PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə59/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   55   56   57   58   59   60   61   62   ...   76

 
233 
pərakəndə 
ticarətlə 
qarşılıqlı 
münasibətlərinin 
təkmilləşdirilməsinin mühüm tərkib hissəsidir. 
Yuxarıda  deyildiyi  kimi,topdan  xidmətlərin  tərkibi 
və  növləri  müxtəlif  ola  bilər,  lakin  funksional  təyinatına 
görə aşağıdakı əsas xidmətlər komplekslərini qeyd etmək 
olar: 
-
 
texnoloji 

anbarda 
saxlama, 
sortlaşdırma, 
qablaşdırma,  markalanma,  nəqliyyat-ekspedisiya  və  s 
üzrə; 
-
 
kommersiya    -  əmtəələrin  reklam  üzrə  kömək, 
komissyon  xidmət,  əmtəə  göndərənlərin  və  topdan 
alıcıların tapılmasında vasitəçilik; 
-
 
təşkilati  –  məslət    -  əmtəələrin  çeşidi  və  keyfiyyəti, 
məmulatların  istismarı,  pərakəndə  satışın  təşkili, 
tələbin öyrənilməsi, marketinq və digər məsələlər üzrə 
məsləhətlər; 
-
 
informasiya 

 
kommersiya 
məlumatlarının 
toplanması, 
yığılması, 
işlənməsi 
və 
onların 
kontragentlərə ötürülməsi; 
-
 
maliyyə  -  ticarət-  hesablaşma  əməliyyatlarının  təşkili 
üzrə. 
Topdan  bazaların  öz  müştərilərinə  göstərdikləri 
xidmətlər,  bir  qayda  olaraq,  pullu  olmalıdır  və  topdan 
fəaliyyətin 
aktivləşməsinə 
təsir 
göstərməlidir. 
Xidmətlərin  ödənilməsinin  konkret  məbləğləri  topdan 
müəssisə  ilə  müştəri  arasında  bağlanan  müqavilələrdə 
təyin  olunmalıdır.  Bu  məbləğ,  əmək  tutumu  və  bu 
əməliyyatların  normal  rentabelliyi  nəzərə  alınmaqla 
xidmətlərə çəkilən xərcləri, o cümlədən topdan bazarların 
öz  müştərilərinə  göstərdikləri  xidmətlərdə  iqtisadi 
maraqlarını özündə əks etdirməlidir. 


 
234 
Beləliklə,  topdan müəssisələrin gəlirləri əmtəələrin 
satışından  –  ticarət  əlavələrindən  və  topdan  ticarət 
xidmətlərinin haqqından ibarətdir. 
2.  Əmtəələrin  pərakəndə  satışı  üzrə  kommersiya  işi 
aşağıdakı mərhələlərdən ibarətdir: 
-
 
Mağazalarda  satılan  əmtəələrə  alıcı  tələbinin 
öyrənilməsi və proqnozlaşdırılması; 
-
 
Mağazalarda 
əmtəələrin 
optimal 
çeşidinin 
formalaşdırılması; 
-
 
Pərakəndə ticarət müəssisələrinin reklam –informasiya 
fəaliyyəti; 
-
 
əmtəələrin  pərakəndə  satışının  daha  səmərəli 
metodlarının seçilməsi
-
 
Alıcılara ticarət xidmətləri göstərilməsinin təşkili. 
Əmtəələrin  pərakəndə  satışı  üzrə  kommersiya 
fəaliyyəti topdan müəssisələrdəkinə nisbətə bir sıra fərqli 
xüsusiyyətlərə malikdir. 
Pərakəndə ticarət müəssisələri pərakəndə ticarətin 
özünəməxsus  xüsusi,  spesfik  üsul  və  metodlarını  tətbiq 
etməklə,əmtəələri  bilavasitə  əhaliyə,  yəni  fiziki  şəxslərə 
satırlar. 
Əhaliyyə  ticarət  xidmətləri  göstərilməsi  xüsusi 
quraşdırılmış  və  avadanlıqlarla  təchiz  edilmiş  ticarət 
yerlərinin  olmasını  şərtləndirir.  Bu  yerlər  alıcılara 
xidmətin  dahanda  yaxşılaşdırılmasını,  ticarət  çeşidinin 
seçilməsi  və  formalaşdırılmasını  və  onun  əhalinin 
tələbinin  dəyişməsinə  müvafiq  olaraq  dəyişdirilməsi 
mümkünlüyünü təmin etmək, istehlakçı tələbatının daimi 


 
235 
öyrənilməsi  və  uçotunu  təşkil  etmək,  hər  bir  konkret 
alıcıya  əmtəə  təklif  etmək,  satmaq  bacarığını  nümayiş 
etdirmək  işinə  xidmət  etməlidir.  Pərakəndə  ticarət 
şəbəkəsi topdan  şəbəkədən fərqli olaraq, böyük və geniş 
ərazi  parçalanması,  sahəsi  və  mal  dövriyyəsinin  həcmi 
kiçik  olan  çoxlu  sayda  müəssisələrin  mövcudluğu  ilə 
xarakterizə  olunur  və  buna  görə  də  onun  fəaliyyətini 
kiçik  biznes  sahəsinə  aid  etmək  olar.  Pərakəndə  satış 
ticarət müəssisələrində işçilərin sayının müəyyən edilmiş 
meyarlarına  görə  ticarət  müəssisələrinin  böyük  hissəsi 
kiçik müəssisələrə aid edilir. 
  Əhaliyə  əmtəələrin  reallaşdırılmasının  (satışı) 
təşkili, alıcılara yaxşı xidmət göstərilməsi, rəqiblərə qarşı 
durum  və  normal  mənfəətin  təmin  olunması  üzrə 
kommersiya  işində  bu  müəssisələrin  rəhbərlərindən 
(menecerlərindən)  böyük  işgüzarlıq  təşəbbüskarlıq  tələb 
olunur. 
Bazar  münasibətləri  şəraitində    Azərbaycanda 
pərakəndə  ticarət  inkişaf  etmiş  bazar  iqtisadiyyatı 
ölkələrində ticarətin inkişaf təcrübəsinə istinad edir, belə 
ki,  bu  ölkələrdə  böyük  insan  resursları  cəmlənmiş,  bu 
sahətə  geniş  həcmdə  maliyyə  vəsaitləri  cəlb  olunur,  elm 
və texnikanın son nailiyyətləri geniş tətbiq olunur. 
Bu  ölkələrdə  ticarətdə  (topdan  və  pərakəndə) 
məşğul olanların xüsusi çəkisi ümumi işləyən əhalinin 20 
%-dən  çoxunu  təşkil  edir.  Qərb  ölkələrində  ticarət 
sahəsində  işçi  qüvvəsindən  istifadənin  miqyasları  geniş 
olsa da, bu sahəyə işçi qüvvəsinin daimi axını xarakterik 
hal daşıyır. Bu cür vəziyyət onunla izah olunur ki, ticarət 
sahəsinin daxilində əmtəə satışı prosesinin daha səmərəli 
olmasını  təmin  edən  kommersiya  fəaliyyətinin  yeni 
növlərinə  tələbat  yaranmışdır.  Xüsusi  xidmət  bölmələri 


 
236 
yaradılır ki, bunlar da istehlakçı tələbinin öyrənilməsi və 
proqnozlaşdırılması,  mağazaların  fəaliyyətinə  nəzarət, 
ticarətin  bu  və  ya  digər  forma  və  metodlarının  təhlili  və 
səmərəliliyinin müəyyən edilməsi, ehtimal olunan tələbin 
proqnozları  əsasında  məmulatların  yeni  növlərinin 
işlənməsi 
və 
hazırlanması, 
standartların 
və 
markalanmanın tətbiqi, alıcıların yeni əmtəələrin istehlak 
keyfiyyətləri 
və 
xüsusiyyətləri 
barədə 
məlumatlandırılması,  sərgilərin  təşkili  və  s.  bu  kimi 
işlərlə məşğul olurlar. 
Satışdan sonrakı xidmət genişlənir və təkmilləşir. 
Xidmətin  bu  növünün  payına  ticarət  firmasının 
dövriyyəsinin  5%  -ə  qədəri  düşür.  Texniki  cəhətdən 
mürəkkəb məhsullara satışdan sonra xidmət  göstərilməsi 
üzrə  ixtisaslaşmış  firmaların  yaradılması  geniş  vüsət 
almışdır. 
Bu 
ölkələrin 
ticarətində 
mağazaların 
iriləşdirilməsi  prosesi  nəzərə  çarpır  ki.  Bu  da  yeni 
yerlərdə  yeni  tikintilər hesabına,  ya da xırda az  səmərəli 
köşklərin bağlanması hesabına həyata keçirilir. 
Ticarət sahəsi 1500 –dən 10000 m 2-dək və daha 
çox və 10 min addan artıq əmtəələrə malik olan hiper və 
super marketlərin inkişafı geniş yer almışdır. 
Böyük  ticarət  sahəsinə  malik  mağazaların 
üstünlükləri  göz  qabağındadır:  mal  dövriyyəsinin 
sürətinin  yüksək,  tədavül  xərclərinin  səviyyəsinin  isə 
aşağı  olması.  Məsələn,  supermarketlərdə  əmək  haqqı 
xərcləri,  adi  mağazalarda  olduğundan  orta  hesabla  10-
20% aşağıdır. 
ABŞ-da 
ərzaq 
məhsulları 
üzrə 
ticarət 
dövriyyəsinin 2\3 hissəsi, Qərbi Avropada isə  yarısından 
çoxu supermarketlərin payına düşür. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə