunan ərazilərdə, ucqarlarda rəğbət də oyada 
bilərdi.  Təsadüfi  deyil  ki,  Rusiyanın  işğalçılıq  yürüşlərinin  genişləndiyi 
bir dövrdə – 1825-ci ildə I Nikolaya qarşı sui-qəsd əsas götürülərək, Rusi-
yada  masonluq  rəsmi  şəkildə  ləğv  olunmuşdu.  Sərbəst  fəaliyyətinin 
qarşısı alınsa da, bu dövlətdə adı masonluqla bağlı olan dövlət xadimləri 
və ziyalılar az olmamışdır [2]. 
Maarifçilik  inkişaf  edib  yayıldıqca,  yarandığı  mərkəzdən  uzaqlaş-
dıqca yeni keyfiyyətləri çoxalır. Bu fərqliliklər ilk növbədə milli maraq-
ların  önə çəkilməsi  ilə üzə çıxır. Digər tərəfdən isə bəzən şüurlara təsir-
etmə  mexanizmində  kəskinlik  və  ekspressivlik  özünü  göstərir,  bəzənsə 
maarifçi ideal ümidsizlik, həyəcan, faciəvi nəticələr içində girdaba düşür. 
Bu  vəziyyətlərdə  hansı  estetik  prinsiplərin  öndə  olması  cərəyanın  tipini 
müəyyənləşdirir.  Dominantlıq  maarifçiliyin  tərəfindədirsə,  onun  sahələri 
– maarifçi realizm (əvvəlkinə nisbətən dəyişilmiş) və maarifçi romantizm 
şəklində  meydana  çıxır.  Yox,  əgər  sistemi  pozulmuş,  qeyri-aparıcı  ele-
mentlərlə təzahür edirsə, artıq başqa cərəyan daxilində əlamət kimi özünü 
göstərir.  Misal  olaraq,  maarifçi  realist  elementlərin  tənqidi  və  sosialist 


______________________________________________________ Poetika.izm 
  
 
112 
realizmində,  romantizmdə  mövcudluğu  məsələsini  göstərə  bilərik.  Bun-
dan başqa, bədii  yaradıcılığında  əsas  aparıcılıq  maarifçi  realizmə aid  ol-
masa  da,  öz  ideya  və  amallarını  maarifçilik  texnologiyasından  istifadə 
edərək  həyata  keçirənlər,  bu  ideya  və  amalın  xalq  şüurunda  bir  təbəd-
düllat, çevriliş yaratmasına maraqlı olan şəxsiyyətlər də var. Misal olaraq, 
Cəlil  Məmmədquluzadənin,  Əlibəy  Hüseynzadənin,  M.Ə.Sabirin  fəaliy-
yətlərini göstərə bilərik. Ümumiyyətlə, hər hansı bir ideologiyanı maarif-
çilik mexanizmindən uzaqlaşaraq yaymaq mümkün deyil. 
XX  əsr  Azərbaycan  maarifçiliyi  təkcə  maarifçi  realizm  deyildi, 
onun həm də romantik qanadı mövcud idi. Belə ki, Ə.Hüseynzadənin bir 
sıra əsərləri, xüsusən “Məcnun və Leylayi-İslam” maarifçi romantizm ki-
mi  xarakterizə  oluna  bilər.  Bəzən  belə  bir  fikir  səslənir  ki,  milliyyətçilik 
başlanan yerdə maarifçilik bitir. Lakin bu, problemə bütöv yanaşmamaq-
dan  törəyən  bir  mülahizədir.  XX  əsr  Azərbaycan  maarifçiliyinin  aparıcı 
xüsusiyyəti onun milliyyətçiliyidir. Eyni zamanda, XIX əsr Osmanlı ədə-
biyyatının  maarifçilik  (aydınlatma) ilə xarakterizə olunan romantizmi də 
millət, vətən, ümmət şüurunu aşılaması ilə fərqlənirdi.  
XX əsrin başlanğıc maarifçi realizmi XIX əsrin 70-90-cı illər Azər-
baycan  maarifçi  realizminin  təkamülü  nəticəsində  formalaşmışdı.  Eyni 
zamanda, bu maarifçilikdə XIX əsr türk maarifçi romantizminin ənənələri 
ilə də bağlılıqlar müşahidə olunmaqda idi.  
XX əsr maarifçiliyinin XIX əsrdən fərqlənməsinə təsir edən başlıca 
amillərdən biri də onun mükəmməl halda mövcud olan romantizm və tən-
qidi  realizmlə  eyni  mühitə  mənsubluğudur.  Maraqlıdır  ki,  realizm  cəb-
həsində o dövrdə aparıcılıq tənqidi realizmə aid olsa da, əsas realizm ha-
disəsi kimi tənqidi realizm fərqlənsə də, dramaturgiyada üstünlük maarif-
çi  realizmə  aid  idi.  Hətta  romantizmdə  belə,  maarifçi  romantizm  qanadı 
özünü  göstərirdi.  Bu  da  təbii  idi,  çünki  həm  tənqidi,  həm  də  maarifçi 
realizm  üçün  ortaq  mənbə  maarifçi  realizm  olmuşdu.  Eyni  zamanda 
Türkiyə (Osmanlı) ədəbiyyatının XIX əsr ənənələrinin çarizmin müstəm-
ləkəsi  altında  yaşayan  türk  xalqları  arasında  geniş  nüfuzu  və  onun  daha 
çox  romantizmə  aidliyi  Azərbaycan,  tatar  və  b.  xalqların  ədəbiyyatında 
maarifçi  romantizmin  də  təzahürünə  yol  açmışdır  [4,  s.  142-143].  Azər-
baycan  romantizminin  özündə  belə  maarifçi  idealların  üstünlüyü  müşa-
hidə  olunur. “Alman, fransız, ingilis  maarifçilərindən fərqli  olaraq bizim 
romantiklərin nöqteyi-nəzərində maarifçilik ideyaları yeni dövr üçün mü-
tərəqqi və böyük ideyalar sayılırdı” [5, s. 131]. 
Tənqidi  realizm  öz  sərt  və  barışmaz  mövqeyi,  romantizm  qlobal 
problemləri  ədəbiyyatımıza  gətirməsi  ilə  cəlbedici  olsa  da,  maarifçilik 
yeni  bir  mərhələdə  azadlıq  və  səadət  idealına  milli  şüuru  aşılaması  ilə 
diqqəti cəlb edirdi. Artıq bu realizm Qərbi Şərqə gətirməkdən daha çox öz 
ənənələri üstündə dünya ilə əlaqə quran Şərqi Qərbə çıxarma probleminin 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə