189
kassirlər tərəfindən mphürlənmiş paketlərdə, mücrülərdə
təşkilat rəhbərində saxlanılır. Rübdə bir dəfədən az
olmayaraq təşkilatın rəhbərinin təyin etdiyi komissiya
tərəfindən onun təftişi aparılır.Təftişin rnəticələri aktda
fiksə edili.
Açarın itdiyi aşkar edildikdə təşkilatın rəhbəri bu
barədə daxili işlər orqanına məlumat verməlidir və metdl
şkafın kilidinin dəyişdirilməsi üçün təcili tədbir
görməlidir.
Kassada müəssisəyə məxsus olmayan nəqd
pulların və digər qiymətli şeylərin saxlanması
qadağandır.
Bir kassiri olan təşkilatlarda, onun müvəqqəti
əvəz edilməsi zərurəti mövcud olduğu halda, kassirin
səlahiyyətlərinin yerinə yetirilməsi təşkilatın rəhbərinin
yazılı əmri ilə digər işçiyə həvalə olunur. Bu işçi ilə tam
maddi məsuliyyət barədə müqavilə bağlanır.
Kassir iş yerini gözlənilmədən tərk etdiyi halarda
onun hesabatında olan dəyərlilər dərhal müəssisə
rəhbərinin və baş mühasibin və ya müəssisə rəhbərinin
təyin etdiyi komissiya üzvlərinin iştirakı ilə digər kassir
tərəfindən sayılır və hesablanır. Hesablamaların nəticəsi
və dəyərlərin təhvil verilməsi barədə göstərilən şəxslərin
imzası ilə akt tərtib olunur.
Ştat üzrə kassiri olmayan kiçik təşkilatlarda bu
vəzifəni baş mühasib və ya təşkilat rəhbərinin yazılı
sərəncamı ilə maddi məsuliyyət haqda müqavilə
bağlamaq şərtilə digər işçi yerinə yetirə bilər.
Təşkilat rəhbərinin müəyyən etdiyi müddətlərdə,
həmçinin kassirlərin dəyişdirilməsi zamanı kassada olan
190
dəyərlilərin təftişi aparılır. Kassadakı nəqd pul qalığını
kassa kitabı üzrə uçot məlumatları ilə tutuşdururlar.
Kassanın təftişini həyata keçirmək üçün təşkilat
rəhbərinin əmri ilə komissiya təyin olunur və bu
komissiya akt tərtib edir. Təftiş zamanı kassada
dəyərlilərin əskikliyi və ya artıqlığı aşkar edilərsə, aktda
onun məbləği və əmələgəlmə səbəbləri göstərilməlidir.
Kassa
kitabının
avtomatlaşdırılmış
üsulla
aparıldığı şəraitdə kassa sənədlərinin işlənib-hazırlanması
üzrə
proqram
vasitələrinin
işinin düzgünlüyünün
yoxlanması həyata keçirilir.
Kassa əməliyyatlarının aparılması qaydalarına
əməl olunmasına görə məsuliyyət təşkilat rəhbərlərinin,
baş mühasiblərin və kassirlərin üzərinə düşür. Kassa
intizamının pozulmasında dəfələrlə günahkar olan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq məsuliyyətə cəlb olunurlar. Banklar sistematik
olaraq kassa əməliyyatlarının aparılması qaydasını
yoxlayırlar.
Nəqd pul kütləsi ilə iş şərtlərinə və kassa
əməliyyatlarının
aparılması
qaydalarına
əməl
olunmamasına görə qanunvericiliklə müəyyən edilmiş
qaydada müxtəlif cərimə sanksiyaları tətbiq olunur, o
cümlədən “kassa nəzarət maşınlarının tətbiq olunması”
qanunun tələblərinin pozulmasına görə də təşkilatlara və
onların rəhbərlərinə qarşı böyük məbləğlərdə cərimə
sanksiyaları tətbiq edilir.
2. Nəğdsiz hesablaşmalar banklarda müştərilərin
hesablaşma, cari və valyuta hesabları, müxabir hesabları
sistemi üzrə müxtəlif banklar arasında, qarşılıqlı
tələblərin klirinq məğbulu üzrə hesablama palataları
vasitəsilə, həmçinin nəğd pulu əvəz edən veksel və
191
çeklərin köməyi ilə nəqdsiz köçürmələr yolu ilə həyata
keçirilir.
Nəqdsiz hesablaşmaları əsasən, bank, kredit və
hesablaşma əməliyyatları vasitəsilə həyata keçirirlər.
Nəqdsiz formada hesablaşmalar pul tədavülü xərclərini
əhəmiyyətli dərəcədə azaltmağa, nəqd pul vəsaitlərinə
olan tələbatı aşağı salmağa imkan verir, həmçinin onların
daha etibarlı qorunmasını təmin edir.
Nəqdsiz hesablaşmaları əmtəə və qeyri-əmtəə
əməliyyatları
üzrə
həyata
keçirirlər.
Əmtəə
əməliyyatlarına xammalın, materialların, hazır məhsulun
və s. alqı-satqısını, qeyri-əmtəə əməliyyatlarına isə -
kommunal idarələri, elmi-tədqiqat təşkilatları, təhsil
müəssisələri ilə və s. hesablaşmaları aid edilir.
Əmtəə əməliyyatlarını nəqdsiz hesablaşmaların
bu formalarından istifadə etməklə həyata keçirirlər:
ödənc tapşırıqları- tələbnamələr, ödənc tapşırıqları,
akkreditivlər, plan ödəncləri qaydasında çeklərlə,
qarşılıqlı tələblərin məğbuluna əsaslanan veksellərdən
istifadə etməklə.
Malgöndərənin və alıcının yerləşdiyi məkandan
asılı olaraq nəqdsiz hesablaşmaları şəhərlərarası və
şəhərdaxili hesablaşmalara ayırırlar. Şəhərlərarası
hesablaşmalara müxtəlif yaşayış məntəqələrində yerləşən
bank idarələri tərəfindən xidmət göstərilən müəssisələr
arasındakı hesablaşmalar, şəhərdaxili hesablaşmalara isə
eyni yaşayış məntəqəsində yerləşən bir və ya iki bank
idarəsi tərəfindən xidmət göstərilən təşkilatlar arasındakı
hesablaşmalar aid edilir.
Şəhərlərarası hesablaşmaların əsas formaları –
ödənc tapşırıqları-tələbnamələri üzrə hesablaşmalar,
192
akkreditivlərlə, xüsusi hesablardan, pul köçürmələri,
şəhərdaxili hesablaşmaların əsas formaları – planlı
ödəmələr qaydasında hesablaşmalar, ödənc tapşırıqları-
tələbnamələri əsasında, ödənc tapşırıqları və hesablaşma
çekləri əsasında hesablaşmalar.
3. Hesablaşmaların bir forması müqavilədə müəyyən
edildiyi
hallarda
tətbiq
olunur. Hesablaşmaların
akkreditiv formasının xüsusiyyəti ondan ibarətdir ki,
ödəniş sənədlərinin ödənilməsi malgöndərən tərəfindən
əmtəələr yükləndikdən dərhal sonra onun yerləşdiyi
məkanda həyata keçirilir.
Akkreditiv – xüsusi hesab açılması barədə alıcının
bank şöbəsinin malgöndərənin bank şöbəsinə tapşırığıdır.
Bu hesabdan akkreditiv ərizəsində nəzərdə tutulmuş
şərtlərlə və ərizədə göstərilən məbləğ civarında
malgöndərənin haqqı dərhal ödənilir. Hər bir akkreditiv
yalnız bir malgöndərənlə hesablaşmalar üçün nəzərdə
tutulur və müqavilədə göstərilən müddət ərzində qüvvədə
olur və yalnız malgöndərənin və alıcının razılığı ilə
uzadıla bilər.
Akkreditivlər üzrə ödəmələri onun qüvvədə olduğu
müddətdə
malgöndərənin
bankında
malgöndərən
tərəfindən
əmtəələrin yüklənməsini təsdiq edən
hesabların reyestri və nəqliyyat və ya qəbul-təhvil
sənədləri təqdim olunduqdan sonra akkreditivin tam
mabləğində və ya hissə-hissə həyata keçirilir. Hesabların
reyestri malgöndərən tərəfindən ona xidmət göstərən
bank müəssisəsinə, bir qayda olaraq, əmtəələrin
yükləndiyi gündən bir gün sonra təhvil verilməlidir.
Qeyd:
1-akkreditiv ərizəsi;
Dostları ilə paylaş: |