PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə34/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   30   31   32   33   34   35   36   37   ...   76

 
134 
olmaqdan  ibarətdir.  İkincisi,  tələbin  variasiyasının 
(dəyişilməsini)  dəqiqliklə  müəyyənləşdirmək  olar  ki,  bu 
da  məhsulun  və  müvafiq  olaraq  onun  reklamının  əsasını 
təşkil  edə  bilər.  Mənfəətin  ölçüsü  və  reklam  üçün  zəruri 
olan  vəsaitl  ərin  məbləği  adətən  tələbin  dərəcəsindən 
asılıdır. 
Hazırda  tələbin  öyrənilməsi  ilə  yanaşı,  tələbatın, 
alıcı  motivlərinin,  istehlakçı  gəlirlərinin  istifadə 
olunmasının öyrənilməsinə daha çox üstünlük verilir. 
Beləliklə,  reklam  bir  tərəfdən  məhsul  satışının 
stimullaşdırılmasının qeyri- dəyər sistemində daha çevik 
bir aləti olmaqla yanaşı, digər tərəfdən birləşmiş reklam-
informasiya əlaqələrinin yeni bir növünə şevrilir. 
Son  nəticədə,  digər  marketinq  kompleksləri 
elementləri        reklamın  da  bütün  funksiyaları  marketinq 
əlaqələri 
sisteminin 
əsas 
məqsədlərinə: 
tələbin 
formalaşdırılması  və  satışın  stimullaşdırılmasına  nail 
olunmasına  xidmət  edir.  Məhşur  amerikan  reklamşısı 
Alfred  Simenin  obrazlı    şəkildə  dediyi  kimi:Reklam 
iqtisadiyyat  mexanizmində  həm  enerji  paylayıcısı,  həm 
də  sürtgü  yağı  rolu  oynayaraq,  istehlakçılar  üçün  bolluq 
yaradır. 
Buna 
görə 
də 
onun 
əsas 
vəzifəsi 
məlumatlandırmaqdan 
ibarətdir. 
Lakin 
sadəcə 
məlumatlandırmaq  deyil,  reklamın  funksiyası  satmaqdan 
da  ibarət  olmalıdır.  Əmtəələri  satmaq,  ideyaları  satmaq, 
həyat tərzini satmaqdan ibarətdir. 
   Kommersiya  təbliğatı    dedikdə  əmtəə  və 
xidmətlərə  tələbin  qeyri-şəxsi  stimullaşdırılması  nəzərdə 
tutulur.  Yəni  mətbuatda  rəylərin  çap  olunması,  radio, 
televiziya  və  səhnədə  faydalı  və  əlverişli  görüşlərin 
təşkili  formasında  aparılan  və  heç  bir  konkret  xoş 


 
135 
sponsor  tərəfindən  maliyyələşdirilməyən  fəaliyyət  başa 
düşülür. 
Öz  məqsədlərinə  nail  olmaq  üçün  kommersiya 
təbliğatı  çoxsaylı  və  rəngarəng  vasitə  və  üsullardan 
istifadə 
edir. 
Onları  bir  neçə  istiqamət  üzrə 
sistemləşdirmək olar: 
1.Kütləvi informasiya vasitələri ilə əlaqə 
- firma tərəfindən öz fəaliyyətlərindəki problemlərə 
həsir olunmuş mətbuat konfranslarının təşkili 
 - 
kütləvi 
informasiya 
vasitələrinə 
mətbuat 
bületenlərinin paylanması 
2.  Çap  məhsulları  vasitəsilə  təbliğat  aşağıdakı 
formaları almışdır: 
 -  Firamanın  fəaliyyəti  haqqında  illik  rəsmi 
hesabatların  dərc  olunması.  Bir  çox  ölkələrdə  bəzi  tip 
müəssisələrin 
(məsələn, 
səhmdar 
cəmiyyətlərinin) 
maliyyə-təsərrüfat  fəaliyyətinin  nəticələri  haqqında 
məlumatların  dərc  olunması  mütləq  xarakter  daşıyır  və 
qanunvericiliklə möhkəmləndirilmişdir. 
-  Firmanın  təbliğat  xarakterli  prospektinin  çap 
olunması.  Adətən  nüfuzlu  prospektlərdə  firmanın  tarixi, 
böyük əhəmiyyət kəsb edən nailiyyətləri əks olunur. Bəzi 
hallarda prospekt oxucuları firmanın təşkilat strukturu və 
rəhbərləri  ilə  tanış  edir.  Beləliklə,  prospekt  aşkarlıq 
atmosferinin  formalaşmasına  və  firma  ilə  ictimaiyyət 
arasında  qarşılıqlı  inamın  yaranmasına  səbəb  olur. 
Prospektlər,  adətən,  kütləvi  informasiya  vasitələrinin 
redaksiyaları, hökumət təşkilatları, tədris müəssisələri, iş 
ortaqları və digərləri arasında yayılır; 


 
136 
Ədəbiyyat 
1.
 
Коммерческое дело. М.: Экономика. Учебник, 
1992. 
2.
 
Harri Karter. Səmərəli reklam. M. tərəqqi, 1991. 
3.
 
S.H. Məmmədov. Maliyyə. Bakı, 1999. 
4.
 
F.Kotler. Marketinqin əsasları. 1992. 
5.
 
P.S. Zavalov, V.İ. Demidov. Müvəffəqiyyətin 
düsturu:marketinq. M. Beynəlxalq münasibətlər
1991. 
6.
 
Ağamalıyev M.Q. Kommersiya fəaliyyətinin 
təşkili. Bakı, 2004. 
 
 
MÖVZU 9. 
KOMMERSİYA FƏALİYYƏTİNİN  
İDARƏ EDİLMƏSİ  
Açar sözlər 
  Biznes, 
ticarət, 
tədarük, 
əmtəə, 
kapital, 
kreditləşmə,  məsrəflər,  strateji  istiqamətlər,  xidmət, 
topdan  ticarət,  reklam-informasiya,  qəbzi,  obyekt,  çeşid, 
optimal,  müqaqvilə,  malgöndərən,  mənfəət,  tədarük, 
istehlakçı,  ticarət müəssisəsi, firma, istehsalçı, maksimal 
satış, məsrəflərin ödənilməsi. 
 
 
Mövzunun proqram sualları 
 
Kommersiya  fəaliyyəti  idarəetmə  obyekti  kimi. 
Kommersiya  fəaliyyətinin  idarəedilməsi  konsepsiyası. 


 
137 
İdarəetmənin  xüsusiyyətləri.  Kommersiya  fəaliyyətinin 
idarə  edilməsinin  tərkibi    və  strukturu.  Ticarət 
müəssisələrinin  idarəetmə  sisteminin  təkmilləşdirilməsi 
üzrə dəyişikliklərin idarə edilməsi. Kommersiyanın idarə 
edilməsinin effektivliyinin artırılması yolları. 
 
Bilməli 
-
 
Əhalinin  tələbinin  və  əmtəələrin  satış  bazarının 
öyrənilməsi 
-
 
əmtəələrin  daxilolma  mənbələrinin  və  mal 
göndərənlərin aşkar edilməsi və öyrənilməsi
-
 
mal göndərənlərlə səmərəli əlaqələrin təşkili; 
-
 
əmtəələr  üzrə  müqavilələrin  işlənib  hazırlanması 
və onlara təqdim edilməsi; 
-
 
əmtəələrin  göndərilməsi  üzrə  müqavilələrin 
bağlanması; 
-
 
malgöndərənlər 
tərəfindən 
müqavilə 
öhdəliklərinin 
yerinə 
yetirilməsi 
üzərində 
nəzarətin təşkili; 
-
 
əmtəələrin topdansatışının təşkili; 
-
 
optimal çeşidin formalaşdırılması; 
-
 
əmtəə ehtiyatlarının idarə edilməsi
-
 
reklam-informasiya fəaliyyətinin təşkili; 
 
Bacarmalı 
-
 
Ticarət 
təşkilatının 
mənfəətinin 
artmasına 
istiqamətlənmiş saqtışın təşkili; 
-
 
Maliyyə fəaliyyətinin təşkili; 
-
 
Ticarət xidmətlərinin təşkili
-
 
Cari 
dövrdə 
işlərin 
vəziyyətinin 
qiymətləndirilməsi; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə