Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə66/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   62   63   64   65   66   67   68   69   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
155 
dastanlarından uzaqlaşıb daha real, həyati ziddiyyətləri əks etdirən, vətən 
məhəbbətinin, xalq adət-ənənələrinin, azadlıq arzularının təbliğ olunduğu 
müasir  süjetlərə  meyil  edirdilər.  Əsrin  ilk  poemaları  daha  çox  lirik 
başlanğıcın  üstünlüyü  ilə  seçilsə  də,  ədəbiyyatımızda  konkret  süjeti, 
mükəmməl  kompozisiyası  ilə  fərqlənən  “Əhmədin  qeyrəti”,  “İki  fami-
liyanın məhvi”, “Mərhəmətli Ədhəm” kimi epik poemalar da yaranmışdı. 
Epik  və  dramatik  əsərlərdə  süjet  nəticə  etibarilə  ictimai  münaqişələri  və 
konfliktləri  əks  etdirən  hadisələr  sistemidir.  Müəllif  təhkiyəsi  əsasında 
nəql edilən bu poemalarda süjet müəyyən bir əhvalatın təsviri ilə başlayır, 
hadisələr  gərgin  şəkil  alaraq  kulminasiya  mərhələsinə  çatır,  sonra  isə 
maraqlı bir finalla sona çatdırılırdı.  
XX  əsr  poemaları  orijinal  xüsusiyyətlərlə  zəngin  olsa  da,  klassik 
Şərq  ənənəsi  və  müasir  Qərb  ədəbiyyatının  təsiri  bu  əsərlərdə  olduqca 
aydın görünürdü. Bu iki mənbədən gələn təsir hansı məqamdasa bir-birini 
dəf  edir,  hansı  məqamlarda  isə  qovuşur,  qarşılıqlı  zənginləşməyə  yol 
açırdı.  Poema  ənənələrimiz  ictimai-fəlsəfi  ideyaların  böyüklüyü  və  zən-
ginliyi ilə diqqəti cəlb etdiyi kimi, vəzn və qafiyə sistemindəki axtarışlar, 
müasir  qafiyələrə  meyilləri  ilə  də  seçilirdi.  Lakin  XX  əsrin  ilk  onillik-
lərində ənənəvi əruz vəzni poeziyanın hələ də əsas vəzni, əsas ahəngi idi. 
Bu  dövr  şairlərin  yaradıcılığında  ara-sıra  heca  vəznli  nümunələrə  rast 
gəlsək də, bu ənənəyə çevrilmir, klassik vəzn üstünlüyünü saxlayırdı. XX 
əsrin poemaları romantik bir dillə ənənəvi əruz vəznində yazılırdı. Hətta 
sovet  dövründə  qələmə  alınmış  “Qız  qalası”,  “Azər”  poemaları  da  bu 
klassik vəzndə yazılmışdı.  
 
Azər düşünür... bəlkə otuz ildir hər an
Düşkün bəşərin eşqini, fəryadını inlər. 
Yaxdıqca yaxar beynini bir kölgəli böhran, 
Əflakə sorar dərdini, yıldızları dinlər... [6, s. 146] 
 
Elmi  ədəbiyyatda  poetik  mətni  yaradan  vəzn  və  ritmin  münasibət-
lərini  “knotr”  adlandırırlar.  Bu  termin,  əsasən,  vəzn  knotru,  ritm  knotru 
şəkildə istifadə edilir. Bu zaman ritmin mövcud səs amplitudasında qafi-
yələrin  bir-biri  ilə  və  həm  də  poetik  mətn  parçasının  intonasiyası  ilə 
çarpazlaşması  bədii  niyyətin  xüsusi  modusda  reallaşmasını  şərtləndirir. 
Ritm  strukturunda  taktlar  elə  seçilir  ki,  onların  ümumi  fonla,  intonasiya 
və  digər  komponentlərlə  eynilik  və  kontrast  yaratması  ifadənin  oynaq-
lığına səbəb olur. Bədii düşüncə məhz bu knotrun sərhədləri daxilində cil-
vələnir, vəznin ifadə və ekspressivlik imkanlarını artırır. Yuxarıdakı par-
çada ilk olaraq  gözə dəyən, diqqəti cəlb  eləyən cəhət  – daxili-ruhi nara-
hatlıq  mətnin  poetik  sisteminin  ən  müxtəlif  komponentlərinin  qarşılıqlı 
münasibətləri  əsasında  mükəmməl  şəkildə  əks  edilir.  Təsvirdə  məzmun 


______________________________________________________ Poetika.izm 
  
 
156 
planı elə bir dərəcədə reduksiyaya uğrayır ki, parçaya hopan düşüncənin 
ritmi,  qalxıb-enməsi,  narahatlığın  hansı  modusda  reallaşması  əyaniləşir. 
Forma  mükəmməlliyi  poetik  sistemə  ilahi  ahəng  gətirir.  Mətn  parçasın-
dakı  ovqat  –  tragizm,  insan  düşüncəsindəki  enib-qalxmalar,  onun  daxili 
iztirabları  ritmin  və  qafiyə  sisteminin  ən  müxtəlif  adlarında  ifadə  edilir. 
Cavidin  şair  böyüklüyü  bədii  mətn  parçalarında  hansı  qafiyələri,  hansı 
qafiyə  sistemini  işlətməsində  yox,  bir  vahid  kimi  kadrarxası  ilə  “səhnə” 
arasında üzvi əlaqələrin mükəmməl şəkildə yaradılmasındadır. 
Hadinin  “Aləmi-müsavatdan  məktublar”,  “Beşikdən  məzara  qədər 
bəşərin  əhvalı”,  Səhhətin  “Şair,  şeir  pərisi  və  şəhərli”,  Şaiqin  “İki  fami-
liyanın  məhvi”,  “Mərhəmətli  Ədhəm”  poemaları  da  əruz  vəznində  və 
klassik poemalar üçün xarakterik məsnəvi şəklində yazılsa da, bu əsərlər 
içərisində  Hadinin  “Əlvahi  intibah”,  “Bir  sərgüzəşti-xunin”  poemaları 
bənd  və  qafiyə  sisteminin  müasir  və  nisbətən  mürəkkəb  poetik  strukturu 
ilə seçilirdi. 
Janrın  inkişafında  növbəti  mərhələ  isə  20-ci  illərdə  başlayır.  Bu 
mərhələ dövrlə həmahəng olaraq formalaşmaqla bərabər, ümumsovet ədə-
biyyatının  inkişafı  ilə  də  bağlı  idi.  20-30-cu  illər  ümumsovet  ədəbiyyatı 
tarixində  də  poema  janrının  inkişafında  əhəmiyyətli  dönüş  yaşanmış, 
müxtəlif səpkili poemalar yaranmışdır. Bir çox tədqiqatçılar tərəfindən də 
qəbul edilir ki, sovet poemasının tarixində 20-30-cu illər gərgin axtarışlar 
dövrü sayılır. Bu dövrdə inqilabi ideyaları əks etdirən A.Blokun “Oniki-
lər”,  V.Mayakovskinin  “150 000 000”,  yeni  dünya  quruculuğunu  əks  et-
dirməyə  çalışan  V.Xlebnikovun  “Ladomir”  poeması,  əsərlərində  rus  xal-
qının  inkişaf  prosesini  əks  etdirən  S.Yeseninin  “Anna  Snegina”,  “Qara 
adam”  poemaları,  eləcə  də  yaradıcılığında  lirikaya  böyük  önəm  verən 
B.Pasternakın  “Böyük  xəstəlik”,  N.Aseyevin  “Lirik  ricətlər”,  V.Luqov-
skoyun  “Həyat”  poeması  rus  realist  poeziyasının,  poema  yaradıcılığının 
ən yaxşı nümunələri kimi tədqiq edilir.  
Məlumdur  ki,  bədii  ədəbiyyat  yarandığı  dövrün  ruhunu,  ictimai-
siyasi vəziyyətini əks etdirən əsas elementlərdəndir. XX əsrin ilk onillik-
lərində  baş  verən  inqilablar,  AXC-nin  qurulması  və  tez  bir  zamanda  sü-
qutu,  Sovet  hakimiyyətinin  elan  edilməsi  ədəbiyyata,  onun  mövzusuna, 
hətta  formasına  da  təsir  göstərdi,  yeni  ədəbi  janrların  yaranması,  şair  və 
yazıçıların  daha  mürəkkəb  poetik  formalara  müraciət  etməsi  ilə  nəticə-
ləndi. Təbii ki, baş verənlər poema janrına da təsirsiz ötüşmədi. 20-30-cu 
illərdə bütün sovet respublikalarının ədəbiyyatında olduğu kimi, Azərbay-
can ədəbiyyatında da poema janrı, xüsusən də, realist poema janrı sürətlə 
inkişafa başladı. İdeal  gerçəkliyi təsvir edib, həyatın yüksək anlarını  əks 
etdirən  romantik  poemalardan  fərqli  olaraq,  sosialist  realizmi  metodu  ilə 
yazılan poemalar, Belinskinin sözləri ilə desək, “həyatın ideal anlarını əks 
etdirmir, əksinə, gerçəklikdən poetik ümumiləşdirməyə layiq olanları gö-


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə