Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə29/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
1   ...   25   26   27   28   29   30   31   32   ...   93

______________________________________________________ Poetika.izm 
  
 
70 
 
Yaşar QASIMBƏYLİ 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
yashargasimov@mail.ru  
 
LİRİKA VƏ POETİK “BİZ” KULTU 
 
Açar  sözlər:  yeni  estetik  məzmun,  ənənəvi  lirik  “mən”,  lirik  “biz”  kultu, 
Süleyman Rüstəm, Mikayıl Müşfiq, Səməd Vurğun, Qafur Qulam və Rəsul Rza 
Key  words:  new  aesthetic  content,  traditional  lyric  "I",  lyric  "we"  cult,  Samad 
Vurgun, Suleyman Rustam, Mikayil Mushfig, Gaphur Gulam and Rasul Rza 
 
XX  əsrin  ən  böyük  bədii  və  estetik  yeniliklərindən  sayılan  sovet 
ədəbiyyatında baş verən bir çox proseslər, bu gün yüz ilə yaxın vaxt ötsə 
də,  hələ  də  ədəbiyyatşünaslıqda  yetərincə  əks  edilməyib.  Sabiq  İttifaq 
ədəbiyyatında  meydana  gəlmiş  qlobal  dəyişiklikləri  iki  mühüm  qismə 
ayırmaq mümkündür:  birincisi,  ənənəvi  və klassik  bədii təfəkkür qanun-
larını  inkar  edərək  yeni  estetik  inikas  sisteminə  keçid,  ikincisi  isə  XX 
əsrin  20-50-ci  illərdə  formalaşmış  qeyri-ənənəvi  bədii  sistemi  köklü 
surətdə dəyişərək klassik estetik dəyərlərə qayıdış. Hər iki mərhələ İttifaq 
ədəbiyyatına daxil olan qardaş ədəbiyyatlarda böyük təlatümlər  yaratmış 
və  silinməz  izlər  qoymuşdur.  Təəssüf  ki,  bu  iki  mərhələnin  milli  ədə-
biyyatlardakı  inkişaf  yolları,  onların  yaratdığı  və  müşayiət  olunduğu  es-
tetik  təbəddülatlar,  mənəvi  ziddiyyət  və  böhranlar  kifayət  qədər  öyrə-
nilməyib.  Bədii təfəkkürdə bir neçə  on illər  ərzində  baş  vermiş  proseslər 
və  meydana  çıxmış  nəzərə  çarpan  estetik  reallıqlar  ardıcıl  olaraq  elmi 
təhlil  və  təsvir  edilməmiş,  bütün  bunların  formalaşma  mexanizmi  və 
dinamikası  ədəbiyyatşünaslıqda  elmi-nəzəri  cəhətdən  ümumiləşdirilmə-
mişdir.  Təbii  ki,  məhz  bu  da  bu  gün,  dünən  olduğu  kimi,  ədəbiyyatşü-
naslıqdakı əsas boşluqlardan biri kimi diqqəti özünə cəlb etməkdədir.  
Poetik “biz” kultunun yaranması və estetik iflası, bunun əsasında isə 
obrazlar  sistemində  baş  vermiş  dəyişmələr,  hər  dəfə  yeni  obrazlar  siste-
minin  şəkillənməsi  kimi  kompleks  estetik  çevrilişlər  də  yuxarıda  qeyd 
etdiyimiz mühüm problemlərdən biridir. Zatən, lirik “biz” və lirik “mən” 
zəminində formalaşdırılan bədii sistemlər bir-birindən ciddi surətdə fərq-
lənir.  
XX yüzil rus poeziyasında silinməz iz qoymuş, məşhur altmışıncıla-
rın parlaq nümayəndələrindən biri Yevgeni Yevtuşenkonun “İttifaq poezi-
yasında  poetik  “biz”in  “mən”lə  əvəzlənməsi  bizim  ən  böyük  xidmətlə-
rimizdən  biridir”  kəlamı  toxunmaq  istədiyimiz  qlobal  mətləbi  açmağa 


______________________________________________________ Poetika.izm 
  
 
71 
münbit  zəmin  yaradır.  Amma  məsələ  bundadır  ki,  lirik  “biz”in  lirik 
“mən”lə  əvəz  olunmasından,  lirik  “mən”  estetik  kompleksinin  meydana 
çıxmasından  bəhs  etməzdən  əvvəl  biz  poetik  “biz”  kultunun  yaranma 
prosesini və ədəbi-tarixi kontekstini izah etməliyik.  
Həqiqətən,  nə  idi  poetik  “biz”  kultu  və  bu  kanon  poeziyada  necə 
yaranmışdı?  Təəssüf  ki,  lirik  “biz”dən  lirik  “mən”ə  keçidin  poetikası 
aydın şəkildə araşdırılmadığı kimi, 20-ci illərdə lirik “biz”in formalaşma 
prosesi,  yəni  ənənəvi  lirik  “mən”dən  lirik  “biz”ə  keçidin  dinamikası  da 
elmi  cəhətdən  lazımi  səviyyədə  işıqlandırılmamışdır.  Bu  gün  əminliklə 
söyləmək mümkündür ki, o dövrdə lirik “mən”i lirik “biz”in əvəz etməsi 
sadəcə söz sənətinin üç növündən birində – lirikada baş verən formal bir 
yenilik deyildi. Əslində, sovet mədəniyyət sisteminin məğzini təşkil edən 
və  bütün  humanitar-mədəni  cəbhəni  qapsayan,  sosialist  mədəni  inqilabı-
nın  nüvəsində dayanan,  tarixdə misli-bərabəri olmayan bir mədəni  dəyi-
şikliyə təkan verən hadisə idi. Məhz bunun nəticəsində dünyanın altıda bir 
hissəsində bəşəriyyət tarixində yeni məzmunlu mədəni sistem boy göstər-
məyə başladı. 
Tanınmış Azərbaycan  ədəbiyyatşünaslarından birinin  yazdığı kimi, 
“şairin “mən”i özündə bütöv cəmiyyəti, zamanı daşıyırdı, özündə yeni bir 
dünyanı təmsil edirdi; o bu cəmiyyətin, bütövün hisslərini, həyəcanlarını 
və ehtiraslarını daşıyırdı, dünyagörüşü və mövqeyini əks etdirirdi:  
 
Mənim “mən, mən” deməyim sanmayın boş əməkdir,  
Mənim bu “mən, mən”lərim, bir sözlə, biz deməkdir.  
 
S.Rüstəmin  lirikasına  xas  poetik  vüsət,  fikir  və  hissin  miqyaslılığı 
da məhz bu prinsipdə axtarılmalı və görülməlidir. Bu, heç də onun poezi-
yasında lirikanın əsaslarını sarsıtmırdı, bəlkə əksinə, onu daha da qüvvət-
ləndirirdi, lirikanın dünya və şəxsiyyət üfüqlərini genişləndirirdi” [1, s.7]. 
Lirik  “mən”in  lirik  “biz”ə  çevrilməsi  lirik  subyektin  mahiyyətində 
baş  vermiş  və  əvvəllər  təsəvvür  olunmamış  bir  dəyişiklik  idi.  Yeni  lirik 
subyekt  əslində  sosialist  sisteminin  bədii  təfəkkürdə  və  konkret  olaraq, 
şeiriyyətdə birbaşa iştirakının ifadəsi kimi meydana çıxmışdı. Bəli, poetik 
“biz” doğulmaqda olan, yeni gerçəkliyin bədii işarəsi idi. İctimai-siyasi və 
fəlsəfi məzmunla  yoğrulmuş  yeni poetik simvol həyata  ənənəvi – indivi-
dual-fərdi  yanaşmanı  yox,  əksinə,  toplumun,  çoxluğun  baxışlarını  ifadə 
edirdi. Lirika öz tarixinin ən məsul və çətin günlərini yaşayırdı.  
Poetik “biz” kultunu “biz” obrazının poeziyada yalnız formal şəkil-
də və hərfi mənada sıx-sıx iştirakı kimi anlamaq yaramaz. 20-30-cu illərin 
lirikasında “mən”, “sən”, “o” da tez-tez və bolluca işlədilirdi. Amma lirik 
subyektin bu və ya digər işarələri daha çox “biz”in mahiyyətini və əhvali-
ruhiyyəsini  əks  etdirirdi.  Yəni  poetik  “biz”  deyəndə  təkcə  “biz”in  lirik 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə