Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə96/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   92   93   94   95   96   97   98   99   ...   197

 

 

 



321 

 

sübut  edir.  Belə  ki,  beynin  aĢağı  Ģöbəsində  yerləĢən  hipotali-



mik- limbik sistemdə zədələnmə əmələ  gəldikdə  psixikada xa-

rakterik  pozğunluqlar  özünü  göstərir.  Bu  pozğunluqlar  onda 

ifadə  edilir  ki,  xəstə  özünün      davranıĢını  planlaĢdıra  bilmir. 

Nəzərə  alsaq  ki,  insanın  öz  davranıĢını  planlaĢdırması  və  onu 

idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-

limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur. 

Təxəyyül  fenomen  xüsusiyyətlərə  malik  psixi  prosesdir. 

Burada  qeyri-adi  olan  odur  ki,  təxəyyül  obrazları  beyində 

gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar 

yarandıqdan sonra  orqanizmdə gedən digər fizioloji proseslərə 

təsir edə bilir. 

Bu  fikri  təsdiq  etmək  üçün  psixoloji    ədəbiyyatda  belə 

misallardan  istifadə  edilir.  MəĢhur  yazıçı  Floberin  özünün 

yazdığı  kimi  o, «Xanım Bavari» romanının qəhrəmanı Bava-

rinin  zəhəri  içməsi  səhnəsini  təsvir  edərkən    ağzında      zəhər 

tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili 

Varfolomey  gecəsinin  il  dönümündə  xəstələnirmiĢ.  Dini  fana-

tizmin  qurbanı  olmuĢ minlərlə    günahsız   adamın  öldürüldüyü 

həmin  gün  haqqında  düĢüncələr,  bununla  bağlı  onda  yaranan  

təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə, 

daha  sonra,  temperaturun  qalxmasına,  nəbzinin  döyüntülərinin 

çoxalmasına səbəb olarmıĢ. 

Bəzən,  həkimin  ehtiyatsızlıqla  xəstəyə  dediyi  sözün 

nəticəsində  xəstə  təxəyyülündə  özünü  ağır  xəstəliyə  tutulmuĢ 

insanın  obrazı  kimi    canlandırır  ki,  bu  da  bu  xəstəliklə  bağlı 

simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb 

ola bilir. 

Nəhayət,  təxəyyül  obrazlarının  fizioloji  proseslərə  təsiri 

ilə bağlı ideomotor aktlar haqqında da danıĢmaq olar. 

Volf    Messinqin,  Tofiq  DadaĢovun  məlum  təcrübələrini 

yadımıza salaq. Onlar gizlədilmiĢ cismi tapa bilirlər. Ona görə 

tapa  bilmirlər  ki,  həmin  cismi  gizlədən  adam  təxəyyülündə  öz 

iĢinin  obrazını  yaradır.  Təxəyyül  obrazları  da  öz  növbəsində 



 

 

 



322 

 

həmin Ģəxsin ayrı-ayrı üzvlərinə, onların fəaliyyətinə təsir edir 



və  hərəkət  aktları  törədir.  Bunlara  idiomotor  aktlar  deyilir. 

Fövqəladə dərəcədə həssaslığa malik olan ekstrasens idiomotor 

aktların çox incə siqnallarını tutur və nəticədə gizlədilmiĢ cismi 

tapa bilir. 

Təxəyyüldən psixoterapiyada da  geniĢ istifadə olunur və 

müəyyən    psixoloji  gərginliyin  aradan  qaldırılmasına  imkan  

verir. 

Təxəyyül çox mürəkkəb psixi prosesdir. Heç Ģübhəsiz ki, 



onun fizioloji əsası ilə bağlı hələ öyrənilməmiĢ xeyli məsələlər 

mövcuddur.        

 

         IV. 12. 2..  Təxəyyülün növləri 

Təxəyyül  surətlərinin  yaradılması    müxtəlif  səviyyələrdə 

gedə  bilir.  Bu  səviyyələr  onunla  müəyyən  edilir  ki,  insan  bu 

prosesə    nə  qədər  Ģüurlu  münasibətdə  olur.  Bu  baxımdan 

təxəyyülün iki növü mövcuddur: passiv və fəal təxəyyül. 

