PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə58/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   54   55   56   57   58   59   60   61   ...   76

 
229 
5)
 
Malların pərakəndə satış metodları. 
6)
 
Alıcılara ticarət xidməti göstərilməsinin təşkili. 
7)Topdan ticarət nəyə görə mövcuddur. 
8)Topdan  ticarətin  əsas  xüsusiyyətləri,  mövcud 
olmasının əsas səbəbləri hansılardır. 
9)Pərakəndə mal satışı nə deməkdir. 
10)Pərakəndə mal satışının əsas metodları hansılardır. 
11)Topdan  ticarət  üzrə  kommersiya  işinin  əsas 
mərhələləri hansılardır. 
12)Pərakəndə  mal  satışında  kommersiya  işi  nə 
deməkdir. 
13)Təsərrüfat əlaqələrinin təşkilinin mal satışına təsiri 
nə cürdür. 
14)Topdan  mal  satışında  müştəriyə  göstərilən 
xidmətlər hansılardır. 
15)Pərakəndə  mal  satışında  kommersiya  işinin 
etapları hansılardır. 
 
 
 
MÜHAZİRƏ MƏTİNLƏRİ  
TOPDAN VƏ PƏRAKƏNDƏ MAL  
SATIŞINDA KOMMERSİYA FƏALİYYƏTİ  
P L A N 
1.  Topdan  müəssisələr  tərəfindən  müştərilərə 
xidmət göstərilməsinin təşkili. 
2. Əmtəələrin pərakəndə satışı üzrə kommersiya 
işinin təşkili 


 
230 
1.  Bazar  münasibətləri  şəraitində  yalnız  əmtəə 
satışı topdan müəssisələrin əsas funksiyası kimi nəzərdən 
keçirilə  bilməz.Topdan  ticarətin  səmərəliliyi  topdan 
müəssisələrin  öz  müştərilərinə    -  əmtəə  alıcılarına  və 
malgöndərənlərə  göstərdiyi  xidmətlərin  kəmiyyəti  və 
keyfiyyəti ilə də xarakterizə olunur. 
Əmtəə 
hərəkətinin 
şəraitindən 
və 
bazar 
münasibətləri 
iştirakçılarına  göstərilən  informasiya 
kommersiya  xidmətindən  asılı  olaraq  topdan  ticarət 
xidmətlərinin  tərkibi və növləri çox müxtəlif ola bilər. 
Topdan  müəssisələrin  fəaliyyətinə  əmtəələrin 
reallaşdırılması  funksiyası  ilə  yanaşı,  geniş  dairəli 
xidmətlər  də  daxil  edilir  ki,  bu  xidmətlər  də  həm 
malgöndərənlər-  əmtəə  istehsalçıları,  həm  də  pərakəndə 
ticarət  müəssisələri  tərəfindən  ödənilir.  Bu  şəraitdə 
topdan  müəssisələrin  maliyyə  vəziyyəti  təkcə  topdan  və 
digər 
dövriyyənin 
səviyyəsindən 
deyil, 
həmçinin 
malgöndərənlərə  və  əmtəə  alıcılarına  göstərdikləri 
xidmətlərin  kəmiyyətindən  və  keyfiyyətindən  də  asılı 
olacaq. 
Topdan  müəssisələr  alıcı  müştərilərə  aşağıdakı 
xidmətləri göstərməlidirlər; 
-Tələb və tələbatın qiymətləndirilməsi
-İstehsal 
çeşidinin  ticarət  çeşidinə  çevrilməsi 
(markalanma, 
qablaşdırma, 
sortlaşdırma, 
çəki 
qablaşdırılması və s.) 
-Əmtəə ehtiyatlarının saxlanılması; 
- Əmtəələrin çatdırılması; 
-Alışın kreditləşdirilməsi; 


 
231 
Malgöndərən  –  müştərilərə  münasibətdə  topdan 
ticarətin xidmətləri bunlardan ibarət olmalıdır: 
-
 
Kommersiya fəaliyyətinin mərkəzləşdirilməsi
-
 
Əmtəəyə 
mülkiyyət 
hüququnun 
ötürülməsi 
prosesinin dəstəklənməsi
-
 
Əmtəə hərəkəti prosesinin investisiya təminatı; 
-
 
Kredit riskinin minimuma endirilməsi; 
-
 
Marketinq xidməti; 
Topdan 
xidmətlərin 
geniş  spektiv  topdan 
müəssisələrə  imkan  verir  ki.  Bazar  şəraitində  rəqabətli 
bazar  mühitində  müvəffəqiyyətlə  fəaliyyət  göstərsinlər, 
ziyandan  qaçmağa  və  işin  səmərəliliyinə  nail  ola 
bilsinlər. 
Topdan 
müəssisələr 
öz 
müştərilərini 
(kontragentlərini)  maraqlandırmalı,  müxtəlif  topdan 
xidmətlər  göstərməklə  onları  özlərinə  cəlb  etməlidirlər. 
Bununla  əlaqədar  topdan  xidmətin    kommersiya 
kreditləşdirilməsi,  sövdələşmənin  maliyyələşdirilməsi 
kimi  formasının  inkişafının  böyük  əhəmiyyəti  vardır. 
Qərb  ölkələrinin  topdan  vasitəçilərinin  təcrübəsi  göstərir 
ki,  əmtəə  hərəkəti  kanalının  seçimi,  bilavasitə  onun  
təşkilatçısının  maraqlı  tərəflərin  bazar  sövdələşməsinin 
kreditləşdirilməsi  imkanlarından  çox  asılıdır.  Praktiki 
fəaliyyətdə  topdan  firmalar  çox  vaxt  istehsalçılara 
əmtəələrin satışına zəmanət verməklə müəyyən əmtəələrə 
sifariş təqdim edərək və bu zaman sifariş olunmuş əmtəə 
partiyasının  bir  hissəsinin  məbləğini  avans  şəklində 
ödəmək yolu ilə onları maliyyələşdirirlər. Topdan bazalar 
pərakəndə  ticarət  müəssisələrinin  maliyyələşdirilməsini 


 
232 
onlara satılmış əmtəələrin dəyərinin ödəniş müddətlərinin 
uzadılması  yolu  ilə  həyata  keçirirlər.  Kreditlərin  təqdim 
olunması  şərtləri  müxtəlifdir  və  ticarət  sövdələşməsinin 
həcmindən,  alıcının  kredit  qabiliyyətliliyindən,  satılan 
məhsulun  keyfiyyətindən  və  iqtisadi  konyukturundan 
asılıdır. 
Bazar  münasibətlərinin  formalaşması  prosesində 
topdan 
vasitəçilərin 
funksiyalarının  əsas  inkişaf 
istiqamətlərindən  biri  də  idarəetmə  və  konsaltinq  üzrə 
xidmətlərin inkişafıdır. 
İxtisaslaşmış  xidmətlər  siyahısına  əmtəələrin 
istifadə  olunması,  onların  təmiri  və  zəmaanət  xidmətləri 
üzrə 
məsləhətlər 
daxildir. 
Topdan 
ticarətdə 
mütəxəssislərin  bilik  səviyyələri  kifayət  qədər  yüksək 
olduğundan,  məhz  burada  satışdan  sonrakı  zəmanət 
xidmətlərinin  və  müştərilər  üçün  məsləhətlərin  təşkili 
daha məqsədəuyğundur. 
Bazar münasibətlərinin əsas xüsusiyyətlərindən biri 
ondan  ibarətdir  ki,  material  axınlarının  formalaşması  və 
hərəkətinin  əsasında  təkcə  kapital  deyil,  həmçinin 
informasiya da durur. 
Məhz,  topdan  müəssisələr  informasiya  axınlarının 
kəsişdıyi  bir  məntəqə  kimi  öz  vəziyyətlərindən  istifadə 
edərək,  kommersiya  məlumatlarının  tam  həcmdə 
toplanmasını,  yığılmasını  və  işlənməsini  və  onların  tərəf 
müqabillərə  ötürülməsini  təmin  etmək  imkanlarına 
malikdirlər. 
Beləliklə, 
göstərilən 
xidmətlər 
kompleksinin 
genişləndirilməsi, topdan bazaların bütövlükdə təsərrüfat 
fəaliyyətinin,  o  cümlədən  sənaye  müəssisələri  ilə  və 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə