PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə40/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   36   37   38   39   40   41   42   43   ...   76

 
158 
 
Hərrac 
(auksion) 
ticarəti- 
topdansatış  və 
pərakəndə  ticarətin  elə  bir  növüdür  ki,  bu  zaman  satıcı 
mənfəət  əldə  etmək  məqsədilə  eyni  bir  vaxtda  satışda 
iştirak  edən  bir  neçə  alıcı  arasında  birbaşa  rəqabət 
prinsipindən istifadə edir. 
 
Auksion – açıq hərrac zamanı elə malların satışıdır 
ki.  onlar  fərdi  xüsusiyyətlərə  və  dəyərlərə  malik  olurlar. 
Onların  açıq  satışı  müəyyən  olunmuş  yerdə  və 
qabaqcadan qoyulan vaxtda həyata keçirilir. 
 
“Kim çox” prinsipi ilə malların və digər dəyərlərin 
satış  forması  kimi  auksionlar:  əmtəə  və  valyuta 
auksionlarına  bölünürlər.  Auksionun  əsas  iştirakçılarına: 
dəyərlərin  sahibi  (satıcı),  auksionun  təşkilatçısı,  alıcı 
aiddirlər.  Auksion  hərracını  auksionist  həyata  keçirir  və 
o, satışın keçirilməsi zamanı qiymətləri və yüksək qiymət 
təklif eyləyən alıcını elan etmək səlahiyyətinə malikdir. 
 
Əmtəə  auksionlarında  incəsənət  əsərləri,  zərgərlik 
məmulatları, xəzlər, əntiq əşyalar və digər unikal, çox az-
az  rast  gəlinən  və  yüksək  tələb  olunan  mallar    və  digər 
qəyərlər  satılır.  Auksionlar  bir  qayda  olaraq,  aşkar  və 
yaxud qeyri-aşkar formada keçirilən qiymətin qalxmasına 
və qiymətin aşağı düşməsinə olan auksionlara bölünürlər.  
Qiymətlərin 
qalxmasına 
keçirilən 
aşkar 
auksionlar  zamanı  hərrac  satıcı  tərəfindən  müəyyən 
olunan  minimal  qiymət  elan  edildikdən  sonra  başlanır. 
Bundan sonra alıcılar könüllü surətdə  alışın  son  qiyməti 
müəyyən olunanadək əlavələr edirlər, hərrac auksionistin 
çəkicinin  üçüncü  zərbəsindən  sonra  alıcının  nömrəsi  və 
son qiymət elan olunduqdan sonra bitmiş hesab olunur. 
İlkin  qiymət  auksionun  təşkilatçısı  və  malın  sahibi 
arasında müqavilə ilə müəyyən olunur.  


 
159 
Qeyri-aşkar 
auksionda 
 
alıcılar  qiymətin 
qaldırılması  barədə  auksionistə  əvvəlcədən  müəyyən 
olunan  razılıq  işlərini  verirlər.  Auksionist  alıcının  adını 
demədən hər dəfə yeni qiymət elan edir. Auksionun aşkar 
olmayan keçirilməsi alıcının adını gizli saxlamağa imkan 
verir. 
Auksion  satış  zamanı  auksionist  satılan  mala  görə 
heç  bir  məsuliyyət  daşımır,  çünkialıcılar  mallarla 
hərracın  keçirilməsindən  əvvəl  təfsilatı  ilə  qabaqcadan 
tanış ola bilərlər. 
Auksionlar  qiymətin  aşağı  düşməsinə  görə  keçirilə 
bilər.  Qiyməti  tədricən  azaldılan  auksionlar  açıq-aşkar 
yüksək  müəyyən  olunan  ilkin  start  qiymət  elan 
olunduqdan  sonra  başlayır,  bu  qiymət    sonradan  o 
səviyyəyə kimi aşağı salınır ki, hərracın iştirakçılarından 
biri  onu  almağa  razılığını  versin.  Son  zamanlar  məcburi 
auksionlar  da  yayılmışdır  ki,  bunlar  da  kommersiya 
firmasının və  yaxud şirkətinin müflisləşdirilməsi zamanı 
təşkil olunurlar, yəni məcburi satış, başqa sözlə, “hərracla 
satış” adlandırırlar. 
 
Hərracda  qiymət  artımı  aşkarlıq  və  qeyri-aşkarlıq 
üsulu ilə də aparıla bilər. 
 
Qeyri-aşkarlıq  şəraitində (xəlvəti) alıcılar hərracdan 
əvvəlcədən  mala  ediləcək  qiymət  əlavələr  barədə  razılıq 
alır  və  mala  qoyulan  yeni  qiyməti  elan  edirlər.  Hərracçı 
isə  hər  dəfə  alıcının  adını  çəkməyərək  malın  yeni 
qiymətini  elan  edir.  Xəlvəti  ticarət  zamanı  alıcının  adını 
gizli şəkildə saxlamaq mümkündür. 
 
Hərraclar  müvafiq  binalar,  avadanlıqlar  yüksək 
ixtisaslı  heyətlə  təmin  olunmuş  kommersiya  təşkilatı 
hesab edilir. 
 


 
160 
Azərbaycanda  hərrac  ticarəti  ticarət  təşkilatları  və 
müəssisələri  tərəfindən  təşkil    olunur.  Belə  hərraclar 
Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə və digər iri 
şəhərlərdə  fəaliyyət  göstərirlər.  Sözü  gedən  hərraclarda 
əsas  alıcılar,  xarici  ölkələrin  topdan  mal  alan  firmaları 
olurlar.  Adi  ticarət  qaydalarından  fərqli  olaraq  hərrac 
ticarətində  satıcılar  malların  keyfiyyətinə  məsuliyyət 
daşımır.  Hərracın  keçirilməsi  hərrac  komitəsi  tərəfindən 
idarə  olunur.  Bu  heyyətə  sədr  (hərracın  direktoru), 
kommersant,  hüquqşünas-  məsləhətçi,  ekspert,  hərracçı 
və mühasib daxildir. 
 
Malları  hərraca  qəbul  etmək  üçün  satıcılar  hərraca 
mal  vermək  istəyənlərə  müəyyən  təkliflər  edirlər. 
Təklifdə  satışa  verilən  malların  tam  adı,  onun  haqqında 
qısa  yazılar,  malın  istehlak  xassəsi  və  keyfiyyəti, 
nüsxələrin  sayı,  həm  də  sahibi  haqqında  məlumatlar 
göstərilir. 
 
Hərraclarda satılan mallar (əmlaklar) üçün ekspertlər 
tərəfindən  ilkin  qiymətlər  müəyyənləşdirilir.  Bəzi 
hallarda  satıcı  və  hərrac  komitəsinin  işçiləri  hərraca 
gətirilən  malları  həddindən  aşağı  qiymətə  satılmamaq 
üçün  “ehtiyat”  qiymətlər  nəzərdə  tuturlar.  Yəni,  mal 
nəzərdə  tutulan  (razılaşdırılmış)  qiymətdən  aşağı  satıla 
bilməz.  Hərrac  vasitəsilə  satılan  mallar  tərəflərin 
maraqlarını təmin etməklə hərrac vasitəsilə razılaşdırılır. 
 
Satıcılardan  qəbul  edilmiş  mallar,  kəmiyyət  və 
keyfiyyət göstəricilərinə görə çeşidlənir və hər partiyadan 
nümunə  götürürlər.  Hər  bir  mal  vahidi,  yaxud  da  mal 
partiyası satılmaq üçün nömrələnir və hərraca verilir. 
 
 Malların  çeşidlənməsi  qutardıqdan  sonra  hərrac 
siyahısı tərtib edilir, hərrac tərəfindən nümunələrin adları 
göstərilməklə  alıcılara  müvafiq  məlumatları  əks  etdirən 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə