PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə55/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   51   52   53   54   55   56   57   58   ...   76

 
217 
səmərəli  istifadə  olunmasının    zəruri  şərtidir.  Marketinq 
nəzəriyyəsi  və  təcrübəsi  alıcı  tələbatının  öyrənilməsi  və 
proqnozlaşdırılmasında  tətbiq  olunan  vasitə  və  üsulların 
böyük  bir  arsenalını  işləyib  hazırlamışdır  ki,  bunlardan 
da    əmtəələrin  topdan  alışının    təşkili  zamanı  istifadə 
etmək    zəruridir.  Buna  görə  də  topdan  alışa  alıcıların 
tələblərinin,  tələbatlarının,  alıcı  fikirlərinin  və  tələbi 
formalaşdıran  digər  amilərin  öyrənilməsindən  başlamaq 
lazımdır.  Topdan  ticarət  müəssisələri,    müəyyən  ərazi 
iqtisadi  rayona  və  konkret  alıcılara  xidmət  göstərərək, 
əmtəələrin  bu  və  ya  digər  növlərinə  alıcı  tələbinin 
həcmini  öyrənməklə  yanaşı,  tələbin  çeşid  qurluşunu  da 
öyrənirlər.  Bunun  üçün  ticarət  müəssisələri  tələbin 
öyrənilməsinin  və  proqnozlaşdırılmasının    müxtəlif 
metodlarından  istifadə  edirlər.  Bura  ötən  dövr  üçün 
əmtəələrin  satışının  və  əmtəə  ehtiyatlarının  hərəkətinin 
operativ uçotu, əmtəələrin alınması və göndərilməsi üzrə 
alıcıların sifarişlərinin öyrənilməsi və ümumiləşdirilməsi, 
topdan alıcıların ödənilməmiş tələbatının uçotu və təhlili, 
alıcılarla  çeşid  və  konyuktur  müşavirələrin  keçirilməsi, 
tələbatın  proqnozlaşdırılmasının  iqtisadi-riyazi  metodları 
və.s aid edilir. 
Tələbatın  öyrənilməsi  və  proqnozlaşdırılması  üçün 
iri  və  orta  ticarət  müəssisələrində  marketinq  xidmətləri 
yaradılır  ki,  bunlarında  əsas  funksiyaları  həm  tələbatın 
ümumi  həcminin  öyrənilməsi,  həm  də  alınan  əmtəələrə 
olan  tələbatın  qrupdaxili  qurluşunu  öyrənməkdən 
ibarətdir.  
2. 
Əmtəələrin  göndərilməsi  barədə  topdan 
yarmarkalarda  müqavilənin  bağlanması  topdan  alışın  ən 
mütərəqqi formasıdır. 


 
218 
Topdan yarmarkalarda əmtəələrin satışı-alışı topdan 
ticarətin 
ən 
köhnə 
formalarından 
biridir. 
Respublikamızda  topdan  yarmarkalar  hələ  inqilabdan 
əvvəlki  dövrlərdə  keçirilirdi.  Mərkəzləşdirilmiş  planlı 
iqtisadiyyat  dövründə  bu  cür  yarmarkaların  keçirilməsi 
60-cı  illərdeə  geniş  yayılmağa  başlamışdır.  Lakin 
sonralar  topdan  yarmarkalar  daha  çox  inzibati-direktiv 
xarakter  almağa  başladı  –  onları  dövlət  idarə  orqanları 
təşkil  edirdi;  onların  keçirilməsi  qaydaları  ciddi 
reqlamentləşdirilirdi. 
Bazar  iqtisadiyyatına  keçidin  ilk  mərhələsində 
kommersiya  məqsədlərinə  daha  çox  ticarət-vasitəçi 
strukturlar  –  daim  fəaliyyətdə  olan  əmttə  birjaları  uyğun 
gəlirdi.  Lakin  sonralar  topdan  yarmarkalar  öz  əvvəlki 
əhəmiyyətini bərpa etməyə və rolunu artırmağa müvəffəq 
oldular.  Yarmarka  ticarətinin  əsas  məqsədi  -  əmtəələrin 
topdan  satışı  və  alışı,  satıcılarla  alıcılar  arasında  birbaşa 
müqavilələrin və ya kontraktların bağlanmasıdır. Topdan 
yarmarkalar  ticarət  təşkilatlarının  çeşid  və  keyfiyyətə 
görə  əmtəə  istehsalına  təsirini  gücləndirir,  müqavilələrin 
bağlanması 
prosesini 
sürətləndirir, 
belə 
ki, 
malgöndərənlər və alıcılar birbaşa kontaktda olurlar. 
Bazar  iqtisadiyyatında  beynəlxalq  və  ümumdövlət 
miqyaslı  həmçinin  regional  əhəmiyyətli  topdan 
yarmarkalar  geniş  yayılmışdır.  Beynəlxalq  və  ya 
ümumdövlət 
topdan 
yarmarkalarda 
beynəlxalq 
kompaniyalar  yaxın  və  uzaq  xaricidən  malgöndərənlər 
iştirak  edirlər.  Bu  yarmarkaları  dövlət  idarəetmə 
orqanları,  həmçinin  iri  kommersiya  strukturları  təşkil 
edirlər. 
Yerli  miqyaslı  topdan  yarmarkalarda,  eynicinsli 
standart  əmtəələr    üzrə  satış  aparan  daimi  fəaliyyət 


 
219 
göstərən  əmtəə  birjalarından  fərqli  olaraq,  yerli  istehsal 
müəssisələrinin buraxdıqları mürəkkəb çeşidli əmtəələrin 
alqı-satqı  üzrə  sövdələşmələr  həyata  keçirilir.  Bu  cür 
topdan  yarmarkalarda  alıcılar  müxtəlif  istehsalçıların 
məhsullarının  çeşidi  arasından  fərdi  müqayisə  və  seçim 
əsasında  sərbəst  qiymətlərlə  əmtəələrin  alışını  həyata 
keçirirlər. 
Ərazi  əlaməti  ilə  yanaşı,  topdan  yarmarkalar, 
həmçinin  əmtəə  və  sahə  əlamətlərinə  görə  görə  də 
təsnifatlaşdırılırlar. 
Əmtəə əlaməti yarmarkada reallaşdırılan əmtəələrin 
növü 
deməkdir. 
Bu 
əlamətə  görə  yarmarkalar  
ixtisaslaşdırılmış və universal ola bilər.  
Sahə  əlamətinə  görə  yarmarkalar  sahələr  və 
sahələrarası,  müxtəlif  istehsal  sahələrinin  məmulatlarını 
əhatə edən yarmarkalara bölünürlər. 
Müasir  dövrdə  yarmarkaların  keçirilməsi  üçün 
xüsusi,  daim    fəaliyyət  göstərən  təşkilati  strukturlar 
yaradılır, məsələn Ticarət Palatası, Respublika Sərgi-satış 
Kompleksi və s. 
Yarmarkaların 
fəaliyyət 
predmetinə 
ticarət 
sazişlərinin  bağlanması  üzrə  iştirakçılara  kompleks 
xidmətlərin  göstərilməsi,  işgüzar  əlaqələrin  yaradılması, 
topdan-ticarət  prosesinin  qaydaya  salınması,  konyuktur 
informasiyanın təhlili və hazırlanması, reklamın təşkili və 
s. aiddir. 
Topdan 
yarmarka 
ticarətinin 
xarakterik 
xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 


 
220 
-
 
verilmiş  nümunələr  üzrə  əmtəələrin  topdan 
reallaşdırılması alışı; 
-
 
topdan yarmarkaların keçirilməsinin dövriliyi
-
 
əmtəələrin  satış  müddətlərinin  və  yerinin 
əvvəlcədən müəyyən edilməsi
-
 
əmtəə  satıcılarının  və  alıcılarının  eyni  vaxtda 
və kütləvi iştirakı. 
Yarmarkalarda 
əmtəələrin 
topdan 
reallaşdırılmasının  təşkilinin  əsas  metodu  təqdim 
olunmuş nümunələr üzrə əmtəələrin sərgi-satışının həyata 
keçirilməsidir.  Əmtəələrin  nümunələri  mal  göndərən 
müəssisələrin 
öz 
hesabına 
yarmarkalara 
göndərilir.Topdan  yarmarkaya rəhbərliyi  daima fəaliyyət 
göstərən  yarmarka  komitəsi  həyata  keçirir  ki,  onun  da 
tərkibinə ticarət üzrə dövlət idarəetmə orqanlarının məsul 
nümayəndələri, 
sənaye 
müəssisələrinin 

əmtəə 
istehsalçılarının, kommersiya strukturlarının- alıcıların və 
digər  müəssisələrin  nümayəndələri  daxil  edilir.  Onun 
səlahiyyətinə  daxi  olan  məsələlər  üzrə  yarmarka 
komitəsinin  qərarı  yarmarka  iştirakçıları  tərəfindən 
mütləq yerinə yetirilməlidir.  
Yarmarka komitəsi aşağıdakı funksiyaları yerinə 
yetirir: 
-
 
yarmarka keçirilməsi müddətlərini və yerini təyin 
edir; 
-
 
yarmarkanın  işçi  orqanlarını    yaradır,  onların 
rəhbərlərini və tərkibini təsdiq edir; 
-
 
malgöndərənlərlə  alıcıların  görüş  qrafiklərini 
müəyyən edir; 
-
 
yarmarkanın 
gəlir 
və 
xərclər 
smetasını, 
yarmarkanın  keçirilməsi  üçün vəsaitlərin həcmini 
və onların daxilolma mənbələrini təsdiq edir; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə