PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə48/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   44   45   46   47   48   49   50   51   ...   76

 
189 
kassirlər  tərəfindən  mphürlənmiş  paketlərdə,  mücrülərdə 
təşkilat  rəhbərində  saxlanılır.  Rübdə  bir  dəfədən  az 
olmayaraq  təşkilatın  rəhbərinin  təyin  etdiyi  komissiya 
tərəfindən  onun  təftişi  aparılır.Təftişin  rnəticələri  aktda 
fiksə edili. 
Açarın itdiyi aşkar edildikdə təşkilatın rəhbəri bu 
barədə daxili işlər orqanına məlumat verməlidir və metdl 
şkafın  kilidinin  dəyişdirilməsi  üçün  təcili  tədbir 
görməlidir. 
Kassada  müəssisəyə  məxsus  olmayan  nəqd 
pulların  və  digər  qiymətli  şeylərin  saxlanması 
qadağandır. 
Bir  kassiri  olan  təşkilatlarda,  onun  müvəqqəti 
əvəz  edilməsi  zərurəti  mövcud  olduğu  halda,  kassirin 
səlahiyyətlərinin  yerinə  yetirilməsi  təşkilatın  rəhbərinin 
yazılı əmri ilə digər işçiyə həvalə olunur. Bu işçi ilə tam 
maddi məsuliyyət barədə müqavilə bağlanır. 
Kassir iş yerini gözlənilmədən tərk etdiyi halarda 
onun  hesabatında  olan  dəyərlilər  dərhal  müəssisə 
rəhbərinin  və  baş  mühasibin  və  ya  müəssisə  rəhbərinin 
təyin  etdiyi  komissiya  üzvlərinin  iştirakı  ilə  digər  kassir 
tərəfindən  sayılır  və  hesablanır.  Hesablamaların  nəticəsi 
və dəyərlərin təhvil verilməsi barədə  göstərilən şəxslərin 
imzası ilə akt tərtib olunur. 
Ştat  üzrə  kassiri  olmayan  kiçik  təşkilatlarda  bu 
vəzifəni  baş  mühasib  və  ya  təşkilat  rəhbərinin  yazılı 
sərəncamı  ilə  maddi  məsuliyyət  haqda  müqavilə 
bağlamaq şərtilə digər işçi yerinə yetirə bilər. 
Təşkilat  rəhbərinin  müəyyən  etdiyi  müddətlərdə, 
həmçinin  kassirlərin  dəyişdirilməsi  zamanı  kassada  olan 


 
190 
dəyərlilərin  təftişi  aparılır.  Kassadakı  nəqd  pul  qalığını 
kassa  kitabı  üzrə  uçot  məlumatları  ilə  tutuşdururlar. 
Kassanın  təftişini  həyata  keçirmək  üçün  təşkilat 
rəhbərinin  əmri  ilə  komissiya  təyin  olunur  və  bu 
komissiya  akt  tərtib  edir.  Təftiş  zamanı  kassada 
dəyərlilərin  əskikliyi  və  ya  artıqlığı  aşkar  edilərsə, aktda 
onun məbləği və əmələgəlmə səbəbləri göstərilməlidir. 
Kassa 
kitabının 
avtomatlaşdırılmış 
üsulla 
aparıldığı şəraitdə kassa sənədlərinin işlənib-hazırlanması 
üzrə 
proqram 
vasitələrinin 
işinin  düzgünlüyünün 
yoxlanması həyata keçirilir. 
Kassa  əməliyyatlarının  aparılması  qaydalarına 
əməl  olunmasına  görə  məsuliyyət  təşkilat  rəhbərlərinin, 
baş  mühasiblərin  və  kassirlərin  üzərinə  düşür.  Kassa  
intizamının pozulmasında dəfələrlə günahkar olan şəxslər 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq 
olaraq  məsuliyyətə  cəlb  olunurlar.  Banklar  sistematik 
olaraq  kassa  əməliyyatlarının  aparılması  qaydasını 
yoxlayırlar. 
Nəqd  pul  kütləsi  ilə  iş  şərtlərinə  və  kassa 
əməliyyatlarının 
aparılması 
qaydalarına 
əməl 
olunmamasına  görə  qanunvericiliklə  müəyyən  edilmiş 
qaydada  müxtəlif  cərimə  sanksiyaları  tətbiq  olunur,  o 
cümlədən  “kassa  nəzarət  maşınlarının  tətbiq  olunması” 
qanunun tələblərinin  pozulmasına görə də təşkilatlara və 
onların  rəhbərlərinə  qarşı  böyük  məbləğlərdə  cərimə 
sanksiyaları tətbiq edilir. 
2.  Nəğdsiz  hesablaşmalar  banklarda  müştərilərin 
hesablaşma, cari və valyuta hesabları, müxabir hesabları 
sistemi  üzrə  müxtəlif  banklar  arasında,  qarşılıqlı 
tələblərin  klirinq  məğbulu  üzrə  hesablama  palataları 
vasitəsilə,  həmçinin  nəğd  pulu  əvəz  edən  veksel  və 


 
191 
çeklərin  köməyi  ilə  nəqdsiz  köçürmələr  yolu  ilə  həyata 
keçirilir.  
Nəqdsiz  hesablaşmaları  əsasən,  bank,  kredit  və  
hesablaşma  əməliyyatları  vasitəsilə  həyata  keçirirlər. 
Nəqdsiz  formada  hesablaşmalar  pul  tədavülü  xərclərini 
əhəmiyyətli  dərəcədə  azaltmağa,  nəqd  pul  vəsaitlərinə 
olan tələbatı aşağı salmağa imkan verir, həmçinin onların 
daha etibarlı qorunmasını təmin edir. 
Nəqdsiz  hesablaşmaları  əmtəə  və  qeyri-əmtəə 
əməliyyatları 
üzrə 
həyata 
keçirirlər. 
Əmtəə 
əməliyyatlarına xammalın, materialların, hazır məhsulun 
və  s.  alqı-satqısını,  qeyri-əmtəə  əməliyyatlarına  isə  - 
kommunal  idarələri,  elmi-tədqiqat  təşkilatları,  təhsil 
müəssisələri ilə və s. hesablaşmaları aid edilir. 
Əmtəə  əməliyyatlarını  nəqdsiz  hesablaşmaların 
bu  formalarından  istifadə  etməklə  həyata  keçirirlər: 
ödənc  tapşırıqları-  tələbnamələr,  ödənc  tapşırıqları, 
akkreditivlər,  plan  ödəncləri  qaydasında  çeklərlə, 
qarşılıqlı  tələblərin  məğbuluna  əsaslanan  veksellərdən 
istifadə etməklə. 
Malgöndərənin  və  alıcının  yerləşdiyi  məkandan 
asılı  olaraq  nəqdsiz  hesablaşmaları  şəhərlərarası  və 
şəhərdaxili  hesablaşmalara  ayırırlar.  Şəhərlərarası 
hesablaşmalara müxtəlif yaşayış məntəqələrində yerləşən 
bank  idarələri  tərəfindən  xidmət  göstərilən  müəssisələr 
arasındakı  hesablaşmalar,  şəhərdaxili  hesablaşmalara  isə 
eyni  yaşayış  məntəqəsində  yerləşən  bir  və  ya  iki  bank 
idarəsi tərəfindən xidmət göstərilən təşkilatlar arasındakı 
hesablaşmalar aid edilir. 
Şəhərlərarası  hesablaşmaların  əsas  formaları  – 
ödənc  tapşırıqları-tələbnamələri  üzrə  hesablaşmalar, 


 
192 
akkreditivlərlə,    xüsusi  hesablardan,    pul  köçürmələri, 
şəhərdaxili  hesablaşmaların  əsas  formaları  –  planlı 
ödəmələr  qaydasında  hesablaşmalar,  ödənc  tapşırıqları- 
tələbnamələri  əsasında,  ödənc  tapşırıqları  və  hesablaşma 
çekləri əsasında hesablaşmalar. 
3.  Hesablaşmaların bir  forması müqavilədə müəyyən 
edildiyi 
hallarda 
tətbiq 
olunur.  Hesablaşmaların 
akkreditiv  formasının  xüsusiyyəti  ondan  ibarətdir  ki, 
ödəniş  sənədlərinin  ödənilməsi  malgöndərən  tərəfindən 
əmtəələr  yükləndikdən  dərhal  sonra  onun  yerləşdiyi 
məkanda həyata keçirilir. 
Akkreditiv  –  xüsusi  hesab  açılması  barədə  alıcının 
bank şöbəsinin malgöndərənin bank şöbəsinə tapşırığıdır. 
Bu  hesabdan  akkreditiv  ərizəsində  nəzərdə  tutulmuş 
şərtlərlə  və  ərizədə  göstərilən  məbləğ  civarında 
malgöndərənin  haqqı  dərhal  ödənilir.  Hər  bir  akkreditiv 
yalnız  bir  malgöndərənlə  hesablaşmalar  üçün  nəzərdə 
tutulur və müqavilədə göstərilən müddət ərzində qüvvədə 
olur  və  yalnız  malgöndərənin  və  alıcının  razılığı  ilə 
uzadıla bilər. 
Akkreditivlər  üzrə  ödəmələri  onun  qüvvədə  olduğu 
müddətdə 
malgöndərənin 
bankında 
malgöndərən 
tərəfindən 
əmtəələrin  yüklənməsini  təsdiq  edən 
hesabların  reyestri  və  nəqliyyat  və  ya  qəbul-təhvil 
sənədləri  təqdim  olunduqdan  sonra  akkreditivin  tam 
mabləğində və  ya hissə-hissə həyata keçirilir. Hesabların 
reyestri    malgöndərən  tərəfindən  ona  xidmət  göstərən 
bank  müəssisəsinə,  bir  qayda  olaraq,  əmtəələrin 
yükləndiyi gündən bir gün sonra təhvil verilməlidir. 
Qeyd: 
1-akkreditiv ərizəsi; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə