Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə119/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   207

254

 

 



yoğunlaşdıqdan  sonra  o  payasız  özünü  saxlaya  bilir.  Kasa  formasında  ştambın 

başcığından  bir-birindən  bərabər  məsafədə  yerləşən  qollar  ayrılır.  Qollar  qısa, 

orta və uzun (30-70 sm) ola bilər. Bəzi üzüm sortları (məs: İskəndəriyyə muskatı) 

bu formada yaxşı məhsul verir. 

Bir  və  ikitərəfli  şpaler  (GYO)  formaları  ilk  dəfə  qədim  üzümçülük 

rayonlarında  tətbiq  edilmiş  və  hal-hazırda  dünyanın  əksər  üzümçülük 

rayonlarında tətbiq edilməkdədir. Bu formalar məşhur fransız üzümçüsü Gyonun 

adı  ilə  bağlıdır.  Bu  formalar  üzümçülükdə  mövcud  formaların  ən  geniş 

yayılanıdır. 

İlk  dəfə  formalar  yaradılanda  üzümlüklərdə  dayaq  məqsədi  ilə  payadan 

istifadə edilmişdir. Tənəyin dibinə bir xətt üzrə yan-yana 2-3 paya basdırılmış və 

bar barmağı həmin payalara üfüqi başlanmışdır. Bir kolda bir paya olduqda və bir 

ədəd bar barmağı payaya bağlandıqda bu Gürcüstan forması adlanmışdır. 

Suvarılmayan  torpaqlarda,  dağ  yamaclarında,  münbitliyi  az  olan  torpaqlarda 

zəif  gücə  malik  üzüm  kollarında  bir  və  yaxud  iki  tərəfli  şpaler  formalar  tətbiq 

edilir. Belə torpaqlarda kollara az qida sahəsi verilir. Bir tərəfli şpaler formasında 

bitki arası məsafəni 0,8-1,0 metrə qədər azaltmaq olar. 

Torpağın nəmliyi və münbitliyi artdıqca bitki arası məsafəni artırmaqla kola 

verilən forması gücləndirmək olar. 

Gyo forması üzümçülükdə bir etalon və prinsip kimi qəbul edilmişdir. 



Yelpik  forması  da  ştamblı  və  ştambsız  olur.  Yuxarıda  qeyd  etdiyimiz  kimi 

formanın  ştamblı  və  ştambsız  olması  bir  sıra  səbəblərdən  asılıdır.Yelpik 

formalarında  ikidən  çox  olan  qollar  bir  müstəvi  üzrə  yerləşmiş  olur.  Qolların 

miqdarı  üç,  dörd  və  6-a  qədər  ola  bilər.  Qolların  miqdarı  bir  çox  səbəblərdən 

asılıdır. Azərbaycan üzümlüklərinin çoxunda yelpik forması tətbiq edilir. 

Formanın  yaradılmasına  ştambın  formalaşmasından  başlanır.  Üç  və  dörd 

qollu yelpik formaları orta güclü üzüm sortlarına verilir.  

Qolları yaratmaq üçün əymə yerindən (dirsəkdən) aşağı 2-3 gözcük saxlanır, 

qalan aşağı gözcüklər açılmaq mərhələsində qoparılır. 

Formaların  böyük  müxtəlifliyinə  tənəkləri  qışda  basdırılmayan  rayonlarda 

rast gəlinir.(kasavari, kordon Roya, Reyn-Qessen, kordon Kazenava, Faje, Silvoz, 

Perqola, Çətirvari,  asılan kordon, şüaşəkilli,  Lents Mozer, parral,  parronal  və s) 

K.Stoyevin göstərdiyinə görə bol nəmliyi və istiliyi olan yerlərdə ( ABŞ, İtaliya, 

İsrail və b) kolun ştambı hündür götürülür. Bu sıraya Orta Asiya respublikalarını, 

Türkiyə,  İranı,  Əfqanıstanı,  respublikamızın  aran  rayonlarını  əlavə  etmək  olar. 

Qida  maddələrindən  kasıb  torpaqlarda  və  dağ  yamaclarında  ştamb  alçaq 

götürülür. Bəzi rayonlarda hətta sərilən formalara keçirlər. 

Üzümçülükdə tətbiq edilən formalar müvafiq dayaq və kolların qida sahəsi ilə 

sıx  əlaqədardır.  Forma-dayaq-qida  sahəsi  (becərmə  sistemi)  üzün  bitkisinin 



255

 

 



becərilməsinin əsas prinsipləridir və həmişə vəhdət təşkil etməlidirlər. 

Mövcud kol formalarına tənqidi yanaşdıqda demək olmaz ki, onların hamısı 

düzgün  seçilib.  Bu  baxımdan  hər  bir  konkret  şəraitdə  üzüm  bitkisinə  verilən 

formalar daimi olaraq təkmilləşdirilməkdə davam edir.  

Üzüm  koluna verilən formalar içərisində kombinələşmiş formanın da xüsusi 

yeri  vardır.  Suvarılan  münbit  torpaqlarda  çox  güclü  böyüyən  üzüm  sortlarına 

verilir.  Alleyalarda  və  divaryanı  üzümlərdə  də  tətbiq  edilir.  Bir  qayda  olaraq 

formanın alt tərəfində kordon, üst hissəsində yelpik formalaşdırılır. Bu forma 5-6 

ilə başa gəlir, ancaq güclü tənəklər üçün əlverişli hesab edilir. 

Kombinələşmiş  formada  müxtəlif  hündürlüklü  ştambın  iki  tərəfində  üfüqi 

kordon  yaradılır.  Kordonda  3-5  bar  manqası  ola  bilər.  Kordondan  yuxarıda 

şpalerin 2-ci və 3-cü mərtəbələrində ikitərəfli və yaxud 3-qollu  yelpik yaratmaq 

olar. Bu qayda ilə bir kolda 12-13-ə qədər bar barmağı saxlamaq olur. Bu forma 

ikitərəfli kombinələşmiş kordon da adlanır. 

Dünyanın  bir  çox  üzümçülük  ölkələrində  ,  xüsusilə  İspaniya  və  Fransada 

dayaqsız  yüksək  ştamblı  forma  tətbiq  edilir.  Azərbaycan  Respublikasının 

Üzümlüklərində  belə  forma  yoxdur.  Ancaq  üzümçü  üçün  maraq  doğuran 

məsələdir.  Kollarına  belə  forma  verilmiş  üzümlükdə  şpaler  qurulmur.  Forma 

aşağıdakı  qayda  ilə  yaradılır.  Ənənəvi  texnologiya  ilə  becərilən  üzümlükdə  bir 

yaşında olan kolda 1 ədəd yaxşı zoğ seçilir və 60-70 sm hündürlüyündə kəsilir, 

onun  dibinə  paya  sancılır.  Saxlanmış  birillik  zoğ  bir  neçə  yerindən  payaya 

bağlanılır. Uc tərəfdə-yuxarıda 2 ədəd gözlük saxlanılır, aşağıdakılar korlanır. Bu 

işi  tumurcuqlar  açılıb  yeni  zoğlar  əmələ  gəldikdə  də  aparmaq  olar.  Yuxarıdakı 

korlanmamış  iki  gözcükdən  iki  zoğ  çıxır.  Növbəti  ildə  həmin  zoğlar  hərəsi  iki 

gözə kəsilir. Sürətli forma vermədə bu əməliyyatı bir il qabaqlamaq mümkündür. 

Saxlanmış 4 gözcükdən çıxan 4 zoğun ucu yaşıl vaxtında da qoparıla bilər. Kolun 

4-5-ci  ilində  ştambın  uc  hissəsində  kasaya  oxşar  forma  əmələ  gəlir.  Ştamb 

yoğunlaşdığından payadan azad edilə bilər.  

Beləliklə,  dayaqsız  kol  formalaşdırılır.  Nəzərdə  tutulan  belə  üzümlükdə 

kvadrat  əkindən  və  adi  əkmə  üsulundan  istifadə  edilə  bilər.  Əkin  vaxtı  kollara 

geniş  qida  sahəsinin  də  verilməsi  lazım  gəlmir.  Dayaqsız  formalı  üzümlükdə 

şpaler  qurulmadığından  cərgənin  eninə  də  becərmə  aparıla  bilər.  Bu  becərmə 

sistemində  bir  fəhlə  bir  ildə  15-20  hektar  üzümlüyü  becərə  bilər.  Hələ  bəzi 

mənbələrdə 30 hektarın da adı çəkilir. Belə formalı kolda əl əməyi xeyli azalır. 

Əlbəttə,  üzümlükdə  əl  əməyinin  azaldılması  həmişə  üzümçünü  düşündürən 

məsələdir. Kola forma verilməsi və onun dayaqda becərilməsi əl əməyini azaldan 

tədbirlərdəndir.  Bununla  belə  bu  məsələ  üzrə  tədqiqatlar  daimi  olaraq  davam 

etdirilməlidir.  Üzüm  kolunun  yarımavtomat  və  avtomat  qurğularla  kəsilməsi, 

yaşıl  əməliyyatın  bir  qisminin  qurğularla  aparılması,  məhsulun  kombaynla 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə