PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə52/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   48   49   50   51   52   53   54   55   ...   76

 
205 
müqaviləsindəki 
hüquqlara 
oxşar 
olan 
hüquqları almamağı öz öhdəsinə götürür
-
 
hüquqa 
malik 
olandan 
aldığı 
məxfi 
informasiyanı açıqlamamağa söz verir. 
İstifadəçi  malın  və  xidmətin  satış  qiymətini 
müstəqil  olaraq  müəyyən  etmək  hüququna  malikdir;  o, 
hər  hansı  bir  yolla  alıcıların  dairəsini  məhdudlaşdırmaq 
hüququna  malik  deyildir.  Kommersiya  konsessiyası 
hüquqa  malik  olan  və  istifadəçi  qarşısında  geniş 
perspektiv imkanlar açır. 
Hüquqa  malik  olan  müəssisə  kommersiya 
fəaliyyətinin  genişləndirilməsinə  vəsait  əldə  edir,  bütün 
dünya  üzrə  çoxsaylı  bölmələr  yaratmaq,    onları 
qeydiyyatdan  keçirmək,  satış  üçün  yer  almaq,  işçi 
heyyətini  yığmaq  zəruriyyəti  azad  olur.  Eyni  zamanda 
hüquqa malik olan istifadəçi-müəssisələr üzərində lazımi 
nəzarəti əldə edir. Bazar qısa müddət ərzində keyfiyyətli 
mal və xidmət alır. 
İstifadəçi -müəssisə, hüquqi şəxs olaraq qalmaqla, 
tanınmış  firmanın  hazır  nüfuzunu,  onun  alıcılarını  və 
müştərilərini,  rəqabət  mübarizəsində  güclü  silah  əldə 
edir. 
Bütün 
bunlar 
dövriyyəsinin 
tezləşməsinə, 
investisiyaların özünü doğrultmasına, sahibkarlıq riskinin 
aşağı  salınmasına  gətirib  çıxarır.  Fransçayzinqin  xırda 
sahibkarlıqla  xüsusi  olaraq  yayılması  bununla  izah 
olunur. 
Kommersiya  konsessiyası  neqativ  nəticələrə  də 
gətirib çıxarır. Onlardan ən əsası – konsessiya istifadəçisi 
tərəfindən  istehsal  olunmuş,  firma  nişanına  görə 
prototipdən  fərqlənməyən,  lakin  bir  qayda  olaraq,  aşağı 
keyfiyyətdə  olan  malların  bazarda  peyda  olmasıdır.  Bu 


 
206 
isə  hüquqa  malik  müəssisəyə  olan  inamı  azaldır,  onun 
bazarını dağıdır, rəqiblərə əlavə üstünlüklər verir. 
3.Faktorinq-  komissiyanınmüxtəlif  növlərindən 
biridir. 
Faktorinqin mahiyyəti  ondan ibarətdir ki,  bank və 
yaxud  ixtisaslaşdırılmlş  təşkilat  (  faktorinq  firma  və 
yaxud  faktor)  satıcı-müəssisələrdən  alıcı-müəssisələrin 
borclarını  alır  (ilk  növbədə,  alıcıların  göndərilmiş 
malların, görülmüş işlərin və ya xidmətlərin ödənişi üzrə 
öhdəlikləri)  və  onları  satıcıya  faktiki  göndəriş  və  yaxud 
yerinə  yetirilməyə  əsasən  ödəyir.  Sonradan  faktor  bu 
borcları birbaşa borclu müəssisələrdən alır. 
Öz  xidmətlərinə  görə  faktor  satıcıdan  (müştəridən) 
komissiyon muzdunu alır ki, buraya kredit resurslarından 
istifadəyə  görə  faiz  dərəcəsi  daxil  edilir.  Bundan  başqa, 
faktor onunla qazanır ki, onun ədə etdiyi borc öhdəlikləri 
bu borcların alış qiymətindən yüksək olur. 
Faktorinqin  icrası  üçün  bir  neçə  il  müddətinə 
müqavilə bağlanır. 
Faktorinq 
müqaviləsində 
müştərinin 
faktora 
müəyyən  borcları  güzəştə  gedir.  Faktor  öz  üzərinə 
gələcək  borcların  ödəniş  qabiliyyətinin  yoxlanılmasını 
götürür, bundan sonra isə onlara müəyyən limit daxilində 
kredit verilməsinə razılıq verir. Bu limit daxilində faktor 
öz üzərinə ödəməməyin riskini götürür. 
Kredit  öhdəliyinin  keçməsi  borcluya  çatdırılır, 
bundan  sonra  o,  özünün  maliyyə  problemlərini  satıcı  ilə 
deyil, faktorinq firmailə həll edir. 


 
207 
Müştəri tərəfindən mal göndərişi üzrə öhdəliklərin 
pozulması  zamanı  borcların  alınması  üzrə  bütün  risklər 
müştəriyə qaytarılır. 
Faktorinqin  müştərilər  üçün,  şübhəsiz  üstünlüyü 
vəsaitlərin  dövriliyinin  tezləşdirilməsindən  borcların 
alınması  ilə  bağlı  olan  xərclərin  azaldılmasından, 
informasiya  və  təşkilati-  maliyyə  yardımından,  maliyyə 
risklərinin azaldılmasından ibarətdir. 
Faktorinq  –  müştərinin  debitor  borcunun  inkasso  
edilməsi,  bu  vaxt  hesablar  dərhal,  yaxud  borclar 
ödənildikcə  verilə  bilər.  Faktorinqin  qısa  müddətli 
kreditvermə  forması  daha  geniş  yayılmışdır.  Bu  cür 
əməliyyat  nəticəsində  tələbləri    satan  sahibkar  2-3  gün 
müddətində  avans  şəklində  tələblərin  məbləğinin  70%-
dən  90%-ə  qədərini  əldə  edir.Qalan  10-30  %  isə 
faktorinq-firma  üçün  bir  növ  zəmanət  məbləğini  təşkil 
edir. 
İlk  dəfə  faktorinq  xidmətləri  1947-ci  ildə  amerika 
bankı “Ferst Neshnl Bank of Boston” (först noşnl bank of 
bostn) 
tərəfindən 
bir 
sənaye 
kampaniyasına 
göstərilmişdir. Qərbi Avropada ilk faktorinq firmaları bir 
qədər  gec  –  Böyük  Britaniyada  60-cı  illərin  sonlarında 
meydana  çəxmışdır.  70-ci  və  80-ci  illər,  demək  olar  ki, 
bütün  inkişaf  etmiş  ölkələrdə  faktorinq  əməliyyatlarının 
yüksək  və  sabit  artım  templəri  ilə  (40-50-%)  xarakterizə 
olunur. 
Faktorinq-firmalar “of line” (of layn) sisteminə malik 
olurlar,  bunun  isə  mahiyyəti  ondadır  ki,  bu  cür  firmalar 
kompüter  sistemi  vasitəsilə  bütün  sutka  ərzində  onların 
tələblərinin  maliyyə  vəziyyəti  haqqında,  həmçinin 
hesabların  ödənildiyi,  hansılarının isə vaxtı ötdüyü və s. 
haqda dəqiq və operativ informasiya əldə edə bilirlər. 


 
208 
Faktorinq  ilk  növbədə,  müvafiq  olaraq  istehlak 
mallarını  istehsal  edən  və  satan  istehsal  müəssisələrində 
və topdan firmalarda daha səmərəlidir. 
4.Komissiya 
kommersiya 
fəaliyyətinin 
vacib 
formalarından biridir. 
 
Komissiyanın  mahiyyəti  ondan  ibarətdir  ki,  ticarət 
müəssisəsi  (komisyonçu)  adlanan  bir  tərəf,  komitent 
adlanan  digər  tərəfin  tapşırığına  əsasən  öz  adından  və 
komitentin    hesabına  sövdələşmələri  həyata  keçirməyi  
müqavilə ilə öz öhdəsinə götürür. 
 
Bu  zaman  komissiya  müqaviləsi  ilə  əldə  olunan 
hüquq və öhdəlikləri komisyonçu, hətta komitent üçüncü 
şəxslə birbaşa münasibətə girdiyi zaman özündə saxlayır. 
 
Komissiya  müqaviləsi,  bir  qayda  olaraq,  müəyyən 
müddətə 
bağlanılır  və  komisiyonçuya  tapşırılan 
sövdələşmələrin  həyata  keçirilməsi  hüququnun  digərlərə  
verilməməsi  haqqında  komitentin  öhdəliyini  özündə  əks 
etdirir. 
 
Komisyonçu  komissiya  üzrə    öz  xidmətlərinə  görə 
komitentdən  komisyon  muzdu  alır,  bundan  başqa 
sövdələşmənin  üçüncü  şəxs  tərəfindən  düzgün    və 
vaxtında  yerinə    yetirilməsinə  görə  öz  üzərinə  zəmanət 
götürməklə əlavə haqq ala bilər. 
 
Əgər  haqqın  ölçüsü  və  onun  şərtləri  komissiya 
müqaviləsi  ilə  nəzərdə  tutulmayıbsa,  müqavilənin  yerinə 
yetirilməsi  oxşar  xidmətlərə  görə,  adətən  alınan  haqq 
səviyyəsində ödənilir. 
Əgər  komissyon  müqaviləsi  komitentin  günahı 
ucbatından yerinə yetirilməyibsə, komisyonçu komisiyon 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə