PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə54/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   50   51   52   53   54   55   56   57   ...   76

 
213 
-
 
Topdan 
ticarətin 
mahiyyətini, 
məzmununu, 
rolunu, funksiyalarını izah etməyi. 
-
 
Topdan ticarətin əsas xüsusiyyətlərini, vacibliyini 
izah etməyi. 
-
 
Son  dövrlər  topdan  ticarətin  inkişafının  əsas 
səbəblərini sadalamağı. 
-
 
Topdan 
ticarətin 
peşəkar 
xüsusiyyətlərini 
açıqlamalı. 
-
 
Topdan  ticarətdə  tacirlərin  əsas  qruplarını 
fərqləndirməyi.  
-
 
Məhdud  xidmət  göstərən  topdan  tacirlərin, 
xüsusiyyətlərini açıqlamağı. 
 
Test sualları 
1)
 
Mal alışı işinin məzmunu, mahiyyəti, rolu. 
2)
 
Mal göndərənlər ilə təsərrüfat əlaqələrinin təşkili. 
3)
 
Mal alışında topdan yarmarkaların rolu. 
4)
 
Topdan  ərzaq  bazarı  və  onun  mal  alışında  rolu, 
funksiyaları, təşkilat işləri. 
5)Topdan mal alışı nədir. 
6)Malgöndərən – istehsalçı  hansı əlamətlərə görə 
təsnifləşdirilir. 
7)Topdan yarmarkaların növləri hansılardır. 
8)Yarmarka komitəsi hansı funksiyaları yerinə yetirir. 
9)Topdan ərzaq bazarı hansıdır. 
10)Xırda topdan mağaza anbar nədir. 
 
 
 


 
214 
MÜHAZİRƏ MƏTİNLƏRİ  
ƏMTƏƏLƏRİN TOPDAN ALIŞI ÜZRƏ  
KOMMERSİYA İŞİ  
P L A N 
1. Alqı işinin mahiyyəti, rolu və məzmunu 
2.Topdan yarmarkaların əhəmiyyəti və növləri. 
3.Topdan 
əpzaq  bazarları  və  əmtəələrin    
alqısında onların rolu 
1.  Alqı  işi  ticarətdə  kommersiya  fəaliyyətinin 
əsasını  təşkil  edir.  Mahiyyət  etibarıilə,  kommersiya  işi 
burdan  başlayır.  Alıcıya  əmtəənin  satışından  əldə  etmək 
üçün,  zəruri  əmtəələrə  malik  olmaq  lazımdır.  Qeyd 
olunduğu  kimi,  əmtəə  tədavülünün  əsas  funksiyası 
dəyərin formasının dəyişilməsində öz əksini tapır. 
P-Ə və Ə-P 
     Bu 
formula 
ticarətdə 
kommersiya 
işinin 
mahiyyətini açır: 
 Müəyyən  məbləğ  pul  vəsaitlərinə  malik  olan  
sahibkar əmtəələri alır və sonradan onları sataraq yenidən  
müəyyən  artımla  pul  vəsaitlərinə  çevirir.  Əmtəə 
tədavülünün  əsas  funksiyasına  istinad  edərək,  belə  bir 
nəticəyə  gəlmək  olar  ki,  ticarətdə  kommersiya  işi 
sonradan satmaq məqsədilə əmtəələrin alışından başlanır. 
     Öz 
iqtisadi 
təbiətinə 
görə 
alqı,  ticarət 
müəssisələri  və  ya  fiziki  şəxslər  tərəfindən  alınmış 
əmtəələrin sonradan satılması məqsədilə həyata keçirilən 


 
215 
topdan  və  ya  xırda  topdan  maldövriyyəsini  təşkil  edir.     
Düzgün  təşkil  olunmuş  topdan  alış  əhalini  təchiz  etmək 
üçün  pərakəndə  satış  şəbəkəsində  zəruri  əmtəə  çeşidinin 
formalaşdırılmasına,  alıcı  tələbatının  tələblərinə  uyğun 
olaraq    əmtəə  istehsalçılarına  təsir  etməyə,  həmçinin 
ticarət  müəssisəsinin  işinin  səmərəliliyini  təmin  etməyə 
imkan verir. 
     Bazar  iqtisadiyyatı  şəraitində  respublikamızda 
alqı  işinin  təşkili  və  texnologiyası  köklü  dəyişikliklərə 
məruz  qalmışdır: inzibati-amirlik  iqtisadiyyatı  döründəki 
əmtəələrin 
fond 
bölüşdürülməsi, 
alıcıların 
malgöndərənlərə      mərkəzləşdirilmiş  qaydada  təhkim 
olunması,  sabit    dövlət  qiymətləri,  təsərrüfat 
subyektlərinin 
qeyri 

bərabərliyi, 
əmtəələrin 
göndərilməsinin 
ciddi 
 
reqlamentləşdirilməsi, 
kommersiya 
işçilərinin 
müstəqilliyinin, 
təşəbbüskarlığının  olmadığı  dövrün  əvəzinə  azad  bazar 
münasibətləri  dövrü  gəlmişdir  ki,  bu  dövr  də 
aşağıdakılarla xarakterizə olunur. 
-
 
əmtəələrin  alqı-satqısı  üzrə  partnyorun, 
kontragentin seçilməsində sərbəstlik
-
 
alqı   mənbələrinin çoxsaylığı; 
-
 
partnyorların bərabər hüquqluluğu; 
-
 
əmtəələrin  göndərilməsi  üzrə  müqavilələrin, 
kontraktların rolunun yüksəlməsi
-
 
əmtəələrin  göndərilməsi  prosseslərinin  dövlət 
müdaxiləsi olmadan tənzimlənməsi; 
-
 
qiymətqoyma sərbəstliyi
-
 
malgöndərənlərlə  alıcılar  arasında  rəqabətin 
olması; 
-
 
tərəflərin iqtisadi     məsuliyyəti və s 


 
216 
-
 
əmtəə 
alışı 
zamanı 
kommersantın 
təşəbbüskarlığının,  müstəqilliyinin  olması  və 
sahiblik hissinin artması. 
Topdan  alış  üzrə  kommersiya  işi    aşağıdakı 
mərhələlərdən ibarətdir. 
-
 
alıcı 
tələbatının 
öyrənilməsi 
və 
proqnozlaşdırılması 
-
 
əmtəələrin  daxil  olma  mənbələrinin  və 
malgöndərənlərin    müəyyən  edilməsi  və 
öyrənilməsi. 
-
 
Malgöndərənlərə 
səmərəli 
təsərrüfat 
əlaqələrinin təşkili, o cümlədən mal göndərişi 
üzrə 
müqavilələrin 
hazırlanması 
və 
bağlanması,  malgöndərənlərə  sifarişlərin  və 
sifariş vərəqələrinin təqdim olunmsı. 
-
 
Alıcıların  bilavasitə  əmtəə  istehsalçılarından, 
vasitəçilərdən, 
əmtəə 
birjalarından, 
idxalçılardan  və  digər  mal  göndərənlərdən 
həyata keçirilməsinin təşkili və texnologiyası. 
-
 
Topdan alqı üzrə üçotun və nəzarətin təşkili. 
Bazar  şəraitində  əmtəələrin  topdan  alqısı  üzrə  
kommersiya  işi  müasir  marketinqin  prinsipləri  üzərində 
qurulmalıdır.  Marketinq  metodlarının  köməyi  ilə 
kommersiya  işçiləri,  rəhbərlər,  ticarət  müəssisələrinin 
menecerləri  istehlakçıların    hansı  məmulatı  və  nə  üçün 
almaq  istəyi,  alıcının  ödəməyə  hazır  olduğu  qiymətlər 
barədə, hansı bölgədə mövcud məmulata daha çox tələbat 
olduğu  haqda  (  yəni  bazar  tutumu  barədə)  məmulatın 
satışının və ya alışının harada daha çox mənfəət gətirməsi 
barədə zəruri informasiya əldə edə bilirlər. 
  Alıcı 
tələbatının 
öyrənilməsi 
və 
proqnozlaşdırılması  əmtəələrin  alışı  üzrə  kommersiya 
işinin  müvəffəqiyyətlə  aparılması  üçün  marketiqdən 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə