293
8.Hafizənin növləri hansılardır? Onları Ģərh edin.
9.Hafizənin tipləri barədə danıĢın.
10.Hafizədə nə kimi pozuntular özünü göstərir?
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular
1.
Hafizə hissi idrak prosesi kimi.
2.
Hafizənin prosesləri.
3.
Hafizənin əsas nəzəriyyələri.
4.
Hafizənin tipologiyası.
Ədəbiyyat
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji
problemləri. – Bakı, 2004
Əlizadə Ə.Ə. Ġdrak prosesləri və hisslər. Psixoloji
məsələlər. – Bakı, 2006,səh. 33-81
Məmmədov A.U. Məktəblilərdə hafizənin
xüsusiyyətləri. – Bakı, 1974.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Zinçenko P.Ġ. Neproizvolğnoe zapominanie. – M.,
1961
Luriə A.R. Vnimanie i pamətğ. – M., 1975, s. 42-103.
RubinĢteyn S.L. Osnovı obhey psixoloqii. V 2 t. – t.1.
– M., 1989, s.300-344
Smirnov A.A. Problema psixoloqii paməti. – M., 1966.
Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə paməti. –
M., 1979.
294
1 1 - c i F Ə S Ġ L
T Ə F Ə K K Ü R
Qısa xülasə
Təfəkkür haqqında anlayıĢ. Təfəkkürün təbiəti. Təfəkkür və
hissi idrak. Təfəkkürün ümumi xarakteristikası: təfəkkürün ümu-
miləĢmiĢ və vasitəli idrak prosesi olması, geniĢ əhatəyə malik
olması, nitqlə əlaqədar olması.
Dilin və nitqin təfəkkürlə əlaqədar olması.
Fikri proseslər. Fikri proseslərin psixoloji təbiəti. Fikri
proseslərin əsas əməliyyatları. Təhlil, tərkib, müqayisə, ümu-
miləĢdirmə, mücərrədləĢdirmə fikri əməliyyat kimi.
Təfəkkürün formaları. Məfhumlar cisim və hadisələri mü-
hüm əlamətlərinə görə əks etdirməkdən ibarət təfəkkür forması kimi.
Hökmlər fikri proseslərin baĢ verdiyi əsas forma kimi. Əqli nəticə və
onun növləri: induktiv, deduktiv əqli nəticə, analogiya.
Təfəkkürün növləri. Formasına, xarakterinə, geniĢliyinə və
yeniliyinə görə təfəkkürün növləri.
Təfəkkürün fərdi xüsusiyyətləri. Təfəkkürün müstəqilliyi,
tənqidiliyi, çevikliyi, dərinliyi.
IV. 11.1. Təfəkkür haqqında anlayıĢ
Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu və
qavrayıĢla baĢlasa da, onlarla bitmir və idrak prosesləri
təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayıĢdan alınan
məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə
sərhədlərinin geniĢləndirilməsində həm prosessual, həm də in-
formasiya dayaqları rolunu oynayır. Təfəkkür proseslərinin
gücündə idrak prosesi həm dərinləĢir, həm də geniĢlənir.
295
Təfəkkür duyğu və qavrayıĢın köməyi ilə əldə edilmiĢ
biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarĢılaĢdırır,
fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəĢf edir və
hissi idrakdan verilən Ģeylərin əlamətlərini mücərrədləĢdirir,
qarĢılıqlı əlaqələri aydınlaĢdırır və gerçəkliyin mahiyyətinə va-
raraq onu dərk edir. Təfəkkür reallığı onun münasibət və
əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks
etdirir.
Təfəkkürün əsas məqsədi cisim və hadisələr arasından
münasibət və əlaqələrin açılmasına yönəlib. Varlığın dərin-
liklərinin kəĢfi, onun dərki təfəkkürün xüsusi yolunu müəyyən
edir. Təfəkkür təkcə münasibət və əlaqələri deyil, həmçinin
əlamət və mahiyyəti də əks etdirir. QavrayıĢda verilən
gerçəkliyin cisim və əlamətlərinin qarĢılıqlı münasibətləri,
birləĢmələri, əlaqələrindən çıxıĢ edərək təfəkkür reallığı dərk
etdirir. QavrayıĢ vasitəsi ilə təfəkkür proseslərinə ötürülən ci-
sim və hadisələrin, onların əlamətlərinin bəzilərinin təkcə,
digərlərinin mühüm olmayan əlamətləri, onların xarici
əlamətləri birləĢsələr də əlaqəli deyillər. Təfəkkür prosesləri
zamanı hadisələrin mahiyyəti, xarakteri, əlamətləri arasında
əlaqələrin yaranması nəzərdə tutulur.
Mühüm və ikinci dərəcəli əlamətlər, təsadüfi və zəruri
əlaqələr, sadə təsadüfi və real oxĢarlıqlar qavrayıĢda
üzvlənməmiĢ, ayrılmamıĢ Ģəkildə olur. Təfəkkürün məqsədi
ondan ibarətdir ki, mühüm, əsas, zəruri əlaqələri, ikinci
dərəcəli, formal əlaqələrdən, təsadüfi uyğunluqlarını situasiya-
lara görə ayırsın.
Zəruri olanı, mahiyyət əlaqələrini, təsadüfdən zərurətə
keçidi ayıran təfəkkür prosesləri təkcədən ümumiyə keçir.
Təsadüfi, xüsusi hallara əsaslanan, zaman və məkanla hüdud-
lanan hadisələr təkcə xarakter daĢıyır. Lakin mahiyyətcə əlaqəli
296
olan çoxlu dəyiĢmələrdə zəruri olan elementlərin köməyi ilə
təfəkkür əlaqələri açır və ona görə də ümumiləĢdirir. Hissi
idrak səviyyəsində Ģeylərin mahiyyətini müəyyən etmək, onun
daxili quruluĢunu dərk etmək mümkün deyil. Elementar
hissəcikləri görmə qavrayıĢı ilə müəyyən etmək çətindir. Ġnsan
beynində, təbii və sosial dünyanın hadisələri bilvasitə inikas
üçün əlçatmazdır.
Hissi
idrakın sərhədlərini keçmək üçün insan
təfəkkürünə müraciət olunur. Təfəkkür dərk etmə səviyyəsinin
keyfiyyətcə yeni və daha yüksək mərhələsidir. Təfəkkürdə
belə hadisələr üçün iĢarələrdən, nitqdən istifadə edirlər. Söz
mücərrədləĢdirmə alətidir və Ģeylərin mahiyyətini müəyyən
etməyə imkan verir. Söz Ģeylərin əsas əlamətlərinin
ümumiləĢmiĢ inikası üçün vasitədir.
Hər hansı təfəkkür ümumiləĢdirmədə icra olunur.
Təfəkkür – fikrin hərəkətidir ki, əlaqələrin açılmasına xidmət
edir, təkcədən ümumiyə, ümumidən təkcəyə və oradan da
xüsusiyə doğru gedir. Təfəkkür əlaqə, münasibətlərin vasitəli
kəĢfinə əsaslanır və real aləmin ümumiləĢmiĢ dərkidir.
Təfəkkür – insanın psixi, idraki fəaliyyətinin ən yüksək
pilləsi olub, gerçəkliyin onun mühüm əlaqə və münasibətlərini
keçmiĢ təcrübə və ümumiləĢmiĢ nitq vasitəsi ilə əks etdirir.
Ona görə də təfəkkürü cisim və hadisələr arasındakı
qanunauyğun əlaqə və münasibətlərin ümumiləşmiş və vasitəli
inikasından ibarət olan idrak prosesi adlandırırlar.
Ġnsanın biliyi və keçmiĢ təcrübəsi hissi idrakla və hafizə
ilə qarĢılıqlı əlaqəyə girərək onları dəyiĢdirir. L.S.Vıqotski bu
prosesi hafizə və qavrayıĢın intellektuallaĢması prosesi
adlandırırdı. QavrayıĢ idraki nöqteyi-nəzərdən kateqoriya və
düĢünmə xüsusiyyəti, hafizə isə sözlü – məntiqi xarakteri
daĢıyır.
Dostları ilə paylaş: |