PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə42/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   38   39   40   41   42   43   44   45   ...   76

 
165 
hər bir üzvü həll edici səsə malikdir. Təşkilat komitəsinə 
sədr rəhbərlik edir. 
Yarmarka  ticarətinin  idarə  edilməsi  üzrə  bir  sıra 
təşkilati strukturlarda baş direktor və icraedici müdriyyət 
nəzərdə  tutulur.  Baş  direktor  yarmarkanın  işinə  operativ 
rəhbərlik  məsələlərini  həll  edir,  onun  iş  qaydalarını 
müəyyən  edir  və  nümunələrin    daşınmasına,  onların 
anbarda  yerləşdirilməsinə,  saxlanılmasına  tabeçilikdə 
olan məhsul xidmətlərin  işinə nəzarət edir. 
4.  Yarmarkalardan  fərqli  olaraq  satış  -sərgilər  bir 
qayda  olaraq,  elmi  mövzular  və  istiqamətlər  üzrə 
sistemləşdirilir. 
Dünyada hər il çox sayda tematik sərgilər keçilir. 
Onlardan  daha  tanınanı  ekologiya  problemləri  üzrə 
Honnoverdə, 
metallurgiya 
və 
maşınqayırma 
məmulatlarının    problemləri  üzrə  Düsseldorfda  və  s 
keçirilən sərgilərdir. 
Satış  sərginin  məqsədi-  yeni  məhsul  növlərinin, 
malların  nümayişi,  göstərilməsi  və  təqdim  olunması  və 
onların  sonradan  satışı  üzrə  ən  müasir  informasiyanın 
hazırlanmasından, potensial alıcılar ilə işgüzar əlaqələrin 
yaradılması üçün şəraitin təşkil olunmasından ibarətdir. 
Satış  sərgi-satışı  təzə  başlayan,  həyat  dövrəsinin 
başlanğıcında olan,  tələbin olmamasından əsassız olaraq 
zərərə düşmə qorxusunun olması səbəbindən hələ kütləvi 
qaydada  istehsal  edilməyən  ən  müasir  mallar  bazarının 
sınaqdan çıxarılmasının məqsədəuyğun formasıdır. 
Satış-  sərginin  fəaliyyətinin  predmeti-  yeni 
məhsul  növləri  ilə  tanışlıq  və  bunlarla  sövdələşmələrin 
bağlanılması 
üzrə 
xidmətlərin 
göstərilməsindən, 


 
166 
həmçinin  aparıcı  alimlərin  və  müətxəssislərin  cəlb 
olunması ilə kommersiya və elmi-texniki informasiyanın 
verilməsindən ibarətdir. 
Yarmarka  (sərgi)  ticarətinin  təsnifat  əlamətləri 
aşağıdakılardan ibarətdir: 
1.Əmtəə  (mal)  və  yaxud  ərzaq  əlaməti;    bu  da 
yarmarkaların  (sərgiləri):  ixtisaslaşdırılmış  –  burada  bu 
və  digər  sahənin  müəyyən  məhsul  növlərinin    nümayişi 
və  satışı  baş  verir  və  universal  –həm  sənaye.  Həm  də 
kənd  təsərrüfatı  kompleksinin  müxtəlif  sahələrinin 
müxtəlif mal növlərinin satışı həyata keçirilir. 
2. Sahəvi əlamət yarmarkaları (sərgilər)- sahəvi 
və sahələrarası yarmarkalara bölünür. Sahələrarasında 
hər hansı bir sahənin malların deyil, çoxsahəli məhsulları, 
məsələn, tibbi, maşınqayırma, kosmik və s. əhatə eləyən 
yarmarkaları ayırmaq olar. 
3.Ərazi əlamətinə görə, fəaliyyət miqyasına görə 
və  mal  dövriyyəsinin  həcminə  görə  yarmarkalar 
(sərgilər)  əraziyə  və  yerli,  milli,  daxili  və  yaxud  xarici 
bazarın  miqyaslarına  istiqamətlənən  –  beynəlxalq, 
respublika,  regionlararası,  zonalar  üzrə  və  yerlilərə 
bölünürlər. 
 
Ədəbiyyat 
1.
 
Коммерческое дело. М.: Экономика. Учебник, 
1992, 
2.
 
Хруцкий  В.Е.  Современный  маркетинг.  М. 
Финансы и статистика. 1991. 


 
167 
3.
 
İ.Ə.feyzullabəyli  ilə  başkaları.  Biznes,  bazar, 
icarət,  marketinq,  plan  nədir.  Bakı.  “Azərnəşr”, 
1993. 
4.
 
Levşin 
F.M.Dünya 
əmtəə 
bazarlarının 
konyukturası: spesifik və varislik. M. 1992. 
5.
 
Ağamalıyev  M.Q.  Kommersiya  fəaliyyətinin 
təşkili. Bakı, 2004. 
6
 
İ.Ə.feyzullabəyli  ilə  başkaları.  Biznes,  bazar, 
ticarət,  marketinq,  plan  nədir.  Bakı.  “Azərnəşr”, 
1993.  
7
 
İ.Ə.  Feyzullabəyli.  E.İ.İbişov,  H.İ.İsrafilov, 
Beynəlxalq kommersiya işi. B., 2001 
 
 
MÖVZU 11 
KOMMERSİYA FƏALİYYƏTİNDƏ  
RİSK VƏ KREDİTLƏŞMƏ 
 Açar sözlər 
Risk, inflyasiya, investisiya, kredit, bank, qiymətli 
kağızlar,    fond  riski,  maliyyə  riski,  bazar  seqmentləri, 
bank riski, valyuta riski, sığorta, likvidləşmə, sahibkarlıq 
riski,  strateji  risklər,  kommersiya  riski,  reklam, 
marketinq. 
Mövzunun proqram sualları 
 
Risk  kommersiyan  fəaliyyətinin  əsas  elementi 
kimi.  Risk  anlayışı,  onun  mahiyyəti  və  məzmunu. 
Risklərə  təsirin  xarakterik  xüsusiyyətləri.  Bazarda 
firmanın  riskə  təsirinin  optimallaşdırılması.  Azərbaycan 


 
168 
Respublikasında  sahibkarlıq  riskinin  müxtəlif  növləri  və 
onların dərəcəsinin qiymətləndirilməsi.  
Risklərin tənzimlənməsi metodları:  
-
 
riskdən uzaqlaşma;  
-
 
ziyanın dayandırılması 
-
 
itkilərin minimumlaşdırılması və maksimumlaşdırılması; 
-
 
riskə görə nəzarətin ötürülməsi. 
 
Bilməli 
Risklərin təsnifatı:  
-
 
Ticarət firmalarının idarə edilməsi fəaliyyətinə aid 
olan risklərin növləri
-
 
Marketinqin  idarə  edilməsi  funksiyalarından  asılı 
olan risklər; 
-
 
 Strateji planlaşdırma zamanı risklər; 
-
 
Təşkilati risklər; 
-
 
İcraçı risklər; 
-
 
 Nəzarət riski. 
Bazar  məkanında  baş  verə  biləcək  təsadüflərdən 
asılı olan risklər: 
-
 
Likvidləşmə; 
-
 
İdarəetmə qərarlarının sığortalanması; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə