Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə128/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   207

273

 

 



5.

 

Gələcəkdə  yaxşı  yetişmiş  bic  zoğları  almaq  üçün  sulu  zoğların  əmələ 



gəlməsini sürətləndirmək. 

6.

 



Gözcüklərdə  əmələ  gələn  çiçək  topalarının  həcmini  və  sayını  artırmaqla 

bar əmsalını yüksəltmək. 

7.

 

Qış  və  yaz  şaxtalarından  zərər  çəkmiş  üzümlükdə  bic  zoğlarından  əlavə 



məhsul almaq. 

Zoğların ucunun qoparılmasında əsas zoğda böyümə və yan böyümə nöqtələri 

arasındakı tarazlığı pozulur. Məlumdur ki, böyüyən zoğun təpəsində yan böyümə 

nöqtələrinin inkişafını ləngidən hormonlar sintez olunur. Zoğun ucu qoparılanda 

isə  bu  ləngidici  təsir  yox  olur.  Həmin  vaxtda  əsas  zoğdakı  bic  zoğları  yüksək 

sürətlə böyüyür. 

 Beləliklə,  zoğun  ucunun  qoparılması  əsas  zoğun  böyüməsini  tamamilə 

dayandırır.  Sortdan  və  tənəyin  gücündən  asılı  olaraq  5-8  gün  sonra  inkişafa 

başlayan  biclər  hesabına  yenidən  bərpa  olunur.  Zoğun  böyüməsi  dayanan  kimi 

onun diametri artır, çiçək qrupunun, çiçəyin, yarpaqlarının böyüməsi sürətlənir və 

mayalanma yaxşılaşır. 

 Yaşıl zoğlarda ucqoparma vaxtı düzgün təyin edilmədikdə bu əməliyyat heç 

bir  nəticə  verməz.  Məsələn,  çiçəkləmədən  8-10  gün  əvvəl  ucqoparma  işləri 

aparıldıqda çiçəkləmə başlanana qədər hər ucu qoparılan bir zoğda 2-3 ədəd bic 

zoğun  əmələ  gəlməsinə  şərait  yaratmış  oluruq.  Deməli,  çiçəkləmə  vaxtı  kolda 

böyüyən  nöqtələrin  miqdarını  artırmış  oluruq.  Beləliklə,  bir  boy  nöqtəsinə  sərf 

olunan  qida  maddələrini  çiçəkləməyə  hazırlaşan  çiçək  qrupuna  yönəltmək 

əvəzinə, yarpaqlarda sintez olunan assimilyatları yeni əmələ gələn 2-3 bic zoğuna 

yönəldirik.  

 Təcrübələrlə  sübut  olunmuşdur  ki,  ucqoparma  əməliyyatını  düzgün  tətbiq 

etməklə Bayanşirə sortunda 11 %, Takveridə 25%, Rkasitelidə 15% məhsuldarlıq 

artmışdır.  

 Ucqoparma  zamanı  sortdan  asılı  olaraq  axırıncı  salxımdan  yuxarıda  2-6 

yarpaq saxlamaq lazımdır. 

 Əvəzedici  çilikdən  çıxan  və  bar  barmaqlarının  aşağı  hissəsindən  çıxan 

zoğların  ucu  qoparılmır,  inkan  verilir  ki,  onlar  maksimum  uzunluğa  çatsınlar. 

Basma  məsədilə  də  saxlanan  zoğların  ucunu  qoparmaq  olmaz.  Qeyd  etmək 

lazımdır  ki,  müəyyən  səbəbdən  zəifləmiş  üzümlüklərdə  bu  əməliyyat  xüsusi 

əhəmiyyət kəsb etmir.  

  

Biclərin qoparılması 

 Bic zoğları tənəyin orqanlarından biridir və onu başqa zoğlardan fərqləndirən 

xüsusiyyətləri  vardır.  Bu  zoğa  belə  bir  tərif  də  verilib.  Cari  ildə  yarpaq 

qoltuğundan  çıxan  zoğlara  bic  zoğları  deyilir.  Yarpaq  qoltuğundakı  qışlayan 



274

 

 



gözcüklə bir sırada bic tumurcuğu əmələ gəlir.ilk vaxtlar bu tumurcuqlar qışlayan 

tumurcuğa  nisbətən  xırda  və  uzunsov  olur.  Onlar  tez  yetişkəndirlər  və  istirahət 

etmirlər. Tezliklə oyanıb zoğa çevrilir. Bu oyanma şəraitdən asılıdır. 

 Morfoloji  əlamətlərinə  görə  bic  zoğlar  əsas  zoğlardan  fərqlənir.  Belə  ki, 

simpodial  budaqlanma  bic  zoğlarda  ikinci  buğumdan  başlayır.  Adi  halda 

(zoğların ucu qoparılmadıqda) bic zoğların yarpaqları əsas zoğun yarpaqlarından 

xırda olur. Bundan başqa, bic zoğlarda bucaq tumurcuqları olmur. 

 Fizioloji  xüsusiyyətlərinə  görə  bic  zoğları  əsas  zoğlara  nisbətən  əlverişsiz 

şəraitin  bəzi  elementləinə  qarşı,  məsələn,  şaxtaya  nisbətən  davamlı  olurlar.  Bic 

zoğların asimilyasiya qabiliyyəti əsas yarpaqlardan xeyli artıqdır. 

 Üzümçülükdə  bic  zoğların  praktiki  əhəmiyyətinə  uzun  müddət  fikir 

verilməmişdir.  Onlar  tənəkdə  bir  növ  parazit  orqan  hesab  edilmişdir.  Bic 

zoğlarına  münasibətin  elmi  əsası  olmamışdır.  Bu  sahədəki  biliklər  emprik 

xarakter  daşımışdır.  Biclərin  qoparılması  bir  halda  müsbət,  digər  halda  mənfi 

nəticə vermişdir.  Lakin  bu nəticələr elmi  cəhətdən təhlilsiz qalmışdır. Ona  görə 

də bic zoğları bir qayda olaraq gərəksiz orqan kimi qoparıb atmışlar. 

 F.O.Bəşirov,  İ.N.Kondo  və  başqa  alimlər  bu  məsələyə  Miçurin 

aqrobiologiyası  təlimi  ilə  yanaşmış  və  sübut  etmişlər  ki,  yaşıl  və  yetişmiş  bic 

zoğlarından  tənəyin  həyatında  müxtəlif  məqsədlər  üçün  istifadə  etmək  olar. 

Bunlar  əsasən  aşağdakılardır:  məhsul  alınması,  tənəyin  formalaşdırılması  və 

məhsul alınmasının tezləşdirilməsi, itmiş formanın bərpa edilməsi, yaşıl aparatın 

normal  vəziyyətə  çatdırılması,  əlverişsiz  mühit  şəraitinin  təsirindən  yarpaqlarını 

itirmiş tənəklərin yarpaq səthinin bərpa edilməsi və s. 

 Müəyyən  edilmişdir  ki,  qış  və  yaz  şaxtalarının  təsirindən  ziyan  çəkmiş 

tənəklərin məhsula salınmasında bic zoğlarının əvəzsiz rolu vardır. Bu məsələni 

dəqiqləşdirmək  məqsədilə  1951-ci  ildə  Bolqarıstanda  G.Dimitrov  adına  Kənd 

Təsərrüfatı  Akademiyasının  təcrübə  sahəsində  tənəyin  birillik  orqanlarının 

hamsını  kəsmiş  və  yatmış  yumurcuqlardan  haramı  zoğların  çıxmasını 

sürətləndirmişlər.  Haramı  zoğlar  7-8  buğumarası  böyüdükdə  onların  ucu 

qoparılmış və bic zoğları əmələ gətirilmişdir. Bic zoğlarında çiçək topası olmuş 

və onlar məhsul vermişdir. 

 Bic  zoğlardan  məhsul  alınması  işi  güclü  böyüyən  tənəklərdə  yaxşı  nəticə 

verir.  Qoca  və  zəif  kolların  bic  əmələ  gətirmə  qabiliyyəti  də  zəif  olur.  Sübut 

olunmuşdur  ki,  əsas  zoğun  orta  hissəsində  və  bic  zoğlarında  çiçək  topası  olan 

gözcüklərin  miqdarı  çox  olur.  Bu  onunla  izah  olunur  ki,  bic  yarpaqları  öz 

zoğlarını  və  əsas  zoğun  orta  hissələrini  yayın  ortalarında  və  vegetasiyanın 

axırlarında qida maddələri ilə normal təmin edir. 

 Təbii yolla kolda əmələ gələn biclər az hallarda məhsul verir. Bu vaxt onların 

verdiyi  salxımlar  xırda  giləli  vəaz  şəkərli  olur.  Bic  zoğların  verdiyi  məhsul  gec 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə