269
sürətləndirməlidir.
Yay fəslində yaşıl zoğların tam və müəyyən hissəsinin qoparılmasının,
tənəkdə az və çox miqdarda yarpağın azalmasına səbəb olur.Yarpaq isə
özlüyündə üzüm bitkisinin normal boy atıb məhsul verməsi üçün üzvi maddələr
hazırlayan ən mühüm orqanı hesab olunur.
Ona görə də həmin dövrdə yarpaq səthinin kəskin azalması,bitkidə bütün
fizioloji proseslərin fəallaşdığı, yarpaqlarda hazırlanan plastik maddələrə daha
çox tələbat olduğu vaxtda təsadüf etdiyi üçün tənəklər kəskin şəkildə zəifləməyə
başlayır. Əksinə, yaz dövründə zoğun və yarpağın qoparılması onların inkişafının
ilk vaxtlarında həyata keçirildikdə, tənək üzərində qalan orqanların güclü boy
atmasına şərait yaradır.
Cavan üzümlükdə tətbiq edilən yaĢıl əməliyyat. Cavan üzümlük dedikdə 3
yaşına qədər üzümlük nəzərdə tutulur. Ənənəvi becərmə texnologiyasına görə bu
illərdə üzümlükdə yerinə yetirilən işlər bizi işləyib hazırladığımız intensiv
becərmə texnologiyasında mahiyyətcə kökündən dəyişmişdir. Ənənəvi becərmə
texnologiyası dedikdə dünya üzümçülüyündə, o cümlədən Azərbaycan
üzümçülüyündə böyük bir tarixi dövrdə, elə bu gün də tətbiq edilən aqro qaydalar
nəzərdə tutulur.
Heç vaxt heç yerdə üzümlüyün birinci ilində şpaler qurulması, kolda ştamb
yaradılması, ikinci ilində məhsul alınması, bilavasitə kolla bağlı işlərdə əl
əməyinin xeyli azaldılması nəzərdə tutularaq həyata keçirilməmişdir.
Ancaq təklif etdiyimiz intensiv becərmə texnologiyasında proseslərin
intensivləşdirilməsi yaşıl əməliyyata yeni münasibətlə reallaşdırılır. Yaşıl
əməliyyata yeni münasibət o deməkdir ki, ənənəvi becərmə texnologiyasında bir
qayda olaraq birillik üzümlükdə yaşıl əməliyyatdan istifadə olunmurdu.
Intensiv becərmə texnologiyasında birinci ildə may ayından etibarən kolda
əmələ gələn çoxsaylı zoğlardan yalnız biri- əlverişli olanı saxlanır və dayağa
bağlanır. Qalanları və sonradan əmələ gələnləri qoparılır. Saxlanmış bir ədəd
zoğun güclü böyüməsi üçün maksimum şərait taradılır, yəni müəyyən hündürlüyə
qədər bic zoğları qoparılır, ancaq əsas zoğun ucu qoparılmır. Bilməyərəkdən
zoğun ucu erkən qoparıldıqda və bic zoğları kəsildikdə əsas zoğdakı qışlayan
tumurcuqları oyanmağa başlayır.
Üzümlüyün ikinci ilində yaşıl əməliyyatın məqsədi kolun formasına və
növbər məhsulun yetişdirilməsinə yönəldilir. Birinci ildən fərqli olaraq ikinci və
üçüncü ildə yaşıl əməliyyat mürəkkəbləşir. Ardıcıl olaraq onları düzgün
qoparmaqla düzgün nəticə almaq mümkündür.
Yalnız intensiv üsulla aparılan yaşıl əməliyyatla bəzi formaları başa
çatdırmaq mümkündür.
270
Son vaxtlar bəzi elmi-tədqiqat işlərində və üzümçülük üzrə olan ədəbiyyatda
üzümlük becərilməsinin mütərəqqi üsullarından hesab edilən üzümlüyün hazır
ştamblı tinglərlə salınmasıdır. Bu məqsədlə hələ şaxta və filloksera olan
rayonlarda müsbət nəticə verə bilər. Belə tinglər tinglikdə iki ilə əmələ gətirilir və
baha başa gəlir.
Bizim şəraitdə isə hətta çubuğu birbaşa üzümlüyə əkib birinci ildə ştamb
əmələ gətirmək mümkündür.
Məhsul verən üzümlükdə tətbiq edilən yaĢıl əməliyyat.
Üzümlükdə yaşıl əməliyyata aşağıdakı fitotexniki tədbirlər daxildir: 1.
Haramı və artıq zoğların qoparılması; 2. Zoğların ucunun qoparılması; 3. Biclərin
qoparılması; 4. Yaşıl zoğların bağlanması; 5. Süni və əlavə tozlama; 6. Salxımda
çiçək və gilələrin seyrəldilməsi; 7. Həlqələmə; 8. Zoğların ucunun vurulması
(çekanka).
Bu göstərilənlərdən haramı və artıq zoğların vurulması, zoğların ucunun
qoparılması, biclərin qoparılması, yaşıl bağlamalar və zoğların ucunun vurulması
üzümlükdə əsas aqrotexniki tədbir kimi həyata keçirilir.
Haramı və artıq zoğların qoparılması
Üzümçülük üzrə mövcüd ədəbiyyatların heç birində tənəkdə artıq zoğlar
ayrıca sistem şəklində verilməmişdir. Bəzən artıq zoğ adı altında yalnız haramı və
yaxud bic zoğları nəzərdə tutulur. Haramı və bic zoğlar, onların kəsilib atılma
qaydası və onlardan istifadə etmə qaydası ayrıca başlıq şəklində verilmişdir. Bu
kiçik hissədə tənəkdə artıq zoğlar və onlara münasibət izah ediləcəkdir. Artıq
zoğlar hansı zoğlardır? Əsas, haramı və bic zoğların hər biri ayrılıqda artıq zoğ
ola bilər, Haramı zoğlar tənəyə müəyyən bir məqsəd üçün lazım olmadıqda artıq
zoğa çevrilir. Biclər lazımsız hissə kimi kəsilib atılırsa, onlar artıq zoğlar adlanır.
Əsas zoğların hər ikisi: barlı və barsız zoğlar da artıq zoğ kimi qoparıla
bilər.Əğər tənəkdə salxımlı zoğların miqdarı az olub, salxımsız zoğların miqdarı
çoxdursa, onda onların bir qismi qoparılıb atılmalıdır. Əgər tənəkdə barlı zoğların
miqdarı tənəyin gücündən çoxdursa, onda əsas tumurcuqdan çıxan barlı zoğların
da bir qismi qoparılmalıdır. Göstərilən hər iki halda tənəyin yükü çiçək topası
(salxım hesabı ilə) müəyyənləşdirilir. Quru budama zamanı tənəkdə artıq hissə
adı altında bütün zoğ növləri qoparılır. Lakin ―artıq zoğlar‖ terminı yaşıl vaxtı
daha çox işlənir.
Yuxarıdakı izahata əsasən üzümçülər artıq hissənin yerini və ona qarşı
münasibəti düzgün bilməlidir.
Artıq zoğların qoparılmasında məqsəd əsasən aşağıdakılardan ibarətdir:
1.
Tənəkdə barlı və barsız zoğların nisbəti nizamlanır, bu isə tənəkdə
zoğların bir bərabərdə boy atmasına, onların üzərində salxım və gilələrin normal