Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə39/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   35   36   37   38   39   40   41   42   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
94 
dolaşır, içir, içini yeyir və həyata bütün marağını itirir. Ancaq günlərin bir 
günü televizorda nümayiş etdirilən səssiz kinonun bir fraqmenti olmazın 
möcüzə yaradır, keçən dövr ərzində ilk dəfə Devidin simasında təbəssüm 
yaranır.  İndi  əlində  heç  bir  təcili  işi  yoxdu  (pulu  var  –  həyat  yoldaşının 
həyatını sığortalayıb, universitetdən akademik məzuniyyət götürüb), buna 
görə də gülməyi  yadırğamış adamı gülməyə məcbur edən şəxs haqqında 
roman yazmaq qərarına gəlir. Bu, 50 il qabaq karyerasının pik nöqtəsində 
olduğu zaman qeyb olmuş komik aktyor Mann adlı şəxsdir. Hamı güman 
edir ki, bu adam çoxdan bu dünyadan köç eləyib. Ancaq kitab çıxdıqdan 
az müddət sonra Zimmer Nyu-Meksikadan məktub alır, məktubda deyilir 
ki, Mann yaşayır və onunla görüşmək arzusundadır. Bu kitab həyatlarını 
illüziyalar  üstündə  quran  insanlardan  bəhs  edir.  Nə  olursa-olsun,  insan 
sonda tək qalır, həyatını daxildən qurub tənzimləyə bilməzsə, gec ya tez, 
karton evcik uçub dağılanda qarşısında nəhəng uçurum açılır [4, s.13]. 
“Cənab  Vertiqo”  uçmaq  qabiliyyəti  olan  bir  oğlandan  bəhs  edir. 
Master İequda cındır paltar geyinmiş Uoltu küçədən tapanda onun cəmi-
cümlətanı doqquz yaşı vardı və bu zaman Uoltla müqavilə bağlayır: on üç 
yaşında Uolt uça bilməzsə, gəlib ustadın başını balta ilə bədənindən ayıra 
bilər. Üç ildən sonra, bir sıra təhlükəli və qorxunc təcrübələri sınadıqdan 
sonra  Uolt  doğrudan  da  uçur.  “İllüziyalar  kitabı”ndan  fərqli  olaraq,  bu 
qeyri-adi dərəcədə optimist romandır. Bəlkə kitabın təlqin etdiyi həqiqəti 
əxz etdikdən sonra insanlar gerçəkdən uçmağı öyrənəcəklər? Niyə də yox. 
Yeganə  problem  budur  ki,  uçmağı  ağıllarından  belə  keçirməyiblər,  bu 
arzu ilə  yaşamayıblar. Bu hadisə Nəhəng Depressiya dövründə Amerika-
da baş verir – hər yer qanqsterlərlə doludur, ölkə aclıq və fəlakət içində-
dir. Kitab sözün əsl mənasında insanı tilsimləndirir [2, s.15]. Onun janrını 
müəyyənləşdirmək çətindir – şübhəsiz ki, fantastika deyil, magik realizm 
saysaq, burada magiya azdır – uşaq uçmağı öyrənir, bunun harası fantas-
tika, yaxud sehrbazlıqdır. 
Osterin ən məşhur romanlarından biri “Leviafan” adlanır. Bu roman 
Osterin  avtobioqrafik  detallarla  ən  zəngin  əsəridir  –  təhkiyəni  aparan 
qəhrəmanın  taleyi  Osteri  xatırladır:  nöqtəbənöqtə.  İlk  uğursuz  nikah,  bu 
nikahdan bir oğlan uşağının  olması,  ikinci  uğurlu nikah (romanda ikinci 
qadının adı  İrisdir, Osterin öz qadınının adı isə Siridir – məşhur  yazıçı). 
Qız uşağının dünyaya  gəlməsi.  Romanın baş qəhrəmanı  Benjamin  Saksı 
əsərin elə ilk cümlələrindən tanımalı oluruq, növbəti dəfə “Azadlıq heykə-
lini”  uçurmaq  üçün  hazırladığı  mina  partlayır.  Romanın  əsas  teması  ter-
rorizmdir.  Bu  əsər  haqqında  bir  qədər  təfərrüatlı  danışmaq  zərurəti  var. 
Digər romanlarında olduğu kimi bu əsərdə də cəlbedicilik əsas prinsipdir, 
oxucunu cəlb edib oyuna qatmaq və ona müəyyən ideyaları aşılamaq. Bu 
əsərdə  Pol  Oster  iki  yazıçının  dostluğundan  bəhs  edir  –  daha  doğrusu, 
onun  qəhrəmanı  Piter  Aaron  dostu  Saks  Benjamindən  bəhs  edir.  Saks 


______________________________________________________ Poetika.izm 
  
 
95 
katolikdir, Rusiyada doğulub. Ata xətti ilə əcdadları talanlar zamanı Rusi-
yadan qaçıb Amerikaya pənah gətiriblər. Ancaq Saks təkcə bu faktın təs-
diqilə işini bitmiş hesab etmir. Atasının ailəsindən bəhs edərkən Saks bir 
dəfə  belə  bir  ifadə  işlədir  ki,  tanrı  öldükdən  sonra  ona  Nyu-Yorka  köç-
məkdən  başqa  əlac  qalmır.  Bu  sözü  deyəndə  nəyi  nəzərdə  tutması  gizlin 
deyil:  Rusiyada  talanlar  çar  İkinci  Aleksandr  qətlə  yetirildikdən  sonra 
başlanmışdı, çarı nihilistlər öldürmüşdülər. Demək lazımdır ki, bu halı ilə 
bombistlərin  (terrorçuların)  baxış  və  əməllərini  Saks  da  bölüşür.  İndi 
Amerikada  yaşamasından  rəncidə  olmasa  da,  narodovolçuların  ideologi-
yası  onun  ruhuna  daha  yaxındır.  Bütün  təhkiyə  zamanı  boyunca  Saks 
özünü rəsmi dövlət sisteminə qarşı qoyur – əvvəlcə yaradıcılığında, sonra 
isə  daha  fəal  əməli  sahəyə  adlayır.  Demək,  bu  anlamda  Saks  həm  də 
nihilistlərin  metaforik  nəslinin  nümayəndəsidir,  onun  doğulduğu  şərait 
son dərəcə simvolikdir, yəni “Amerikanı partlatmaq” onun əzəldən alnına 
yazılıb. 
Bütün  roman  qəribə  “üst-üstə  düşmələrlə”  zəngindir.  Qəhrəman 
doxsanıncı illərin əvvəllərində ahəngdar həyat tərzi qurulmuş Amerikada 
yaşayır.  Ancaq  bu  qəhrəmanların  ömürlərinin  açar  məqamları  həmişə, 
demək olar bütün hallarda təsadüflə müəyyənləşir [5, s.94]. İnsanların və 
hadisələrin  qeyri-məntiqi  şəkildə  üz-üzə  gəlib  toqquşması.  Bir  tərəfdən 
dövlət,  hakimiyyət  maşınının dəqiq  çalışması,  digər tərəfdən insan həya-
tının  qəribə  xaotikliyi,  təsadüflərin  meydan  sulaması  ...  romanın  fəlsəfi 
süjet qatını ortaya qoyur: dünyada mənasız heç nə yoxdur – hər şey bir-
biri  ilə  sıx  qarşılıqlı  əlaqədədir.  Varlığın  xaotikliyi  Amerikanı  “Leviafan 
dövləti” kimi təcəssüm etdirən Azadlıq heykəlinə qarşı durur. Saksın hə-
yatında  ən dramatik anlar məhz heykəllə əlaqəlidir. Uşaqlıqda anası onu 
abidənin  içinə  ekskursiyaya  aparmışdı,  qapalı  məkanda  anası  və  rəfiqəsi 
təlaşlanmış,  Saks  isə  yüksəklikdən  qorxma  xəstəliyinə  düçar  olmuşdu. 
Saks  elə  belə  də  deyir:  “Bu  mənim  ilk  siyasi  dərsim  oldu.  Başa  düşdüm 
ki, azadlıq təhlükəlidir. Bircə anlığa özünü buraxsan – yoxsan.” Şübhəsiz 
ki, bu sözlər ümumən azadlığa  yox, onun simvollaşdırdığı “dövlət  azad-
lığına”  aiddir.  Belə  bir  fonda  Saks  intihar  etmək  istəyir,  özünü  evin  da-
mından  atır.  Saks  növbəti  romanında  dövlət  ideyasını  inkişaf  etdirmək 
niyyətində  olsa  da,  özündən  asılı  olmayaraq  başgicəlləndirici  hadisələr 
burulğanına  düşür  və  bunun  nəticəsində  oturduğu  yerdən  qalxıb  bütün 
Amerikanı qarış-qarış gəzməli olur. Bu zaman gözünə yəhudi sol radikal 
partiyasının  mənsubu,  Rusiyada  doğulmuş  Aleksandr  Berkmana  həsr 
edilən  bir  dissertasiya  sataşır  və  bu  Saksın  həyatında  dəyişmə  nöqtəsinə 
çevrilir. Ədəbiyyatdan birdəfəlik ayrılmaq qərarına gəlir. Ömrünün qalan 
hissəsini  Azadlıq  Kabusu  adı  ilə  siyasi  bəyanatlarla  çıxış  etməyə  həsr 
etmək  qərarına  gəlir  və  hər  dəfə  bu  bəyanatlar  yayıldıqda  müvafiq  aksi-
yalarla müşahidə edilir – qismən konseptual-bədii, qismən də terrorizmin 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə