Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə65/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   61   62   63   64   65   66   67   68   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
153 
əsrlər boyunca daxilən zənginləşə-zənginləşə, həm də, müəyyən xüsusiy-
yətlərini  itirmişdir.  Burada  söhbət  poemanın  həcmindən,  onun  kiçikliyi, 
yaxud  böyüklüyündən  getmir,  poemanın  strukturunu  müəyyənləşdirən 
komponentlər daim təkmilləşmiş və belə deyək, hər hansı struktur müəy-
yənləşdirici  komponentin  “ideyası  köhnələn  kimi”  o,  yeni  poetik  ideya-
ların təcəssüm forması ilə əvəz edilmişdir. 
Lirik poema “...zamanın mühüm hadisələrinin şair qəlbindəki güclü 
əks-sədası” kimi insanın hiss və düşüncələrinin kadr arxasını göstərir, hə-
min  hiss  və  düşüncələrin  haradan  başlanğıc  götürməsi  və  sair  bu  kimi 
məsələləri  həll  etməyə  çalışır.  Çox  güman  ki,  lirik  poemanın  bu  cəhəti 
əsrin əvvəllərində romantiklərimizin diqqətini cəlb etmiş, onlar qəlblərin-
dəki duyğuları, arzu və istəklərini məhz bu janrda əks etdirməyi müvafiq 
hesab  etmişlər.  Əsrin  ilk  onilliklərində  ədəbiyyatımızda  realizm  və  ro-
mantizmin təşəkkülü  və  inkişafı  yeni  janrların  yaranmasını şərtləndirdiyi 
kimi,  bu  janrın  strukturunda  da  dəyişikliklərə,  həmçinin  romantik  və 
realist  poema  növlərinin  yaranmasına  təkan  verirdi.  Lakin  ədəbiyyatşü-
naslıqda  belə  bir  fikir  də  mövcuddur  ki,  poema  nə  romantizmə,  nə  də 
realizmə, nə də klassisizmə, bütövlükdə ədəbiyyata, cəmiyyətə, insanlığa 
aiddir. Estetik ab-havanın dəyişməsindən asılı deyildir. Bu fikir bir qədər 
birtərəfli xarakter daşıyır, çünki müxtəlif ədəbi cərəyanların hakim olduğu 
dövrlərdə yazılan əsərlər bir çox cəhətlərinə görə fərqlənir. Yəni, tutaq ki, 
romantizmin hakim olduğu bir dövrdə yuxarıda deyildiyi kimi, bu dövrün 
kontekstinə  girməyən,  ondan  kənarda  “nəfəs  alan”  poemadan  söz  gedə 
bilməz.  Bu  müxtəliflik  əsərlərin  ideya-məzmununda,  forma  və  struktu-
runda, təsvir vasitələrində, surətlər aləmində özünü daha çox büruzə verir. 
Bu  prinsipi  əsas  götürərək  əsrin  əvvəlində  yazılan  poemaları  nəzərdən 
keçirdikdə romantik poemaların üstünlüyü ilə qarşılaşırıq.  
Romantizm  cərəyanının  A.Səhhət,  A.Şaiq,  H.Cavid,  M.Hadi  kimi 
nümayəndələrinin yaradıcılıq məhsulu olan bu poemalarda cəmiyyəti, dü-
şünən beyinləri narahat edən, insanlığın xoşbəxtliyinə mane olan bir çox 
məsələlər  işıqlandırılmışdı.  Bu  poemalarda  yeni  azadlıq  ideallarından, 
mənəvi  dəyərlər  uğrunda  mübarizədən  (“Beşikdən  məzara  qədər  bəşərin 
əhvalı”, “Bir sərgüzəşti-xunin” – M.Hadi, “Məsud və Şəfiqə” – H.Cavid), 
azadlıq mübarizəsinin təsvirindən (“Əhmədin  qeyrəti”  – A.Səhhət), xalq 
adət-ənənələrindən  (“İki  familiyanın  məhvi”,  “Mərhəmətli  Ədhəm”  – 
A.Şaiq), sənət  adamlarının cəmiyyətdəki mövqeyindən (“Şair, şeir pərisi 
və  şəhərli”  –  A.Səhhət),  eləcə  də  müharibə  dəhşətlərindən  (“Əlvahi-
intibah” – M.Hadi) söz açılırdı. Təbii ki, romantizmin yaradıcılıq idealları 
bu mövzuların  işlənməsini zəruri  edirdi. Çünki  ümumi,  narazı,  üsyankar 
bir ruh, küskün əhvali-ruhiyyə romantiklərin nəinki epik – lirik əsərlərinə, 
bütün  yaradıcılığına  hakim  idi.  Mövzu  orijinallığı,  məzmun  yeniliyi  ilə 
seçilən romantik poemalar XX əsr ədəbiyyatımızda mühüm yer tutur. Bu 


______________________________________________________ Poetika.izm 
  
 
154 
poemalar  təkcə  çoxcəhətli  müasir  məzmun,  mübariz  ideyasına  görə  yox, 
süjet quruluşuna, maraqlı kompozisiyasına görə də mükəmməl sənət nü-
munələri  idi.  Bu  əsərlərdə  iki  tendensiyanın  –  həm  Avropa  romantizmi-
nin, həm də klassik Şərq ədəbiyyatının təsirini aydın görmək olurdu. Epik 
poeziya nümunələrində bir tərəfdən  yeni məzmun və süjetlərdən istifadə 
edilsə  də,  forma  cəhətdən  klassik  ənənələrə  və  ədəbi  formalara  müraciət 
olunurdu. Bütün bu cəhətlər orijinal xüsusiyyətlərlə zəngin yeni Azərbay-
can poemasının yaranmasını şərtləndirirdi. 
Dövrün poemaları içərisində orijinal məzmunu və xüsusi daxili dra-
matizmi ilə seçilən Məhəmməd Hadi poemaları XX əsr romantik ədəbiy-
yatını  kompozisiyası,  orijinal  poetikası  ilə  zənginləşdirmişdir.  Belə  ki, 
M.Hadi  bəzən  klassik  ənənələrdən  bəhrələnsə  də,  əsərlərini  yeni  keyfiy-
yətlərlə  zənginləşdirməyi  daha  üstün  tuturdu.  İşgəncələrlə  dolu  həyat 
haqqında düşüncələrdən doğan dərin kədər Hadi lirikasının, Hadi şeirinin 
başlıca ideya istiqamətlərindən olmuşdur. Onun epik əsərlərində də məhz 
bu  cəhət  –  insanın  bütün  əzab-əziyyətlərdən  qurtulub  azad,  müstəqil  hə-
yatda  xoşbəxt  yaşamaq  arzusu  qabardılır.  M.Hadinin  “Aləmi  müsavat-
dan”  poemasında  olduğu  kimi,  “Beşikdən  məzara  qədər  bəşərin  əhvalı” 
poeması da bu fikirlərin davamı xarakteri daşıyırdı.  
 
Hürriyyəti mən istər idim dəhrdə, heyfa, – 
Olmuş bu cahan cümlə yaranmışlara mənfa! 
 
Zənn eylər idim aləmi rəxşəndə cahandır... 
Madam şikəmindən daha zülmətli məkandır. 
 
Fikr eylər idim cənnəti-ülviyyətə düşdüm, 
Nirani ələmdir bura, süfliyyətə düşdüm [5, s. 308].  
 
Azadlıq həsrəti, hər cür zülm və ədalətsizliklərdən uzaq olan cəmiy-
yət, insan və onun səadəti haqqında utopik arzular bu poemanın əsas mo-
tivlərini təşkil edir. Burada bir cəhəti də qeyd edək ki, Hadi poetik təfək-
kürü etibarilə, yuxarıda da qeyd etdiyimiz kimi orijinal bir şair idi, o yaz-
dığı  əsərləri  ürəyində  yaşatdığı  ideyaların  bədii  təcəssümünə  çevirməyə 
çalışırdı və təsadüfi deyil ki, bu cəhd əsərlərin poetik strukturunun fərqli 
olması  ilə  nəticələnirdi.  XX  əsr  romantik  poemalarında  nəzm  və  nəsr 
hissələrinin  növbələşməsi  (“Bir  sərgüzəşti-xunin”)  məsələsi  də  məhz  bu 
ayrıntı  ilə bağlıdır. Çünki,  bədii mətndə ideya axtarışları kəskinləşdikcə, 
daha  doğrusu,  dərinləşdikcə  əsər  daha  çox  öz  forması  ilə  danışmağa 
üstünlük verir. 
Bu  dövr  poemalarında  hadisələrin,  situasiyaların  təsvirindən  çox, 
qəhrəmanların daxili  aləmi, düşüncə  və duyğularına daha  geniş  yer  veri-
lirdi.  Bu  poemalarda  müəlliflər  tarixi  simalardan,  ənənəvi  qəhrəmanlıq 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə