PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə53/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   49   50   51   52   53   54   55   56   ...   76

 
209 
muzdunun  alınması,  həmçinin  məruz  qaldığı  xərclərin 
haqqının ödənişi hüququnu saxlayır. 
 
 Komsyonçu  komissiya  müqaviləsini  komitentin 
göstərişinə  əsasən  və  onun  üçün  ən  əlverişli  şərtlərlə 
yerinə 
yetirməyə 
borcludur. 
Əgər 
komisyonçu 
müqavilədə  nəzərdə  tutulan  şərtlərdən  daha  əlverişli 
şərtlər əldə etməyə nail olursa, o, əlavə haqq ala bilər. 
 
Sövdələşmənin  üçüncü  iştirakçısı  tərəfindən  onun 
şərtlərinin  yerinə  yetirilməsinə  görə  komisyonçu 
komitent  qarşısında  cavabdeh  deyildir.  Qçqncq  iştirakçı 
tərəfindən  şərtlərə  əməl  olunmadıqda  komisyonçu  bunu 
komitentə bildirməlidirlər. 
Komisyonçu  müqavilənin  şərtlərindən  iki  halda  geri 
çəkilə bilər: 
-
 
əgər  o,  sahibkardırsa  və  komitent  ona  öz 
göstərişlərindən 
geri 
çəkilmək 
hüququ 
vermişdir. 
-
 
əgər  bu  işin  gedişatı  zamanı  komitentin 
maraqları üçün lazımdırsa. 
 
Hər  iki  halda  komisyonçu  ağlabatan  müddətlərdə 
komitenti xəbərdar etməlidir. 
 
Komitent  ilə  razılaşdırılmış  qiymətlərdən  aşağı 
qiymətə  əmlakı  satan  komisyonçu,  komitentə  fərqi 
ödəməli  və  yaxud  sübut  etməlidir  ki,  əmlakı  yüksək 
qiymətə  satmağa  onun  imkanı  yox  idi  və  əmlakın  aşağı 
qiymətə satılması daha böyük xərclərin qarşısını almışdır. 
 
Əmlakı  razılaşdırılmış  qiymətlərdən  yuxarı  alan 
komisyonçu, komitenti xəbərdar edir və o, səmərəli vaxt 


 
210 
ərzində komisyonçuya  bu sövdələşmədən imtina etməsi 
göstərişini verə bilər. 
 
Komitentdən  daxil  olmuş  əşyalar,  yaxud  onun 
hesabına    komisyonçu  tərəfindən  alınanlar,  komitentin 
mülkiyyətində olur. Lakin komisyonçu bu malları özünün 
komissiya  müqaviləsi  üzrə  qanuni  tələblərinin  yerinə 
yetirilməsinə  təminat  kimi  özündə  saxlaya  bilər.  O,  həm 
də  ona  komissiya  müqaviləsi  üzrə  çatacaq  məbləği 
komitentin hesabına daxil olan puldan çıxa da bilər. 
 
Komisyonçu  komitent  qarşısında  komitentin  onda 
olan 
əmlakını 
zədələnməsi, 
itirilməsi 
və 
ya 
çatışmamasına görə cavabdehlik daşıyır. 
 
Komissiya müqaviləsi yerinə yetirildikdən sonra: 
-
 
komisyonçu komitentə hesabat təqdim edir və 
komissiya  üzrə  alınmış  bütün  əmlakı  ona 
qaytarır; 
-
 
komitent  komisyonçudan  əmlakı  qəbul  edir, 
onu  nəzərdən  keçirir  və  dərhal  aşkar  edilmiş 
çatışmazlıqlar 
barəsində 
komisyonçuya 
məlumat verir;  
-
 
komitent hesabat üzrə bütün ehtirazları  
haqqında komisyonçuya onun alındığı gündən 
sonra otuz gün ərzində məlumat verir; digər 
halda hesabat qəbul edilmiş hesab olunur. 
 
Ədəbiyyat 
1.
 
İ.Ə.  Feyzullabəyli.  Biznes,  bazar,  ticarət, 
marketinq, plan nədir. Bakı. Azərnəşr, 1993. 
2.
 
A.Bordevin. Lizinq və vergi hüququ. M., 1990. 


 
211 
3.
 
Ф.Г. П анкратов, Т.К. Серегина. Коммерческая 
деятельность. 
4.
 
İ.Ə.Feyzullabəyli.  Real  bazara  doğru.  Bakı, 
“Azərnəşr”, 1993 
5.
 
Ağamalıyev  M.Q.  Kommersiya  fəaliyyətinin 
təşkili. Bakı, 2004. 
 
 
 
MÖVZU 14. 
ƏMTƏƏLƏRİN TOPDAN ALIŞI ÜZRƏ 
KOMMERSİYA İŞİ 
Açar sözlər 
 
Topdan  ərzaq  bazarı,  iddia  ərizəsi,    irad,  mal 
nişanı,  yarmarka  komitəsi,  yarmarka  komitəsinin 
arbitirajı,  kiçik  topdan  mağaza  anbarlar,  distribyutor, 
broker, iddia, agent, topdan tacir – təşkilatçı, komisyonçu 
– topdan tacir. Xidmət göstərən topdan tacir. 
 
Mövzunun proqram sualları 
 
Əmtəənin  alışı  məzmunu,  mahiyyəti  və  rolu. 
Əmtəə alışı üzrə kommersiya tərəfdaşlarının axtarılması. 
Kommersiya 
tərəfdaşlarının 
funksiyaları.  Malların 
təsnifləşdirilməsi.    Mal  göndərənlər  ilə  təsərrüfat 
əlaqələrinin  təşkili.  Mal  göndərənlərdən  daxil  olan 
malların  uçotu  və  nəzarəti.  İddia  işləri.  Mal  alışında 


 
212 
topdan yarmarkaların rolu. Topdan yarmarkaların növləri 
və  əhəmiyyəti.  Yarmarkalarda  müqavilə  bağlanması 
qaydası. Topdan ərzaq bazarı və onun mal alışında rolu, 
funksiyaları.  Təşkilati  işləri.  Kiçik  topdan  mağaza 
anbarları.  
Bilməli 
-
 
Topdan ticarətin mahiyyətini
-
 
Topdan ticarətin funksiyalarını; 
-
 
Topdan ticarətin pərakəndə tacirdən fərqini
-
 
Topdan  ticarətin  son  illərdəki  inkişafının  əsas 
səbəblərini; 
-
 
Topdan ticarətin qruplarını; 
-
 
Topdan mal alışının məzmunu, rolunu; 
-
 
Mal  alışı  üzrə  kommersiya  partnyorlarının 
axtarılması və öyrənilməsini
-
 
Malların təsnifləşdirilməsini; 
-
 
Malların uçotu, nəzarəti, iddia işlərini; 
-
 
Mal alışında topdan yarmarkaların rolunu; 
-
 
Topdan yarmarkaların növlərini
-
 
Topdan  satışla  ticarət  edənlərin  digərlərindən 
fərqini; 
-
 
Tam 
xidmət 
göstərən 
topdan 
tacirlərin 
xüsusiyyətlərini; 
-
 
Sənaye  təyinatlı  əmtəələrin  distribyutorlarının 
xüsusiyyətlərini; 
-
 
Tam 
xidmət 
göstərən 
topdan 
tacirlərin 
xüsusiyyətlərini; 
-
 
Agentlərin, brokerlərin xüsusiyyətlərini. 
 
Bacarmalı 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə