PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə50/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   46   47   48   49   50   51   52   53   ...   76

 
197 
 
MÜHAZİRƏ MƏTİNLƏRİ 
LİZİNQ ƏMƏLİYYATLARININ 
TƏŞKİLİ, FAKTORİNQ, FRANÇAYZİNQ 
P L A N 
1. Lizinq anlayışı və əsas formaları 
2. Kommersiya konsepsiyası (Françayzinq) 
3. Faktorinq 
4. Komissiya 
1.  Lizinq,  iqtisadi  mənada  material  və  pul 
formasında birbaşa investisiyaların köməyilə müəssisənin 
texniki cəhətdən yenidən silahlanmasını və elmi –texniki 
tərəqqinin  sürətləndirilməsini  təmin  edən  mülkiyyət 
münasibətləri kompleksidir. 
Lizinq  –özünə  üç  növ  təşkilati  iqtisadi  münasibəti 
daxil  edən  sahibkarlıq  fəaliyyəti  sistemidir.  Lizinq 
münasibətlərinin  sosial  əhəmiyyəti  ondan  ibarətdir  ki, 
onlar  sahibkarlara  istehsal  vasitələrindən  fəal  şəkildə 
istifadə etməyə imkan yaradır, onların əmək fəallığını və 
yaradıcılıq 
imkanlarını 
stimullaşdırır. 
Lizinq 
münasibətləri  mexanizmi  hüquqi,  maliyyə  və  təşkilati-
texniki münasibətlər əsasında qurulur. 
Sistemli  iqtisadi  böhran  və  bütün  növdən  olan 
investisiya  resurslarının  çatışmaması  lizinqdən  hazır 
məhsulun  əlavə  satış  kanalı  kimi  istifadə  olunmasını 
zəruri və optimal edir. 


 
198 
Müasir  tarixdə  “lizinq”  anlayışından  ilk  olaraq 
1877-ci  ildə,  “Bell”  telefon  kompaniyasının  özünün 
istehsal  etdiyi  telefonları  satmaq  yox,  onları  icarəyə 
vermək qərarına gəldiyi zaman istifadə olunmuşdur. 
İlk  lizinq  birliyi  1952-ci  ildə  San-Fransiskoda 
(ABŞ) yaradılmış və “Yunayted steyts lizinq korporeyşn” 
adını almışdır. Amerikan lizinqin atası bu kompaniyanın 
prezidenti Henri Şonfeld hesab olunur. 
ABŞ-  da  lizinq  maliyyə-lizinq  birlikləri  sayəsində 
iqtisadi  fəaliyyətin  effektiv  alətinə  çevrildi.  Lizinq 
müqavilələrinin  çoxvariantlığı  investisiya  vəsaitlərinin 
əldə  edilməsi  və  onlardan  istifadə  olunması  yollarını 
əhəmiyyətli  dərəcədə  diversifikasiya  etməyə  imkan 
yaratdı. 
Avropada  lizinq  fəaliyyəti  sistemli  olaraq  1960-cı 
illərdən  həyata  keçirilməyə  başlanmışdı. 
Özünün 
çoxnövlü formaları sayəsində lizinq qanunvericiliyi də öz 
rəngarəngliyi ilə fərqlənir. 
Belə  ki,  Fransa,  Belçika,  İtaliyanın  qanunverici 
aktlarında 
müvafiq 
terminalogiyadan 
istifadə 
olunmuşdur:  kredit  –carə,  icarənin  maliyyələşdirilməsi, 
maliyyə icarəsi üzrə əməliyyatlar.  
Lizinq    fenomeni  ondan  ibarətdir  ki,  bu  gün  o, 
perspektiv  maliyyələşdirmənin  yeni,  qeyri-ənənəvi  və 
spesfik  sistemi  kimi  formalaşır  və  burada  icarə 
münasibətləri, kredit maliyyələşdirməsi elementləri, borc 
öhdəlikləri  üzrə  hesablaşmalar  və  başqa  maliyyə 
mexanizmiləri özünə yer tapır. 
Müasir  lizinq  bank  strukturlarının  iqtisadiyyatın 
real  sektoru  ilə  istehsalın  maliyyələşdirilməsi  və 


 
199 
stimullaşdırılması  üzrə  qarşılıqlı  fəaliyyətin  forma  və 
metodlarını  tamamlayır  və  zənginləşdirir.  Lizinqin 
reallaşdırılması  forması  maliyyələşdirmənin  ənənəvi 
formalarının  müxtəlif  cür  əlaqələndirilməsi  vasitəsilə 
diversifikasiya etdirilmiş və zənginləşdirilmişdir. 
ABŞ-da  1990-  cı  illərdə  avadanlıqların  lizinqi 
maşın  və  avadanlıqlara  investisiya  qouluşunun  ümümi 
həcminin  3-%  -ni  təşkil  edirdi,  lizinq  müqavilələri  isə  il 
ərzində  100-130  mlrd.  Doll-ra  bərabər  olurdu.  Lizinq 
əməliyyatlarının  belə  faiz  səviyyəsi  Böyük  Britaniya 
üçün də xarakterikdir. 
Qərbi  Avropa  ölkələrində  avadanlıqların  lizinqi 
onların  ümumi  tədarükünkn  15%-ni,  mütləq  ifadədə  isə 
120 mlrd. doll. təşkil edir. 
Lizinq 
icarə 
münasibətlərinin 
növ 
müxtəlifliklərindən  biridir  və  özündə  müvəqqəti  azad 
olmuş  və  ya  cəlb  olunmuş  maliyyə    vəsaitlərinin 
müqavilə  üzrə  müəyyən  haqq  müqabilində  hüquqi  və  ya 
fiziki  şəxslərə  müvəqqəti  istifadə  üçün  icarəyə  verilən 
əmlak  üzərinə  investisiya  etdirilməsi  üzrə  sahibkarlıq 
fəaliyyətinin əsas növünü əks etdirir. 
Bank  və  kredit  təsisatları  lizinq  müqavilələrinin 
yerinə  yetirilməsi  üzrə  maliyyə  lizinqi  əməliyyatlarının 
reallaşdırılması şərtilə üç və daha artıq il üçün kreditlərin 
təqdim  edilməsindən  əldə  olunan  mənfəət  üzrə  vergidən 
azad  edilirlər.  Hazırki  dövrdə  lizinq  əmlakın,  əldə 
edilməsi  və  onun  müəyyən  müddət  üçün  müqavilə  üzrə, 
dövlətin səlahiyyətli orqanları qismində dövlətə, fiziki və 
hüquqi  şəxslərə  mənfəət  əldə  edilməsi  və  ya  sosial 
effektə 
nail  olunması  məqsədilə,  lizinqverənin, 
malgöndərənin,  lizinqalanın  və  lizinq  layihəsinin  başqa 
iştirakçılarının  iştirakı  şərtilə  lizinq  predmetinin 


 
200 
amortizasiyasının nəzərə alınması və istifadəyə verilməsi 
ilə  bağlı  investisiya-sahibkarlıq  fəaliyyətinin  bir  növü 
kimi nəzərdən keçirilir. 
Lizinq  predmeti  kimi  sahibkarlıq  fəaliyyətində 
istifadə  olunan  hər  bir  şey,  o  cümlədən  müəssisələr, 
əmlak  kompleksləri,  binalar,  qurğular,  avadanlıqlar, 
nəqliyyat  vasitələri  digər tərpənən və   tərpənməz  əmlak 
iştirak edə bilər. 
 
Torpaq sahələri və digər təbii obyektlər, həmçinin 
qanunvericiliklə  azad  tədavül  üçün  qadağan  olunmuş 
əmlak lizinq predmeti ola bilməz. 
Lizinq sövdələşməsində, bir qayda olaraq, üç tərəf iştirak 
edir: lizinqverən, lizinqalan və satıcı (malgöndərən). 
 
Lizinqverən – fiziki və ya hüquqi şəxs olub, cəlb 
olunmuş və ya xüsusi pul vasitələri hesabına əmlak əldə 
edir  və  onu  lizinq  predmeti  qismində  lizinqalana 
müəyyən  haqq  ilə,  müəyyən  müddətə  və  müəyyən 
şərtlərlə  (lizinq  predmetinə  mülkiyyət  hüququnun 
lizinqalanın  istifadəsinə  keçməsi  və  ya  keçməməsi  şərti 
ilə) təqdim edir. 
 
Lizinqalan – fiziki və ya hüquqi şəxs olub, lizinq 
müqaviləsinə  uyğun olaraq, müəyyən haqq ilə, müəyyən 
müddətə  və  müəyyən  şərtlərlə  lizinq  predmetini 
müvəqqəti  əmlak  kimi  və  müvəqqəti  istifadəyə  qəbul 
edir. 
 
Satıcı  (malgöndərən) – fiziki və  ya hüquqi  şəxs 
olub,  lizinqverənlə  bağlanmış  alqı-satqı  müqaviləsinə 
uyğun  olaraq  şərtlənmiş  müddətdə  lizinqverənə  lizinq 
predmeti  qismində  özünün  istehsal  etdiyi  (göndərdiyi) 
əmlakı  satır.  Satıcı  (mal  göndərən)  lizinq  predmetini 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə