Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə127/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   207

271

 

 



inkişafına,  zoğların  yaxşı  yrtişməsinə,  həm  də  yarpaq  qoltuğunada  yerləşən 

qışlayan gözcüklərdə salxım başlanğıclarının çox qoyulmasına şərait yaradır. 

2.

 

Tənəyin hər il düzgün kəsilməsini və düzgün formalaşmasdırılmasını 



təmin edir. 

3.

 



Zoğlar  tənək  üzərində  sərbəst  və  bir  bərabərdə  yerləşməklə  günəş 

şüaları və hava ilə yaxşı təmin olunur. 

4.

 

Artiq  zoğları  qoparmaqla  tənəkdə  yük  salxımla  nizama  salınır  ki,  bu 



da istehsalatın tələbinə uyğun keyfiyyətdə məhsul yetişdirməyə təminat verir. 

Yazda  tənəkdə  çoxlu  yaşıl  zoğ  əmələ  gəlir.  Bu  zoğların  bir  qismi  ştamb  və 

çoxillk hissələrdəki yatmış tumurcuqlardan əmələ gəlir. 

Çoxillik  hissədə  yatmış  tumurcuqdan  əmələ  gələn  zoğlar  ―haramı  zoğlar‖ 

adlanır  və  adətən,  şərq  mənşəli  üzüm  sortlarında  barsız  olur.  Bu  zoğlardan 

üzümlükdə  seyrəkliyin  aradan  qaldırılmasında,  tənəyin  bərpa  edilməsində  və 

cavanlaşdırılmasında istifadə edilir. 

Lazımsız zoğların qoparılmasında hər bir tənəyə fərdi yanaşmaq tələb olunur. 

Ona görə də bu işi təcrübəli fəhlələrə tapşırmaq lazımdır. 

Harami zoğlar 5-6 cm-ə çatdıqda ( ikinci fazanın əvvəlində) qoparılmalıdır. 

Hələ  yaxşı  olar  ki,  ştambdakı  haramı  zoğlar  tumurcuqlar  şişib  açılmaq  üzrə 

olanda tökülsün. Bu vaxt fəhlə əlinə əlcək geyinir və bir ştambda bir dəfə üstdən 

aşağıya  doğru  siyirməklə  harami  zoğları  tökür.  Əvvəlcədən  ölçüb-  biçmək 

lazımdır  Əgər  haramı  zoğ  tənəyə  lazım  olmayacaqsa,  onda  bəs  nə  üçün  onların 

böyüməsinə  və  tənəkdən  qida  maddələrini  havayı  mənimsəmələrinə  imkan 

verilsin. 

Bar  barmaqlarından  çıxan  zoğlarda  barlı  və  barsız  zoğlar  bir-birindən 

seçiləndə  onlar  nizamlanmalıdır.  Bu  zaman  tənəyin  yükü  qəti  olaraq  müəyyən 

edilə bilər. 

Bir  gözcükdən  çıxan  ―əkizlər‖  aşağıdakı  vəziyyətdə  ola  bilər  1  vəziyyət-də 

biri  barlı,  biri  barsız,  burada  barsız  qoparılmalıdır.  II  vəziyyətdə  ikisi  də 

barlıdırsa,  burada  bir  qədər  fikirləşmək  lazımdır.  Əgər  tənəyin  yükü  normadan 

çoxdursa,  onda  onlardan  zəifi  qoparılmalıdır.  Əgər  tənəyin  yükü  normadan 

azdırsa, onda onların ikisini də saxlamaq lazımdır. III vəziyyətdə zoğların ikisi də 

barsızdırsa,  onda  onlardan  zəifi  qoparılmalıdır.  Əgər  bir  gözcükdən  üç  zoğ 

çıxırsa, onda ona münasibət yuxarılardakıların birinə uyğun aparılmalıdır. 

Zoğların qoparılması tənəkdə barlı və barsız zoğlar arasındakı nisbəti nizama 

salır ki, bu da məhsulun keyfiyyətinə birbaşa təsir göstərir. 

Yaşıl zoğları qopararkən baş barmaqla qoparılacaq zoğun dibindən basmaqla 

qoparmaq lazımdır. 

Artıq zoğların qoparılması işi vaxtında və düzgün aparılmalıdır.Məsələn,  

 Bu iş gecikdirildikdə tənəkdə zəifləmə müşahidə edilir. 




272

 

 



Barsız zoğların barsızlığına görə hamsını qoparıb atmaq olmaz. Ona görə də 

bunların qoparılma dərəcəsi kolun ümumi vəziyyətinə uyğunlaşdırılmalıdır. Barlı 

və barsız zoğlar aşağdakı nisbətdə nizamlana bilər: 1:1, 2:1, 3:1, 4:1, 5:1 və 6:1. 

Burada  birinci  rəqəmlər  barlı,  ikinci  rəqəmlər  barsız  zoğa  aiddir.  Tənəyin  gücü 

artdıqca nisbət azalır, zəif gücə malik tənəklərdə nisbət çoxalır, yəni hər 5-6 barlı 

zoğa bir barsız zoğ saxlanır. 

 Praktiki  olaraq  üzümlükdə  bu  işləri  yerinə  yetirərkən  heç  kim  qələm-kağız 

götürüb  nisbət  qurmur.  Səriştəli  üzümçülər  vaxt  itirmədən  bunları  gözəyarı 

nizamlayır. 

 Tənək  üzərində  əmələ  gələn  zoğların  miqdarı  onun  boy  gecünə  tam  uyğun 

gəlirsə  və  ya  zoğun  sayı  nisbətən  azdırsa,  belə  bitkilərdə  bu  əməliyyatın 

aparılması məsləhət deyildir. 

 Bir  qrup  sortlarda  tənəkdə  saxlanan  barlı  və  barsız  zoğların  miqdarı 

tədqiqatlar  nəticəsində  öyrənilmişdir.  Məsələn,  iri  salxımlı  Qaraburnu  (Bolqar), 

Çauş, İtaliya, Tayfi, Ağadayı, Təbrizi və s. sortlarda nisbətən çox barsız zoğ tələb 

olunduğu halda, xırda salxımlı Pino, Aliqote, Rislinq, Kabene-Savinyon, Muskat 

Ottonel sortları üçün az barsız zoğ saxlamaq lazımdır. 

 Məlum  olmuşdur  ki,  bu  məsələ  sortla  yanaşı  onun  becərilmə  şəraitinə  və 

alınan məhsulun istifadə istiqamətinə uyğun olaraq dəyişə bilər. 

 Hazırda  müəyyən  olunmuşdur  ki,  barlı  zoğlarda  yarpaq  səthi  kifayət  qədər 

olmadıqda, barsız zoğlar onları üzvi birləşmələrlə təmin edir. 

 Yaşıl zoğların  qoparılması  əməliyyatı tənəkdə olan müəyyən sayda zoğların 

azalması deməkdir ki, bu da özlüyündə qoparılan zoğların əmələ gəlməsinə sərf 

olunan  qida  maddələrinin  itirilməsi  deməkdir.  Bu  əməliyyatın  tənəyə  mənfi 

təsirini  azaltmaq  məqsədilə  bu  işi  qısa  vaxtda,  iki-üç  dəfə,  həm  də  öz  vaxtında 

aparmaq lazımdır. 



Zoğların ucunun qoparılması 

 Üzümlükdə zoğların ucunun qoparılması əməliyyat çoxdan tətbiq olunur. Bu 

əməliyyat  əsasən  seyrək  salxımlı  sortlarda  çiçəyin  tökülməsini  azltmaqla, 

salxımlarda gilələrin artırılması məqsədilə aparılır. 

 Zoğların ucunun qoparılması geniş mənada aşağdakı məqsədlər üçün həyata 

keçirilir: 

1.

 

Zoğların aşağı  hissəsində  yerləşən çiçək topalarının,  çiçəyin,  mayalanmış 



yuurtalıqların  və  gilənin  inkişafını  sürətləndirmək  və  onların  tökülməsini 

azaltmaq. 

2.

 

Ucu  qoparılmış  (gələcəkdə  bar  manqası  üçün  nəzərdə  tutulan)  zoğların 



böyümə gücünü artırmaq. 

3.

 



Cavan tənəklərə forma verməni sürətləndirmək. 

4.

 



Çox sıx əkilmiş üzümlükdə görülən işləri yüngülləşdirmək. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə