156
Üzümçülükdə ən geniş yayılan stolüstü calaqdır.Bu calağın mürəkkəbliyi və
çətin iş prosesləri vardır. Yaşıl calağın texnologiyası yaxşı mənimsənilsə stolüstü
calaqdan çox tətbiq edilə bilər.
Stolüstü calaqlara yaxşılaşdırılmış dil calağı, lövhəli calaq və fiqurlu calaq
daxildir. Bunlardan birincisi əl ilə, son ikisi isə maşınla aparılır. Bu calaqlardan
tinglikdə ətraflı bəhs ediləcək.
9.1. TĠNGLĠK
Yaxın keçmişdə həcminə görə iki cür tingliyin olduğunu deyirdik: 1)təsərrü
fatdaxili, 2) dövlət tingliyi. Hazırda bu adlara və onların məzmununa
münasibət dəyişmişdir. Beləki, respublikamızda dövlət tinglik təsərrüfatı yoxdur.
Az miqdar da istehsal olunan tinglər təsərrüfatlarda çox xırda sahələrdə becərilir
və bunlara tinglik demək olmaz.
Dövlətdə
toxumçuluq
və
damazlıq
təsərrüfatlarının
bir
qismi
özəlləşdirilmədiyi kimi qeyri özəl tinglik təsərrüfatları da olmalıdır. Bu təsərrüfat
dövlət nəzarətində elmi metodologiyaya əsaslanan bir təsərrüfat olmalıdır.
Respublikamızda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına
uyğun olaraq və üzümçülüyün inkişafına dair Dövlət proqramına üzümçülüyün
inkişafına geniş miqyasda başlanmışdır. Çox təəssüflə qeyd etmək lazımdır ki,
respublikamızda ting istehsalı olmadığından xarici ölkələrə üz tutulur. Aydın
məsələdir ki, xarici ölkələr öz sortlarından ting istehsal edir. Müəyyən miqdar
xaricin qiymətli sortlarından gətirmək olar, ancaq üzüm lüklərimizi başdan-başa
xariciləşdirmək heç bir məntiqə sığmır. Özbəkistan, Türkmənistan və İrandan
süfrə üzümləri, Moldova, Fransavə İtaliyadan texniki sortlar gətirilir. Bunlarla
yanaşı özümüzün çox qiymətli süfrə və texniki sortlarımızdan da üzümlüklər
salınmalıdır.
Nə qədər qəribə görünsə də acı bir həqiqəti etiraf etmək lazımdır.Yaxın
keçmişdə Cəlilabadda 30 min hektar üzümlük olub, bunun da 30 %-ə qədəri
Həməşərə sortu olub. İndi 5-10 tənək tapıb ondan əkin materialı hazırlamaq
qeyri-mümkündür.
Şəmkirdə ən geniş yayılan qara giləli texniki sort olan Şal üzüm tamamilə
yoxa çəkilib. Almanlar həmin sortu çox qiymətləndirərdilər və ondan çox keyfiy
yətli şərablar istehsal edərdilər. Süfrə üzümlərinin ən gec yetişən üzüm sortla
rından biri və çox qiymətlisi sıradan çıxmışdır. Bu sortları bərpa etmək üçün
ekspedisiya işləməlidir. Daha hansı sortlar sıradan çıxmışdır. Belə qlobal
məsələlərin həllinə dövlət qayğısı lazımdır.
Ting istehsalı üzümçülüyün əsas məsələlərindəndir. Sortdan və əkin
157
materialından asılı olaraq üzümlüyün 20-30 ildən sonrakı istiqamətini və
nəticələrini söyləmək mümkündür.Ting istehsalı üzümçülüyün qarşısında duran
tələbata cavab verməlidir. Ting istehsalında məqsəd təkcə yeni üzümlüklərin salın
ması deyil, həm də üzümlüklərdə sortların dəyişdirilməsidir.
Ting istehsalı üzümçülüyün inkişafı üçün bazisdir. Gələcək üzümlüyün taleyi
tinglərin təmiz sortluluğundan və salınacaq üzümlükdə torpaq-iqlim şəraitinin
uyğunluğundan asılıdır.
Ting istehsalının təkmil sənaye texnologiyası bizim respublimkada heç vaxt
olmamışdır. XX əsrin 40-50-ci illərində öz kökü üstündə becərilən tinglikdən ting
istehsalı 80% planlaşdırılırdı və faktiki çıxım da bu səviyyəyə yaxın olurdu.
Ancaq sonralar ting çıxımı planını 60%-ə endirdilər. Elmin və təsərrüfatın
inkişafının yüksək səviyyədə olduğu illərdə ting çıxımının azaldılmasını əsassız
hesab edirik. 70-80-ci illərdə də calaq ting çıxımı həm az planlaşdırılırdı, həm də
faktiki çıxım çox aşağı idi.
Ting istehsalında o vaxt yüksək göstəricilər əldə etmək olar ki, orada təkmil
sənaye texnologiyası tətbiq edilmiş olsun.
Çubuqların tingliyə əkilməsi, torpaq becərmə və xəstəliklərə qarşı mübarizə
işlərinin mexanikləşdirilməsinə nail olmaq lazımdır.
Növünə görə üzüm tingliyi üç cür olur: 1) adi, öz kökü üstündə becərilən
tinglik, 2) calaqla becərilən tnglik və 3) kombinələşmiş tinglik.
1925-ci ilə qədər respublikada olan tingliklərin hamısı öz kökü üstündə
becərilən tinglik idi. Həmin vaxtdan sonrakı illərdə calaqla salınan tingliklər
təşkil edilməyə başladı. Hər iki növ tingliyin mahiyyəti məlumdur.
Kombinələşmiş tinglik torpağı qumlu və qumsal olan və filloksera olan ərazilərdə
təşkil edilir. Yəni ərazinin bir hissəsində adi, digər tərəfdə calaqla salınan tinglik
təşkil etmək olar.
Respublikamızda birinci iki tinglik təsərrüfatı mövcud olmuşdur.
Bir qədər öz kökü üstündə becərilən tinglikdən bəhs edək.Tinglik ərazisi
planlaşdırılan ting istehsalından asılıdır.Bu planı keçmişdə dövlət verirdisə,
hazırda bu işi fermer və yaxud sahibkarın özü müəyyən edir.Üzüm əkən
təsərrüfatlarla əlaqə yaradan sahibkar özünün ting istehsalı planını müəyyən edir.
Tinglik sahəsi sentyabr-oktyabr aylarında dərin şumlanır (55-60 sm). Sahə
hamarlanana qədər şumda kəltənlər əriyir, alaq otlarının toxumları cücərir və şum
yatır.Söz yox ki, şumdan əvvəl sahəyə üzvi və mineral kübrələr verilməlidir.Sahə
hamarlandıqdan sonra onun təşkilinə başlanmalıdır. Cərgələrin istiqaməti suyun
axarına yönəldilməlidir. Burada bitkilərə verilən qida sahəsi müəyyən edilməlidir.
İndiyə qədərki ənənəvi becərmə texnologiyasında cərgə arası 1 m, bitki arası 0,1
m götürülürdü və bir hektarda yüz min bitki yerləşdirilirdi.
Sortdan və torpaqdan asılı olaraq bitki arası məsafə dəyişə bilər, yəni bu