PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə44/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   40   41   42   43   44   45   46   47   ...   76

 
174 
informasiyanın idarəetmənin obyekt və subyekti arasında  
dövr  etməsi  şərtilə  həyata  keçirilə  bilər.  Göstərilən 
informasiyaya  bu  və  ya  digər  sığorta  halının  və  ya 
hadisənin  baş  vermə  ehtimalı,  əmtəələr  və  kapital  üzrə 
tələbin  mövcud  olması  və  kəmiyyət  müştərilərin, 
partnyorların,  rəqiblərin  və  s.  maliyyə  dayanıqlığı  və 
ödəmə  qabliyyətliliyi  haqqında  məlumatlar  daxil  edilir. 
Təsərrüfat  subyekti  təkcə  informasiyanı  toplamağı  yox, 
həm  də  onu  saxlamağı  və  lazım  olduqda  informasiyanın 
sürətlə tapmağa imkan verən kompyuterdir. 
Kommersantlar 
müəyyən 
funksiyaları  yerinə 
yetirirlər. Bunlar aşağıdakılardan ibarətdir: 
-
 
İdarəetmə  obyektinin  funksiyaları,  buraya  riskə 
yol  verilməsinin;  riskli  kapital  qoyuluşlarının; 
riskin  dərəcəsinin    azaldılması  üzrə  işlərin; 
riskdən 
sığortalanma  prosesinin;  təsərrüfat 
prosesinin 
subyektləri 
arasındakı 
iqtisadi 
münasibət və əlaqələrin təşkil edilməsi daxildir
-
 
 İdarəetmə 
subyektinin  funksiyaları,  buraya 
proqnozlaşdırma, 
təşkiletmə, 
kordinasiya, 
tənzimləmə, stimullaşdırma və nəzarət daxildir. 
Proqnozlaşdırma  özündə  ümumən  obyektin  və 
onun  müxtəlif  hissələrinin  maliyyə  vəziyyətinin 
dəyişmə  perspektivlərinin  işlənib  hazırlanmasını  əks 
etdirir. 
Proqnozlaşdırma 
müəyyən 
hadisələrin 
əvvəlcədən  görülməsidir.  Təşkiletmə  riskli  kapital 
qoyuluşu  proqramını  müştərək  şəkildə  reallaşdıran 
insanların  müəyyən  qaydada  və  prosedurlar  əsasında 
birləşdirilməsidir.  Kordinasiya  riskin  idarə  edilməsi 
sisteminin  bütün  halqalarının  işinin  uzlaşmasının 
təmin 
edilməsinin, 
stimullaşdırma 
maliyyə 
menecerlərində 
və 
başqa  mütəxəssislərdə  öz 


 
175 
əməklərinin nəticəsinə qarşı maraq oyatmaq, nəhayət, 
nəzarət  riskin  dərəcəsinin  azaldılması  üzrə  işlərin 
təşkilinin yoxlanılmasıdır. 
Riskin  hazır  reseptləri  olmur  və  ola  da  bilməz. 
Amma  onun  metodlarını,  üsullarını  bu  və  ya  digər 
təsərrüfat məsələlərinin həlli yollarını bilərək konkret 
situasiyada  nəzərə  çarpan  uğura  nail  olmaq  olar. 
Riski  hesablamaq  qeyri  -mümkün  olduqda,  riskli 
qərarların  qəbulu  evristikanın  köməyi  ilə  həyata 
keçirilir  ki,  bu  da  özündə  həqiqətin  nəzəri  olaraq 
tədqiqi  və  tapılmasının  məntiqi  üsulları  çoxluğunu 
əks  etdirir.  Başqa  sözlə  desək,  bu,  xüsusi  mürəkkəb 
məsələlərin  həlli  üsullarıdır.  Risk  –  menecmenti  risk 
şəraitində  qərar  qəbul  etmək  üçün  özünün  evristik 
üsullar sisteminə malikdir: 
-
 
Şəxsi  kapitalın  yol  verdiyindən  daha  çox  risk 
etmək olmaz; 
-
 
Hər  zaman    riskin  həticələri  haqqında  düşünmək 
lazımdır; 
-
 
Müsbət qərar yalnız şübhənin olduğu halda qəbul 
olunur; 
-
 
Az üçün çox da riskə getmək olmaz
-
 
Şübhə olduqda mənfi qərar qəbul olunur
-
 
Elə düşünmək olmaz ki, hər zaman yalnız bir yol 
var, ola bilsin, başqa variantlar da mövcuddur. 
 Riskli  kapital  qoyuluşu  haqqında  qərar  qəbul  etməzdən 
əvvəl  maliyyə  meneceri  bu  risk  üzrə  maksimal  zərərin 
həcmini  müəyyən  etməli;  onu  sərmayə  edilən  kapitalın 
həcmi  ilə  müqayisə  etməli;  onu  bütün  şəxsi  maliyyə 


 
176 
resursları  ilə  tutuşdurmalı  və  bu  kapital  itkisinin 
investoru 
müflisləşməsinə 
gətirib 
çıxarıb-
çıxarmayacağını 
müəyyən 
etməlidir. 
Kapital 
qoyuluşudan  zərərin  həcmi  verilmiş  kapitalın  həcminə 
bərabər, ondan az və ya çox ola bilər. 
 
Risk-menecmentin  ayrılmaz  elementi  nəzərdə 
tutulmuş  proqramın  yerinə  yetirilməsi  üzrə  tədbirlərin 
təşkilidir,  yəni  bu  işlərin  maliyyələşdirilməsi  üzrə 
tədbirlərin,  maliyyələşdirmənin    həcmi  və  mənbələrinin, 
yerinə  yetirilmə  müddətlərinin  müəyyən  edilməsi  və  s. 
dir.  Nəzərdə  tutulmuş  proqramın  yerinə  yetirilməsi 
üzərində nəzarət, riskli qərarın seçilmiş variantının təhlili 
və  nəticələrinin  qiymətləndirilməsi  risk  -  menecmentin 
təşkilinin mühüm mərhələsidir.  
 
Kommersiya  riskinin  təşkili  riskin idarə edilməsi 
orqanının  müəyyən  edilməsini  nəzərdə  tutur  ki,  bu  da 
maliyyə  meneceri,  risk  üzrə  menecer  və  ya  müvafiq 
idarəetmə  aparatı,  məsələn,  riskli  kapital  qoyuluşları 
şöbəsi  ola  bilər  və  o  da  aşağıdakı  funksiyaları  həyata 
keçirməlidir: 
-
 
Vençur  və  portfel  investisiyaları,  yəni  qüvvədə 
olan  qanunvericiliyə  və  təsərrüfat  subyektinin 
nizamnaməsinə  müvafiq  olaraq  riskli  sərmayə 
həyata keçirməli; 
-
 
Risqli  investisiya  fəaliyyəti  proqramını  işləyib 
hazırlamalı; 
-
 
ətraf şərait haqqında informasiya toplamalı, təhlil 
etməli, işləməli və saxlamalı; 
-
 
sığorta  fəaliyyətini  həyata  keçirməli,  sığortalama 
və  yenidən  sığortalama  müqavilələri  bağlamalı, 


 
177 
sığortalama və  yenidən  sığortalama  əməliyyatları 
aparmalı; 
-
 
riskli kapital qoyuluşları üzrə müvafiq mühasibat, 
statistik və operativ hesabdarlığn aparılmasıdır. 
Kommersiya  riskinin  strategiyası  qeyi-müəyyən 
təsərrüfat  situasiyasında  riskin  proqnozlaşdırılmasına  və 
onun  dərəcəsinin  azaldılmasının  müxtəlif  üsullarına 
əsaslanan  riskin  idarə  edilməsi  sənətidir.  Bu  strategiya 
özünə  riskili  qərarların  və  qərar  variantının  seçilməsi 
üsulunun qəbul olunduğu qaydaları daxil edir. 
Riskin strategiyasına aşağıdakı qaydalar tətbiq edilir: 
-
 
maksimum uduş; 
-
 
nəticənin optimal ehtimalı; 
-
 
nəticənin optimal tərəddüdü
-
 
uduş 
və 
riskin 
kəmiyyətinin 
optimal 
uyğunlaşdırılması. 
Uduşun  maksimumu  qaydasının  mahiyyəti  ondan 
ibarətdir  ki,  riskli  kapital  qoyuluşunun  mümkün 
variantlarından investor üçün minimal və ya əlverişli risk 
dərəcəsində nəticənin ən böyük effektivliyini təmin edən 
variant seçilir. 
2.  Riskin  müəyyən  edilməsi  investisiya  qərarlarının 
qəbulu  zamanı  xüsusilə  vacibdir.  Risk  və  qeyri-
müəyyənlik  şəraitində  investisiya  layihələrinin  seçilməsi 
meyarları çox halda riskin dərəcəsindən asılı olur. Qərar 
rəhbərin  fərdi  olaraq  riskə  meyilliyi,  habelə  firmanın 
mövcud  olduğu  konkret  situasiya  ilə  müəyyən  edilir. 
Menecer  yeni  layihəni  digər  variantlarla  və  firma 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə