Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə64/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   60   61   62   63   64   65   66   67   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
150 
 
Leyla Allahverdiyeva 
 
THE TIME-SPACE SOLUTION IN A  
MODERN DRAMATIC STRUCTURE 
 
SUMMARY 
 
The article deals with new features which obtained by the time-space factor in the 
modern  dramatic  process.  The  time-space  factor  is  researched  as  a  theoretical  category 
and approaches to a lot of signatures of the history of world’s literary-artistic thought is 
taken  into  account.  Different  views  and  artistic  senses  are  contrasted  in  this  category. 
The character of the chronotope and factors affecting to its formation are brought to the 
scientific-theoretical level in the modern national dramatic process. The interaction and 
place of the time-space is identified in the chronotope structure. 


______________________________________________________ Poetika.izm 
  
 
151 
 
Nərmin CAHANGİROVA 
Nizami adına Ədəbiyyat İnstitutu 
nermincahangirova83@gmail.com 
 
 
XX YÜZİLLİYİN ƏVVƏLİ AZƏRBAYCAN POEMASININ 
JANR-STRUKTUR XÜSUSİYYƏTLƏRİ 
 
Açar sözlər: poema, romantizm, Şərq ənənəsi, müasirlik 
Key words: poem, romanticism, Eastern tradition, modernism 
 
Çoxəsrlik tarixi olan poema janrı istər dünya, istərsə də Azərbaycan 
ədəbiyyatında demək olar ki, bütün dövrlərin ən aparıcı janrlarından biri 
olmuşdur. Ədəbiyyat tariximizə nəzər saldıqda Azərbaycan ədəbiyyatında 
Nizaminin “Xəmsə”si, Xətainin “Dəhnaməsi”, Füzulinin “Leyli və Məc-
nun”u ilə intibah dövrünü yaşayan, XIX əsr ədəbiyyatında isə İsmayıl bəy 
Nakamın  “Gəncineyi-ədəb”,  “Fərhad  və  Şirin”,  Nazirin  “Bəyani-hal”, 
A.M.Xalxalinin “Sələbiyyə” və s. kimi yeni nümunələrinə təsadüf edilən 
böyük  bir  poema  ənənəsinin  olduğu  görünür.  Lakin  bu  əsərlərin  janrın 
poetikası, forma-məzmun baxımından təhlilində bəzən sual doğuran mə-
qamlarla  qarşılaşırıq.  Ümumiyyətlə,  ədəbiyyat  tariximizdəki  bu  əsərlərin 
poema kimi təqdim edilməsi, eləcə də poema adlanan ədəbi nümunələrin 
həddən  artıq  fərqli  kompozisiyaya,  struktura  malik  olması  bu  məsələyə 
daha ehtiyatla yanaşmağı labüdləşdirir.  
Klassik ədəbiyyatımızın ustad tədqiqatçılarından Azadə Rüstəmova 
poema kimi təqdim olunan bir çox ədəbi söz abidələrimizin poetikasında 
incələmələr  apararaq  onların  poema  adlanması  fikrini  təkzib  etmişdir: 
“...Poemada xarakterin şair tərəfindən qabarıq, patetik və emosional görü-
nən bir cəhəti götürülür, şeirə salınır, tərənnüm edilir. Axırıncı keyfiyyət 
bir  janr  kimi  poema  üçün  mühümdür  və  bu  baxımdan  Nizami  “Xəm-
sə”sinə daxil olan  əsərlərin heç biri poema adlandırıla bilməz [1, s. 119-
120].  Görkəmli  alim  eyni  məntiqlə  mənzum  roman  janrında  yazılmış 
əsərlərin siyahısını uzadır və poema-mənzum roman janrının sərhədlərini 
incə  detallarla  sərgiləməyə  müvəffəq  olur.  Biz  də  bu  fikirlərə  şərik  olur, 
Nizami, Əssar Təbrizi, Füzuli, Məsihi kimi klassik sənətkarlarımızın əsər-
lərindəki  çoxcəhətliliyi,  insan  talelərinin  bir  çox  qatlarına,  mərhələlərinə 
enişi,  epoxal  gerçəkliklərə  nüfuzu  nəzərə  alaraq  onları  poema  janrının 
sərhədlərinə  sığdırmağı  heç  vəchlə  qəbul  etmirik.  Fikrimizcə,  bu  əsərlər 
tədqiq  olunarkən ümumi  yox, fərdi prinsiplərin nəzərə  alınması  daha qə-
naətbəxş  olardı.  Qeyd  etmək  lazımdır  ki,  klassik  epik  poeziya  nümunə-
lərinin  mənzum  roman  adlandırılması  da  məsələnin  çıxış  yolu  deyil.  Bu 


______________________________________________________ Poetika.izm 
  
 
152 
əsərlərin  hər  biri  özünəməxsusluğu  ilə  seçilir  və  onlara  eyni  prinsiplə 
yanaşıb janrın sərhədlərini müəyyənləşdirmək düzgün olmayan nəticələrə 
gətirib çıxarar. 
Bu  məsələ  türk  ədəbiyyatşünaslığında  o  qədər  geniş  araşdırılmasa 
da, bəzi alimlərin diqqətini çəkərək münasibət bildirilmişdir və bir qayda 
olaraq klassik epik poeziya nümunələri məsnəvi şəklində tədqiq olunmuş-
dur. Bizim poema kimi qəbul etdiyimiz bütün Şərq poemaları “məsnəvi” 
şeir  şəklinin  nümunələri  adlandırılaraq  birtərəfli  şəkildə  işlənmiş,  bütün 
əsərlər eyni prinsiplərlə tədqiqata cəlb edilmişdir. Poemanın şeirlə iç-içə, 
daxilən bağlı olduğunu, roman və hekayə kimi ünsürlərin də poema içəri-
sində  yer  aldığını  vurğulayan  alimlər  bu  janra  sərhəd  qoymağı  qəbul  et-
mir: “Füzulinin “Leyli və Məcnun” məsnəvisi nə qədər roman və nə qədər 
şeirdirsə,  poema  da  o  qədər  roman  və  şeirdir.  Bu  ifadəmizdən  poema= 
məsnəvi  anlaşılmamalıdır.  Çünki,  məsnəviyə  aid  janr  müəyyənləşdirici 
ölçülər poemada yoxdur. Məhz bu xüsusiyyətlərindən dolayı o romandan, 
hekayədən  və  şeirdən  fərqli  bir  janr  olaraq  dəyərləndirilməlidir”  [2]. 
Həqiqətən  də,  müasir  ədəbiyyatda  poema  məsnəvi  janrından  əhəmiyyətli 
dərəcədə  fərqlənən,  özünəməxsus  struktur  və  kompozisiyaya  malik  bir 
janr kimi qəbul edilir.  
Poema  bir  çox  janr  və  bədii  forma  vasitələrini  özündə  birləşdirən 
janrdır. Müasir nəzəriyyələrdə poemaların lirik, liro-epik və epik növləri 
müxtəlif prizmalardan fərqləndirilsə də, vahid bölgü demək olar ki, yox-
dur. Rus ədəbiyyatında poema janrının inkişafını və mövqeyini araşdıran 
Q.A.Çervyaçenkonun  fikrincə,  poema  janrının  başlıca  fərqləndirici  əla-
mətlərindən  biri  əsərin  strukturunda  müəllif  və  ya  qəhrəmanın  rolundan 
asılıdır.  “Əgər  qarşımızda  sadəcə  müəllifdirsə,  poema  lirik  monoloq  xa-
rakteri  daşıyır.  Əgər  müəllif  obyektiv  təhkiyə  formasını  lirik  monoloqla 
(ricətlə)  birləşdirirsə  və  öz  qəhrəmanları  ilə  hiss  edilməsinə  imkan  yara-
dırsa liro-epik  poemadır. Müxtəlif personajların müəllifin təsiri  olmadan 
qarşıdurması  və  özünü  ifadəsi  dramatik  poemanın  struktur  əsasını  təşkil 
edir” [3, s. 173]. Fikrimizcə, bu mülahizələr poema tiplərini fərqləndirmə-
yə əsaslı şəkildə imkan verir. 
Lakin  Azərbaycan  poemalarının  strukturunda  epik  və  lirik  ünsür-
lərin vəhdəti daha uğurlu hesab edilir, Y.Qarayevin sözləri ilə desək: “Li-
rik poema lirikada  əriyən və  yox olan poema demək deyil,  əksinə, lirika 
poemaya onun epik imkanlarını tamamlamaq və ona xidmət etmək üçün 
lazımdır” [4, s. 71]. Lirik poemalar bəhs etdiyi dövrün insan xarakterlərini 
lirik  kontekstdən  açır  və  bu  zaman  təsvir  predmetinin  lirik  aspektlərinin 
üzərinə  güclü  vurğu  salınır.  Burada  əsas  məqsəd,  fikrimizcə,  müəlliflə 
forma  arasındakı  münasibətlərin,  bu  formanın  seçilməsinin  mahiyyətini 
üzə  çıxarmaq,  insan  hisslərinin,  düşüncə  və  xarakterinin  kolliziyası  fo-
nunda  dövran  və  zəmanənin  düşüncə  tərzini  açıqlamaqdır.  Poema  janrı 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə