Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə124/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   207

264

 

 



zoğun  əsasında  az  zədələnmiş  bir  ədəd  çiçək  qrupu  və  yaxud  salxım  varsa  o 

saxlandıqda  o  qədər  də  ziyan  olmaz.  Ancaq  çiçək  qrupu  və  yaxud  salxımın 

saplağı zədələndiyi haldaonlar da kəsilməlidir. 

2008-ci  ildə  ―Aqro-Azərinvestin‖  Göygöl  ərazisindəki  üzümlüyünə  iyunun 

10-da  düşən  dolu  ikinci  qrup  zədələnməyə  səbəb  olmuşdur.  Qeyd  etdik  ki,  bu 

qrup  zədələnmədə  yarpaq,  çiçək  qrupu  və  yaxud  salxımdan  başqa  yaşıl  zoğ  bir 

neçə  yerindən  zədələnmiş  olur.  Payızda  və  qışda  bu  zoğlardan  saxlanmış  bar 

barmaqlarında  quru  bağlama  aparmaq  mümkün  olmur.  Bir  balaca  əyildikdə 

həmin barmaqlar zədə yerindən qırılır. 

Üçüncü  qrup  zədələnmədə  yarpaq,  çiçək  qrupu  və  yaxud  salxım  tamamilə 

sıradan çıxır. Keçən ilki zoğlarda ( bu ilki əvəzedici çilik və bar barmaqları) və 

çoxillik qollarda iri yaralar olduğundan ştambdan yuxarı orqanların hamısı kəsilib 

atılır. Ancaq ştambın özündə də müəyyən zədələr olur. Müaynə olunduqdan sonra 

müəyyən olsa ki, ştambda qarşı-qarşıya iri yaralar vardır, onda ştamb da kəsilir. 

Bu qrup zədələnmədə ştampdan çıxan haramı zoğlar hesabına kol bərpa olunur. 

Burada  yeraltı  ştambdan  çıxan  haramı  zoğlardan  da  bərpa  işində  istifadə  etmək 

olar.  

Dördüncü qrup zədlənmədə ştamb ya çox zədə alır və yaxud qırılır (xüsusilə 



nazik  ştamblı  kolda).  Burada  müzakirəsiz  qəti  qərar  odur  ki,  yerüstü  ştamb 

tamamilə  kəsilib  atılsın.  Bərpa  üsulu  yeraltı  ştambdan  çıxan  haramı  zoğlardan 

istifadə edilməsidir. 

Adi bərpa üsulunda kol  3-cü və  yaxud dördüncü ilində tam bərpa olunur və 

məhsula salınır. Ancaq intensiv bərpa üsulunda (əgər dolu mayın axırı və yaxud 

əvvəlində  düşübsə)  elə  həmin  ildə  də  kolun  yerüstü  hissəsi  lazımi  qaydada 

formalaşdırılaraq  gələn  ildə  məhsul  almaq  üçün  hazırlanır.  Bunu  super-intensiv 

üsul adlandırırıq. 

Tənəklərin payız, qış və yaz budaması zamanı gözcüklərin və birillik zoğların 

zədələnməsi, həmçinin yetişmə dərcəsi nəzərə alınmalıdır.  

Dolu  ilə  zədələnmiş  kollar  zəiflədiyinə  görə  xəstəlik  və  ziyanvericilərə 

davamsız olur. Ona görə də doludan sonra torpağa müəyyən olunmuş miqdarda 

kübrə verməli və suvarılmalıdır. Torpaq yaxşıca becərilməlidir. Yaxın vaxtlarda 

gözlənilən  xəstəliklərə  qarşı  profilaktiki  mübarizə  məqsədi  ilə  dərman 

preparatları çilənməlidir. 

Mayın 15- də və 30- da aparılan kəsmələrin mahiyyətində böyük fərq vardır. 

İyun ayının 15- i və daha sonra aparılan kəsmədə qoltuq tumurcuqları daha yaxşı 

böyüməyə başlayır və daha çox məhsul əmələ gəlir. Ancaq onlar- həm zoğ, həm 

də məhsul yaxşı yetişmir. Bu baxımdan belə gec kəsmə kolun gələcək məhsuluna 

mənfi təsir göstərir. Bundan belə nəticə çıxır ki, çiçəkləmədən sonra çox və güclü 

kəsmə  aparılmamalıdır.  Aparılan  müşahidələrə  görə  vegetasiyanın  sonunda 



265

 

 



birinci əmələ gələn zoğların diametri 10,2 mm, iyunun 15-dən sonra əmələ gələn 

zoğların diametri 6,1 mm olmuşdur. 

Gec düşən dolunun təsirindən zoğlar gec əmələ gələn zoğlardan zədələnən (az 

zədələnən)  daha  məqsədyönlü  olur.  Qeyd  etmək  lazımdır  ki,  ikinci  müddətdə 

əmələ gələn zoğların ayrı-ayrı orqanları-  yarpaq, çiçək qrupu, salxım və gilələri 

normal zoğlardakından xırda olur. 

V.İ.Kontariyanın  yazdığına  görə  Saperavi  sortunda  dolu  vurmuş  tənəyin 

ikinci  məhsulunun  keyfiyyətində  maraqlı  bir  qanunauyğunluq  müşahidə  edilir. 

Doludan sonra erkən aparılmış kəsmədə alınan məhsulun şəkəri 22%, tupşuluğu 

12, %, normal məhsulda isə şəkər 23%, turşuluq 8% olmuşdur. 

Üzümlükdə  doludan  müdafiənin  əsaslı  vasitəsi  yoxdur.  Avropada  və 

Kaliforniyada bəzi xırda üzümlüklərin üstünə sıx toxunmuş məftildən tor çəkilir. 

Ümumiyyətlə tez-tez dolu düşən ərazilərdə sənaye üzümlüyü salınmamalıdır. 

Dolu  vurmuş  üzümlüklərin  bərpası  üzrə  toplanmış  təcrübələr  aşağıdakı 

nəticələrə gəlməyə əsas verir. 

Doludan  zərər  çəkmiş  üzümlüklərə  qulluq  tədbirləri  sistemində  kəsmə  əsas 

yeri  tutur.  Bu  o  demək  deyildir  ki,  kəsmə  ən  çətin  əməliyyatdır,  çətinlik  onun 

məqsədəuyğunluğunun  və  yaxud  əksinə  olmasının  müəyyən  edilməsindədir. 

tamamilə  aydındır  ki,  dolu  vurmuş  kol  hissə-hissə  kəsilməklə  bərpa  edilə  bilər. 

Kəsməyə  qədər  bu  əməliyyatın  aparılması  diaqnozunun  verilməsi  çox  vaxt 

mübahisəli olur. Mübahisəni  törədən səbəblər dolu  vurmanın  xarakteti,  vaxtı və 

dərəcəsidir. 

Dolunun  təsirindən  əmələ  gəlmiş  zədələrin  sağaldılması  və  müvafiq  qulluq 

işlərinin  qurulması  iki  şəraitdən  asılıdır-doluvurmanın  intensivliyindən  və 

vaxtından.Dolvurmadan  zədələnmiş  kolların  kəsmə  ilə  tam  bərpası  mümkün 

deyildir,  yalnız  müvafiq  şəraitdə  kolun  vəziyyətini  müəyyən  qədər  yaxşılaşdıra 

bilər.  

Iflicdən  ziyan  çəkmiş  tənəklərə  də  past  gəlinir  və  onun  dərəcəsindən  asılı 

olaraq budamanın növü  müəyyən edilir. Flic  yüksək temperaturdan  əmələ gəlir. 

Müsbət  40

0

C-  dən  yuxarı  temperatur  adi  şəraitdə  üzüm  bitkisinə  ziyan  vurmur. 



Ancaq  çökək  yerlərdə  43-45 

0

C  temperatur  isti  hava  axımı  ilə  müşayiət 



olunduqda  üzüm  bitkisi  müəyyən  dərəcədə  ziyan  çəkir.  Göstərilən  şəraitdə  isti 

hava  kütləsi  4-5  saat  müddətində  qalmaqda  davam  etsə  bitki  iflic  olur.  Iflic  2 

formada  təzahür  edir:  ağır  iflic  (  həqiqi  iflic)  və  yüngül  iflic  (  eska).  Ağır  iflic 

qeyd etdiyimiz şəraitdə və temperaturda baş verir. Qəflətən soluxma baş verir və 

onun yeraltı və yerüstü hissəsi tamamilə məhv olur. Belə kollarda xüsusi kəsmə 

aparılmasının xeyri yoxdur, kol çıxarılıb atılmalıdır. 

Iflicin  yüngül  forması  eskadır.  Yuxarıda  göstərilən  şəraitdə  isti  hava  axımı 

qısa  müddətli  olduqda  da  kolda  soluxma  baş  verir.  Hər  iki  halda  oduncaq 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə