Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə67/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   63   64   65   66   67   68   69   70   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
157 
türür  və  bizim  həyatımıza  aid  olmayanları  inkar  edir”.  Bu  seçim  təbiəti 
etibarilə  ideoloji  xarakter  daşıyırdı  və  bədii  əsərlərin  bütün  strukturuna 
önəmli  təsir edirdi.  Lirik janrların evolyusiyası,  onların  yeni  və əhəmiy-
yətli  məzmunla  yüklənməsi  və  bədii başlanğıcının gücləndirilməsi  janrın 
inkişafına təkan verirdi. 
Realist poeziyanın daha çox tənqidi mahiyyət daşıması, öz qarşısına 
gerçəkliyi sosial bəlalarından və qüsurlarından xilas etmək, cəmiyyətdəki 
geriliyi və cəhaləti ifşa etmək, insanları qəflət yuxusundan oyatmaq vəzi-
fəsi qoyması da realistlərin klassik poemadan uzaq olmasını şərtləndirirdi. 
Burada “klassik poemadan uzaq olmaq” mülahizəsi sözün birbaşa məna-
sında  işlədilmir,  məsələ  konkret  dövrün  poetik  üslubunun  əsərdə  necə 
ifadə edilməsindən gedir. Bu məqamda ədəbiyyatşünaslıq və fəlsəfədə iş-
lədilən “janr  yaddaşı” anlayışının müxtəlif təzahür formalarını nəzərə al-
maq lazımdır. Əsrlər boyu  yaddaşa, poetik saxlanca  yığılan, hələ ideyası 
açıqlanmamış  ünsürlər  zaman  keçdikcə  pardaqlanır  və  zamanı  gəldikcə 
hakim mövqeyə keçir.  Bu zaman indiki zamanın  yaddaşı  bütün  gücü ilə 
işə düşür, oxucuya özünün poetik mahiyyətini məhz həmin dövrün üslubu 
ilə açıqlayır. İctimai həyatdakı mübarizə və konflikt bədii əsərlərə, xüsu-
sən  də  poeziyaya,  onun  ideya-məzmununun  formalaşmasına  əhəmiyyətli 
dərəcədə  təsir  edir,  bu  səbəbdən  dövrü  və  insanları  ayrılmaz  vəhdətdə 
təsvir  etmək,  yeni  insanın  yetişməsində  inqilabın  həlledici  rolunu  açıb 
göstərmək yeni tipli poemanın yaranmasını şərtləndirirdi.  
Xalqın  azadlığı  uğrunda  mübarizəsini,  keşməkeşli  həyat  yolunu 
işıqlandırmaq dövr şairlərinin əsas idealı idi. Bu məqsədlə də poemalarda 
imperialistlərin  müstəmləkə  siyasətini,  bürokratizmi,  mədəni  geriliyi  ifşa 
etmək,  dövr  üçün  səciyyəvi  ziddiyyətləri,  sinfi  mübarizəni  əsərin  bədii 
konfliktinə çevirmək, hətta bu münaqişəni yoxsulların xeyrinə həll etmək 
bir dəb halını almışdı. Çünki bu epik poeziya nümunələri sovet dövründə 
ədəbi  həyata  atılan,  müasiri  olduğu  cəmiyyətin  gələcəyinə,  yüksəlişinə 
sidq-ürəklə inanan H.K.Sanılı, S.Rüstəm, M.Rahim, M.Müşfiq, S.Vurğun 
kimi gənc şairlərin qələm məhsulu idi. Bu şairlərin həyat eşqi, vəd edilən 
gözəl, azad, bütün insanların bərabər olacağı cəmiyyətdə yaşamaq arzuları 
onları ruhlandırır və ardıcıl olaraq “Buruqlar arasında”, “Əfşan” (M.Müş-
fiq),  “Komsomol  poeması”,  “Bəsti”,  “Aslan  qayası”  (S.Vurğun),  “Yaxşı 
yoldaş” (S.Rüstəm), “Araz qırağında”, “Qaçaq Nəbi”, “Arzu qız” (M.Ra-
him), “Aran köçü”, “Zülmün sonu” (H.K.Sanılı), “Pambıq”, “Kür” (Ə.Ca-
vad)  və  s.  kimi  müxtəlif  formalı  və  məzmunlu  poemaların  yaranmasına 
səbəb  olurdu.  Bu  poemaları  nəzərdən  keçirdikdə  ictimai-siyasi  ideologi-
yanın təsiri altında, yeni dövrün tələbi, sifarişi ilə yazılmış yeni məzmun-
lu, yeni formalı əsərlərlə yanaşı, xalq ədəbiyyatının təsiri altında, əfsanə, 
rəvayət və dastanlardan istifadə əsasında yazılan poemalar da diqqətimizi 


______________________________________________________ Poetika.izm 
  
 
158 
cəlb  edir.  Çünki  folklor  motivlərindən  istifadə  30-cu  illər  Azərbaycan 
poemalarının  ən  səciyyəvi  cəhətlərindən  sayılırdı.  İlk  sovet  poemaları 
içərisində C.Cabbarlının “Qız qalası”, M.Rahimin “Arzu qız”, “Qırx qız”, 
“Qaçaq Nəbi”, M.Müşfiqin “Çoban”, S.Vurğunun “Ayın  əfsanəsi”, “Qız 
qayası”, “Aslan qayası”, “Dar ağacı”, H.K.Sanılının “Aran köçü”, Ə.Ca-
vadın “Ayla günəş”, A.Şaiqin “Qaçpolad”, “Tapdıq dədə” poemaları folk-
lor  motivlərindən,  əfsanə  və  dastan  poetikasından  bəhrələnməsinə  görə 
xüsusilə  fərqlənirdi.  Bu  bəhrələnmə  həm  poemaların  məzmununda,  həm 
də poetik formasında özünü göstərirdi.  
Forma  və  məzmun  baxımından  klassik  poeziyadan  və  folklordan 
bəhrələnmələrə təsadüf edilsə də, sovet poemalarını daha çox müasir hə-
yatı əks etdirən, sovet quruluşunun, onun qurucuları olan yeni insanın tə-
rənnümünə  həsr  olunmuş  poemalar  xarakterizə  edirdi.  Məzmunu  həyatın 
inqilabi inkişafı üzərində qurulan, inqilabın vəsfinə və tərənnümünə həsr 
olunmuş  “Əfşan”,  “Şölə”  (M.Müşfiq),  “Komsomol  poeması”,  “Bəsti” 
(S.Vurğun), “Döyüş günləri”, “Partizan Əli” (S.Rüstəm), “Zülmün sonu”, 
“Turut  qaçaqları”,  “Namus  davası”  (H.K.Sanılı)  kimi  poemalar,  sözsüz, 
ictimai-siyasi  ideologiyanın  təsirilə  yazılmışdı.  Bu  xüsusiyyət  gənc  şair-
lərin,  yazıçıların  öhdəsinə  bir  tələb  olaraq  qoyulduğundan  yeni  dövrün, 
yeni  həyatın  formalaşdırdığı  əməkçi  insanın  qurmaq,  yaratmaq  əzminin 
bədii  tərənnümünə  hər  bir  yaradıcılıqda  təsadüf  olunurdu.  S.Vurğunun, 
S.Rüstəmin,  M.Müşfiqin  poemaları  sübut  edirdi  ki,  yaradıcı  əmək  yeni 
ədəbiyyatın,  yeni  şeirin  başlıca  mövzusudur,  bu  əməyin  qəhrəmanı  yeni 
poeziyanın ilham mənbəyidir.  
 
Həyatın əslini mənə qandıran, 
Könlümü, gözümü işıqlandıran 
İşimdir, gücümdür, ehtirasımdır. 
Bunlar tükəndimi mənim yasımdır.  
Sevirəm axdıqca alnımın təri, 
İnsana dad verən gözəllikləri [7, s. 178]. 
 
Yeni  dövrün  ədəbiyyatı məzmunundakı, ideyasındakı  yeniliklər ilə 
bərabər, poetik xüsusiyyətlərinə  görə də  yeni  olmalı  idi. Çünki  əsrin on-
ların qarşısına qoyduğu yeni ədəbiyyat yaratmaq tələbi dövrün bütün şair-
lərini  poeziyada  novator  kimi  çıxış  etməyə,  yorulmadan  yeni  yollar  və 
istiqamətlər  axtarmağa  sövq  edirdi.  Nisbətən  kiçik  həcmə  və  konkret 
struktura, sonet və terset formalarına maraq yaranması, poemaların bənd-
ləmə  sistemi  ilə  yazılması,  qafiyə  yenilikləri  bu  epik  poeziya  nümunə-
lərini  klassik  poema  nümunələrindən  əsaslı  şəkildə  fərqləndirirdi.  Dra-
matik  münaqişələrin  güclənməsi,  əks  tərəflərin  qarşıdurması  ilə  xarakte-
rizə  olunan  bu  poemalarda  çoxşaxəli  süjetlərə  meyil  olunmaması,  rus  və 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə