Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə60/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   56   57   58   59   60   61   62   63   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
142 
dönəmində  bu  yükü  ev,  həyət,  məhəllə  kimi  məkanlar  daşıdı.  Təsadüfi 
deyil  ki,  bu  dönəmdə  Əli  Əmirli  yaradıcılığında  “Köhnə  ev”  adlı  pyes 
meydana çıxdı. 
Bu  pyesdə  hadisələrin  inkişafı  da,  ideyanın  ifadəsi  də  məkanla 
bağlanır. Ümumiyyətlə, əsərin bədii problemi Köhnə ev üzərində qurulub, 
müəllif məharətlə ona dövrün simvolik yükünü yerləşdirib. Qüdrətin nə-
vəsi  tərəfindən  özünün  xəbəri  olmadan  satışa  çıxardığı  ev  əsərdə  yeni 
dövrdə  maddi  ehtirasların  gətirdiyi  bum  qarşısında  sovrulan  mənəvi  də-
yərlərin, müqəddəsliklərin simvolikasını yaradır. Köhnə ev “Susun, xain-
lər! Özünüz bu saat rədd olub gedin. Mənim meyidim çıxacaq bu evdən.... 
Kim  istəyir  getsin.  Mən  burda  qalacam,  acından  ölsəm  də,  burada  qala-
cam.  Mən  acından  ölsəm  də,  burada  öz  evimdə  öləcəm!”  [7,  s.  337]  dü-
şüncəsinə  sahib  yaşlı  nəsil  üçün  nə  qədər  müqəddəs  məkandırsa,  “Əvə-
zində iki evimiz olacaq, lap üçüncüsünü də ala bilərik. Birində yaşayar, o 
biriləri  kirayə  verərik”  [7,  s.  317]  deyən  gənc  nəsil  üçün  bir  o  qədər  pul 
mənbəyi, qazanc yeridir. Köhnə evin aqibəti əsərdə nəsillər, onların fərqli 
düşüncələri arasındakı münaqişənin aqibəti kimi mənalanır. Bu evdə yal-
nız  əcələ  təslim  olacağını  deyən  Qüdrət  kişi  sonda  onun  evində  birdən-
birə peyda olmuş  Sahib  kimisinin  möhtəkir gedişləri qarşısında mat olur 
və “Yığış , Melya! Öz əcəlinlə ölmək istəyirsənsə, uzaqlaş bu evdən” [7, 
s.  347]  deyərək  buranı  tərk  edir.  Bu  əsərdə  Köhnə  ev  keçən  əsrin  dox-
sanıncı illərindən başlayaraq cəmiyyətə daxil olmuş yad qüvvələrin, özgə 
təsirlərin özümüzünküləri oyundankənar vəziyyətə salaraq  çox məharətlə 
sahiblik hüququ əldə etməsini rəmziləşdirir.  
Zamanın dramatik panoramını verən ədəbi-teatral məkanların yaşa-
yış  yerlərinin  olmasının  özünün  də  elmi-məntiqi  əsasları  vardır.  Diqqət 
edək,  artıq  yuxarıda  da  qeyd  etdiyimiz  kimi  sovet  dramaturgiyasında 
bədii  problem  daha  çox  ictimai  yerləri  özünə  məkan  seçirdi.  Çünki  bu 
dövrdə  insan,  adətən,  öz  ictimai  mövqeyi  ilə  tanınır,  o,  fəhlə,  müdir, 
müəllim, həkim kimi dərk edilir yaxud yanaşılırdı. Müstəqillik dönəmin-
də  isə  bədii  problem  daha  çox  yaşayış  yerlərini  ona  görə  özünə  məskən 
seçirdi ki, burda insanın şəxsi-intim yaşayışı diqqətə gəlir, o, hətta bədii 
mətnə  çox  vaxt  Qadın,  Kişi,  Oğul,  Qız,  Qonşu,  Dost  kimi  adlarla  daxil 
olur. Çünki müstəqillik dönəmində cəmiyyətin yalnız ictimai-siyasi deyil, 
həm  də  mənəvi-əxlaqi  siması  keçid  dövrü  yaşadı,  yeni  insan  formalaşdı 
və  o,  öz  ifadəsini  daha  yaxşı  məişət  şəraitində  tapa  bilərdi.  Elə  bu  sə-
bəbdəndir ki, cəmiyyətin mənəvi həyatında baş verən kataklizmləri möv-
zuya  çevirən  Elçin  dramaturgiyasında  hadisələr  daha  çox  yaşayış  yer-
lərində baş verir. 
Diqqət edək, dramaturqun ilk komediyası olan “Ah, Paris, Paris!..” 
pyesində  müəllif məkan  olaraq  Bəbirzadələrin,  İsgəndərzadələrin, Polya-
niçkoların, evlərini və bu ailələrin yaşadıqları həyəti seçmişdir. Bu pyesdə 


______________________________________________________ Poetika.izm 
  
 
143 
müəllif  sovet  erasının  sabitlik  və  sakitliyinin  xaosla  əvəzləndiyi  keçid 
dövrünün insanının ifadəsini verməyə çalışmışdır. Bunun üçün ən uyğun 
məkan  kimi  ev  və  həyət  seçilmişdir.  Çünki  insanın  əsl  siması,  niyyət  və 
düşüncələri,  ümumiyyətlə,  kimliyi  ailə  şəraitində  meydana  çıxır.  İctimai 
yerlərə  isə  o,  adətən,  maskalanaraq  çıxır.  Odur  ki,  müasir  insanı  rasşif-
rovka etmək istəyən dramaturqun o biri  pyeslərində də  tez-tez ev məkan 
olaraq əsərə daxil olmuşdur.  
Ancaq müasir Azərbaycan dramaturgiyasında  yaşayış  yerləri yega-
nə məkan deyildir, əslində ümumi dramaturji prosesə nəzər salsaq, müx-
təlif,  hətta  həbsxana,  dəlixana,  heyvanxana  kimi  ekstermal  məkanlar  da 
görərik.  Müasir  Azərbaycan  dramaturgiyası  insanı  bədii  tədqiqə  yalnız 
özünün  görünən  və  bəlli  tərəfləri  ilə  gətirmir,  normal  həyat  şəraitinin 
parametrlərində obrazlaşmır. Bugünkü dünyanın məna, məzmunu getdik-
cə qəlizləşməkdədir və bu qəlizliyin çözümü yalnız normal həyat şəraitin-
də  tapıla  bilməz.  Odur  ki,  dramaturgiyamızda  hadisələr  cəmiyyətdən 
təcrid olunmuş həbsxana, dəlixana, heyvanxana kimi məkanlarda cərəyan 
edir.  
Məlumdur ki, məkan dramaturji strukturda elə bir komponentdir ki, 
klassik dramaturgiyadan bu yana müəllif ilk olaraq oxucuda onun haqqın-
da təsəvvür yaradır və bu təsəvvür artıq gələcək hadisələr üçün bir siqnala 
çevrilir. Əgər əsərin girişində məkan olaraq ekstermal şərait göstərilirsə, 
bu  siqnal  daha  artıq  dramatik  gərginlik  üçün  uğurlu  başlanğıca  çevrilir. 
Çünki  səhnənin  normal  həyat  şəraitinə  açılan  pərdəsi  tamaşaçının  sakit 
vəziyyətini hərəkətə gətirə bilmirsə, qeyri-normal bir şərait artıq onu gər-
gin bir vəziyyətə kökləyir.  
Elçinin “Şekspir” pyesində də belədir. Pərdənin Ruhi xəstəliklər kli-
nikasına  açılan  səhnəsi  Elçin  dramaturgiyasında  bədii  çözümünü  ailə 
içində,  redaksiyada  axtaran  dəlilik  mövzusu  bu  dəfə  öz  dəqiq  ünvanın-
dadır. Bu pyesdə məkan artıq mövzu-problemin bədii həlli üçün aktiv bir 
başlanğıc olur. Və onun təsvirində əsər boyu tez-tez pəncərə bədii detala 
çevrilir.  Ümumiyyətlə,  təcridxanaların  bədii  təsvirində,  adətən,  pəncərə-
dən məkan interyerini tamamlayan komponent kimi istifadə olunur. Çünki 
pəncərə  bədii  bir  detal  kimi  bu  məkanın  açıq  dünyaya  qapalı  olmasını 
şiddətləndirir.  Elçinin  “Şekspir”  pyesində  isə  pəncərə  yalnız  qapalılığı 
deyil, həm  də  gözləntini,  ümidi  ifadə edir. Belə  ki,  pəncərəni  gözətləyən 
yalnız  uzaq  planetdən  bir  ün  gözləyən,  özünün  veneralı  olduğunu  iddia 
edən  Ruhi  xəstəliklər  klinikasının  pasiyenti  deyil,  həm  də  bu  klinikanın 
baş  həkimidir.  Bu  məqam  oxucuya  belə  bir  mesaj  ötürür  ki,  nəinki  bu 
klinika, elə əslində Yer kürəsi bütövlükdə bir təcridxanadır.  
Sonda  veneralının  ümidlə,  Baş  həkimin  isə  ümidsizcəsinə  gözətlə-
diyi  bu  pəncərə  birincinin  ümidini  doğruldur,  ikincini  isə  çaşqınlıq  və 
heyrət  içərisində  buraxır.  Pəncərənin  qarşısına  keçən  Baş  həkim  Yer 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə