Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə61/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   57   58   59   60   61   62   63   64   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
144 
kürəsi adlı bu təcridxananı tərk edib getmək şansının bir xəyal yox, ger-
çək bir imkan olduğunun şahidi olur.  
“Şekspir”  pyesində  hadisələr  Ruhi  xəstəliklər  klinikasında  cərəyan 
etsə  də,  əsərdə  digər  bir  məkan  da  vardır.  Drob  13-ün  sakini  olduğu 
Vanderprandur  planetidir.  O,  pyesdə  predmetləşmir,  ancaq  təsəvvürdədir 
və bir məkan kimi məzmunda iştirak edir.  
Samir Səadətoğlunun “Həbsxanada bayram” pyesində həbsxana bir 
məkan olaraq özündə müxtəlif sosial zümrələri və problemləri birləşdirir. 
Müəllif pyesdə göstərir ki, burda ədalətsizliyin qurbanı olanlarla öz qanlı 
bıçağı  ilə  başqalarını  qurbanlıq  qoyuna  döndərənlər  eyni  məkanı,  eyni 
aqibəti paylaşmalı olurlar. Həbsxananın dar kamerası bu əsərdə çox dərin 
mətləbləri özündə əks etdirən bir bədii detala çevrilir. Məkan interyerinin 
təsvirində nəfəslik xüsusi olaraq nəzərə çarpır. Dar kameranın geniş dün-
yaya açılan pəncərəsi kimi nəfəslik məhbusların həm ümid yeri, həm  də 
həbsxana  divarlarından  o  tayın  burdakılara  amansız,  soyuq  münasibəti 
kimi mənalanır. Əgər məhbusların üzünə azad dünyanı qapayan bu nəfəs-
liyin şappıltısının, açarların şıqqıltısının təsviri olmasaydı, məkan bu də-
rəcədə tamamlanmış, məzmunlu panoram yaratmazdı. 
Firuz  Mustafanın  “Qəfəs”  pyesində  isə  hadisələrin  cərəyan  etdiyi 
təcridxana  zooparkdır.  Müəllifin  bu  məkanı  seçməkdə  məqsədi  heyvan-
xananı  insan  cəmiyyətinə  qarşı  qoymaq,  üstünlüyü  birinciyə  verməkdir. 
Özünü  Şir  elan  edib,  ailəsini,  ümumiyyətlə,  insanları  tərk  edib,  insanın 
yaşayış  yeri  kimi  heyvanxananı  seçməsi,  qəfəsdə  özünü  rahat  və  çox 
gözəl hiss etməsi, həyat yoldaşının bütün təkidlərinə baxmayaraq heyvan 
olmaqdan  imtina  etməməsi  bizi  bu  qənaətə  gətirir.  Əsərdə  hadisələrin 
cərəyan etdiyi məkan zoopark seçilmişdir. Ancaq pyesdə bu məkanın fo-
nunda digər bir məkan – insan cəmiyyəti də təsvir olunur. Ümumiyyətlə, 
Firuz  Mustafa  dramaturgiysında  məkanın  fon  olaraq  yaradılışı  vardır. 
Məsələn,  “Safari”  komediyasında  Afrika  meşəsini  də  dramaturq  bu  cür 
fona çevirir. 
Müasir  Azərbaycan  dramaturgiyasında  Firuz  Mustafa  ən  müxtəlif 
və  öz  məzmunu  ilə  maraq  doğuran  məkanlara  müraciət  edən  dramaturq-
dur. Ümumiyyətlə, Firuz Mustafa elə dramaturqlarımızdandır ki, o, milli 
dramaturgiyamızın  indiyə  qədər  ortaya  qoyduğu  gedişləri  təkrarlamaq 
istəmir,  ənənəvi  üslubdan  imtina  edir,  yeni  xətt  yaratmaq,  dramaturgi-
yamızı  dünya  dramaturji  prosesinə  qoşmaq  istəyir.  Odur  ki,  onun  pyes-
lərində məkan da ənənəvi yox, yenidir. Bu əsərlərə nəzər salanda görürük 
ki,  hadisələr  meşə,  zoopark,  Afrika  cəngəlliyi,  rəssam  emalatxanası,  ka-
zino, sərhəd zonası, sanatoriya, senat kimi dramaturgiyamız üçün xas ol-
mayan məkanlarda baş verir. İnsanı daha çox məişət şəraiti fonunda bədii 
təhlilə çəkən dramaturgiyamızda bədii problem  bu məkanlarda daha  ağır 
şərtlər və gərgin situasiyaya düşür.  


______________________________________________________ Poetika.izm 
  
 
145 
Firuz  Mustafanın  dramaturgiyasında  nəinki  məkan  qeyri-adiliyi, 
hətta  qeyri-müəyyənliyi  də  vardır.  B.Əhmədov  yazır:  “Onun  komediya-
larında  hadisələrin  cərəyanında  məkan  və  zaman  koordinatları  dəyişə 
bilir” [8, s. 440]. “Oxşarlar” və “Ağıllı adam” pyeslərində müəllif qeydlə-
rində göstərilir ki, hadisələr qeyri-müəyyən zaman və məkanda baş verir. 
Əvvəlki bölmələrdə də qeyd etdiyimiz kimi müasir Azərbaycan dramatur-
giyasında  tarixə  maraq  həmişə  olduğu  kimi  böyükdür  və  dramatuqrları-
mız  tez-tez  keçmişi  müasir  problemlər  üçün  bədii  vasitəyə  çevirirlər. 
Ancaq Firuz Mustafa bəlkə də, bu gün yeganə dramatuqrlarımızdandır ki, 
pyeslərində müasir problemlərin bədii həllini elə müasir zamanın özündə 
axtarır.  
Onun “Oxşarlar” pyesində saray şəraiti, Hökmdar, Vəzir, Sərkərdə, 
kimi  obrazlar və digər detallar keçmiş zamana işarə  etsə  də, müəllif ide-
yanı yalnız bu zaman şərtləri altında bədiiləşdirmir. Dramaturq “Personaj-
ların  paltarında  həm  qədim,  həm  də  müasir  geyim  elementləri  nəzərə 
çarpır” qeydi ilə həm də müasir zaman komponentlərini əsərə daxil edə-
rək bir zaman qeyri-müəyyənliyi yaradır . 
Onu da qeyd edək ki, müasir dramaturgiyamız üçün zaman və mə-
kan  qeyri-müəyyənliyi  yalnız  Firuz  Mustafa  yaradıcılığı  üçün  xas  de-
yildir. Bədii strukturda bu tip xronotop həllinə  Kamal Abdullanın, Vaqif 
Səmədoğlunun,  Elçin  Hüseynbəylinin,  Afaq  Məsudun  pyeslərində  rast 
gəlirik.  Müasir  dramaturji  proseslə  bağlı  dəyərli  ümumiləşdirilmiş  qə-
naətlər,  təhlillər  müəllifi  olan  Əsəd  Cahangir  Yazıçılar  İttifaqının  son 
qurultayında etdiyi məruzədə E.Hüseynbəylinin dramaturgiyasından danı-
şarkən  belə  bir  fikir  səsləndirmişdir:  “Kobud  yumorla  zərif  nostalji  his-
lərin  çulğaşdığı  “Qaçaq  qocalar”  pyesi  öz  realist  üslubu,  zaman-məkan 
müəyyənliyi,  konkret  ad  və  xarakterik  obrazlar  sistemi  ilə  E.Hüseyn-
bəylinin  son  işləri  arasında  istisna  kimi  görünür  [9].  Əsəd  Cahangirin 
müşahidəsi  düzgündür.  E.Hüseynbəylinin  pyeslərində  zaman-məkan  sər-
hədləri  dumanlanır,  ancaq  bəzən  dramaturq  bu  dumanı  dağıtmaq  istəyir. 
“Sezar”  pyesində  müəllif  zaman-məkanı  oxucu  üçün  aydınlaşdırmağa 
çalışır. Əsər belə bir qeydlə başlayır: “Hadisənin məkanı və zamanı bəlli 
deyil.  Hər  şey  şərtidir.  Əslində  isə  hadisələr  ötən  əsrin  90-cı  və  2000-ci 
illərin əvvəllərində Azərbaycanda baş verir” [10, s. 58]. 
Bu qeyd əsərdə təsadüfi olaraq yer almayıb. Mövzunu qədim Roma 
tarixindən  alan  dramaturq  onun  bədii  həllində  müasir  tarixi  kodlaşdırır. 
Ancaq müəllifin özünə də bəlli olur ki, əgər onun işarəsi olmazsa, oxucu 
bu kodları rasşifrovka aça bilməyəcək. Odur ki, dramaturq zaman-məkan 
qeyri-müəyyənliyinə aydınlıq gətirməyi lazım bilmişdir.  
Ancaq  Əsəd  Cahangirin  vurğuladığı  kimi  E.Hüseynbəylinin  əksər 
pyeslərində  zaman-məkan  tam  şəkildə  oxucu  üçün  qeyri-müəyyən  qalır. 
Artıq  qeyd  etdiyimiz  kimi,  müasir  dramaturgiyamızda  bir  tendensiya 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə