PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə41/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   37   38   39   40   41   42   43   44   ...   76

 
161 
kataloqlar  buraxılır.  Hərracın  təklif  edilməsi  şərtlərində 
imkanlı  alıcılara  əvvəlcədən  mallarla  tanış  olmaq  üçün 
imkanlı  alıcılara  şərait  yaradılmalıdır.  Belə  olduqda, 
hərracda  satılan  malların  keyfiyyəti  haqqında  sonralar 
heç bir iddia və şikayət  qəbul edilmir (gizlinöqsanlardan 
başqa) 
 
Hərrac  qabaqcadan  satıcılara  (malgöndərənlərə) 
satışın keçirilməsi müddəti haqqında məlumat verməlidir. 
Bunun  üçün  hərrac  üsulu  ilə  satışın  başlanmasına  1,5-2 
ay  qalmış  hərracın  keçirildiyi  yer,  vaxt,  şərtlər,  malların 
kəmiyyəti  və  təklif  edilən  çeşidləri  elan  formasında 
münasib yerdə yerləşdirilr. 
 
Ən səmərəli informasiya vasitəsi – hərrac ərazisində 
tərtib 
edilmiş  reklam  şitləri  və  transporantları. 
Transporantlarda, reklam elanlarında hərracın iş qaydası, 
satışların  keçirildiyi    vaxt  satışa  verilən  əmlakın  və 
malların  siyahısı  göstərilir.  Bu    məqsədlə  radio  və 
televiziya  verlişlərindən,  reklamlardan,  reklam  tipli 
məqalə  və vərəqlərdən istifadə olunur. 
 
Satışlar  əvvəlcədən  müəyyənləşdirilmiş  gün  və 
saatda  xüsusi  hərrac  salonlarında  aparılır.  Aşkar  üsulda 
hərracçı  satılan  partiya  malı  və  mal  nüsxəsinin  ilkin 
qiymətini  elan  edir  (deyir)  və  soruşur:  “Kim  çox  verir,” 
sonradan  yenə  həmin  sualla  müraciət  edir.  Cavab 
verilmədikdə  axrıncı  qiymət  təklif  edənə  mal  verilir  və 
çəkiclə  xüsusi  diskə  vurulduqdan  sonra  malın  satışı 
dayandırılır.  Satış  qutardıqdan  sonra  alıcının  aldığı  mal 
rəsmiləşdirilir.  Hərracdan  alınan  mala  mühasib  2 
nüsxədən  ibarət  mal  çeki  yazır.  Çekdə  malların  adı, 
məlumat  kartası,  nüsxənin  və  mal  partiyasının  nömrəsi, 
hərracın  son  qiyməti,  alıcı  haqqında  məlumat  və  satış 


 
162 
vaxtı  göstərilir.  Hərrac  yolu  ilə  əldə  edilən  gəlirin 
bölüşdürülməsi qaydası hərrac razılığı ilə həyata keçirilir. 
 
Bəzi  Avropa  ölkələrində  satışlar  avtomatlaşdırılmış 
formalarda aparılır. Bu zaman qiymətin azaldılması və ya 
artırılması  alıcı  tərəfindən  xüsusi  elektron  düymələr 
vasitəsilə müəyyənləşdirilir. 
3.Yarmarka ticarəti – qısamüddətli və vaxtaşırı 
təkrarlanan mal satışı olmaqla, istehsalat-texniki təyinatlı  
və geniş istehlak mallarının müayinədən keçirilməsi və 
nümunələrin seçilməsindən sora alqı-satqı aktlarının 
həyata keçirilməsi ilə başa vurulur. 
Yarmarka ticarətin prinsipləri satış-sərgilərin, 
sərgi salonların təşkilati qurluşunun və funksional 
fəaliyyətinin əsasını təşkil etdikləri üçün yarmarka və 
sərgi yicarəti bir-biri ilə qarşılıqlı bağlantıda nəzərdən 
keçirilir. 
Yarmarka ticarətinin xarakterik cəhətlərinə 
aşağıdakılar  aiddirlər: 
-
 
Təqdim olunmuş nümunələr üzrə malların 
topdansatış ticarəti; 
-
 
 Sövdələşmələrin dövrililiyi; 
-
 
Müddətin və satış yerinin qabaqcadan müəyyən 
edilməsi; 
-
 
Satıcıların və alıcıların eyni vaxtda və kütləvi 
olaraq iştirakı. 
Bir  qayda  olaraq,  yarmarkaların  (sərgilərin)  açılışı 
və  keçirilməsi  təsisçilərin  yerli  hakimiyyət  orqanları  ilə 
birgə  qərarına  əsasən  həyata  keçirilir.  Nəticədə  əmr 


 
163 
verilir  və  burada  keçirilmə  müddəti,  qaydaları  və  iştirak 
etmə 
şərtləri 
göstərilir, 
bu 
tədbirlərin 
həyata 
keçirilməsinə məsul olan şəxslər təyin olunurlar. 
Birja  və  sərgi  ticarətinin  təşkili  zamanı  üç  əsas 
mərhələni:  ilkin,  təşkilati  və  yekunların  vurulması 
mərhələlərini ayırmaq lazımdır. 
İlkin  mərhələyə  qərarın  qəbul  edilməsi  və 
yarmarkanın  keçirilməsi  barədə  əmrin  hazırlanması 
daxildir.  Bu  mərhələdə  yarmarka  komitəsi  yaradılır  və 
işçi  qrupu  formalaşdırılır  ki,  bunlar  da  yarmarkanın 
keçirilməsi  haqqında  əsasnamə  hazırlayır,  iştirakçılara  
yarmarkada iştirakın şərtləri barədə tam informasiya olan 
məktublar 
göndərir. 
İşçi 
qrupu 
digər 
reklam 
materiallarını:  dəvətnamələri,  reklam  bukletlərini,  qonaq 
kartoçkalarının və digərlərini də hazırlayır.  
Keçirilmə  şərtləri  haqqında  reklam  kitabçası  nəşr 
olunur,  burada  iştirak  şərtləri  haqqında  dolğun 
informasiya  verilir,  yəni  ekponatlarsız  iştirak  haqqı, 
pavilyonun  icarə  haqqı,  reklam  materiallarından  istifadə 
etməklə qiyabi olaraq iştirakın haqqı və s. göstərilir. 
İstənilən  iştirak  formalarından  asılı  olmayaraq, 
yarmarkanın  açılışına    15  gün  qalmış  qeydiyyat  haqqını 
köçürmək  və  yarmarkanın    müştərisi  haqqında  tam 
informasiya  olan,  onun  rekvizitləri,  ekspozisiyasının 
yerləşdirilməsinə qoyulan tələblər və s  göstərilən iştirak 
haqqında ərizəni rəsmiləşdirmək lazımdır. 
Yarmarka  ticarətinin  keçirilməsindən  olan  gəlirin 
əsas  mənbəyi:  iştiraka  görə  ödəniş  haqqından, 
ekspozisiyanın  tutduğu  sahələrin  icarəsi  haqqından, 
nəqliyyat,  anbar  sahələrinin  icarəsi,  biletlərin  bron 
edilməsi  və  alınması,  yükləmə-boşaltma  və  nəqliyyat-


 
164 
ekspedisiya  işləri,  texniki  və  informasiya-kommersiya 
məsləhətlərinin  verilməsi  kimi  əməliyyatlardan  əldə 
olunan gəlirdən ibarətdir. 
Sənaye-ticarət 
yarmarkasının 
ticarət 
yarmarkasından fərqli cəhəti təklifin miqyası və sərgilərə 
xas  olduğu  kimi,  oraya  gələnlərin  qeyri-məhdud 
olmaması  ilə  bağlıdır.  Qeyd  etmək  lazımdır  ki,  bir  çox 
ticarət yarmarkalarında , sərgilərində qoyulan ənənə, yəni 
qeyri  –  kommersiya  insan  kütləsinin  konkret  gündə  və 
yaxud  saatda  buraxılması,  onların  xarakterlərinin 
dəyişməsinə şəhadət vermir. 
Təşkilati  mərhələdə    həyata  keçirilən  əsas  iş, 
yarmarkaya  ərizə  vermiş  bütün  iştirakçıları  özündə 
cəmləşdirən 
reklam 
kataloqunun 
hazırlanmasıdır. 
Kataloqun  iştirakçısı  olmaq  –  öz  firması  haqqında  və 
təklif  olunan  mallar  və  xidmətlər  barədə  bildirmək 
deməkdir.  İştirakçılardan  başqa  bu  kataloqlarda  ölkə  və 
dünya  firmaları  haqqında  elmi  və  elmi-texniki  ən  yeni 
reklam  informasiyası  çap  olunur.  Təşkilati  mərhələyə 
həm də qonaqların yerləşdirilməsi, onların asudə vaxtının 
təşkili,  gündəlik  nümunəvi  yarmarka  sövdələşmələrinin 
keçirilməsi v s. daxildir. 
Yekun  mərhələsi  məsuliyyətli  mərhələ  olmaqla, 
yarmarkanın  işindəki  həm  müsbət,  həm  də  mənfi 
tərəflərin  göstərilməsi  ilə  yekunun  vurulmasından 
ibarətdir.  Məhz  bu  yekun  mərhələ  yarmarka  ticarətinin  
gələcək  perspektivi  üzrə  strateji  qərarların  qəbul 
olunması üçün əsas sayılır. 
Yarmarkanın 
təşkilati 
quruluşu 
yarmarka 
komitəsinin  onun  icra  orqanı  olan  işçi  qrupu  ilə  birgə 
fəaliyyətdə  olmasından  ibarətdir.  Təşkilat  komitəsinin 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə