32
Azərbaycan Dövlət Universiteti isə hələ Azərbaycan
Demokratik Respublikasının vaxtında – 1919-cu ildə yaradıl-
mıĢdı. Universitetdə yaradılan kafedralardan biri də psixolo-
giya kafedrası idi. Kafedraya görkəmli alim A.O.Makovelski
rəhbərlik edirdi. Ali məktəblərdə ən böyük çətinliklərdən biri
də ana dilində dərs aparan ixtisaslı kadrların çatıĢmaması ilə
bağlı idi. Vəziyyətdən çıxıĢ üçün dilləri Azərbaycan dilinə
yaxın olan Krımdan, Kazandan, Türkiyədən yüksək ixtisaslı
müəllimlər dəvət olunur. Onların sırasında A.O.Makovelski,
X.Fikrət, M.Tofiq və baĢqaları var idi. Onlar həm psixologiya-
dan dərs deyir, həm də milli kadrların hazırlanmasına kömək
edirdilər. A.O.Makovelskinin bu sahədə xidmətləri isə
əvəzsizdir.
A.O.Makovelski 1920-ci ildə Azərbaycan Dövlət
Universitetində iĢə dəvət olunur. O, 1920-ci ildən 1930-cu ilə
qədər Psixologiya kafedrasına rəhbərlik etmiĢdir. 1921-ci ildə
ADU-da «Sokrata qədərki fəlsəfə» mövzusunda doktorluq
dissertasiyası müdafiə etmiĢdir. O, 1931-ci ildən 1940-cı ilədək
AETPĠ-də iĢləmiĢ, elmi tədqiqatlar aparmıĢdır. 1948-ci ildə
Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır
və 1960-cı ilə qədər məntiq-psixologiya kafedrasına rəhbərlik
edir. Makovelskinin yüksək ixtisaslı psixoloq kadrlarının
hazırlanmasında
əvəzsiz
xidmətləri
olmuĢdur.
O,
Ə.K.Zəkuyevin doktorluq dissertasiyasının rəsmi opponenti,
M.Məhərrəmov, M.Abbasov, M.Hacıyev, Ġ.Seyidov və
baĢqalarının elmi rəhbəri olmuĢdur.
Makovelski eyni zamanda geniĢ tədqiqat iĢləri aparmıĢ,
Azərbaycan Ģair və filosoflarının yaradıcılığının psixoloji təh-
lilini vermiĢdir.
Azərbaycanda psixologiya elminin inkiĢafında, psixoloq
kadrlarının hazırlanmasında B.B.Komarovskinin də (1899-
1965) böyük xidmətləri olmuĢdur. 1921-ci ildə Bakıya gələn
Komarovski 1921-1924-cü illərdə Azərbaycan Dövlət Univer-
sitetinin aspiranturasında oxuyur. 1927-ci ildə pedaqogika
33
ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il
o, professor elmi adı alır. Komarovski ilk elmi məqaləsini
1914-cü ildə, 15 yaĢında yazmıĢdır. ÇoxĢaxəli yaradıcılığa ma-
lik olan Komarovski «Psixologiya cədvəlləri» (1923),
«UĢaqlığın sosiologiyası» (1921), «Təkrarlama metoduna dair»
(1940) və s. onlarla fundamental əsərlərin müəllifidir.
Azərbaycanda psixologiya elminin digər tanınmıĢ bir
nümayəndəsi F.Ə.İbrahimbəyovdur (1901-1988). O, respub-
likamızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun
Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təĢkil
etdiyi psixologiya laboratoriyasında çoxsaylı, müxtəlif istiqa-
mətli tədqiqatlar aparılmıĢdır.
F.Ġbrahimbəyov 1927-1949-cu illərdə V.Ġ.Lenin adına
APĠ-də, sonrakı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər
Ġnstitutunda psixologiya kafedrasının müdiri olmuĢdur.
F.Ġbrahimbəyov təlim və psixi inkiĢaf, Ģəxsiyyət, xüsusilə
bilinqvizm sahəsində uğurlu tədqiqatlar aparmıĢdır. Onun
tədqiqatları nəinki ittifaq miqyasında, eləcə də dünyanın bir
sıra ölkələrində rəğbətlə qarĢılanmıĢdır. O, ana dili və rus
dillərinin mənimsənilməsinin psixoloji əsaslarını tədqiq
etmiĢdir. Onun bu sahədə apardığı təqdiqatlarla bağlı Ümumit-
tifaq və Beynəlxalq Konqreslərdə etdiyi çıxıĢlar bir qayda ola-
raq yüksək dəyərləndirilmiĢdir. Onun «Ġkidillilik, onun forması
və fərdi fərqlərə görə təsnifatı», «Milli məktəblərdə rus dili
təliminin psixoloji əsasları haqqında», «Nitqin qavranılmasının
seçiciliyi və dilin tədrisi» və s. əsərləri təlim psixologiyası, nitq
inkiĢafı sahəsində SSRĠ-də aparılan ən uğurlu tədqiqatlardan
hesab olunur.
Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında,
psixoloji fikrin inkiĢafı və təĢəkkülündə Əhməd Kərədi
Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuĢdur. O, 1921-ci
ildə Türkiyədə təhsilini baĢa vurduqdan sonra Bakıya gəlmiĢ,
1922-1960-cı illərdə V.Ġ.Lenin adına APĠ-də dərs demiĢ,
müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmiĢdir.
34
1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə
Ģöbəsində çalıĢmıĢdır.
1933-cü ildə V.Ġ. Lenin adına APĠ-nin nəzdində aspiran-
tura Ģöbəsi açılır. Bu Ģöbənin yaradılmasıyla psixologiya üzrə
kadr hazırlığında da bir dönüĢ yaranır.
20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə-
lərdə olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-
mikalar baĢladı. Qeyd etmək istərdik ki, SSRĠ miqyasında
gedən proseslər eynilə Azərbaycanda da baĢ verirdi. Bununla
bağlı F. Rüstəmov yazır: «20-ci illərin əvvəllərində pedaqoji
elmdə demokratik fikir güclü idi, əsasən qeyri-marksist
mövqedə dayanan nəzəriyyələr üstün mövqeyə malik idi. Bu
nəzəriyyələrin bir qismi Avropadan türk pedaqoq və
psixoloqlarının (X. Fikrət, Mühiddin, Ġ. Hikmət, T. Tofiq, N.
Ġsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi
isə rus pedaqoji fikrindən tərcümə edilmiĢ əsərlərdən milli pe-
daqoji fikrə keçirdi.
Ġntellektual mübahisələr çox zaman bir-birinə qara yax-
maqla baĢa çatırdı. Bu proses hər yerdə – mərkəzdə də,
yerlərdə də gedirdi. Rusiya və Ukrayna üçün səciyyəvi olan
yanlıĢlıqlar eyni ilə Azərbaycanda da təkrar olunurdu. Mosk-
vada A.P. Pinkeviçin, P.P. Blonskinin baĢına gətirilənlər
Bakıda B.B. Komarovski, A.O. Makovelski, Ə. Seyidov, Ə.
Zəkuzadə üçün təkrarlanırdı. Hədə, təhqir və yalanlara cavab
vermənin fiziki cəhətdən məhvə səbəb olacağını dərk edən
alimlər özlərini əsassız itihamlardan qorumaq üçün etiraf
məktubları yazır, düzgün elmi mövqelərini tənqid etmək
məcburiyyətində qalırdılar».
Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mütə-
xəssislər arasında deyil, ixtisas sahibi olmayan, ancaq «əqidəli
marksistlər» tərəfindən də keçirilir, təəssüf ki, çox vaxt məhz
onlar «haqlı» çıxırdılar. Tənqid olunanlar sırasında adətən
həqiqi elm fədailəri, görkəmli alimlər olurdu.
1931-ci ildə F.Ə.Ġbrahimbəyov testlər metodunun milli
Dostları ilə paylaş: |