Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə122/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   207

260

 

 



becərmə  texnologiyası,  nə  də  onun  bioloji  xüsusiyyəti  yuxarıda  göstərilənlərə 

qadir deyildir.  

Üzüm bitkisinin sürətlə formalaşdırılması məsələsi əlverişsiz mühit şəraitinin 

təsirindən çox ziyan çəkmiş kolun bərpasında daha açıq şəkildə özünü göstərir. 

Qış  şaxtaları,  dolu  və  xəstəliklər  (  xüsusilə  mildiu  )  üzüm  koluna  müxtəlif 

dərəcəli  ziyan  vurur  (  bu  məsələlər  xüsusi  mövzuda  ətraflı  izah  olunur 

).Ədəbiyyatda  bu  məsələ  bir  qədər  səthi  izah  olunur.  Ancaq  dəfələrlə  rast 

gəldiyimiz belə hallarda yerüstü hissəsi tamamilə məhv olmuş kolun sürətli üsulla 

tam  formalaşdırılması  mümkün  olmuşdur.  Bərpa  məqsədi  ilə  kolun  yerüstü 

hissəsi  tamamilə  kəsilmiş,  ilk  yazda  yeraltı  ştambdan  çıxan  çoxsaylı  zoğlardan 

biri  saxlanmışdır.  Kök  sisteminin  güclü  enerjisi  hesabına  sürətlə  böyüyən 

zoğlardan  bir  ədədi  1-ci  məftilə  çatan  təqdirdə  onun  ucu  qoparılmış  və  1-ci 

dərəcəli bic zoğlarının  əmələ  gəlməsinə  şərait  yaradılmışdır. Birinci dərəcəli bic 

zoğlarının  hesabına  gələcək  çoxillik  qollar  yaradılmışdır  (may  ayının  3-cü 

dekadasında  ).  Həmin  vaxtda  da  gələcək  çoxillik  qol  hesab  edilən  qolların  ucu 

qoparılaraq 2-ci dərəcəli bic zoğları əmələ gətirilmiş və beləliklə ikitərəfli şpaler ( 

Gyo)  forması  başa  çatmışdır.  2-ci  bic  zoğları  normal  böyümüş  və  normal 

yetişərək  gələcəyin  məhsulu  üçün  hazırlanmışdır.  Bir  qədər  güclü  formaları  ilə 

bir ildə yox, 2-ci ilin may ayının axırlarında tam formalaşdırmaq mümkündür. 

Yatmış  tumurcuqları  məhsuldar  olan  və  təbii  fəlakətdən  yerüstü  hissəsi 

tamamilə məhv olmuş kollardan bərpanın 1-ci ilində az miqdarda məhsul almaq 

mümkündür. 

 

 

 

11.5. Üzüm bitkisinin xüsusi kəsilməsi 

 

Üzüm bitkisi müxtəlif hallarda xüsusi kəsilir. Adi kəsmədən fərqli olaraq çox 

vaxt  xüsusi  kəsmə  planlaşdırılmır.  Aşağıdakı  hallarda  üzümlüklərdə  xüsusi 

kəsmə  tətbiq  edilir.  Üzümlüklər  qış  və  yaz  şaxtalarından  ziyan  çəkdikdə,  dolu 

vurduqda,  xəstəliklər  nəticəsində  tənək  yarpaqlarını  itirdikdə  yüksək  dərəcəli 

temperaturda  tənək  iflic  olduqda  və  üzüm  bitkisi  sürətlə  formalaşdırıldıqda 

Azərbaycan  şəraitində  bu  göstərilənlərin  hamısı  eyni  ərazidə  baş  vermir,  ancaq 

bunların hamısına müxtəlif vaxtlarda və müxtəlif ərazilərdə rast gəlinir. Ona görə 

də bu kimi halların aradan qaldırılmasına üzümçü əvvəlcədən nəzəri biliyə malik 

olmalıdır. 

Təbii  fəlakəti  törədən  amillərdən  biri  qış  şaxtalarıdır.  Respublika  ərazisində 

qış şaxtaları demək olar ki, tez-tez baş verir, ancaq eyni regionda və ərazidə hər il 

olmur-20  °C  aşağı  şaxtalar  hər  8-10  ildən  bir  hardasa  təkrar  olunur.  Şaxtanın  -



261

 

 



30°C-ə  endiyi  vaxtlar  olmuşdur.  Naxçıvan  Muxtar  Respublikasında  şaxtanın  -

41°C-ə enməsi hər 10-12 ildən bir təkrar olunur.  

 Məlumdur  ki,  qış  şaxtaları  -15°C-dən  aşağı  düşdükdə  üzüm  bitlisinə 

müəyyən  qədər  ziyan  vurur.  V.Viniferaya  daxil  olan  üzüm  sortları  10-20  °C 

arasında  şaxtalara  dözə  bilir.  Bu  dərəcələr  arasında  çoxlu  şərtlər  vardır:  uzun 

müddətli  şaxtalar  qısa  müddətli  şaxtalardan  daha  çox  təsir  gücünə  malikdir. 

İstidən  soyuğa  kəskin  dəyişmədə,  şaxta  küləklə  müşaiyət  olunduqda,  bərk 

torpaqlarda  şaxtanın  təsiri  güclü  olur.  Temperaturun  mənfiyə  doğru  tədricən 

dəyişməsində  kol  az  zədələnir.  Yumşaq,  yaxşı  becərilmiş  torpaq  az  istilik 

keçirəndir. Yüngül qumlu və qumsal torpaqlarda şaxta çox ziyan vurur. Gilli və 

gillicəli torpaqlarda kolun yerüstü hissəsi, o cümlədən tumurcuq və birillik zoğlar 

daha çox zədələnir.  

 Qış şaxtalarından üzüm bitkisinin zədələnməsinə aşağıdakıların da müəyyən 

dərəcədə  təsiri  vardır:  1)  şaxtaların  vaxtı  ;  2)  soyuma  şəraiti  ;  3)  torpağın 

mexaniki tərkibindən və nəmlik dərəcəsindən ; 4) üzümlüyün yerləşmə yerindən; 

5) sortdan; 6) kolun yetişmə dərəcəsindən ; 7) kolun möhkəmlənmə şəraitindən. 

Üzümlüklərin  şaxtadan  ziyan  çəkməsi  onların  yerləşmə  yerindən  daha  çox 

asılıdır. Küləkdən qorunan və hündür yerlərdə çökəkliklərə nisbətən kol az ziyan 

çəkir. Ekspozisiyanın digər cəhətlərinə nisbətən şimal cəhətdə kol çox zədələnir. 

Üzüm  bitkisinin  qış  şaxtalarından  zədələnməsi  sortdan  da  asılıdır.  Rislinq, 

Traminer,  qara  Pino,  Mədrəsə,  Rkasiteli,  nisbətən  davamlı,  Ağ  pino,  Sardone, 

Mələyi,  Həməşərə,  Xndoqnı,  Tatlı,  Təbrizi,  şaxtaya  həssas,  Şasla,  Çauş, 

Sovinyon, Qaraburnu, İtaliya, Şanılar şaxtaya davamsız sortlardır.  

Üzüm  bitkisinin  qış  şaxtalarından  mühafizəsinin  müxtəlif  üsulları 

mövcuddur:  qışda  üzümlüklərin  torpağa  basdırılması,  üzüm  bitkisinin  örtülü 

şəraitdə  becərilməsi,  üzümlüyün  su  ilə  doldurulması  və  üzümlükdə  tüstü 

yaradılması. Bu üsüllar haqqında müəyyən məlumatlar verilmişdir. 

Üzüm bitkisi qış şaxtalarından müəyyən dərəcədə zədə ala bilər : 

1.

 

Yalnız əsas tumurcuqlar zədələnibsə, bu halda xüsusi kəsmə aparılmır. İlk 



yazda birillik  zoğlarda (  əvəzedici çilik  və bar barmağı  )  əvəzedici tumurcuqlar 

oyanır  əlavə  zoğları  verir.  Bu  zoğlarda  sortdan  və  tənəyin  özünün  yetişmə 

dərəcəsindən  asılı  olaraq  müəyyən  miqdar  məhsul  alına  bilər.  Ancaq  əksər 

hallarda kolda məhsul olmur. Əlavə zoğlar hesabına kol gələcəyin məhsulu üçün 

hazırlanır. 

2.

 



Birillik  zoğlar  tamamilə  məhv  olduğu  təqdirdə  xüsusi  kəsmə  aparılaraq 

birillik zoğlar ( əvəzedici çilik və bar barmağı ) tamamilə kəsilib atılır. Çoxillik 

və  qısa  qollardakı  yatmış  tumurcuqlardan  çıxan  haramı  zoğlar  hesabına  kolun 

itirillmiş orqanları bərpa edilir. Bu halda kol ənənəvi becərmə texnologiyasında 2 

ilə, sürətli formalaşdıqda isə 1 ilə tam formalaşır. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə