Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə55/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   51   52   53   54   55   56   57   58   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
129 
12. a-b-c-a-b +... 
13. a-b-c-b-ç +... 
14. a-b-c-b-b +... 
15. a- a-b-b-c +... 
     
V. Altılıqlarda:  
 
1. a-a-a-a-a-a +... 
2. a- a-a-a-b-b +.. 
3. a-a-b-a-c- ç +.. 
4. a-b- b- c- c-a+… 
5. a-b-b-a-c-c+...
 
6. a-a-a-b-c-b +.., 
7. a-b-c-b-ç-d +.... 
8. a-a-b-a-c-ç +... 
9. a-a-b-b-c-c +... 
10. a-a-b-b-a-a +... 
11. a-b-a-c-c-b +... 
12. a-b-a-c-b-c +.... və s. 
     
 
 
        
Bunlardan başqa, göstərdiyimiz kimi, şeirimizdə 7-lik, 8-lik, 9-luq, 
10-luq kimi poetik formaların müxtəlif qafiyə sistemləri vardır. 
Eyni yazılışla 5-lik formasının da (14-hecalı) istənilən şəklini əhatə 
etmək olar. 
 
Pf – Q5/1 ={ m, n/ m= 5, n5 - 7+7} 
I. İkiliklərdə: 
II. Uçlüklərdə 
1. a-a, b-b, c-c 
1. a-b-c, c- c- ç 
2. a-a, b-a 
2. a-b-b, c- c-ç 
3. a-b-a, b-c-a, b- d- a 
4. a- a- a, b- b- b... 
5. a- b- c, ç- d- b.... 
6. a- a- b, c- c- b 
7. a-b-c, a- ç- b 
III. Dördlüklərdə: 
IV. Beşliklərdə: 
1. a, a, a, a +... 
1. a-a-a-a a.... 
2. a, a, a, b +... 
2. a-a-a-b-b +... 
3. a, a, b, a +... 
3. a- a- a- a- b+... 
4. a, b, a, b +.... 
4. a- b- a- b- b+... 
5. a, b, c, b +... 
5. a-b-c -b-ç +.... 
6. a, a, b, b +... 
6. a- a- b-a-b +... 
7. a, b, c, q +... 
7. a- a-b- a- b +... 
8. a, b, b, a +... 
8. a- b-a -b-a +... 
9. a, b, b, b +... 
9. a- b-b-a -a +... 
10. a, b, a, a +.... 
10. a- b-a- c-b +... 
11. a, b, c, a +... 
11. a-b-c-c-b +... 
 
 
 


______________________________________________________ Poetika.izm 
  
 
130 
 
Heca vəznli şeirimizin tarixi təcrübədən keçmiş bütün poetik forma-
ları  üçün  belə  riyazi  yazılış  qəbul  edə  bilərik.  Bu  riyazi  yazılışda  şeiri-
mizdə mövcud bütün poetik formaları əhatə etmək olar. 
Poeziyamızda  bunlardan  başqa  müxtəlif  bənd  vahidlərinin  əmələ 
gətirdiyi  irihəcmli  şeirlər-triadalar  vardır  ki,  ayrı-ayrı  şairlərimizin  yara-
dıcılığında  bunlara  rast  gəlmək  mümkündür.  Müəyyən  qəlibə  sığmayan 
belə  astrofik  bənd  quruluşlu  şeirlər  ümumi  poeziyamız    üçün  səciyyəvi 
deyildir. 
Həmin  riyazi  yazılış  ancaq  heca  vəznli  şeirimiz  üçün  hazırlanmış 
qəlibdir ki, o da müəyyən şərtiliklərlə bağlıdır. İlk dəfə təqdim etdiyimiz 
layihə  nə  əruz  vəznli  şeir,  nə  antik,  nə  də  tonik  vəznli  şeirin  ahəng  və 
melodiyasını  əks  etdirməyə  qadir  deyil.  Sərbəst  şeirimizin  də  poetik  tə-
biətini həmin riyazi yazılışla əks etdirmək mümkün deyildir. 
Bu barədə isə yəqin ki, mütəxəssislər öz rəylərini bildirəcəklər. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Колмогоров А.Н. К основам русскои метрики. В сб.: «Содружество наук и 
Тайны творчества. Москва, 1968.  
2.
 
Кондратев А.М. Математика и поэзия. Москва, 1962. 
3.
 
Кондратев А.М. Теория информации и поэтика. В сб.: «Проблемы кибер-
нетики», Т., IX, Москва, (1963). 
4.
 
Əliyev M.İ. Ədəbiyyat nəzəriyyəsi, Bakı, 2012. 
 
 
Məmməd Əliyev 
 
ŞEİRİN BƏND QURULUŞUNUN RİYAZİ YAZILIŞI 
 
XÜLASƏ 
 
Hər  şeydən  əvvəl  belə  bir  cəhəti  xatırlatmalıyıq  ki,  şeirlə  riyaziyyatı  birləşdirən 
bir cəhət vardır ki, o da onlara xas olan dəqiqlik və davamlı məntiqdir. 
Şeir bizə bəlli olan poetik forma kimi təzahür etdiyindən o, misra, heca və qafiyə 
sistemindən ibarət bir çoxluqdur ki, onu təqdim etdiyimiz riyazi yazılışda vermək müm-
kündür. 
 
P
F
=m(n)+Q.
 
 
Burada P

– poetik formanı, m – misraları, n – misrada hecaların sayı və dur-
ğu növlərini, Q – isə qafiyə strukturunu göstərir. 
 
 
Mammad Aliyev 


______________________________________________________ Poetika.izm 
  
 
131 
 
MATHEMATICAL WRITING OF POEM’S ITEM STRUCTURE 
 
SUMMARY 
 
First  of  all  it  is  to  be  noted,  there  is  a  feature  linking  poem  and  math  and  this 
feature is accuracy and continuous logic inherent them. The poem comes into sight as a 
poetic  form  and  for  this  purpose  it  is  a  cluster  consisting  of  a  hemistich
 
and  a  rhyme 
system, so it is possible to present  such a mathematical writing. 
 
P
F
=h(n)+R 
 
Here  P
F
  –  means  poetic  form,  h  –  hemistich,  n  –  number  of  syllables  and 
punctuation marks in the hemistich, R – rhyme structure. 


______________________________________________________ Poetika.izm 
  
 
132 
 
Şəhanə ƏLİYEVA 
Nizami adına Ədəbiyyat İnstitutu 
shahane89@gmail.com
 
 
DRAM ƏSƏRLƏRİNDƏ İNFORMASİYANIN  
ÖTÜRÜLMƏSİ MƏRHƏLƏLƏRİ 
 
Açar sözlər: semiotika, kompozisiya, remarka, təhkiyə, informasiya 
Key words: semiotica, composition, remarque, narrative, information 
 
Semiotika  sahəsində  aparılan  tədqiqatlarda  önəmli  yerlərdən  birini 
də  informasiya  mübadiləsi  prosesi  tutur.  Mətnin  poetik  özəlliklərindən 
əlavə  sırf  məlumatötürmə  funksiyası  semiotik  tədqiqatlarda  adresat-
adresant  münasibətlərinin  aydınlaşdırılması,  kodlaşdırma-deşifrə  proble-
minin çözülməsi məqsədilə təhqiq edilir. 
Rus  tədqiqatçısı  N.S.Valqina  “Mətn  nəzəriyyəsi”  kitabında  mətnin 
informasiya daşıması məsələsinə iki istiqamətdən yanaşır. Müəllifə  görə, 
daha  əvvəl  məlum  olan  informasiya  ilə  yeni  çatdırılan  informasiyanın 
nisbəti  mətnin  keyfiyyətini  müəyyənləşdirir:  “Mətndəki  informasiyanın 
ümumi miqdarı mətnin informasiya zənginliyidir. Ancaq yeni informasiya 
daha dəyərli, yəni praqmatik olub sırf mətnin informativlik göstəricisidir. 
İnformasiya  zənginliyi  mətnin  keyfiyyətinin  mütləq  göstəricisidir,  infor-
mativlik isə nisbi anlayışdır: belə ki, mətnin informativliyi potensial oxu-
cudan asılıdır” [1, s. 152]. Məsələn, bu mənada Əbdürrəhim bəy Haqver-
diyevin  “Xəyalat”  pyesi  informasiya  zənginliyinə  malik  olsa  da,  infor-
mativlik  baxımından  Axundov  mətninə  söykənir.  Məlum  olduğu  kimi, 
pyes  M.F.Axundovun  komediyalarının  qəhrəmanlarının  müəlliflə  – 
Axundovla  görüşündən  bəhs  edir.  Qəhrəmanlar  Axundov  traktovkasının 
bütün xüsusiyyətlərini özündə saxlayırlar. Ə.Haqverdiyev isə ayrı-ayrılıq-
da  təqdim  olunmuş  ideyaları  vahid  traktovkaya  –  Axundov  komediyala-
rının ana xətti olan maarifçiliyin təbliğinə cəlb edir. Obrazlar – Hatəmxan 
ağa, Hacı Qara, Dərviş Məstəlişah, Molla İbrahimxəlil xarakter baxımın-
dan Axundov mətnindəki  orijinallığı  qoruyur,  yalnız düşdükləri vəziyyə-
tin fərqliliyi ilə seçilirlər.  
Axundovun komediyaları ilə tanış oxucu bu pyesdə artıq ona daha 
əvvəl məlum olan informasiyanın fərqli traktovkasını müşahidə edir. Ko-
mediyalarla  tanış  olmayan  oxucu  üçünsə  bu  pyes  informativ  xarakter 
daşıyır. 
Bədii  informasiyanın  emalı  və  ötürülməsinin  özünəməxsus  sxemi 
mövcuddur  ki,  məhz  bu  sxemi  qavrayan  oxucu  mətndəki  kodları  qəbul 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə