PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə51/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   47   48   49   50   51   52   53   54   ...   76

 
201 
lizinqverənə  və  ya  lizinqalana  alqı-satqı  müqaviləsinin 
şərtlərinə müvafiq şəkildə təqdim etməyə borcludur. 
 
Lizinq sövdələşməsinin tərəfləri həm Azərbaycan 
Respublikasının  rezidentləri,  həm  də  qeyri-rezidentləri, 
yəni  respubliksamızda  kommersiya  fəaliyyətini  həyata 
keçirən xarici hüquqi şəxslər ola bilər. 
 
Lizinq  fəaliyyəti  bilavasitə,  bu  cür  fəaliyyəti 
həyata  keçirmək  üçün  icazə  (lisenziya)  almış  lizinq 
lampaniyaları (firmaları) tərəfindən həyata keçirilir. 
 
Lizinq  kampaniyalarının  (firmalarının)  təsisçiləri 
hüquqi və  ya fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar 
qismində qeydiyyata alınmış vətəndaşlar ola bilər. 
 
Lizinqin  əsas  formaları  daxili  və  beynəlxalq 
lizinqdir. 
 
Daxili  lizinq  həyata  keçirilərkən  lizinqalan  da, 
lizinqverən  də  və  satıcı  da    (malgöndərən)  Azərbaycan 
Respublikasının  rezidenti  olurlar.  Daxili  lizinq  “Lizinq 
haqqında” qanunla tənzimlənir. 
 
Beynəlxalq lizinq həyata keçirilərkən lizinqverən 
və ya lizinqalan qeyri-rezidenti olur. 
 
Əgər  lizinqverən  Azərbaycan  Respublikasının 
rezidentidirsə, 
yəni 
lizinq 
predmeti 
Azərbaycan 
Respublikasının  rezidentinin  mülkiyyətindədirsə,  onda 
beynəlxalq  lizinq  adı  şəkilən  respublika  qanunvericiliyi 
ilə tənzimlənir. 
 
Əgər  lizinqverən  Azərbaycan  Respublikasının 
qeyri-rezidentidirsə, 
yəni 
lizinq 
predmeti 
qeyri-
rezidentinin  mülkiyyətidirsə,  onda  beynəlxalq  lizinq 


 
202 
müqaviləsi  xarici  iqtisadi  fəaliyyət  sahəsində  respublika 
qanunları ilə tənzimlənir. 
 
Müddətindən  asılı  olaraq  lizinqin  üç  tipini 
fərqləndirirlər: 
-
 
uzunmüddətli  lizin  –  üç  və  daha  çox  illər 
ərzində həyata keçirilən liznq
-
 
ortamüddətli lizinq – il yarımdan üç ilə qədər 
müddətdə həyata keçirilən  lizinq; 
-
 
qısamüddətli lizinq – il yarımdan az müddətdə 
həyata keçirilən lizinq. 
“Lizinq haqqında” qanunda lizinqin bu növləri 
qeyd olunmuşdur: maliyyə, qaytarılan və operativ. 
Maliyyə  lizinqi  lizinqin  elə  növüdür  ki,  bu  zaman 
lizinqverən  müəyyən  satıcıdan  lizinqalanın  qeyd  etdiyi 
əmlakı  öz  mülkiyyətinə  almağı  və  həmin  əmlakı  lizinq 
predmeti  qismində  müəyyən  haqq  ilə  müəyyən  müddətə 
və müəyyən şərtlərlə lizinqalanın müvəqqəti ixtiyarına və 
istifadəsinə verməyi öhdəsinə götürür. Həm də bu zaman 
lizinq  predmetinin  lizinqalanın  istifadəsinə  verildiyi 
müddət  lizinq  predmetinin  tam  amortizasiyası  müddəti 
ilə eynidir və ya onu üstələyir. 
Maliyyə  lizinqi  müqaviləsi  əsasında  lizinqalana 
verilmiş  lizinq  predmeti  tərəflərin  razılığı  əsasında  ya 
lizinqverənin, ya da lizinqalanın balansında uçota alınır. 
Qaytarılan  lizinq  –  maliyyə  lizinqinin  bir  növüdür, 
bu zaman lizinq predmetinin satıcısı (malgöndərən) eyni 
zamanda lizinqalan qismində də iştirak edir. 
Operativ  lizinq  –  lizinqin  elə  bir  növüdür  ki,  bu 
zaman  lizinqverən    öz  təhlükə  və  riski  əsasında  əmlak 
əldə edir və onu lizinq predmeti qismində müəyyən haqq 


 
203 
ilə,  müəyyən  müddətə  və  müəyyən  şərtlərlə  lizinqalanın 
müvəqqəti ixtiyarına və istifadəsinə verir. Operativ lizinq 
zamanı  lizinq  predmeti  onun  amortizasiya  müddəti  tam 
başa çatana qədər bir neçə dəfə lizinqə verilə bilər. 
2.Kommersiya 
konsessiyası 
(françayzinq) 
müqaviləsi    ondan  ibarətdir  ki,  sahubkar  özünün  firma 
vasitələrindən: 
firma 
adından 
və 
kommersiya 
işarələrindən,  əmtəə  nişanından,  xidmət  nişanından, 
müəyyən mükafatla digər sahibkara fəaliyyətində istifadə 
etmək  hüququnu,  qorunan  kommersiya  informasiyasını 
verir,  həmçinin  məsləhət  verməyi  və  biznesin  təşkilində 
yardım edilməsini öhdəsinə götürür. 
Kommersiya  konsessiyasının  mənası  –hüquqa 
malik  olanın  işgüzar  adından  və  kommersiya 
təcrübəsindən  istifadə  etməklə  istifadəçi-müəssisənin 
mənfəətiniartırmaq 
üçün 
ona 
əlverişli 
şərait 
yaradılmasından ibarətdir. 
Kommersiya 
konsessiyası 
müqaviləsinin 
iştirakçıları  kimi  kommersiya  təşkilatları,  həmçinin 
hüquqi şəxs olmayan fiziki şəxslər çıxış edə bilərlər. 
Kommersiya  konsessiyası  müqaviləsi  aşağıdakı 
əsas növlərdə ola bilər: 
-
 
istehsalat  –  malların  istehsalının  inkişaf 
etdirilməsi 
və 
onların  yeni  bazarlara 
yeridilməsi üçün; 
-
 
satış  istehsalçının  nəzarətində  olan  geniş 
şaxələnmiş  şatış  şəbəkəsinin  yaradılması 
üçün; 
-
 
ticarət-hüquqi  cəhətdən  müstəqil  olan  firma 
mağazalarının açılması üçün; 


 
204 
-
 
xidmət sahəsində - hüquqi cəhətdən  müstəqil 
olan  mehmanxana,  restoran,  emalatxana 
şəbəkələrinin açılması üçün. 
Kommersiya  konsessiyası  müqaviləsi  yazılı 
formada bağlanılır və müqavilə üzrə tərəflərin 
öhdəlikləri aşağıdakı qaydada bölüşdürülür: 
a)
 
hüquqa malik olan: 
-
 
istifadəçiyə  kommersiya  və  texniki  sənədləri 
verir, lazımi informasiya ilə onu təchiz edir və 
konsessiya  müqaviləsi  ilə  nəzərdə  tutulan 
məsələlər üzrə məsləhətlər verir; 
-
 
istifadəçiyə müvafiq lisenziyalar verir; 
-
 
daimi  olaraq  istifadəçiyə  yardım  göstərir,  o 
cümlədən, heyətin öyrədilməsi məsələlərində; 
-
 
digər  şəxslərə  oxşar  konsessiyaları  vermək 
hüququna malik olmur; 
-
 
istifadəçi  tərəfindən istehsal olunan məhsulun 
və xidmətin keyfiyyətinə nəzarət edir. 
b)
 
 İstifadəçi: 
-
 
hüquqa 
malik  olanın  firma  adından, 
kommersiya  işarələrindən,  əmtəə  və  xidmət 
nişanından  istifadə  edir,  bunun  barəsində 
alıcılara məlumat verir; 
-
 
konsessiya  müqaviləsi    ilə  nəzərdə  tutulan 
məsələlər 
üzrə 
hüquqa 
malik 
olanın  
təlimatlarına və göstərişlərinə əməl edir 
-
 
buraxılan  məhsulun  və  göstərilən  xidmətlərin 
müqavilə  ilə  nəzərdə  tutulan    keyfiyyətini 
təmin edir; 
-
 
hüquqa malik olan ticarət sahələrinin xarici və 
daxili tərtibatını və onların yerini razılaşdırır; 
-
 
hüquqa  malik  olan  rəqabət  aparmamağı  və 
onun 
rəqiblərindən 
konsessiya  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə