168
Affinitetliyin öyrənilməsi uzunmüddətli prosesdir.
Fillokseraya davamlı calaqaltı sortlarından tələb olunan Ģərtlər
Fillokseraya davamlı calaqaltı sortlarından olan tənəklərin zoğları gələcək
calaqaltı kimi müəyyən tələblərə cavab verməlidir.Onlar praktiki olaraq
fillokseraya, xəstəliklərə, əlverişsiz mühit şəraitinə (şaxtaya, quraqlığa və s.)
davamlı olmalıdır, əsas torpaq tiplərinə uyğunlaşmalıdır, yaxşı kök əmələ
gətirmək qabiliyyətinə malik olmalı və əsas standart sortlarla calaq tutmalıdır,
nəhayət, yaxşı yetişməlidir.
Fillokseraya davamlı calaqaltıların yuxarıda göstərilən tələblərindən ən
əsasları aşağıdakılardır.
İqlimə olan tələb. Hazırda mövcud fillokseraya davamlı calaqaltılar Şimali
Amerikanın isti və mülayim iqlim şəraitində yabanı formalardan əmələ gəlmişdir.
Fillokseranın sürətlə yayılması ilə əlaqədar olaraq Fransada amerikan
tənəklərinin xalis növləri becərilməyə başladı. Ancaq onlar nəzərdə tutulan
nəticəni vermədi. Ona görə də seleksiyaçılar tərəfindən yerli torpaq-iqlim
şəraitinə uyğun yeni Amerika-amerikan və avropa -amerikan hibridləri yaratdılar.
Beləliklə, cənubi Fransada fillokseraya davamlı növlər və onların hibridləri
əlverişli iqlim şəraiti olduğundan normal inkişaf etmişdir.
Qazax-Gəncə zonasının iqlim şəraitinin cənubi Fransanın iqlim şəraiti ilə
uyğynlyğy vardır. Əgər cənubi Fransada vegetasiya müddəti 188 günlə 244 gün
arasındadırsa, Qazax-Gəncə bölgəsində 220-240 gündür. Əgər cənubi Fransada
fəal temperatur 1813˚ S ilə 4262˚ S arasındadırsa, Qazax-Gəncə bölgəsində orta
göstərici 3600 S-dir.
Qazax-Gəncə bölgəsinin ayrı-ayrı torpaqlarında becərilən calaqaltılar Fransa
ilə müqayisədə daha güclü böyüyür və daha çox çubuq çıxımı verir.
Torpağa olan tələb. Ayrı-ayrı calaqaltılar içərisində aparılan müşahidələr
göstərmişdir ki, eyni torpaq tipində onların böyümə gücü və başqa əlamətlərinə
görə aralarında fərq vardır.
Yadda saxlamaq lazımdır ki, calaqaltı anaclıqlarda «başcıq» formalı
tənəklərdə yerüstü hissə hər il kəsilib götürülür.Bu baxımdan calaqaltı anaclıq
əkinçilik elminin qanunları əsasında becərilməli və torpağa hər il üzvi və mədən
kübrələri verilməlidir.
Yüngül torpaqlarda calaqaltılar güclü böyümür. Bu baxımdan calaqaltı
çubuqlara olan tələbin ödənilməsi üçün anaclıq sahəsini bir qədər artıq götürmək
lazımdır. Strukturlu və münbit şabalıdı torpaqlarda çubuq çıxımını xeyli artırmaq
mümkündür.
Torpağın kimyəvi xüsusiyyətlərinin calaqaltıların həyatında rolunu ayrıca
169
qeyd etmək lazımdır. Avropa sortlarının əksinə olaraq fillokseraya davamlı
calaqaltılar əhəngə daha həssasdır.
Bununla əlaqədar olaraq P.Qale şkalasına görə fillokseraya davamlı
calaqaltıların xloroza davamlılığı dərəcəsini veririk. «Fəal əhəng» dedikdə P.Qale
suda həll olunan əhəngin ( udulan kalsium duzu) miqdarını nəzərdə tutur.Bu şkala
ayrı-ayrı torpaq tipləri üçün calaqaltıların seçilməsini asanlaşdırır.
Fillokseraya davamlı calaqaltıların fəal əhəngə davamlılığı (Qaleyə görə)
Calaqaltılar
Fəal əhəng %%
Viala, Klinton
0-4
Riparia Qluar
0-6
196-17, 101-14
0-9
41-53m, 261
0-10
3306, 339
0-11
Aramon x Rupestris Qanzen, 1202-S,
93-5S
0-13
Rupestris dyu Lo
0-14
31 Rixter, Feniks
0-16
57, 99, 110
0-17
5 BB, 420 A, №:EM
0-20
161-49S
0-25
416, 333EM
0-40
Fillokseraya davamlılığı. Məlumdur ki, fillokseranın yarpaq və kök formaları
vardır. Yarpaq forması fillokseraya davamlı calaqaltılarda və bilavasitə
hasiledicilərdə olur (V.Labruskanın törəmələri). Yarpaq forması əsasən yarpaq və
cavan zoğları, kök forması isə kökləri zədələyir.
Yarpaq forması amerikan tənəklərindən olan tingliyə, eləcə də anaclığa ziyan
vurur. Yarpağı, zoğun və bığcığın filloksera zədələyən yerində əvvəlcə kiçik
qabarcıqlar (avropa üzümlərinin yarpağındakı fır gənəciyinin zədəsinə oxşayır)
əmələ gəlir. Qabarcıqlar yarpağın ayasında olur, getdikcə həmin qabarcıqların
rəngi qızarır və nəhayət qəhvəyi rəngə keçir.Qabarcıqların yarpağın alt tərəfindən
içi çökək və bir qədər də tüklü olur. Filloksera (mənənə mərhələsində) orada
yerləşir. Çox sirayətlənmə şəraitində bir yarpaqda 200-250 qabarcıq ola bilər. Bu
halda yarpaq qıvrılır və onun assimilyasiya səthi azalır, nəticədə zoğların
böyüməsi zəifləyir və dayanır. Bu isə çubuq çıxımına əhəmiyyətli dərəcədə təsir
göstərir. Olan çubuqların çox qismi calağa yararlı olmur.
170
Fillokseranın kök formasına davamlılığına görə üzüm növlərini (həm də
onların hibridləri ) və sortlarını dörd qrupa bölmək olar.
Birinci qrupa fillokseraya ən az davamlılar və tamamilə davamsızlar (əksər
Avropa-Asiya sortları ) daxildir.
İkinci qrupa fillokseranın zərərli fəaliyyətinə kafi dərəcədə davamlı olan bir
neçə bilavasitə hasiledicilər və amerikan mənşəli calaqaltılar aiddir.
Üçüncü qrupa fillokseraya davamlı üzümlüklər - xalis amerikan növləri və
Amerika-amerikan hibridləri daxildir.
Dördüncü qrupa fillokseraya mütləq davamlı üzümlər - Vitis Rotundifoliya
növü aiddir. Ancaq, onun Avropa-Asiya üzümləri ilə affinitetliyi yoxdur. Bu
növdən gələcəkdə fillokseraya davamlı üzüm sortlarının alınması məqsədilə
(seleksiya məqsədilə ) istifadə edilə bilər.
Affinitetlik. Bitkidə calanmış komponentlərin bir-birinə təsiri qədim
vaxtlardan məlumdur.Üzümçülükdə calaqaltı ilə calaqüstünün qarşılıqlı təsiri
fillokseraya davamlı calaqaltıların becərilməsindən sonra öyrənilməyə
başlamışdır.
Müəyyən edilmişdir ki, calanmış komponentlərdə - calaqaltında və
calaqüstündə calaq tutandan sonra dərin dəyişikliklər gedir.Calaqaltının düzgün
seçilməsi ilə nəinki məhsuldarlığı artırmaq olar, həm də məhsulun keyfiyyətini də
yaxşılaşdırmaq olar. Calaqaltının təsiri altında calaqüstünün xloroza, quraqlığa,
şaxtaya və digər əlverişsiz xarici mühit şəraitinə davamlılığı artır.
Bir sıra tədqiqatçılar müəyyən etmişlər ki, calaqaltının təsiri altında
calaqüstündə bəzi morfoloji dəyişikliklər baş verir. Ona görə də S.A.Melnik
üzümçülərə müraciətində tinglik işində calaqaltı ilə calaqüstünün düzgün
seçilməsini məsləhət görürdü.
İtaliya alimi Tsanottinin tədqiqatlarına görə qohumluq calaqaltı ilə
calaqüstündə az və ya çox dərəcədə mövcud olan anatomik quruluşu,
protoplazmatik təbiəti və fizioloji fəaliyyətinin hormonluq dərəcəsidir. Tənəyin
məhsulunun keyfiyyət və kəmiyyəti, böyümə gücü, əlverişsiz iqlim şəraitinə
münasibəti, xəstəlik və zərərvericilərə davamlılığı və s. kimi bioloji xüsusiyyətlər
qohumluqla bağlıdır.
A.Q.Mişurenko calaq işindən bəhs edərək qeyd edir ki, yeni calaqaltında,
məsələn, Ripariya x Rupetris 101-14 calaqaltında o vaxt yüksək nəticə əldə edilər
ki, calaqüstü həmin calaqaltında azı 12 il becərilmiş olsun.
Beləliklə, calaqaltı ilə calaqüstü arasındakı affinitetlik daimi deyil, müəyyən
şərtlərdən asılı olaraq o dəyişə bilər.
Affinitetliyin öyrənilməsində birbaşa eksperiment yolu ilə tədqiqatlar
aparılmalı, paralel olaraq hər bir sortun bioloji xüsusiyyətləri və ekoloji amillər
uçota alınmalıdır.
Dostları ilə paylaş: |