Passiv  təxəyyül  prosesində  surətlərin  yaradılması  ətraf 

mühiti  dəyiĢdirməyə  yönəlmiĢ  yaradıcı  fəaliyyət  kimi  özünü 

göstərmir. Ġnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda 

insan  fantastik  təsəvvürlər  aləminə  qapılır,  özünün  çətin 

vəzifələrini  həyata  keçirmək  naminə,  sanki,  təxəyyülünün 

yaratdığı  surətlərin  arxasında  gizlənir.  Bu  cür  təxəyyül  növü 

passiv  təxəyyül  adlanır.  Passiv  təxəyyül  özü  də  iki  növə, 

niyyətli və niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı mi-

salda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül pro-

sesidir.  Niyyətli  Ģəkildə  gedən  təxəyyül  prosesində  həyatda 

təcəssümü  mümkün  olmayan  surətlər  yaradılarsa,  buna  xülya 

deyilir. 

XoĢ,  sevincli,  dadlı  xülyaya  qapılmaq  hər  kəsə  xas  olan 

bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir 

baĢa  rabitə,  əlaqə  mövcuddur.  Belə  bir  cəhəti  xüsusilə  qeyd 

etmək  lazımdır  ki,  insanın  təxəyyül  fəaliyyətində  bu  növ 



 

 

 



323 

 

təxəyyül  üstünlük  təĢkil  etsə,  belə  adamlara  xülyaçı, 



xülyapərəst adamlar deyilir. Bu cəhət Ģəxsiyyətin mənfi cəhəti 

olub, onu passivləĢdirən, fəaliyyətdən qoyan bir cəhətdir. 

Passiv  təxəyyülün niyyətsiz  növü adətən  Ģüurun,  insanda 

ikinci  siqnal  sisteminin  fəaliyyəti  zəiflədiyi  zaman  baĢ  verir. 

Məsələn, siz sərin otaqda yatmısınız və üstünüzü isti yorğanla 

örtmüsünüz. Gecə sizin əliniz ya da ayağınız yorğandan kənara 

çıxır.  Bu  zaman  siz  soyuğu  hiss  etməyə  baĢlayırsınız.  Bu 

duyğu  sizdə  təxəyyül  prosesinin  əmələ  gəlməsinə  səbəb  olur, 

siz  yuxu  görürsünüz.  Görürsünüz  ki,  qarın  üstə  ayaqyalın 

gəzirsiniz,  soyuqdan  gizlənməyə  çalıĢırsınız  və  s.  Bütün  röya 

obrazları  niyyətsiz  passiv  təxəyyül  fəaliyyətinin  nəticəsi  kimi 

təzahür edir. 

Passiv  təxəyyül  niyyətli  və  niyyətsiz  növlərə  ayrılırsa, 

fəal təxəyyül həmiĢə niyyətli xarakterə malik olub, bərpaedici 

və yaradıcı təxəyyül növlərinə ayrılır. 

Bərpaedici  təxəyyül  təsvirə,  sxemə  əsasən  surətlərin 

yaradılması prosesidirMövcud olmuĢ, yaxud mövcud olan, la-

kin  bizim  tərəfimizdən  heç  zaman  bilavasitə  qavranılmamıĢ 

obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına bərpaedici 

təxəyyül deyilirMəsələn, bədii əsərlərdə təbiət təsvirlərinə aid 

parçaları 

oxuyarkən 

gözümüzün 

qarĢısında, 

yəni 


təxəyyülümüzdə bizim heç vaxt olmadığımız bir yerin, ərazinin 

obrazı  yaranır.  Həndəsədə  fiqurların  fəzada  vəziyyətinə  aid 

teoremanın Ģərtlərində verilən faktlara əsasən biz onun obrazını 

təxəyyülümüzdə  yarada  bilməsək,  teoremanı  isbat  etmək  ol-

maz.  ġagird  tarix,  coğrafiya  fənnləri  ilə  bağlı  materialları 

öyrənərkən, beləcə, dərslikdə verilən təsvirlərə əsasən, müxtəlif 

coğrafi  əraziləri,  tarixdə  baĢ  verən  döyüĢ  səhnələrini,  onların 

obrazlarını  təxəyyülündə  yaradır.  Bütün  bunlar  da  öz 

növbəsində  təlim  materialarının  mənimsənilməsində,  uzun 

müddət yadda saxlanılmasında çox böyük əhəmiyyət daĢıyır. 

Bərpaedici  təxəyyül  insanın  həyat  və  fəaliyyətində 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə