PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə37/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   33   34   35   36   37   38   39   40   ...   76

 
146 
-
 
Yüksək  faizlər  üzündən  bank  kreditlərindən 
istifadənin mümkünsüzlüyü və s. 
Ticarətin inkişafı problemləri aşağıdakılardır: 
-
 
Əmtəələrin vasitəçi strukturları ilə satışı artmışdır; 
-
 
Cəmiyyətin  təbəqələşməsi.  Əhalinin  təxminən 
üçdə  biri  yaşayış  minimumundan  aşağı  gəlirlərə 
malikdir.  Buna  görə  də,  təbii  ki,  ildənilə  ilkin 
tələbat malları və ilk növbədə, ərzaq malları üzrə 
tələb artır. 
Malgöndərənlərə  möhkəm  təsərrüfat  əlaqələrinin 
qurulması  və  istehsalçılarla  müqavilələrin  bağlanılması 
bazara  yeni  rəqabətqabliyyətli  əmtəə  ilə  çıxmağa 
yardımçı olacaqdır. 
Çeşidin  formalaşdırılması  üzrə  əsas  çətinliklər 
ondan  ibarətdir  ki,  istehsal  edilən  əmtəələrin  çeşidi 
daralır. Bir sıra əmtəəni istehsalçılar elə yüksək qiymətə 
təklif edirlər k, ticarət müəssisəsi onları böyük mənfəətlə 
sata  bilmir.  Burada  ziddiyyət  mövcuddur:  bir  tərəfdən, 
ticarət firması yalnız ən böyük mənfəət gətirən əmtəələrlə 
ticarət  aparmalıdır,  digər  tərəfdən,  bi  istehlakçılar  üçün 
zəruri  olan  bir  sıra  əmtəələrin  çeşid  qruplarının 
piştaxtalardan  yox  olmasına  gətirib  çıxarır.  Rəhbərlər 
istehlakçıların 
təmin 
edilməsi 
üçün 
əmtəələrin 
tədarükünün  çıxış  qiymətləri  üzrə  işlənib  hazırlanması 
hesabına çeşidin azalmasına yol verməməlidirlər. 
Əmtəə  ehtiyatlarının  tərəddüdü  və  əmtəələrin 
göndərilməsilə bağlı çətinliklər mənfəətə və müəssisənin 
rentabelliyinə mənfi təsir göstərir və əmtəə ehtiyatlarının 
idarə  edilməsi  məsələsini  ən  mühüm  məqsədə  çevirir. 
Əmtəə  ehtiyatları  ölçüsünün  optimallaşdırılmasına 


 
147 
istiqamətlənmiş  tədbirlər  kompleksini işləyib  hazırlamaq 
lazımdır: əmtəə əlavəsinin azaldılması, yaxud artırılması, 
mübadilə əməliyyatları, səyyar ticarət və s. 
Satışın  idarə  edilməsi  əhalinin  tələbindən  və 
bazardakı  rəqabətdən,  nağd  pulların  məbləğindən  və 
onları  sərf  etmək  imkanından  bir  başa  asılıdır.  Bu, 
əmtəllərin  tədarükü  zamanı  istiqamətlənməni  zəruri  idi. 
Effektiv  satış  üçün  özünəxidmət  metodundan  geniş 
istifadə  etmək,  xidmət  göstərilməsi  mədəniyyətinə  daha 
çox  diqqət  ayırmaq  lazımdır.  Xidmət  göstərilməsi 
mədəniyyəti heyətin motivləşdirilməsi ilə sıx əlaqədardır. 
Hazırda  motivləşdirmənin  əsas  üsulu  -  əməkhaqqıdır. 
Ticarət müəssisəsi üçün işçini maraqlandıracaq səviyyədə 
əməkhaqqını  qazanmaq  getdikcə  daha  çətin  olur.  Bu, 
həyatın  kəskin  bahalaşması,  ticarət  müəssisələrinin 
məhsuldarlığının  və  əməyin  effektivliyinin  azalması  ilə 
izah olunur. 
Reklamın  idarə  edilməsində  əsas  çətinlik  reklamın 
daha  ucuz  növlərinin  tətbiqi  ilə  azaldıla  bilən  pul 
xərclərinin zəruriliyidir. 
Təşkilatın  birbaşa  mühitinin  öyrənilməsi  xarici 
mühitin  təşkilatın  birbaşa  qarşılıqlı      təsirdə  olan  tərkib 
hissələrinin vəziyyətinin təhlilinə istiqamətlənmişdir.  
Təşkilatın  birbaşa  mühitinin  komponenti  kimi, 
alıcıların  təhlili,  ilk  növbədə,  təşkilat  tərəfindən 
reallaşdırılan məhsulu alan şəxslərin ixtisasının müəyyən 
edilməsi vəzifəsinə malikdir. 
Malgöndərənlərin təhlili təşkilatı müxtəlif xammal, 
yarımfabrikat,  enerji  və  informasiya  resursları,  maliyyə 
və  s.  ilə  təmin  edən  subyektlərin  fəaliyyətinin  təşkilatın 
işinin  effektivliyinin,  maya  dəyəri  və  təşkilat  tərəfindən 


 
148 
istehsal  edilən  məhsulun  keyfiyyətinin  asılı  olduğu 
aspektlərinin aşkar edilməsinə istiqamətlənir. 
Malgöndərənlərin öyrənilməsi zamanı, ilk növbədə, 
onların  fəaliyyətinin  aşağıdakı  xüsusiyyətlərinə  diqqət 
yetirmək lazımdır: 
-
 
Göndərilən  əmtəələrin  dəyəri  və  keyfiyyətinə 
zəmanət; 
-
 
Əmtəələrin  göndərilməsi  şərtlərinin  yerinə 
yetirilməsinin 
vaxt 
qrafiki, 
dəqiqliyi 
və 
mütləqliyi. 
Rəqiblərin,  yəni  müəssisənin  öz  mövcudluğunu 
təmin  etmək  məqsədilə  alıcılar  və  xarici  mühitdən  əldə 
etməyə  çalışdığı  resurslar  üçün  mübarizə  apardığı 
subyektlərin  öyrənilməsi  idarəetmədə  çox  mühüm  və 
xüsusi  yer  tutur.    Rəqiblərin    sistematik  öyrənilməsi 
aşağıdakılara imkan yaradır: 
-
 
firmanın  şəxsi    uğurlarının  daha  adekvat  şəkildə 
qiymətləndirilməsinə; 
-
 
resurslardan 
istifadə 
edilməsinin 
prioritet 
istiqamətlərinin müəyyən edilməsinə
-
 
onlar  tərəfindən  həyata  keçirilən  tədbirlərə 
operativ reaksiya verilməsinə
-
 
müəssisənin 
bazarda 
mövqeyinin 
möhkəmləndirilməsinə. 
İşçi  qüvvəsi  bazarının  təhlili  təşkilatın,  onun 
vəzifələrini  həyata  keçirmək  üçün  lazım  olan  kadrlarla 
təmin  edilməsinə  və  onun  potensial  imkanlarının  aşkar 
edilməsinə istiqamətlənmişdir. 


 
149 
Təşkliatın daxili mühiti – ümumi mühitin təşkilatın 
hüdudları  daxilində  olan  hissəsidir.  Daxili  mühitin 
öyrənilməsi 
firmanın  rəqabət  mübarizəsində  öz 
məqsədlərinə  nail  olma  prosesində  arxalana  biləcəyi 
imkanları  və  potensialı  müəyyən  edir.  Bu  iş  prosesində 
kommersiya 
fəaliyyətinin 
strategiyası 
işlənib 
hazırlandığından, 
daxili 
mühitin 
təhlili 
özünə 
kommersiya  fəaliyyətinin  idarə  edilməsi  sisteminin  və 
təşkilati mədəniyyətin təhlilini daxil etməlidir. 
İdarəetmə mexanizmi özünə idarəetmənin  məqsəd, 
vəzifə, prinsip, funksiya və metodlarını birləşdirir. 
Ticarət  müəssisələri  özündə,  fəaliyyəti  ümumi 
məqsədə  nail  olunması  üçün  şüurlu  olaraq  koordinasiya 
edilən təşkilati – insan qrupunu əks etdirir. 
Təşkilatın  məqsədi  –  qrupun  birgə  işləyərək  nail 
olmaq  istədiyi  konkret  son  vəziyyət  və  ya  axtarılan 
nəticələrdir.  
Heç bir təşkilat, əgər o, nəyə səy göstərməyi və öz 
fəaliyyəti ilə nəyə nail olmağı ifadə edən dəqiq müəyyən 
olunmuşməqsədə, istiqamətlərə malik deyildirsə, rəqabət 
mübarizəsində 
uğur 
qazana 
bilməz. 
Təşkilatın 
məqsədinin  qoyuluşu  onun  missiyasının  müəyyən 
edilməsindən başlayır. 
Əgər  missiya  təşkilatın  mövcudluq  mahiyyətini 
ifadə 
edən 
fəaliyyətinin 
ümumi 
məqsədlərini, 
istiqamətlərini  verirsə,  onda  təşkilatın  hər  an  səy 
göstərdiyi konkret vəziyyət onun məqsədləri şəklində əks 
edilir. 
Məqsəd- insan fəaliyyətində yol göstərən ulduzdur, 
nəticələri  bir-birinin  ardınca  əldə  etməyə  imkan  verir  və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə