Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə68/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   64   65   66   67   68   69   70   71   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
159 
Avropa nümunələrindən təsirlənmə janrın inkişafında həlledici amil kimi 
qiymətləndirilməlidir. 
Sovet  dövrü  poemalarında  ənənəçiliyin  digər  bir  göstəricisi  qafiyə 
sistemi  ilə bağlı idi. Klassik poemalar üçün xarakterik  olan məsnəvi  for-
ması bu dövrün poemalarında da əsas qafiyə sistemi kimi tətbiq edilirdi. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  məsnəvi  forması  təkcə  əruzda  yazılmış 
əsərlərdə deyil, heca vəznli əsərlərdə də geniş tətbiq olunurdu. H.K.Sanı-
lının bütün poemaları, S.Rüstəmin, M.Rahimin, M.Müşfiqin, S.Vurğunun 
əksər əsərləri məsnəvi şəklində yazılmışdır. Bir cəhəti qeyd edək ki, ənə-
nəvi  ədəbiyyatşünaslıqda  qafiyə  bəhsindən  bəhs  edilərkən  sadəcə  onun 
növləri,  yeri, müxtəlif xassə və keyfiyyətləri haqqında danışılmış,  ancaq 
bu  təsadüfdə  qafiyənin  fəlsəfi  tutumu,  bədii  mətnin  poetik  sistemində 
hansı  funksiyanı  daşıması  tam  şəkildə  açıqlanmamışdır.  Poetik  mətndə 
vurğulu heca ilə vurğusuz hecaların bir-birlərini əvəz etməsi, bir tərəfdən 
məxsusi bədii effektin hasil olmasına xidmət edirsə, digər tərəfdən mətnin 
ideyalarının  üzə  çıxmasına,  əyaniləşməsinə  yardımçı  olur  və  bu  mənada 
qafiyəni əsərin poetik sistemindən kənarda təsəvvür etmək yolverilməzdir. 
Ümumi olaraq deyə bilərik ki, XX əsrdə janrın poetik strukturunda 
sanki müəyyən konkretləşmə getmiş və qərb təfəkkürü əsasında formala-
şan, yeni məzmunlu, yeni quruluşlu müasir poemaların inkişafı üçün zə-
min yaranmışdı. Bu mərhələdə yazılan poemalar demək olar ki, poemanın 
iki  fərqli  mərhələsi  arasına  təsadüf  etdiyindən  bu  əsərlər  poemanın  keç-
mişi ilə bu günü arasında körpü rolunu oynayır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azadə  R.  Azərbaycan  epik  şeirinin  inkişaf  yolları  (XII-XIII  əsrlər).  Bakı, 
“Elm”, 1975. 
2.
 
Mitat Durmuş. Bolşevik İhtilalinden sonrakı Azerbaycan sahası Türk edebiya-
tında şiir türü ve poema türü. 
www.academia.edu/.../
 
3.
 
Червяченко  Г.А.  Поэма  в  советской  литературе.  Ростов-на-Дону:  Изд-во 
Рост. ун-та, 1978. 
4.
 
Qarayev Y. Poeziya və nəsr. Bakı, “Yazıçı”, 1979. 
5.
 
Hadi M. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. 
6.
 
Cavid H. Əsərləri. 5 cilddə, I c. Bakı, “Lider”, 2005. 
7.
 
Müşfiq M. Əsərləri. 3 cilddə, II c. Bakı, Azərnəşr, 1970. 
 
 
 
 
 
 
 
 


______________________________________________________ Poetika.izm 
  
 
160 
Nərmin CAHANGİROVA 
 
XX YÜZİLLİYİN ƏVVƏLİ AZƏRBAYCAN POEMASININ  
JANR-STRUKTUR XÜSUSİYYƏTLƏRİ 
 
XÜLASƏ 
 
Azərbaycan ədəbiyyatında demək olar ki, bütün dövrlərin ən aparıcı janrlarından 
biri olmuş poemaların lirik, liro-epik və epik növləri müxtəlif prizmalardan fərqləndirilsə 
də, bu poemaların strukturunda epik və lirik ünsürlərin vəhdəti daha uğurlu hesab edilir. 
Mövzu orijinallığı,  məzmun  yeniliyi ilə  seçilən, XX  əsrin  ilk onilliklərində  ədəbiyyatı-
mızda  mühüm  yer tutan romantik poemalar süjet  quruluşuna,  maraqlı kompozisiyasına 
görə də mükəmməl sənət nümunələri idi. Bu əsərlər klassik nümunələrdən fərqli olaraq 
iki tendensiyanı – həm Avropa romantizminin, həm də klassik Şərq ədəbiyyatının təsirini 
özündə  ehtiva  edirdi.  A.Səhhət,  A.Şaiq,  H.Cavid,  M.Hadi  kimi  romantiklərimizin  epik 
poeziya nümunələrində bir tərəfdən yeni məzmun və süjetlərdən istifadə edilsə də, forma 
cəhətdən  klassik  ənənələrə  və  müasir  poetik  formalara  müraciət  olunurdu.  Bu  iki  mən-
bədən  gələn  təsir  hansı  məqamdasa  bir-birini  dəf  edir,  hansı  məqamlarda  isə  qovuşur, 
qarşılıqlı zənginləşməyə yol açırdı. Bütün bu cəhətlər orijinal xüsusiyyətlərlə zəngin ye-
ni Azərbaycan poemasının yaranmasını şərtləndirirdi. 
20-30-cu  illərdə  isə  poema  janrının  inkişafında  yeni  təkamül  mərhələsi  başlayır, 
müasir  həyatı  əks  etdirən,  sovet  quruluşunun,  onun  qurucuları  olan  yeni  insanın  tərən-
nümünə həsr edilmiş, dramatik münaqişələrin güclənməsi, əks tərəflərin qarşıdurması ilə 
xarakterizə  olunan  əsərlərin  yaranması  ilə  səciyyələnirdi.  “Əfşan”,  “Şölə”  (M.Müşfiq), 
“Komsomol poeması”, “Bəsti” (S.Vurğun), “Döyüş günləri”, “Partizan Əli” (S.Rüstəm), 
“Zülmün  sonu”,  “Turut  qaçaqları”,  “Namus  davası”  (H.K.Sanılı)  kimi  ictimai-siyasi 
ideologiyanın təsirilə yazılmış bu əsərlər poema yaradıcılığındakı ən xarakterik cəhətləri 
özündə əks etdirir. XX əsrin bu mərhələsində janrın poetik strukturunda sanki müəyyən 
konkretləşmə  getmiş  və  Qərb  təfəkkürü  əsasında  formalaşan,  yeni  məzmunlu,  yeni 
quruluşlu müasir poemaların inkişafı üçün zəmin yaranmışdı. 
 
Narmin JAHANGIROVA 
 
THE GENRE STRUCTURAL CHARACTERISTICS OF THE  
AZERBAIJANI POEM AT THE BEGINNING OF XX CENTURY 
 
SUMMARY 
 
In the Azerbaijani literature poems in all periods were one of the leading genres. 
Lyrical-epic,  lyrical  and  epic  kinds  of  poems  are  distinguished  from  different 
perspectives.  But  in  Azerbaijani  poems  combination  of  the  epic  and  lyrical  elements  is 
considered  as  the  most  successful  phenomenon.  Romantic  poems,  which  had  an 
important role in first decades of the twentieth century, distinguished by novelty, subject 
originality.  According  their  plot  structure  and  interesting  compositions  these  poems 
occupy  an  important  place  in  our  literature  and  are  perfect  works  of  art.  In  differ  from 
works  of  the  classic  examples  of  the  trend,  these  works  combined  peculiarities  both  of 
European romanticism and classical Oriental literature. Our romantics, such as A.Sahhat, 
A.Shaig, H.Javid, M.Hadi created samples of epic poetry. In these works poets used new 
content  and  the  plots  and  also  applied  the  classical  tradition  and  contemporary  poetic 
forms  together.  The  influence,  coming  from  these  two  sources  sometimes  repel  each 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə