Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə126/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   207

269

 

 



sürətləndirməlidir. 

Yay  fəslində  yaşıl  zoğların  tam  və  müəyyən  hissəsinin  qoparılmasının, 

tənəkdə  az  və  çox  miqdarda  yarpağın  azalmasına  səbəb  olur.Yarpaq  isə 

özlüyündə üzüm bitkisinin normal boy atıb məhsul verməsi üçün üzvi maddələr 

hazırlayan ən mühüm orqanı hesab olunur. 

Ona  görə  də  həmin  dövrdə  yarpaq  səthinin  kəskin  azalması,bitkidə  bütün 

fizioloji  proseslərin  fəallaşdığı,  yarpaqlarda  hazırlanan  plastik  maddələrə  daha 

çox tələbat olduğu vaxtda təsadüf etdiyi üçün tənəklər kəskin şəkildə zəifləməyə 

başlayır. Əksinə, yaz dövründə zoğun və yarpağın qoparılması onların inkişafının 

ilk  vaxtlarında  həyata  keçirildikdə,  tənək  üzərində  qalan  orqanların  güclü  boy 

atmasına şərait yaradır. 

 

Cavan üzümlükdə tətbiq edilən yaĢıl əməliyyat. Cavan üzümlük dedikdə 3 

yaşına qədər üzümlük nəzərdə tutulur. Ənənəvi becərmə texnologiyasına görə bu 

illərdə  üzümlükdə  yerinə  yetirilən  işlər  bizi  işləyib  hazırladığımız  intensiv 

becərmə  texnologiyasında  mahiyyətcə  kökündən  dəyişmişdir.  Ənənəvi  becərmə 

texnologiyası  dedikdə  dünya  üzümçülüyündə,  o  cümlədən  Azərbaycan 

üzümçülüyündə böyük bir tarixi dövrdə, elə bu gün də tətbiq edilən aqro qaydalar 

nəzərdə tutulur. 

Heç  vaxt  heç  yerdə  üzümlüyün  birinci  ilində  şpaler  qurulması,  kolda  ştamb 

yaradılması,  ikinci  ilində  məhsul  alınması,  bilavasitə  kolla  bağlı  işlərdə  əl 

əməyinin xeyli azaldılması nəzərdə tutularaq həyata keçirilməmişdir. 

Ancaq  təklif  etdiyimiz  intensiv  becərmə  texnologiyasında  proseslərin 

intensivləşdirilməsi  yaşıl  əməliyyata  yeni  münasibətlə  reallaşdırılır.  Yaşıl 

əməliyyata yeni münasibət o deməkdir ki, ənənəvi becərmə texnologiyasında bir 

qayda olaraq birillik üzümlükdə yaşıl əməliyyatdan istifadə olunmurdu.  

Intensiv  becərmə  texnologiyasında  birinci  ildə  may  ayından  etibarən  kolda 

əmələ  gələn  çoxsaylı  zoğlardan  yalnız  biri-  əlverişli  olanı  saxlanır  və  dayağa 

bağlanır.  Qalanları  və  sonradan  əmələ  gələnləri  qoparılır.  Saxlanmış  bir  ədəd 

zoğun güclü böyüməsi üçün maksimum şərait taradılır, yəni müəyyən hündürlüyə 

qədər  bic  zoğları  qoparılır,  ancaq  əsas  zoğun  ucu  qoparılmır.  Bilməyərəkdən 

zoğun  ucu  erkən  qoparıldıqda  və  bic  zoğları  kəsildikdə  əsas  zoğdakı  qışlayan 

tumurcuqları oyanmağa başlayır. 

Üzümlüyün  ikinci  ilində  yaşıl  əməliyyatın  məqsədi  kolun  formasına  və 

növbər məhsulun yetişdirilməsinə yönəldilir. Birinci ildən fərqli olaraq ikinci və 

üçüncü  ildə  yaşıl  əməliyyat  mürəkkəbləşir.  Ardıcıl  olaraq  onları  düzgün 

qoparmaqla düzgün nəticə almaq mümkündür.  

Yalnız  intensiv  üsulla  aparılan  yaşıl  əməliyyatla  bəzi  formaları  başa 

çatdırmaq mümkündür. 




270

 

 



Son vaxtlar bəzi elmi-tədqiqat işlərində və üzümçülük üzrə olan ədəbiyyatda 

üzümlük  becərilməsinin  mütərəqqi  üsullarından  hesab  edilən  üzümlüyün  hazır 

ştamblı  tinglərlə  salınmasıdır.  Bu  məqsədlə  hələ  şaxta  və  filloksera  olan 

rayonlarda müsbət nəticə verə bilər. Belə tinglər tinglikdə iki ilə əmələ gətirilir və 

baha başa gəlir. 

Bizim  şəraitdə  isə  hətta  çubuğu  birbaşa  üzümlüyə  əkib  birinci  ildə  ştamb 

əmələ gətirmək mümkündür. 

Məhsul verən üzümlükdə tətbiq edilən yaĢıl əməliyyat. 

Üzümlükdə  yaşıl  əməliyyata  aşağıdakı  fitotexniki  tədbirlər  daxildir:  1. 

Haramı və artıq zoğların qoparılması; 2. Zoğların ucunun qoparılması; 3. Biclərin 

qoparılması; 4. Yaşıl zoğların bağlanması; 5. Süni və əlavə tozlama; 6. Salxımda 

çiçək  və  gilələrin  seyrəldilməsi;  7.  Həlqələmə;  8.  Zoğların  ucunun  vurulması 

(çekanka). 

Bu  göstərilənlərdən  haramı  və  artıq  zoğların  vurulması,  zoğların  ucunun 

qoparılması, biclərin qoparılması, yaşıl bağlamalar və zoğların ucunun vurulması 

üzümlükdə əsas aqrotexniki tədbir kimi həyata keçirilir. 

 

Haramı və artıq zoğların qoparılması 

Üzümçülük  üzrə  mövcüd  ədəbiyyatların  heç  birində  tənəkdə  artıq  zoğlar 

ayrıca sistem şəklində verilməmişdir. Bəzən artıq zoğ adı altında yalnız haramı və 

yaxud  bic  zoğları  nəzərdə  tutulur.  Haramı  və  bic  zoğlar,  onların  kəsilib  atılma 

qaydası və onlardan istifadə etmə qaydası ayrıca başlıq şəklində verilmişdir. Bu 

kiçik  hissədə  tənəkdə  artıq  zoğlar  və  onlara  münasibət  izah  ediləcəkdir.  Artıq 

zoğlar hansı  zoğlardır? Əsas, haramı və bic zoğların  hər biri ayrılıqda artıq zoğ 

ola bilər, Haramı zoğlar tənəyə müəyyən bir məqsəd üçün lazım olmadıqda artıq 

zoğa çevrilir. Biclər lazımsız hissə kimi kəsilib atılırsa, onlar artıq zoğlar adlanır. 

Əsas  zoğların  hər  ikisi:  barlı  və  barsız  zoğlar  da  artıq  zoğ  kimi  qoparıla 

bilər.Əğər tənəkdə salxımlı zoğların miqdarı az olub, salxımsız zoğların miqdarı 

çoxdursa, onda onların bir qismi qoparılıb atılmalıdır. Əgər tənəkdə barlı zoğların 

miqdarı tənəyin gücündən çoxdursa, onda əsas tumurcuqdan çıxan barlı zoğların 

da  bir  qismi  qoparılmalıdır.  Göstərilən  hər  iki  halda  tənəyin  yükü  çiçək  topası 

(salxım  hesabı  ilə)  müəyyənləşdirilir.  Quru  budama  zamanı  tənəkdə  artıq  hissə 

adı  altında  bütün  zoğ  növləri  qoparılır.  Lakin  ―artıq  zoğlar‖  terminı  yaşıl  vaxtı 

daha çox işlənir. 

Yuxarıdakı  izahata  əsasən  üzümçülər  artıq  hissənin  yerini  və  ona  qarşı 

münasibəti düzgün bilməlidir. 

Artıq zoğların qoparılmasında məqsəd əsasən aşağıdakılardan ibarətdir: 

1.

 



Tənəkdə  barlı  və  barsız  zoğların  nisbəti  nizamlanır,  bu  isə  tənəkdə 

zoğların bir bərabərdə boy atmasına, onların üzərində salxım və gilələrin normal 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə