PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə45/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   41   42   43   44   45   46   47   48   ...   76

 
178 
fəaliyyətinin  artıq  yoluna  qoyulmuş  növləri  ilə  qarşılıqlı  
əlaqədə  nəzərdən  keçirilir.  Riskin  azaldılması  məqsədilə 
elə  əmtəələri  seçmək  lazımdır  ki.  onlar  üzrə  tələb  əks 
istiqamətlərdə  dəyişsin,  yəni  bir  əmtəə    üzrə  tələb 
artdıqda,  digər  əmtəə  üzrə    tələb  azalsın  və  ya  əksinə. 
Lakin  heç  də  hər  bir  risk  diversfikasiyanın  köməyilə 
azaldıla bilinmir. Sahibkarlığa yüksəlişin və ya böhranın 
gözlənilməsi,  bank  faizi  dərəcəsinin  hərəkəti  və  s.  kimi 
makroiqtisadi  amillər  təsir  göstərir.  Menecer  belə 
proseslərlə  şərtlənən  riski  istehsalın  diversfikasiyanın 
köməkliyi  ilə  azalda  bilmir.Müəssisədə  idarəetmə 
qərarlarının 
qəbulu  riskin  bütün  növlərinin  sıx 
əlaqələndirilməsini nəzərdə tutur, amma menecerin hətta 
ən  düz  hesab  edilən  proqnozları  belə  firmanın  özündən 
asılı olmayan gözlənilməz və əvvəlcədən müəyyən edilə 
bilinməyən şəraitlər üzündən qeyri-real ola bilər: iqtisadi 
toqquşmalar, 
müştərilərin 
zövqlərində 
kəskin 
dəyişikliklər,  rəqiblərin  gözlənilməz  hərəkətləri,  tətillər, 
yeni  dövlət  qərarları.  Buna  görə  də  qeyri-əlverişli 
hadisələrin  baş  verməsi  halı  üçün  ehtiyat  vəsaitləri, 
istehsal gücləri, xammal və hazır məhsul hesabına mənfi 
nəticələrin  azaldılmasının  mümkünlüyü  nəzərdə  tutulur, 
fəaliyyətin  yenidən  istiqamətləndirilməsi  üçün  maddi 
təmin olunmuş planlar işlənib hazırlanır. 
İstənilən 
investisiyanın 
effektivliyinin 
qiymətləndirilməsi  zamanı  iki  tərəf  nəzərdən  keçirilir: 
gəlirlilik  və  risk  dərəcəsi.  Gəlirlilik  və  risk  arasındakı 
əlaqə iqtisadi təhlilin əsas müddəasıdır. İstənilən vəsaitin 
investisiyalaşdırılması bu və ya digər dərəcədə özünə risk 
elementini  daxil  edir  ki,  bu  da  investisiya  riski  adını 
daşıyır.  Bu  riski  qoyulmuş vəsaitlərin tam və  ya qismən 
itirilməsi  və  ya  gözlənilən  gəlirlərin  əldə  edilə 
bilinməməsi  kimi  xarakterizə  etmək  olar.  Əgər  investor 
daha 
ciddi 
riskə 
gedirsə, 
deməli 
o,  verilmiş 


 
179 
investisiyadan  böyük  gəlir  də  gözləyir.  Risk  isə 
gözlənilən  gəlirin  əldə  edilməyəcəyinin  kəmiyyət 
formasında ifadəsidir. İnvestisiyanın mahiyyəti müəyyən 
həqiqi 
dəyərin 
müəyyən 
gələcək 
dəyərə 
görə 
özgəninkiləşdirilməsindən ibarətdir. 
Ümumi halda, investorun məcmu gözlənilən gəliri iki 
komponentdən  ibarət  olur:  kapital  artımı;  səhmlər  üzrə 
dividendlər   və fiksə edilmiş gəlirə malik başqa qiymətli 
kağızlar üzrə faizlər. Minimal  risk şəraitində gəlir demək 
olar ki, olmur. Riskin artması ilə əvvəlcə maliyyə faizləri 
şəklində kiçik gəlirlər üzməyə tərəddüd etməyə başlayır, 
onların qeyri-müəyyənliyi də artır, zəif proqnozlaşdırılan 
dividendlər  və  gəlirlərin  ən  yüksək  riskli  hissəsi  olan 
kapital artımını simvolizə edən dəyişkən məzənnə əlavəsi 
əmələ gəlir. 
İnvestisiya risklərinin ortaya çıxması mənbələrini bir 
sıra başlıca kateqoriyalara bölmək olar. 
Məlumdur ki, faiz dərəcəsinin artması ilə istiqrazların 
qiyməti  aşağı  düşür.  Faiz  dərəcəsi  ilə  bağlı  risk  onunla 
şərtlənir ki, onun gələcəkdə dəyişməsi bizim üçün qeyri- 
məlumdur.  İnvestorlar  nə  qədər  uzaq  perspektivi  nəzərə 
alırlarsa,  faiz  dərəcəsinin  qeyri-müəyyənliyi  də  bir  o 
qədər yuxarı olur. Buna görə də uzunmüddətli istiqrazlar 
qısamüddətlilərə  nisbətən  faiz  dərəcəsinin  dəyişməsinə 
qarşı  həssasdırlar.  Faiz  dərəcəsi  artıqda  səhmlərin 
məzənnəsi  də  aşağı  düşür,  çün  ki,  səhmlər  maliyyə 
alətləridir, misal üçün, depozit əmanətlərinə münasibətdə 
rəqibdirlər.  Artan  faiz  dərəcəsi  pul  bazarı  üçün  müsbət, 
bütünlükdə kapital bazarı üçün isə mənfi amildir. Gəlirin 
istinilən  qiymətli  kağızla  diskontlaşdırılması  uçot 
dərəcəsinin  kəmiyyəti  ilə  birbaşa  bağlıdır.  Uçot 
dərəcələri  nə  qədər  yuxarıdırsa,  gələcəkdə    nəzərdə 


 
180 
tutulmuş  gəliri  qazanmaq  məqsədilə  hazırkı  dövrdə 
qiymətli  kağızların  əldə  edilməsi  üçün  də  bir  o  qədər 
böyük  məbləğ  tələb  olunur.  Faiz  dərəcələri  aşağı 
düşdükdə  belə  bir  risk  təhlükəsi  yaranır  ki,  investorlar 
özlərinin  gələcək  gəlirlərini  daha  aşağı  faiz  dərəcələri 
altında yenidən  investisiyalaşdırmalı olacaqdır. 
İnflyasiya pulun alıcılıq qabliyyətini azaldır. İnvestor 
qiymətlərin  artımını  kompensasiya  edə  və  inflyasiyanın 
səviyyəsini  üstələyən  gəlir  səviyyəsini  təmin  edə  bilən 
maliyyə  alətləri  axtarır.  Hər  şeydən  çox  stabil 
iqtisadiyyat  şəraitində  məzənnə  dəyəri  daima  artan 
səhmlər  ən  dayanıqlı  səhmlər  hesab  olunur.  Əgər 
kompaniyanın  mənfəəti  sadəcə  olaraq  inflyasiyaya 
proporsional  olaraq artırsa və  ya hətta inflyasiyanın  orta 
səviyyəsindən  aşağıdırsa,  onda  belə  kompaniyanın 
səhminin  keyfiyyəti  böyük    olmayacaqdır.  Səhmin 
məzənnə  dəyərinin  müəssisə  fəaliyyətinin  iqtisadi 
göstəricilərindən asılılığı inflyasiyanın səviyyəsinin aşağı 
düşməsi  və  makroiqtisadi  şəraitin  stabilləşməsi  zamanı 
daha qabarıq şəkil alır. 
Mübadilə  məzənnəsinin  tərəddüdü  valyuta  riskinin 
ortaya  çıxmasına  səbəb  olur.  Bu  zaman  xarici 
investisiyaların  effektivliyi  dəyişir;  ixracatçı  və 
idxalatçıların  mənfəətlərinin  nisbəti  dəyişir;  inflyasiya 
gecikdirilir 
və 
ya 
əlavə  olaraq  stimullaşdırılır. 
İnflyasiyanın 
səviyyəsi 
dolların 
məzənnəsinin 
artmasından  asılı  olan  Azərbaycan  şəraiti  üçün  valyuta 
riski  xüsusi  əhəmiyyət  kəsb  edir,  çünki  inkişaf  etməmiş 
valyuta  bazarında  valyuta  məzənnəsinin  dəyişməsi  çox 
halda  iqtisadi  yox,  siyasi  amillərlə  müəyyən  olunur. 
Bundan  başqa,  valyuta  riskinin  kəmiyyəti  həmçinin 
valyuta  bazarı  alətlərinin  sayının  məhdud  olması  ilə  də 
müəyyən  olunur  ki,  bu  da  valyutaların  müxtəlif  növləri 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə