Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə42/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   38   39   40   41   42   43   44   45   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
101 
“sınaqlardan  çıxarılaraq”  yaddaşlarında  möhkəmləndikcə  təsəvvürlərə 
çevrilmişdir” [3, s. 14-15]. Hər səhifəsində tükənməz  yazıçı  fantaziyası-
nın,  unikal  fikir  və  ideyaların  cəmləşdiyi  “Qətl  günü”  romanının  bütöv 
məzmununun,  müəllif  ideyasının  dərki,  mətnin  ötürdüyü  mesajların  açıl-
ması üçün əsərin mifopoetik qatını müəyyənləşdirmək lazım gəlir. “Qətl 
günü” romanında dünyadakı bütün yaradılışları fövqəltəbii, qeyri-adi, fan-
tastik  şəklə  salmaq  funksiyası  daşıyan  mif  ilə  dünyada  baş  vermiş  real 
hadisələrə  əsaslanan tarixi  həqiqətlər sintez olunur. Yusif Səmədoğlunda 
mifopoetik  düşüncənin  sahəsinə  düşən  miflər  öz  ilkin  başlanğıcında  ol-
duğu  kimi  “təmiz”  deyil,  bu  miflər  saf  irreal  strukturunu  real,  məntiqə 
uyğun çalar və rənglərə bürünməklə qismən pozmuş olur. Mifopoetik qat 
bu  romanın  əsas  məğzini  təşkil  edir,  əsasən  arxetip  və  motivlərlə  ger-
çəkləşir. Bəşəriyyət öz inkişafı boyunca öz ilkin başlanğıcından nə qədər 
uzaqlaşsa  da,  insanların  yaddaşında,  beyninin  alt  qatlarında  –  təhtəl-
şüurunda əski mədəniyyətdən çoxlu sayda simvollar yaşayır. Bu simvollar 
özlərini  rəmzi-obrazlı  formada  təzahür  etdirirlər  ki,  məhz  bu  təzahürləri 
də  K.Q.Yunq  “arxetip”  adlandırırdı.  İnsanların  ilkin  təsəvvürləri  –  mi-
foloji dünyagörüşün element və ünsürləri sonrakı inkişafı mərhələlərində 
başqa-başqa  formalarda  arxetiplər  vasitəsilə  təzahür  olunur.  Arxetiplər 
insanın  universal  duyğu,  düşüncə  və  davranış  qəliblərini  formalaşdırır. 
“Qətl  günü”  romanında  mifopoetik  yaddaşın  üzə  çıxmasını  səciyyələn-
dirən, mifoloji qatı ortaya çıxaran  əlamət  və  motivlərin bir çoxu canavar 
arxetipində  cəmləşmişdir.  Ümumiyyətlə,  “Qətl  günü”  romanında  mifo-
poetik qatın üzə çıxmasında, mətnin bədii ideyasının, əsas məzmununun 
anlaşılmasında  canavar  arxetipinin  xüsusi  rolu  var.  Canavar/qurd  arxeti-
pinin  romandakı  və  romanaqədərki  strukturunu  aşkarlamaq  üçün  ən  bö-
yük  yardımçı,  milli-genetik  yaddaşın  daşıdığı  kodlar,  informasiyalardır. 
Yaddaş  bu  arxetipin  var  olduğu  mifoloji-bədii  mətnlərlə,  əsatir,  rəvayət, 
əfsanələrlə  zəngin  olduğu,  yazılı  ədəbiyyatın  canavar  arxetip  və  motiv-
lərinə  müraciət  etdiyi  digər  mətnləri  tanıya  və  sıralaya  bildiyi  təqdirdə, 
oxunan  mətnin  sirlərini  ortaya  çıxarmaq,  aşkarlamaq  o  qədər  də  çətin 
olmur. Canavarla bağlı miflər şifahi və yazılı ədəbiyyatda simvol, arxetip, 
motiv  və  s.  şəkillərdə  özünü  göstərir.  Cek  London,  Çingiz  Aytmatov, 
Farli Mouet, Alfredo Konde, Xoli Layl, Anna Li, Eliade Mirça, L.Vayzer, 
O.Xyofler,  Ş.Vikander,  Q.Videnqren,  X.Janmer,  J.Dümezil  və  başqala-
rının  əsərlərində  canavar  və  canavarlıqla  bağlı  müxtəlifyönlü  məsələlərə 
rast  gəlmək  olar.  Qərb  və  Şərq  ədəbiyyatlarında  canavarı  simvol-arxetip 
kimi  izləyən  və  təhlil  edən  R.Qeybullayeva  H.Hessenin  “Yalquzaq”, 
R.Kiplinqin “Mauqli”, Cek Londonun “Bəyaz diş”, Ç.Aytmatovun “Qiya-
mət”,  Y.Səmədoğlunun  “Qətl  günü”  və  s.  əsərlərə  müraciət  edir.  Həmin 
əsərlərdə  arxetipin  fərqli  bədii  təzahür  şəkillərini  Qərb  və  Şərq  mədə-
niyyətinin oxşar və ziddiyyətli tərəflərinin müqayisəsindən doğan nəticə-


______________________________________________________ Poetika.izm 
  
 
102 
lərə bağlayır [4]. 
“Qətl günü” romanı mənfur Sovet rejiminin və ideologiyasının ədə-
biyyata  mənfi  təsir  etdiyi  bir  dövrdə,  milli-mənəvi  dəyərlərin  uzaqlaş-
dırıldığı,  tarixi  və milli kimlik məsələlərinin qaldırılmasının qadağan ol-
duğu bir şəraitdə yazılmışdır. Milli-tarixi yadlaşmanın, mədəni-mənəvi it-
kilərin faciəviliyini dərk edən dövrün yazıçı və şairləri öz yaradıcılığında 
sətiraltı mənalara, ikili oyunlara, bir növ “gözdən pərdə asmalara” sıx-sıx 
müraciət  etməyə  başlamışdılar.  Milli-mənəvi  ruhun  zənginlikləri,  tarixi-
mental  dəyərlər,  millət,  tarix  kontekstində  yaddaşın  bütün  laylarının  bu 
cür əsərlərdə təcəssümü və bədii inikası folklor qaynaqlı simvollar, rəmz-
lər,  motiv  və  ünsürlərlə  gerçəkləşirdi.  Yazıçının  tarixilik  və  müasirlik 
müstəvisində demək istədiyi, vurğulamağa çalışdığı daha böyük “gerçək-
liklər”i,  roman  mətnində  özünəməxsus  bədii  məharətlə  gizlətməkdə  ən 
əsas yardımçı vasitələrinə folklor motivləri də aiddir. “Qətl günü” roma-
nının  bütöv  kompozisiya  sisteminin  müəyyən  məqamlarında  sıx-sıx  rast 
gəldiyimiz, ağac motivinin  oğuz-türk mifopoetikasındakı  və  dastan  yara-
dıcılığında  önəmli  yeri  və  əhəmiyyəti  danılmazdır.  Bu  kultun  folklorda, 
xüsusilə  arxaik  epos  mədəniyyətində  daşıdığı  simvolik  anlamlara  qısa 
nəzər  saldıqda,  doğurdan  da  müəllifin  mətndə  oxucuya  və  bütövlükdə 
topluma ötürmək istədiyi mesajları da oxumuş oluruq.  
Əslində  həm  canavarın,  həm  ağacın  mifosemantik  yükü  və  arxaik 
epos  yaddaşındakı  yeri  başlanğıcı,  ilki  ifadə  etməsi  faktoru  romanda 
qabardılır. Şərin hökmran olduğu, ədalətin, humanist ideyaların məhvinin 
müşahidə olunduğu müasir cəmiyyətin nöqsanlarının, tarixə yadlaşmanın 
yaratdığı “manqurdlaşmanın” poetik təsvirini yaradıldığı romanda başlan-
ğıcla  son  müqayisə  edilir.  Mirəli  Seyidovun  sözlərinə  görə,  hətta  bəzi 
abidələr  göstərir  ki,  türk  xalqları  ağacı  doğum  və  uşaqların  hamisi  olan 
ilahə  ilə  birgə  təsəvvür  etmişlər.  Bu,  mifoloji  baxımdan  təbii  haldır. 
Dünya ağacı bütün dünyanın, eləcə də yaradıcısı, hamisi sayılırmış. Belə 
inam  hökm  sürürdüsə,  deməli,  uşaqları  himayə  edən  ilahə,  yəni  Umay 
təbii olaraq ağacla qoşa yad edilməli idi: “Məşhur türkoloq Radlovun türk 
xalqlarından  topladığı  ağız  ədəbiyyatı  materialları  ona  belə  bir  fikir 
yürütməyə imkan vermişdir ki, türk xalqlarının şifahi ədəbiyyatında ilahə 
Umayla ağac həmişə qoşa xatırlanmışdır və bu hal 19-cu əsrin sonu – XX 
əsrin əvvəllərinə qədər davam  etmişdir. Alimin  Sibir və Altay türklərin-
dən  topladığı  materiallarda  deyilir:  “Biz  ilkin  atamız  Ülgendən  törədiyi-
miz zaman bu iki çayın ağacı da Umay ilə bərabər göydən enmişdir” [5, s. 
38].  Qədim  mifoloji  təfəkkürdə  uşaqların  və  heyvan  balalarının  hamisi 
olan  Umay  Ana  və  onun  ağacla  bağlılığı  motivi  “Qətl  günü”  romanında 
da üzə çıxır. “O gecə bu düşərgədən çox-çox uzaqlarda, ins-cins  qalma-
mış  qalın  meşədə,  köpüklənə-köpüklənə  axan  nəhəng  çayın  sahilində 
yalınayaq  gavur  qızı  palıd  ağacının  gövdəsinə  söykənib,  ayaqları  altda 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə