Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə57/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   53   54   55   56   57   58   59   60   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
135 
məxsus  informasiya  yükünə  malik  hissəcik  olub  təsviri  xarakterə  malik 
olur.  Remarka  dram  əsərinin  ayrılmaz  elementidir.  O  zaman  Freytaq 
piramidasının  hər  hansı  küncü  remarkalara  düşə  bilərmi?  Başqa  sözlə 
ifadə  etsək, kompozisiyanın  elementləri remarkalarda nə dərəcədə  özünü 
göstərir?  Ekspozisiya,  zavyazka,  kulminasiya,  razvyazka,  finalın  dramın 
remarka hissəsinə təsadüf etmə şansı nə qədərdir?  
Dram  əsərlərinin  əksəriyyətində  ətraflı  ekspozisiya  remarka  vasitə-
silə təqdim edilir. M.F.Axundovun “Mürafiə vəkillərinin hekayəti” kome-
diyasında ilkin remarkaya nəzər salaq: “Əvvəlinci məclis vaqe olur Təbriz 
şəhərində, Bağmeşə küçəsində, Hacı Qafurun imarətində. Onun bacısı Sə-
kinə  xanım  pəncərə  qabağında  durub,  qaravaşı  Gülsəbanı  çağırır”  [5, 
s.167].  Göründüyü  kimi,  çox  vaxt  giriş-remarkada  pyesdə  baş  verəcək 
əhvalatın baş vermə məkanı, zamanı, obrazların ilkin vəziyyəti təsvir edi-
lir ki, bu da oxucuya informasiyanın ilkin kodlarını ötürür.  
Müəllif  birbaşa  obrazın  dililə  də  ilkin  şəraiti  təsvir  edə  bilər.  Bu 
zaman informasiya oxucuya vasitəçi obrazla çatdırılır. Bu informasiyanın 
monoloqlar şəklində verilməsi  isə informasiya axınının  fasiləsizliyini tə-
min edir və dram əsərində təhkiyəçiliyə gətirib çıxarır. Oxucu obrazın gi-
riş monoloqunda hadisələrin ilkin vəziyyəti ilə tanış olur. Giriş-monoloq 
vasitəsilə  ötürülən  informasiya  təsviri  xarakterli  sayıla  bilər.  N.B.Vəzi-
rovun “Müsibəti-Fəxrəddin” faciəsi remarkadan sonra Rüstəm bəyin mo-
noloqu ilə başlayır. Məhz bu monoloqda sonradan baş verəcək əhvalatla-
rın ilkin zəmini yaradılır, olub keçmiş hadisələr haqqında məlumat verilir. 
Artıq  bu  monoloqu  oxuyanlar  Rüstəm  bəyin  hansı  fikrə  düşdüyünü  özü 
üçün  müəyyənləşdirir.  Düşünürük  ki,  bu  tipli  informasiya  dram  əsərləri 
üçün passiv informasiya tipi kimi xarakterizə edilə bilər. Birbaşa dialoq-
lardan ötürülən informasiya isə hərəki xarakterli olub hər növbəti dialoq-
da ümumi mənzərəni daha da aydınlaşdırır. C.Məmmədquluzadənin “Lə-
nət” pyesi aşağıdakı dialoqla başlayır:  
“- Ay qardaş, bura müsəlman kəndidi? 
-
 
Hə, hə, görükür ki, nabələdsən. 
-
 
Mən Arazın o tayından gəlirəm. 
-
 
Xoş gəlmisən...” [4, s. 515]. 
Bu  tipli  informasiya  ötürülməsini  isə  aktiv  informasiya  tipi  adlan-
dırmaq olar.  
Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu” pyesində isə kulminasi-
yanın  remarkaya  təsadüf  etdiyinin  şahidi  oluruq:  “Bu  heyndə  kənardan 
tappıltı  və  qiylüqal  səsi  gəlir,  ermənilər  istəyirlər  qapını  açıb  çıxsınlar. 
Nurəli  və  Şirəli  və  Cəfər  və  Hüseynqulu  bir  tay  sürüyürlər  otağın  içinə. 
Ermənilər  qorxub  çəkilib  qısılırlar  bucağa  və  mat-mat  baxırlar  və  kənd-
lilər  tövşüyürlər”  [4,  s.  378].  Eyni  pyesdə  finalın  da  remarka  vasitəsilə 
çatdırıldığını  görə  bilərik:  “Ermənilər  qaçırlar,  kəndlilər  “Ədə,  qoyma!” 


______________________________________________________ Poetika.izm 
  
 
136 
deyib ermənilərin dalısınca, erməniləri bir az qovub qayıdırlar otağa. Ölü 
qalxır” [4, s. 381].  
M.F.Axundzadənin  “Hekayəti-xırs-quldurbasan”  komediyasında 
razvyazka remarkaya təsadüf edir: “Bir-bir başlayır adamların üzünə bax-
mağa. Tarverdi dalısını ona çevirir. Fok onun qolundan yapışır” [5, s.95]. 
Hadisələrin  düyünü  məhz  cənab  Fokun  Tarıverdini  tanıması  və  beləliklə 
Bayramın şübhə altından çıxması ilə açılır.  
İnformasiyanın daha bir maraqlı ötürülmə nümunəsinə Cəlil Məm-
mədquluzadənin “Lal” pyesində rast gəlirik. İlk baxışdan remarkadan iba-
rət olduğu hiss edilən pyesdə dram üçün xarakterik dialoqlar yoxdur. Ar-
dıcıl təhkiyə pyesi təsvirçi remarka olmaqdan çıxarıb hekayə strukturuna 
yaxınlaşdırır. Lakin remarkaya xas fraqmentar təsvirlər – müəllifin təklif 
etdiyi mizan səhnələr üstünlük təşkil edir. Fikrimizcə, bu pyesdə informa-
siya  drama  xas  dialoq,  monoloq  yox,  məhz  mizan  səhnələrin  dramaturji 
montajı  yolu  ilə  ötürülür.  Dörd  mizan  səhnənin  –  intelligent  müsəlman, 
mömin müsəlman, müsəlman çinovniki və lal kişinin iştirakı ilə yaradılan 
vəziyyət  informasiyanı  mərhələ-mərhələ  ötürərək  iki  sahibsiz  uşağın  ət-
rafında vahid quruluşda cəmləyir. Növbəti mərhələdə digər üç mizan səh-
nə  çıxdaş  olunur,  diqqət  iki  uşaq  (mərkəzi  informasiya  mənbəyi)  və  lal 
kişiyə (köməkçi informasiya mənbəyi) fokuslanır və nəticədə pyesin əsas 
ideyası üzə çıxır.  
Misallardan da göründüyü kimi, dram əsərlərində informasiya fərqli 
mərhələlərdə müxtəlif həcmdə ötürülə bilər. Bir qayda olaraq ilkin infor-
masiyanın həcmi daha geniş, tərkibi isə müxtəlifdir. Hər sonrakı mərhələ 
artıq alınmış informasiya əsasında qurulur və müxtəlif variasiyalar, fərqli 
vəziyyətlər təklif edilir. Nəticədə, mərhələlər adlandıqca informativlik öz 
yerini informasiya zənginliyinə verir. İnformasiya zənginliyindən istifadə 
isə sırf müəllif peşəkarlığından asılı olub mətnin poetik səviyyəsini müəy-
yənləşdirir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Валгина Н.С. Теория текста. Москва, «Логос», 2003. 
2.
 
Лотман  М.Ю.  Статьи  по  семиотике  и  топологии  культуры.  Таллин, 
«Александра», 1992. 
3.
 
Олизько Н.С. Семиотико-синергетическая трактовка паратекста.  
http://www.lib.csu.ru/vch/104/012.pdf 
4.
 
Məmmədquluzadə  C.  Əsərləri.  4  cilddə,  1-ci  cild.  Bakı,  “Öndər  nəşriyyat”, 
2004. 
5.
 
Axundov M.F. Komediyalar. Povest . Şerlər. Bakı, “Yazıçı”, 1982. 
 
 
 
 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə