Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə58/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   54   55   56   57   58   59   60   61   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
137 
Şəhanə Əliyeva 
 
DRAM ƏSƏRLƏRİNDƏ İNFORMASİYANIN  
ÖTÜRÜLMƏSİ MƏRHƏLƏLƏRİ  
 
XÜLASƏ 
 
Məqalədə dram əsərlərinin strukturunda mövcud olan informasiya yükü araşdırıl-
mışdır.  Dram  əsərlərində  informativlik  və  informasiya  zənginliyi  probleminə  toxunul-
muş,  həmçinin  informasiyanın  kompozisiya  elementləri  üzrə  paylanması  diqqətdə  sax-
lanılmışdır.  Tədqiqat  əsasında  belə  məlum  olmuşdur  ki,  bədii  informasiyanın  emalı  və 
ötürülməsinin  özünəməxsus  sxemi  mövcuddur  və  yalnız  bu  sxemi  qavrayan  oxucu 
mətndəki kodları qəbul edə bilər. Mərhələli şəkildə ötürülən informasiya oxucuya hadi-
sələr zəncirini izləməyə, səbəb-nəticə əlaqəsini üzə çıxarmağa imkan verir.  
Dram  əsərlərinin  strukturu  sayəsində  informasiyanın  ötürülmə  ardıcıllığı  digər 
janrlardan  kəskin  fərqlənir.  Sırf  dram  əsərlərinə  xas  “iştirak  edənlər”,  remarka  hissələri 
informasiya tutumu baxımından mühüm əhəmiyyət kəsb edir. Məqalədə dram əsərlərinin 
ayrılmaz hissəsi olan remarkanın informasiya  ötürmə  qabiliyyəti xüsusi olaraq öyrənil-
mişdir.  Kompozisiya  elementlərinin  remarkalarda  üzə  çıxma  məqamları  araşdırmanın 
mühüm hissəsini təşkil etmişdir.  
Monoloq və ya dialoqlarla başlayan dram əsərlərinin fərqli informasiya tutumuna 
malik olduğu araşdırılmışdır. Araşdırma  nəticəsində  belə  qənaətə  gəlmək olar ki,  dram 
əsərlərində informasiya fərqli mərhələlərdə müxtəlif həcmdə ötürülə bilər. Adətən, ilkin 
informasiyanın həcmi daha geniş, tərkibi isə müxtəlifdir. Hər sonrakı mərhələ artıq alın-
mış informasiya əsasında qurulur və müxtəlif variasiyalar, fərqli vəziyyətlər təklif edilir.  
Tədqiqat predmetini araşdırmaqdan ötrü Azərbaycan dramaturgiyasının görkəmli 
nümayəndələri  –  Mirzə  Fətəli  Axundov,  Cəlil  Məmmədquluzadə,  Kamal  Abdullanın 
əsərləri informasiya mübadiləsi baxımından tədqiqata cəlb olunmuşdur.  
 
Shahane Aliyeva 
 
TRANSMISSION STAGES OF INFORMATION  
IN THE DRAMA WORKS 
 
SUMMARY 
 
In the article is studied information  weight  which is available in the structure of 
dramas. It was touched to the problem of informativeness and richness of information in 
the  drama  works,  also  was  kept  under  attention  distirbution  of  information  on  the 
elements of composition. On the basis of the reserach has been known that it has spesific 
scheme  for  processing  and  transmission  of  fictional  information  and  only  the  reader, 
who comprehends this scheme can receive codes of texts. The information transmissing 
gradually,  allows  to  the  reader  to  follow  the  chain  of  events  and  to  reveal  cause  and 
result
 
relationship. 
Due  to  the  structure  of  drama  works  transmission  sequence  of  information 
sharply  differs  from  other  genres.  The  part  of  “the  participants”,  remarque  just  typical 
for  dramatic  works  are  important  in  terms  of  the  information  capacity.  In  the  article 
especially is studied the ability of information transmission of remarque, an integral part 
of dramatic works. 


______________________________________________________ Poetika.izm 
  
 
138 
Aspects  of  revealation  of  composition  elements  in  remarques  are  an  important 
part of research. It was also explored that drama works which began  with monologue or 
dialogue differ from each other for their information capacity. We can conclude in result 
of research, that information in the drama works can be transfered in different capacity 
in the different stages. The capacity of initial information is usually large and the content 
is different . Every next stage is based on information received from previous stage and 
propesed different variations and situations.  
In  order  to  study  the  subject  of  research,  the  works  of  distinguished 
representatives  of  Azerbaijani  dramaturgy  –  Mirza  Fatali  Akhundov,  Jalil 
Mammadguluzadeh,  Kamal  Abdulla  have  been  involved  into  research  in  terms  of 
information exchange. 


______________________________________________________ Poetika.izm 
  
 
139 
 
Leyla ALLAHVERDİYEVA 
Sumqayıt Dövlət Universiteti 
 
MÜASİR DRAMATURJİ STRUKTURDA 
ZAMAN-MƏKAN HƏLLİ 
 
Açar sözlər: dramaturgiya, zaman, məkan, müasir, dramaturq 
Key words: drama, time, space, contemporary, playwright 
 
Dramaturgiya digər ədəbi növlərdən daha çox zaman və məkan an-
layışı ilə bağlanır. Dram əsəri səhnə üçün yazıldığından zaman və məkan 
faktoru bədii strukturda yalnız məzmun deyil, həm də quruluş detalı kimi 
iştirak  edir.  Hadisələrin  baş  verdiyi  məkan  şəraitini  müəyyən  bir  zaman 
daxilində səhnə şərtləri altına salmaq bu əsərlərdə başlıca tələbdir. İngilis 
aktyoru M.Redqreyvin fikrinə görə, “dram, istənilən digər ədəbi formadan 
fərqli  olaraq,  kiçik  məkana  çox  sayda  hadisələri  yerləşdirir,  bu  da  öz 
növbəsində  hadisələrə  böyük  canlılıq  verir”  [1,  s.  235].  Məkan  faktoru 
göz önündə olduğundan dram əsərlərində daha çox diqqət çəkir. Ancaq bu 
məkan  da  onda  diqqət  çəkən  olur  ki,  orada  hadisə  baş  verir.  Hadisə  mə-
kanı diqqətə gətirdiyi kimi sanki zamanı da hərəkətə gətirir. Düzdür, za-
man özünün fiziki təbiəti etibarı ilə həmişə hərəkətdədir. Əgər hadisə baş 
vermirsə, zamanın bu hərəkəti bərabərsürətli və düzxətli hərəkətə çevrilir 
və  o,  hiss  olunmur.  N.L.Leyderman  öz  fikrində  haqlıdır  ki,  “İnsan  üçün 
zaman  nədir?  O,  hadisədir,  hadisə  yoxdursa,  heç  nə  baş  vermirsə,  sanki 
zaman yoxdur, yalnız məkan var. Nə vaxt ki, böyük bir hadisə baş verir, 
onda zamanın apoqeyi yetişir” [2, s. 169]. Səməd Vurğunun qəhrəmanı  
 
“İndi zaman başqa zamandır,  
Tarix göstərəcək, hansı oğul qəhrəmandır”, –
 
 
deyəndə  də,  M.F.Axundzadənin  Heydər  bəyi  “Pərvədigara,  bu  necə  əsr-
dir? Bu necə zəmanədir?” – deyə şikayətlənəndə də zamanı ansalar da, əs-
lində  söhbət  zamandan  getmir.  “Başqa  zaman”,  “necə  zəmanə”  ifadələri 
altında baş vermiş hadisələrə işarə edirlər. Demək, həmişə hərəkətdə olan 
zamanın axarı ictimai diqqət o zaman qazanır ki, o, hadisələrlə müşayiət 
olunsun. Xalq arasında “zaman dəyişib” deyimi də təsdiq edir ki, ictimai 
şüur zamanın hərəkətini o zaman hiss edir ki, şərait dəyişimi olsun. Əks 
təqdirdə onun üçün zaman həminki zamandır.  
Zaman  və  məkan  faktorunun  qabardılması  üçün  hadisə  əsasdır. 
Hadisənin  ilk  yaratdığı  sual  isə  onun  harada  nə  vaxt  baş  verməsidir.  Bu 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə